Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

qaydaya verməklə birini də. Ən çox səs toplayan dörd qayda sinfin qaydalar 

sırasına daxil edilir. Bu qaydalar xüsusi sənəd kimi yazılı şəkildə tərtib oluna, 

hər bir şagird tərəfindən imzalana və sinif otağının baxımlı yerindən asıla 

bilər. Sinif həmin qaydaları ətraflı yazıb hazırlamağı bir neçə şagirddən ibarət 

komandaya həvalə edə və sonda onların əməyini qiymətləndirə bilər.

10.


Kooperativ öyrənmə. Nə kömək etdi, nə mane oldu? Siz görülən işə necə 

töhfə  verdiniz?  Sinifdə  bu  işə  töhfə  verən  başqa hansı  şagirdlər  yadınızda 

qalıb? Onlar necə töhfə verdilər?

Bu, şagirdlərin sinifdə öz qaydalarını tətbiq etməsi üçün ilk fürsətdir. Müəllim 

qaydalara   riayət   etdiklərinə   görə   şagirdləri   tərifləyə   bilər.   Digər   tərəfdən, 

müəllim qaydaları pozduqlarına görə şagirdləri danlamamalıdır. Bu, onların 

öz sinif yoldaşları arasında gözdən düşməsinə səbəb ola bilər.

Dərs 3


Müəllim qısa şəkildə uşaq hüquqları haqda məlumat verir.

Şagirdlərin əksəriyyəti üçün bu məlumat təkrar olacaq.

Uşaq hüquqları necə yaranıb?



Onlar insan hüquqları ilə necə əlaqəlidirlər? İnsan hüquqları olan yerdə əlavə olaraq, uşaq 

hüquqlarına nə ehtiyac var?

Sonra müəllim aşağıdakı uşaq hüquqlarını şagirdlərin diqqətinə çatdırır:

Maddə 12. Öz fikirlərini və mənafelərini ifadə etmə;

Maddə 13. Özünü ifadə azadlığı;

Maddə 28. Təhsil hüququ;

Maddə 31. İstirahət və asudə vaxt hüququ.

Uşaqlar   iki   sütundan   ibarət   çalışma   vərəqəsi   tərtib   edirlər.   Soldakı   dar   sütunda   uşaq 

hüquqları konvensiyasında əks olunmuş dörd hüququ yazır və hər hüququn izahı üçün kifayət 

qədər yer saxlayırlar. Sağdakı geniş sütunda isə həmin hüquqların nəzərdə tutduğu qayda və 

vəzifələri (həm özləri, həm də başqaları üçün qayda və vəzifələri) qeyd edirlər: Əgər mənim 

qonşum, dostum, yaxud sinif yoldaşım bu hüquqdan istifadə etmək istərsə, onda başqaları üçün 

hansı vəzifə və öhdəliklər yaranar? Məktəb tədrisi necə təmin etməlidir? (Maddə 28) Mən bu 

sinfin bir nümayəndəsi kimi bu hüququn uğurla təmin olunmasına necə töhfə verə bilərəm?



Qrupun üzvləri (adları) 

Hüquqlar

Qaydalar və vəzifələr

Maddə 12

Öz fikirlərini və 

mənafelərini ifadə etmə

Bu nəyi nəzərdə tutur:



Maddə 13

Özünü ifadə azadlığı

Bu nəyi nəzərdə tutur:



Maddə 28

Təhsil hüququ

Bu nəyi nəzərdə tutur:



Maddə 31

İstirahət və asudə vaxt 

hüququ

Bu nəyi nəzərdə tutur:

Dərs 4

Şagirdlər öz çalışmalarını sinifdə bir-birlərinə təqdim edirlər. Hər qrup üçün bir sözçü 



olur. Sözçülər aşağıdakı aspektlərə toxuna bilərlər:


Biz öz tapşırığımıza necə yanaşdıq? (qrup şəklində işləmə və qərar vermə prosesi)

Bizim üçün vacib olan nələr idi? (meyarlar və dəyərlər)



Qaydalara riayət olunduğuna necə əmin ola bilərik? (qaydalara münasibət, tətbiqetmə)

Şagirdlər   öz   siniflərində   tətbiq   olunacaq   qaydaları   bir-birləri   ilə   razılaşdırırlar. 

Qruplardan   birinə  incəsənət   əsəri   şəklində,   həmin   qaydaları   özündə   əks   etdirən   bir   sənəd 

hazırlamaq tapşırığı verilir. Bütün şagirdlər və müəllim bu sənədi imzalayırlar. Həmin qaydalar 

yeni qaydalarla əvəz edilənədək qüvvədə olur. İmzalanan sənəd sinifdə demokratiyanın necə 

təcrübədən keçirilməsinin göstəricisi kimi Uşaq Hüquqları Günü nümayiş etdirilir.

6-cı sinif

UŞAQ HÜQUQLARI: İNCƏSƏNƏT ƏSƏRİ!

Dərsin planı

Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


İncəsənət layihəsi nədir? 

Mən uşaq hüquqlarını 

incəsənət vasitəsilə necə 

ifadə edə bilərəm?

Şagirdlər uşaq hüquqları 

konvensiyasının hansı 

maddəsini rəsm əsəri kimi 

təqdim edəcəklərini müəyyən 

edir və ilkin ideyalarını irəli 

sürürlər.

Bəzi jurnallar; 

üzərində uşaq 

hüquqları təsvir 

olunmuş kartlar və ya 

üzərində uşaq 

hüquqları yazılmış 

kağız lentlər

Dərs 2-4


Müəllimlər və tələbələr 

bir-birlərini necə 

dəstəkləyə bilərlər? Biz 

ləng və çevik işçilərə 

görə necə məsuliyyət 

daşıyırıq?

Şagirdlər bir və ya bir neçə 

incəsənət layihəsi həyata 

keçirirlər. Onlar sinifdə 

yoldaşlarına yardım etməyi və 

onlardan yardım almağı 

öyrənirlər.

Kağız, boyalar, 

yapışqan, jurnallar və 

sair

Dərsin məqsədləri

Uşaq və insan hüquqları çox vaxt mürəkkəb siyasi, sosial və şəxsi problemlərlə bağlı 

olur.

Bu layihə uşaq və insan hüquqları kontekstində çox tez-tez istinad edilən  bir ənənəni 



davam etdirir. Rəssamlara müəyyən bir maddənin məzmununu, yaxud onun bir hissəsini rəsm 

əsəri şəklində təsvir etmək tapşırılır. Bu yolla çoxlu gözəl kartlar, təqvimlər, kitablar və hətta 

filmlər ərsəyə gəlir.

4-cü sinifdə artıq xəzinə qutusu layihəsi üzərində işləmiş şagirdlər üçün bu layihə uşaq 

hüquqlarını   daha   dərindən   öyrənmək  imkanı   verir.   Fikrimizcə,   bu   yerdə   şagirdlərin   artıq 

müəyyən məlumata malik olduqları mövzuya təkrarən baş vurmaları, lakin həmin mövzuya bu 

dəfə başqa prizmadan, yəni yaradıcı və hərtərəfli yanaşmaları çox vacibdir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə