Məcburi əməyə qarşı mübarizə: İşəgötürənlər və Biznes üçün vəsait İşəgötürənlər tərəfindən tez-tez verilən suallar



Yüklə 164,44 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü164,44 Kb.
#7980


35

Məcburi əməyə qarşı mübarizə:

İşəgötürənlər və Biznes üçün vəsait

İşəgötürənlər tərəfindən tez-tez verilən suallar

Məcburi, yaxud icbari əmək məsələsinə dair BƏT-in xüsusi fəaliyyət

proqramı

Sentyabr 2008



Müqəddimə

Bu buklet məcburi əmək və insan alveri barədə məlumatı

işəgötürənlər və biznes tərəfindən tez-tez verilən suallar (TVS)

formasında təqdim edir. Bu bölmə, məcburi əmək formaları; məcburi

əmək və insan alverinə dair son qlobal statistik məlumatlar; adı

gedən məsələlərə münasibətdə biznes və işəgötürənlər

təşkilatlarının rolu; BƏT Konvensiyaları və insan alveri haqqında

BMT-nin “Palermo Protokolu” kimi müvafiq beynəlxalq standartlar;

həbsxana əməyi; və borc asılılığı və məşğulluqda digər məcbur

etmə formalarını daxil etməklə bir sıra mövzuya toxunur. Daha ətraflı

məlumat üçün bu bukletin sonunda təqdim olunmuş resurs və

internet səhifələrin siyahısına, ya da məcburi əmək və insan alveri

haqqında ümumi məlumat almaq üçün

Giriş və Ümumi Baxış

başlıqlı

1-ci Bukletə

, biznes və işəgötürənlərin bu mövzuda fəaliyyətinə dair

ətraflı məlumat üçün isə

Görülə biləcək tədbirlərə dair təlimat

başlıqlı


5-ci Bukletə

 buyurub müraciət edə bilərsiniz. Bu bukletdə təqdim

olunmuş bəzi məlumatlarla həmin vəsaitin digər bölmələrində də

tanış ola biləcəyinizi nəzərə almağınız xahiş olunur.



2


36

Məcburi Əməyə qarşı Mübarizə: Biznes və İşəgötürənlərin

Rolu

7

1.  Məcburi əmək problemini necə həll etmək olar?

Məcburi əməkdən yaxa qurtarmaq üçün bir çox sahədə

tədbirlərin görülməsi tələb olunur. Burada məcburi əməyin fərqli

kontekstlərdə necə hərəkət etdiyini, kimlərə hədəf alıb təsir

etdiyini, və bu təsiri necə göstərdiyini aydın şəkildə anlamaq

lazımdır. Bu, ölkələrdən məcburi əməyin fərqli formalarını qeyri-

qanuni elan edən, məcburi əmək qurbanlarını müdafiə edib,

təqsirkarları isə lazımınca cəzalandırmağa icazə verən güclü

qanunlar və siyasət qəbul edib onu icra etməyi tələb edir.

Burada ölkə kontekstinə və məcburi əmək problemlərinin

növlərinə uyğunlaşdırılmış bir sıra: məcburi əmək riski barədə

ictimaiyyətin xəbəri olmasını yüksəltmək; gələcək qeyri-qanuni

miqrantları alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin

etmək; əməkçilərin öz hüquqları, sərt qanunların həyata

keçirilməsi barədə təhsilini artırmaq; insanları işə cəlb etmə ilə

məşğul olan agentliklər, əmək müqaviləsi bağlayanlar və

işəgötürənlərin fəaliyyətini yoxlamaq və tənzimləmək; və

qurtulmuş məcburi əmək qurbanlarının reabilitasiyası və normal

axına girməsini təmin etmək kimi praktiki tədbirlərin

görülməsinə ehtiyac var. Məcburi əməyin qarşısının alınması

məsələsində uzun müddətli missiyanın hədəfi isə gəlir-

qazanma fəaliyyətləri və mikro-sığorta proqramlarının

yaradılması, bütün əməkçilərin kollektiv danışıqların təşkil

olunması və aparılması hüquqları ilə təmin edilməsi kimi

yoxsulluğun azaldılmasına yönəlmiş təşəbbüslərdir.

7

 Biznes və işəgötürənlərin məcburi əməyə qarşı mübarizə aparmaq üçün



görə biləcəkləri bir çox tədbirlər haqqında əlavə məlumatı almaq üçün bax,

Buklet 5: Görülə biləcək tədbirlərə dair təlimat

 və

Buklet 6: Görülə biləcək



tədbirlərə dair məsləhətlər


37

2. Məcburi əmək və insan alverinə qarşı mübarizədə

işəgötürənlər və biznes hansı rolu oynaya bilər?

Məcburi əmək və insan alverinə qarşı mübarizədə biznes və

işəgötürənlər aparıcı rol oynayırlar. Əslində, bu məsələyə dair

biznes rəhbərləri tərəfindən artıq mühüm addımlar atılıb. Lakin,

biznesin rolu digər vacib nümayəndələrin, yəni dövlətlər və

sosial tərəfdaşların rolundan kənarda baxılsa gözə görünməz

qalacaq. Bunu ağlında tutaraq və biznes fəaliyyətinə təlimat

verməklə ona kömək etməyi qarşısına məqsəd qoyaraq BƏT



Məcburi Əmək və  İnsan Alverinə qarşı Mübarizədə Biznes

Rəhbərləri üçün 10 Prinsip işləyib hazırlayıb. Həmin prinsiplər

şirkət və işəgötürənlərin adı gedən məsələlərə dair ata biləcəyi

bəzi addımları təsvir edir:

·  Şirkətinizin siyasətini məcburi əmək və insan alverinin

qarşısının alınması istiqamətində görüləcək tədbirləri

müəyyən etməklə aydın və şəffaf edin. Şirkətin məhsulu və

təchizat zəncirinə bağlı olan bütün müəssisələrə həmin

siyasətin tətbiq edilməsini aydın şəkildə göstərin;

·  Məcburi əmək təcrübəsini müəyyən etmək və onu lazımi

qaydaya salmaq məqsədi ilə auditor, insan ehtiyatları və

uyğunluq üzrə əməkdaşlarınıza treninq keçirin;

·  Potensial investor və maraq göstərən tərəfləri özünə

məcburi əməyin qarşısı alınması tədbirini daxil edən etik

biznes təcrübəsinə  əməl etməyə aydın və davamlı öhdəliyi

əks etdirən xidmət və məhsullarınıza cəlb etməklə daim

onları məlumatla təmin edin.

·  Sənaye sektoru (kənd təsərrüfatı, inşaat və tekstil)

tərəfindən əldə olunmuş razılıqları və davranış məcəllələrini

məcburi əmək riskli sahələri müəyyən edərək dəstəkləyin,

və həmin risklərə qarşı lazımi tədbir görün.

·  Miqrant əməkçilərlə  ədalətli rəftar edin. Sui-istifadə və

məcburi əmək təcrübəsi ilə məşğul olmuş kimi tanınan

agentlikləri qara siyahıya alaraq, əmək müqavilələrini verən

(xüsusilə də, xaricdə) agentlikləri diqqətlə yoxlayın.

·  Əmin olun ki, bütün əməkçilərin, asanlıqla başa düşəcəkləri

dildə yazılmış, əmək haqqı, əlavə iş vaxtı, şəxsiyyəti bildirən




38

sənədlərin saxlanılması və məcburi əməyin qarşısı alınması

ilə bağlı digər məsələlərə aid hüquqlarını müəyyənləşdirən

yazılı müqaviləsi var.

·  Potensial problem sahələrini müəyyən edib yaxşı təcrübə ilə

bölüşərək biznes nümayəndələri arasında milli və

beynəlxalq hadisələri qeyd etməyə həvəsləndirin.

·  Məcburi əmək və insan alveri qurbanlarına yardım etmək

məqsədini daşıyan proqram və layihələrə peşə treninqləri və

digər lazımi tədbirlər keçirməklə öz dəstəyinizi göstərin.

·  Məcburi əmək və insan alverinə qarşı fəaliyyətdə

əməkdaşlığı irəli çəkərək dövlətlər, əməkçilər, qanun icraatı

agentlikləri və əmək müfəttişlikləri arasında körpü çəkin.

·  Yaxşı təcrübəni mükafatlandırmaq üçün KİV ilə  əlaqədə

olaraq innovativ (yeni) vasitələr tapın.

3.  Öz şirkətimin əməliyyatlarında məcburi əməyi necə aşkara

çıxara bilərəm?

Nəzərinizə alınmalı bəzi əlamətlər aşağıdakılardır:

·  Borc içində olan əməkçilər. Borc içində olan və ya borca

girmək ehtimalı olan əməkçilər borclarını ödəməkdən ötrü

müəyyən bir işəgötürənə işləmək üçün məcbur edilmiş ola

bilər;


·  Həbsxana əməyi. Həbsxana əməyinin istifadəsi məcburi

əmək sayılmır. Lakin, həbsxanada cəza çəkən məhkum

əməkçilər yalnız könüllülük əsasında şirkətlər tərəfindən işə

götürülməli, və burada əmək haqqı, müavinət və  əmək

təhlükəsizliyi və sağlamlıq məsələlərinə dair şərtlər də

azadlıqda olan əməkçilərə  şamil olunan şərtlərlə müqayisə

oluna bilən olmalıdır;

·  Fəaliyyət göstərdiyiniz ölkədəki hakimiyyət inkişaf naminə,

misal üçün inşaat, kənd təsərrüfatı və digər sahələrdə

əhalini işləməyə məcbur edir.

·  Xüsusilə də miqrant əməkçilər məcburi əmək şəraitində

işləməyə məruz qalan qrup sayılır;




39

·  Müqaviləsiz işləyən əməkçilər, böyük ehtimalla demək olar

ki, onlar öz hüquqlarını (buraya, öz məşğulluqlarını tərk

etmək hüququnu da daxil etməklə) bilmirlər; və

·  Potensial məcburi əmək vəziyyətlərini aşkara çıxaran

praktiki yoxlama siyahısı da işəgötürənlər və biznes üçün

faydalı vasitə kimi xidmət edə bilər.

4.  Məcburi əmək məqsədilə həyata keçirilən insan alverinin

riskindən uzaq olmaq üçün şirkət və işəgötürənlər nə edə

bilərlər?

Bu gün əmək bazarının əməliyyat sürəti və çevikliyi, insanları

işə cəlb etmək üçün üçüncü tərəf şəxslərinə arxayın olmaqları

ilə, işəgötürənləri əlverişsiz şəraitə sala bilər. Əgər şirkətlərin

işçi qüvvəsində miqrantlar varsa, xüsusilə də onları işə cəlb

edən üçüncü tərəf şəxsləri olubsa, onda bu şirkətlər həmin

əməkçilərin kim olduğunu və haradan gəldiyini bilməli, və

onların iş yeri ilə təmin olunması tamamilə açıq-aşkar və

aldatma və ya zor işlətmədən həyata keçirilmiş olduğuna əmin

olmalıdır. Miqrant əməkçilərin işə cəlb olunması və bu sahənin

yalnız etibarlı məşğulluq agentlikləri ilə  əməkdaşlıq etməsi

məsələsinə dair təlimat kimi şirkət-siyasətinin istifadə olunması

üçün onu inkişaf etdirmək də vacib məsələ sayılır.



40

II  

Məcburi 

Əmək 

Formaları

1.  Məcburi əmək nədir?

Məcburi, yaxud icbari əmək cəza verməklə hədə-qorxu gələrək

hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmətdir ki,

həmin şəxs özü bu iş üçün müraciət etməyib. O, əməkçilərin

üzərinə fiziki zorakılıq və ya seksual təcavüz kimi ağır məhrum

edilmələri zorla qoymaq istəyi və gücünə malik olan dövlət,

yaxud özəl müəssisə və fərdlər tərəfindən əməyə məcbur edilmə

yerlərində baş verir. Məcburi əmək özünə insanların hərəkət

etməsini məhdudlaşdırmaq; iş yerində qalmağa məcbur etmək

üçün əməkçilərin əmək haqqını və ya şəxsiyyəti bildirən

sənədlərini özündə saxlamaq; yaxud, fırıldaq gəlməklə əməkçiləri

canlarını qurtara bilməyəcək borca salmaq kimi təcrübələri də

daxil edir. Məcburi əmək cinayət əməli və  əsas insan

hüquqlarının pozuntusudur.

Öz əksini BƏT-in 29 saylı Konvensiyasında tapan məcburi,

yaxud icbari əmək terminin tərifi aşağıdakı  əsas elementlərdən

ibarətdir:

1. Cəzalandırma hədə-qorxusu. Cəza tədbiri hüquq və

imtiyazların ləğv edilməsi və ya cəza sanksiyasından ibarət ola

bilər. İntiqam hədə-qorxuları – zor işlətmək, zorla boynuna

qoymaq və hətta ölüm hədə-qorxusu gəlmək kimi ən

abırsızlarından tutmuş; miqrant əməkçini qeyri-qanuni statusu

barədə hakimiyyət orqanlarına xəbər vermək kimi nisbətən

yüngüllərinə, çox vaxt psixoloji hədə-qorxulara qədər, – fərqli

formalarda həyata keçirilə bilər.

2. Məcburi görülən iş və xidmət. Bütün əmək münasibətləri

kontrakt bağlayan tərəflərin birgə razılığında öz əksini tapmalıdır

prinsipi, hər iki tərəfin milli qanunvericilik və ya kollektiv razılığa

müvafiq olaraq üzrlü səbəb bildirməklə  əmək münasibətini

istədiyi vaxt tərk edə bilməsini nəzərdə tutur. Əməkçi öz əvvəlki

razılığını cəzalandırma qorxusu olmadan ləğv edə bilmədiyi



41

halda, həmin vəziyyət məcburi əmək vəziyyəti kimi başa düşülə

bilər. Könüllü təklifin olmamağı kənardan və ya dolayı təzyiq ilə

bağlı ola bilər, burada maaşın bir qisminin tutulması və ya

əməkçinin şəxsiyyətini bildirən sənədlərin zəbt edilməsini misal

kimi gətirmək olar.

3. Hər cür iş və ya xidmət. Bu, həm özünə sənaye, sektor və

peşədən asılı olmayaraq hər növ iş, xidmət və məşğulluğu daxil

edir, həm də qanuni və formal məşğulluqla yanaşı qeyri-qanuni

və qeyri-formal məşğulluğu əhatə edir.

4. Hər hansı bir şəxs. Bu, milliyyətindən asılı olmayaraq həm

böyüklərə, həm də uşaqlara aid edilir və həmin şəxsin məcburi

əmək hadisəsi aşkar edilmiş ölkənin vətəndaşı olub-olmadığına

əsaslanmır.



2.  29 saylı Konvensiyaya istinad edən “cəza verməklə hədə-

qorxu gəlmək” ifadəsi nəyi təyin edir?

29 saylı Konvensiya (1930) məcburi əməyi aşağıdakı kimi

müəyyən edir: “cəza verməklə hədə-qorxu gələrək hər hansı bir

şəxsin boynuna qoyulan hər cür iş və ya xidmət, həmin şəxs özü

bu iş üçün müraciət etməyibsə, icbari və ya məcburi hesab

edilir”. Həmin tərifdə “cəza verməklə hədə-qorxu gəlmək” yalnız

cəza sanksiyasına deyil, eləcə də hüquq və imtiyazların

itirilməsinə istinad edir. Praktiki mənada, bu bir çox fiziki və/və ya

psixoloji formalar ala bilər. Misal üçün:

·  Əməkçi, onun ailəsi, ya da yaxın yoldaşlarına qarşı fiziki

zorakılıq;

·  Seksual təcavüz;

·  Həbsxanaya salma və ya digər fiziki məhdudlaşdırma yolu;

·  Maddi cəzalar;

·  Səlahiyyətli orqanlara xəbər vermə (polis, immiqrasiya, və

s.) və deportasiya, misal üçün miqrant əməkçilərin qeyri-

qanuni məşğulluq statusu ilə işləməkləri halları;

·  Sonrakı məşğulluqdan məhrum etmə;

·  Cəmiyyət və sosial həyatdan məhrum etmə;



42

·  Hüquq və imtiyazların alınması;

·  Qida, sığınacaq və digər zəruri təminatdan məhrum etmə;

·  Daha pis iş şəraitinə köçürmə;

·  Sosial statusu itirmə.

3.  Məcburi əmək tələsinə düşmüş insanların sayı nə qədərdir?

BƏT-in hesablamalarına əsasən, bu gün dünyada ən azı 12.3

milyon insan məcburi əmək qurbanıdır. Bunlardan 9.8 milyonu özəl

agentlər və müəssisələr tərəfindən istismar edilib, həmin rəqəmə isə

insan alveri nəticəsində məcburi əmək vəziyyətində düşən 2.4

milyondan çox insan daxildir. Qalan 2.5 milyonu isə dövlət və ya

üsyançı hərb qrupları tərəfindən işə məcbur ediliblər. İnanmağa

əsas var ki, bütün məcburi əmək vəziyyətində işləyənlərin 40-50

faizini yaşı 18-dən az olan uşaqlar təşkil edir. Kommersiya

məqsədilə seksual istismara məcbur edilmişlərin hamısı və iqtisadi

məqsədlə məcburi istismar olunanların 56 faizi qadın və qızların

hesabına düşür.

Məcburi əmək vəziyyətində işləyənlərin ən yüksək rəqəmi (cəm

göstəricisinin 77 faizi) Asiya və Sakit okean regionunda aşkar edilib,

bundan sonra Latın Amerikası və Karib dənizi (11 faiz) regionu

gedir. Sənaye baxımdan inkişaf etmiş ölkələrdə bütün məcburi əmək

qurbanlarının 3 faizi, və bunlardan dörddə üçü insan alveri yolu ilə

yerləşdirilib

8

.

8



Bu rəqəmlər “BƏT-in Cenevrədə 2005-ci ildə hazırlanmış Məcburi əməyə

qarşı qlobal alyans: BƏT-in İş Yerlərində Hüquqlar və Əsas Prinsiplər üzrə

Bəyannamənin həyata keçirilməsi mexanizminə uyğun olaraq təqdim

olunmuş Qlobal Hesabat”-dan götürülüb. Rəqəmlərin müəyyən edilməsində

istifadə olunmuş metodologiyanı müzakirə etmək üçün, bax: “Patrik Belser-

in Dünyada Məcburi Əməyə BƏT-in verdiyi Minimal Qiymət adlı materialına,

Cenevrə 2005”




43

4.  Məcburi əmək hansı fərqli formalar ala bilər?

9

Məcburi əmək bir çox formalar ala bilər – bunlardan, bəziləri

dövlət tərəfindən istifadə edilib, lakin əksəriyyəti isə özünə özəl

iqtisadiyyatda yer alıb. Məcburi əmək vəziyyəti insan alveri və

qeyri-qanuni miqrasiya nəticəsində yarana bilər, və bu problem,

görünür ki, böyüməkdə davam edərək, dünyanın bütün

regionlarına öz təsirini göstərir. Gücün (zorun) tətbiqi

mexanizmlərinə borc asılılığı, köləlik, gömrük praktikasının sui-

istifadəsi və aldatma yolu ilə insanları işə cəlb etmə sistemləri

daxildir.

9

Məcburi əməyin ala biləcək fərqli formalarına dair əlavə məlumat üçün,



bax

Giriş və Ümumi Baxış

 başlıqlı

1-ci Bukletə



Məcburi əməyin özlüyündə və insan alveri nəticəsində

regional üzrə paylanması cədvəli

Cəmi, Məcburi

əmək

Cəmi, insan alveri



nəticəsində

Asiya və Sakit okean

9 490 000

1 360 000

Latın Amerikası və

Karib dənizi

1 320 000

250 000


Saxaranın cənubunda

yerləşən Afrika

660 000

130 000


Sənaye baxımdan

inkişaf etmiş ölkələr

360 000

270 000


Orta Asiya və Şimalı

Afrika


260 000

230 000


Keçid dövründə olan

ölkələr


210 000

200 000


Dünya

12 300 000

2 450 000*

*Qeyd: Cəm göstəriciyə (bütövləşdirmə baxımından) artıq

             rəqəmlər əlavə edilməyib


44

Borc iltizamına əsaslanan məcburi əmək: Belə bir təcrübə

“təhkim edilmiş  əməyə” istinad edərək ən çox əsasən cənubi

Afrikada yayılıb, lakin dünyada “borc asılılığı” kimi də tanınır.

Bununla bir çox iqtisadi sektorlarda (buraya, kənd təsərrüfatı,

kərpic istehsalı, mədən-dağ sahələri də daxil olmaqla)

qarşılaşmaq mümkündür. Bu, eləcə də tez-tez ayrı-seçkiliyin

köhnə növləri ilə  əlaqələndirilən bir problemdir. Bunun qurbanı

çox vaxt cəmiyyətin ən kasıb üzvləri olur, dünyanın bəzi

hissələrində isə buna ən çox yerli əhali və qəbilə nümayəndələri

məruz qalır. “Borc asılılığı” insan kimdən isə borc götürüb,

əvəzində bunu öz ya da ailə üzvlərinin əməyi və ya xidmətini

girov qoyan zaman yaranır.



Həbsxanalarda məcburi əmək: Məhbuslardan tələb olunan

əmək beynəlxalq qanun çərçivəsində məcburi əmək sayılmır.

Lakin, qanun məhkəməsində məhkum olunmamış məhbusların

qeyri-iradi olaraq gördükləri iş məcburi əmək sayılır. Buna oxşar

olaraq, hər hansı bir özəl müəssisənin faydası üçün məhbusun

qeyri-iradi olaraq gördüyü iş də məcburi əmək sayılır.



İnsan alveri nəticəsində məcburi əmək: İnsan alveri çox vaxt

məcburi əməklə  əlaqəli olur. O, mütəşəkkil cinayət şəbəkəsi ilə

və ya fərdi şəxslər tərəfindən təhrik edilərək, özünə  əmək

istismarı məqsədilə aldadıcı səkildə insanların işə cəlb olunması,

reketlik və şantajı daxil edə bilər.

İstismaredici əmək müqaviləsi sistemləri ilə əlaqəli məcburi

əmək: Bununla bu gün dünyanın hər yerində qarşılaşmaq

mümkündür. Misal üçün, miqrant əməkçilərdən əlavə ödənişlər

tələb edildiyinə görə, və işləyəcəkləri ölkəyə gəldikdən sonra

işəgötürənin qərarını dəyişməyə demək olar ki, imkanları

olmadan onlar əmək müqaviləsini bağlayan qarşı tərəfdən “asılı”

vəziyyətə düşə bilərlər.



5.  Məcburi əmək “riski” altına ən çox düşə biləcək sayılan

əməkçilər varmı?

Məcburi əmək hər bir region, ölkə və iqtisadi sektora, və həm

formal, həm də qeyri-formal münasibətlər əsasında işləyən



45

əməkçilərə öz təsirini göstərən qlobal fenomendir. Lakin, bununla

yanaşı digərlərinə baxanda məcburiyyət altına daha çox

asanlıqla düşən bir neçə kateqoriya əməkçi mövcuddur.

Onlardan bəziləri öz etnik mənşəyinə, nisbi yoxsulluğuna və ya

qeyri-qanuni miqrant statusuna görə risk altına düşürlər:

·  Uzun müddət ərzində diskriminasiyadan (ayrı-seçkilikdən)

əzab çəkmiş qruplara aid olan əməkçilər. Burada, Latın

Amerikasında yerli əhali və qəbilə nümayəndələrini, cənubi

Asiyada aşağı kastaları, və xüsusilə adı çəkilən qrupların

qadınlarını qeyd etmək olar;

·  Miqrant əməkçilər, xüsusilə də ağır vəziyyətlərinə görə

məcbur etmə vasitəsilə istismar oluna bilən qeyri-qanuni

statuslu miqrantlar;

·  Qeyri-formal müəssisələrdə işə götürülmüş  əməkçilər.

Buraya formal iqtisadiyyat sahəsində fəaliyyət göstərən

coğrafi baxımdan ucqar kənd bölgələrində fəaliyyət göstərən

və evdə şəraitində çalışan əməkçilər daxildir;

·  Öz qanuni hüquqları barədə xəbəri daha yaşlı, bacarıqlı və

savadlı həmkarlarına nisbətən az olan yeniyetmə və

bacarıqsız, ya da savadsız əməkçilər.

     


Buna əlavə olaraq, hər iki cinsə aid əməkçilər geniş sektorda,

eləcə də kommersiya məqsədilə seksual istismara zor etmə

(burada, demək olar ki, müstəsna olaraq qadın və qızlar istifadə

olunur) sahəsində işləməyə məcbur edilmiş ola bilər.



6. 

Məcburi əməyə səbəblər nədir?

Məcburi əmək öz kökünü əsasən yoxsulluq, bərabərsizlik və

diskriminasiyadan (ayrı-seçkilikdən) alır, və çox vaxt vəziyyəti

ağır olan və müdafiəsiz əməkçilərin hesabına maddi mənfəət

əldə etməyə can atmaqla hərəkətə gətirilir. Qeyri-adekvat

qanunvericilik və zəif qanun icraatının olması təqsirkarların təqib

olunması və cəzalandırılmasının yalnız nadir hal daşımasına

səbəbdir. Belə bir vəziyyətdə, məcburi əmək təcrübəsinə




46

müraciət edən qeyri-dürüst işəgötürənlər, agentlər və insan

alverçilərin azlıq təşkil edən hissəsinin əldə etdiyi potensial gəlir,

riskin başa düşülməsi ilə müqayisədə, onu üstələyir. BƏT-in

hesablamalarına görə insan alveri nəticəsində məcburi əməkdən

istifadə edərək əldə olunan illik gəlir 31.6 milyard ABŞ dolları

təşkil edir. Həmin gəlirin yarısı sənaye baxımdan inkişaf etmiş

ölkələrdə  əldə olunur. Məcburi əmək, eləcə də siyasi amillərlə

təhrik edilib.

7.  Məcburi əmək özəl sektordansa daha çox repressiv

dövlətlərlə əlaqəsi olan bir problem deyilmi?

Birbaşa dövlət tərəfindən məcburi əməyin təhrik edilməsi ciddi

narahatlıq doğuran səbəb olaraq qalmaqdadır. Lakin, BƏT-in

hesablamaları göstərir ki, məcburi əmək qurbanlarının əksəriyyəti

özəl agentlər tərəfindən istismar olunub. Məcburi, yaxud icbari

əmək bütün regionlarda, inkişafda olan və artıq inkişaf etmiş

iqtisadiyyat sektorlarında, formal və qeyri-formal iqtisadiyyat

sahələrində, TMM-lərin qlobal təchizat zəncirində, kiçik və orta

müəssisələrdə, və kənd təsərrüfatı, istehsal və xidmət kimi hər

cür sektorlarda yer almış qlobal fenomendir. Ənənəvi köləlik və

dövlət dəstəyi ilə istifadə olunan məcburi əmək qlobal şəkildə

pislənməkdə ikən, özəl sektorda işlənən məcburi əməyin digər

formaları çoxaldığı kimi qiymətləndirilir.



47

III  Məcburi Əməyə qarşı Mübarizədə Beynəlxalq Standartlar

10

1. 

Məcburi əməyi  aradan qaldırmaq üçün hansı beynəlxalq

sənədlər mövcuddur?

BƏT məcburi əmək haqqında iki Konvensiya (bu sənələr onları

təsdiq etmiş (ratifikasiya) BƏT-ə üzv dövlətlərin üzərinə hüquqi

öhdəlik qoyur) qəbul edib. Birincisi, Məcburi Əmək haqqında (29

saylı) Konvensiya (1930), məcburi, yaxud icbari əməyin bütün

formalarını aradan qaldırmağa çağırır. Bu Konvensiyaya, 1957-ci

ildə qəbul olunmuş ikinci, Məcburi əməyin aradan qaldırılması

haqqında (105 saylı) Konvensiya əlavə olundu. Siyasi məqsədlər

üçün məcburi əmək istifadəsinin artması müşahidə olunan dövrdə

qəbul edilmiş bu, 105 saylı Konvensiya aşağıda sadalanan

vasitələr kimi istifadə olunan məcburi əməyin qarşısının

alınmasına çağırır:

· Siyasi məcbur etmə və ya təhsil, ya da siyasi baxışları ifadə

etməyə görə cəza;

· İqtisadi inkişaf  məqsədləri  üçün işçi  qüvvənin səfərbər

olunması;

· Əmək intizamı;

· Tətillərdə iştiraka görə cəza; və

·  İrqi, sosial, milli və ya dini ayrı-seçkilik.

Məcburi əmək haqqında olan bu iki Konvensiya BƏT-in ən çox üzv

dövlətlər tərəfindən təsdiq edilmiş sənədləri sırasındadır, və onlara

BƏT-in “fundamental” (əsas) Konvensiyaları kimi baxılır. Bu o

deməkdir ki, layiqli işə nail olmaq yolunda məcburi əməkdən azad

olma, eynən birləşmə azadlığı və kollektiv danışıqların aparılması,

uşaq əməyinin və iş yerində ayrı-seçkiliyin aradan qaldırılması kimi

tam zəruri amil rolunu oynayır. Əlavə olaraq, BƏT-in 1998-ci qəbul

etdiyi İş Yerində Hüquqlar və  Əsas Prinsiplərə dair Bəyannamə-si

BƏT-ə üzv olan bütün dövlətlərin öhdəsinə, onlar məcburi əmək

10

 Əlavə məlumat üçün, bax:



1-ci Bukletin

 Əlavə hissəsindəki məcburi əmək

və insan alveri haqqında müvafiq beynəlxalq standartlardan çıxarışlara.



48

haqqında Konvensiyaları təsdiq etmiş olmasalar da, məcburi əməyin

aradan qaldırılmasına hörmətlə yanaşmağı və onu dəstəkləməyi

qoyur.


2. Məcburi əməyə verilmiş tərifə dair BƏT Konvensiyalarında

istisnalar varmı?

29 saylı Konvensiya məcburi əməyi cəza vermək hədə-qorxusu

altında və məcburi olaraq görülən hər cür iş və ya xidmət kimi açıq

şəkildə təyin edir. Lakin, bu Konvensiya həmin tərif çərçivəsinə

düşməyən icbari əməyin aşağıdakı formalarını da müəyyən edir:

· 

İcbari hərbi xidmət qanunlarının tələb etdiyi tamamilə hərbi



xarakter daşıyan hər hansı iş və ya xidmət;

·  Sərbəst şəkildə özünü idarən ölkə vətəndaşlarının normal mülki

öhdəliklərinin bir hissəsini formalaşdıran hər hansı iş və ya

xidmət, misal üçün icbari məhkəmə jürisi xidməti, ya da təhlükə

altına olan şəxsə yardım göstərmək vəzifəsi;

·  Dövlətin səlahiyyətli orqanının nəzarəti altında onların

görülməsini və özəl şəxslər, şirkətlər və ya assosiasiyaların

ixtiyarına adı gedəcək şəxsin verilməməyini və oraya işə qəbul

edilmədiyini təmin edən məhkəmə qərarı ilə verilmiş hökm

nəticəsində şəxsdən tələb edilən hər hansı iş və ya xidmət;

·  Təcili hallarda, misal üçün su daşqını, zəlzələ və aclıq kimi

fəlakət və ya müharibə  şəraitində, yaxud qismən və ya bütün

əhalinin həyatı və rifahını təhlükəyə qoyacaq hər hansı bir digər

vəziyyətdə tələb olunan hər cür iş və ya xidmət;

·  Cəmiyyət üzvləri tərəfindən həyata keçirilən, birbaşa həmin

cəmiyyətin marağında olan minimal kommunal xidmətlər; misal

üçün, yaşayış yerlərinin istismarı ilə bağlı işlər, sanitariya

şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər, kənddəki yollar, yük

maşınları və ya suvarma yerlərinin istismarı ilə bağlı işlər.

3.

Beynəlxalq qanun insan alverinə necə müraciət edir?

İnsan alveri haqqında məlumatlandırılma artımı insan alverinə

qarşı yönəlmiş yeni beynəlxalq və regional sənədlərin işlənib

hazırlanmasında öz əksini tapıb. Həmin sənədlər arasında İnsan




49

alverinin qarşısının alınması, ləğv edilməsi və cəzalandırılmasına

dair Protokolu (2000), yaxud “Palermo Protokolu”-nu və Avropa

Şurasının İnsan alverinə dair Konvensiyası-nı (2005) qeyd etmək

olar. Bu yeni sənədlər, məcburi əmək, köləlik və servitut (yəni,

insan orqanlarının çıxarılması) məqsədi ilə həyata keçirilən insan

alverinə dair böyüyən konsensusu ötürür. Həmin sənədlərin qəbulu

və təsdiq edilməsi nəticəsində bir çox ölkələrin qanunvericiliyi və

təcrübəsində kəskin dəyişikliklər baş verməklə, bu sahədə yeni

siyasətin qəbul edilməsinə yol açılıb.



50

IV   Həbsxana 

Əməyi

1.

Həbsxana əməyi məcburi əməyin forması kimi qadağan

edilibmi?

BƏT-in Məcburi əmək haqqındakı Konvensiyaları (29 və 105)

həbsxana əməyinin istifadəsinə qadağa qoymur, amma onlar bu

təcrübəyə dair aydın məhdudlaşdırmalar üçün yer ayırıblar.

Həbsxana əməyi yalnız məhkəmə qərarı ilə məhkum olunmuş

cinayətkardan tələb oluna bilər. Nə həbsdə saxlanılıb, məhkəmə

araşdırmasını gözləyən şəxslər, nə də inzibati qaydada həbsxanaya

salınmış adamlar işləməyə məcbur edilə bilməzlər. Məhbusun

gördüyü iş dövlətin səlahiyyətli orqanı tərəfindən nəzarət olunaraq

həyata keçirilməlidir, və məhbuslar özəl müəssisələr üçün nə

həbsxanada, nə də ondan kənarda işləməyə məcbur edilə bilməzlər.

Lakin, hətta yuxarıda qeyd olunmuş  şəraitlərdə belə 105 saylı

Konvensiya aşağıda sadalanan məqsədlər üçün məcburi həbsxana

əməyi istifadə olunduğu halda ona qadağa qoyur:

·  Siyasi məcbur etmə və ya təhsil, ya da siyasi baxışları ifadə

etməyə görə cəza;

·  İqtisadi inkişaf məqsədləri üçün işçi qüvvənin səfərbər olunması;

·  Əmək intizamı;

·  Tətillərdə iştiraka görə cəza; və

·  İrqi, sosial, milli və ya dini ayrı-seçkilik.

Həbsxana əməyinin (həbsxanada və ya ondan kənarda) özəl

kommersiya fəaliyyətləri ilə  əlaqəsi olduğu vəziyyətlərdə, əmək

icbari xasiyyət daşımamalıdır. Bu cür məşğulluq üçün məhbuslar iş

və ya xidmətlərini könüllü olaraq təklif etməli, və şirkətlər – həbsxana

əməyindən istifadə etdikləri halda – məhbusları, azadlıqda olan və

buna uyğun sənayedə işləyən əməkçilərin iş  şəraiti və  şərtləri ilə

müqayisə edilə bilən iş şəraiti və şərtləri ilə təmin etməlidirlər.



51

2. Həbsxana əməyinin istifadəsi hansı  şərtlər altında icazə

verilib?

BƏT Konvensiyalarına müvafiq olaraq, məhkəmə hökmünün

nəticəsi olaraq şəxsdən tələb olunan və dövlət nəzarəti altında icra

olunan iş və ya xidmət məcburi əmək sayılmır. Lakin, belə bir

həbsxana əməyinə məcburi əmək deyilməsin deyə aşağıdakı şərtlər

yerinə yetirilməlidir:

·  Şəxs hüquq pozuntusunda təqsirli bilinib, və hökm müstəqil

məhkəmə tərəfindən elan edilməklə, hökmün icraatına

başlanır. Məhkəmə araşdırmasını həbsxanada gözləyib,

təqsirli bilinməmiş adamlar və ya məhkəmə araşdırması

olmadan həbsdə saxlanılanların boynuna işləməyi qoymaq

olmaz. Amma, bu, işləmək xahişi ilə çıxış edən və həmin işi

könüllü olaraq yerinə yetirmək istəyən bu cür şəxslərə iş

təqdim etmək imkanının qarşısını almır.

·  Həmin işi dövlətin səlahiyyətli orqanı öz nəzarəti altında

saxlamalıdır. Dövlət həbsxanalarında bu səlahiyyəti

həbsxana administrasiyası təmsil edir;

·  Məhbus özəl şəxslər, şirkətlər və ya assosiasiyaların

ixtiyarına verilməməli və oraya işə qəbul edilməlidir.

Özəl sektor üçün olduğu kimi, özəl şəxslər və ya şirkətlərin ixtiyarına

verilmiş icbari həbsxana əməyi beynəlxalq standartlara qarşıdır.

Lakin, özəl şirkət və  şəxslər öz azad iradəsi ilə işləmək istəyən

məhbusları işə götürə bilərlər. Məhbusları həbsxanada və ya ondan

kənarda işə götürən şirkətlər həbsxana əməkçilərinin iş  şəraiti və

şərtlərinin uyğun sektorda mövcud olan azad məşğulluq

münasibətlərində öz əksini tapmış iş  şərtləri və  şəraitinə oxşar

olduğunu təmin etməlidir. Onlar həmçinin bu əməkçilərin özəl

işəgötürənə işləməklərinə razılıq verdiyini əsaslandırmalıdırlar.




52

Aşağıda həbsxana əməyinin özəl sektorla əlaqələndirilməsi

yollarının bəzi nümunələri təqdim olunub:

·  Məhbuslar təhsil və ya treninq proqramının bir hissəsi kimi

özəl şəxslə iş birliyinə daxil ola bilərlər;

·  Məhbuslar, açıq bazarda özəl şəxslərə satılan malları

istehsal etmək üçün həbsxanada keçirilən seminarlarda

işləyə bilərlər;

·  Məhbuslar, azadlığa buraxılmağa hazırlıq proqramının bir

hissəsi kimi özəl şəxs üçün həbsxanadan kənarda işləyə

bilər;

·  Məhbuslar çox vaxt özəl şəxslər tərəfindən idarə olunan



islah avadanlığının işləməsinə kömək etməklə, həbsxana

nəzdində öz əməklərini təqdim edirlər; və

·  Bəzi məhbuslar, gün ərzində həbsxanadan kənarda özəl

firmalarla işləyib, gecə həbsxanaya qayıdırlar.



3.  Həbsxana əməyinin “azad əmək münasibətlərinə” yaxın olan

şərtlərlə həyata keçirilməsini təmin etmək nə deməkdir?

Əgər biznes həbsxana əməyini istifadə edirsə, onda tövsiyə edilir ki,

o, məhbusların iş şəraiti və şərtlərinin uyğun iqtisadi sektorda azad

məşğulluq əsasında işləyən əməkçilərin iş şəraiti və şərtlərinə oxşar

olacağını təmin etsin. Məhbuslar, yemək və yaşamaq üçün

pullarından tutulma nəticəsində fərqləri hesaba almaqla, və

müqayisə edilə bilən səviyyədə olan əmək haqqına və sosial sığorta

müavinətlərinə malik olaraq, xüsusilə eyni əmək təhlükəsizliyi və

sağlamlıq standartlarından azad əməkçilər kimi razı qalmalıdırlar.

Həmçinin tövsiyə edilir ki, siz, məhbusların işə qoşulması, özləri

təzyiq subyekti olmadan və ya cəzalandırmaq hədə-qorxusu altına

düşmədən (misal üçün, həbsxanada hüquq və imtiyazların itirilməsi),

könüllü təkliflərindən irəli gələrək yer aldığına əmin olasınız. Bunu

həyata keçirmək yollarından biri, həbsxana əməkçilərindən işləməyə

yazılı razılıq almaqdır.



53

V   Məcbur 

etmə

1.  İşçi öz işləmək razılığını şifahi və ya yazılı surətdə bildirdiyi

halda burada məcburi əmək barədə sual necə yarana bilər?

İşçinin formal razılığı heç də həmişə onun azad iradəsi ilə

işləyəcəyinə zəmanət vermir. Misal üçün, cəza vermək hədə-

qorxusu altında (məsələn, zor işlətmək hədə-qorxusu) verilmiş

işləmək razılığı işçinin “könüllü təklif” ilə çıxış etməyinə yer

qoymur. Bu halda, xaricdən məcbur etmə və ya dolayı yolla

işlədilən zor əməkçinin özünü könüllü şəkildə iş üçün təklif

etmək azadlığı ilə qarşı-qarşıya gəlir. Həmin məcbur etmə aktı

qanunla müəyyən edilmiş bir vasitə kimi səlahiyyətli

orqanlarının tədbiri, yaxud işəgötürənin təcrübəsi (misal üçün,

miqrant əməkçilərin aldatma, yalançı vədlər, şəxsiyyəti bildirən

sənədlərin alınması yolu ilə işə razılıq vermələri, yaxud da

işəgötürənin ixtiyarında qalmağa məcbur edilmələri)

nəticəsində yer ala bilər. Bu cür təcrübələr BƏT-in

Konvensiyalarında müəyyən edildiyi kimi məcburi əmək hesab

edilir.


2. Məşğulluq müddəti zamanı  şəxsi sənədlərin alınması

məcburi əmək hesab edilirmi?

Mütləq deyil. Lakin, şəxsiyyəti bildirən sənədlərin və ya digər

qiymətdə olan şəxsi mülkün alınması, əməkçilər bu sənədləri

geri almaq ixtiyarında olmadıqları və həmin sənədləri itirmək

riskinə girmədən məşğulluq yerini tərk edə bilməyəcəklərini hiss

etdikləri halda, məcburi əməyə işarə edən amil sayıla bilər. Bir

çox hallarda, həmin sənədlər olmadan işçi digər işə qəbul

olunmaya, yaxud hətta bir vətəndaş kimi müəyyən xidmətlərdən

istifadəyə məhrum ola bilər.



54

3. İstehsal cədvəlinə uyğun getmək məqsədilə tələb olunan

icbari əlavə iş vaxtı məcburi əmək sayılırmı?

İş vaxtından əlavə işləmək öhdəliyi, həmin öhdəlik milli

qanunvericilikdə icazə verilən limitlər daxilində qaldığı zaman

və ya kollektiv müqavilədə razılaşdırılmış olduğu halda məcburi

əmək hesab edilmir. Bu o deməkdir ki, beynəlxalq standartlara

müvafiq olaraq, əlavə iş vaxtı, onun yaranması səbəblərindən

asılı olmayaraq icbarı xasiyyət daşıyıb, qanunla təyin olunmuş

həftəlik və ya aylıq limitdən artıq olarsa məcburi əmək özünə

yer almış olur. Əgər işəgötürən açıq-aşkar qanunu pozub,

cəzalandırmaq hədə-qorxusu gəlməklə işçilərinin belə  şəraitdə

işləməyini tələb edirsə, məcburi əmək üçün zəmin yaranır.

Lakin, bəzi hallarda, müşahidə olunub ki, işdən çıxarılma

qorxusu işçiləri milli qanunvericiliklə icazə verilmişdən artıq

əlavə iş saatları işləməyə vadar edir, digər hallarda isə

əməkçilər özlərini qanunla təyin edilmiş maksimum vaxtdan

əlavə işləməyə borclu hiss edirlər, çünki bu, minimal əmmək

haqqını qazana bilmələrinin yeganə yoludur (misal üçün,

mükafatlandırma məhsuldarlıq nişanları  əsasında təyin olunan

yerlər). Bu cür hallarda, əməkçilər nəzəri cəhətdən işdən imtina

edə bilsələr də, ağır vəziyyətləri başqa seçimləri olmadığına

işarə ola bilər, və buna görə də minimal əmək haqqını

qazanmaq və ya iş yerlərini saxlamaq üçün, yaxud elə hər iki

səbəbdən onlar bunu etmək məcburiyyətində qalırlar.

Konvensiyalar və Tövsiyələrin Tətbiqi üzrə BƏT-in Ekspertlər

Komitəsinə müvafiq olaraq, bu nəticədə cəza vermək hədə-

qorxusu altında zorla əməkçinin boynuna qoyulan iş vəziyyətə

dönür, buna görə də məcburi əmək hesab edilə bilər.

4. İşçiləri tam əmək haqqı və müavinətlərlə təmin etdiyim

şəraitdə məcburi əmək probleminin yaranmasına hələ də

ehtimal qalırmı?

Əgər şəxs, onu əmək haqqı və ya digər müavinət formaları ilə

təmin edib-etmədiyinizdən asılı olmayaraq, cəzalandırılma

hədə-qorxusu altında olub, öz məşğulluğunu tərk etməyə azad

deyilsə, bu məcburi əmək vəziyyətini yaradır.



55

5.  Borc asılılığı və təhkim edilmiş əmək nə deməkdir?

Borc iltizamına əsaslanan məcburi əmək əsasən cənubi

Afrikadakı “təhkim edilmiş  əməyə” istinad edir, lakin geniş

məkanda o, “borc asılılığı” kimi də tanınır. BƏT-in apardığı

tədqiqatlara əsasən, təhkim edilmiş  əməklə cənubi Afrika və

Latın Amerikasının kənd təsərrüfatı, kərpic bişirmə, düyü

dəyirmanları və digər iqtisadı fəaliyyət növləri sahəsində

qarşılaşmaq olar. Bu, həmçinin dəri, balıq emalı və xalça

fabriklərində aşkarlana bilər. Bunun qurbanları adətən

cəmiyyətin ən kasıb təbəqələri, çox vaxt savadsız, və nisbətən

asan aldadılan və hüquqlarını bilmədən iş istismarında

saxlanılan insanlar olur; onlar məşğulluq yerlərini tərk etməyə

çalışdığı halda adətən tutulub iş yerlərinə zorla qaytarılır. Bəzi

regionlarda ən çox bu vəziyyətə düşən həmin regionun yerli

əhali və qəbilə nümayəndələri olur.

Borc asılılığı termini BMT-nin Köləliyin ləğv edilməsi haqqında

Əlavə Konvensiyasında (1956): “borca girən şəxsin borc

əvəzində öz xidmətlərini və ya nəzarəti altında olan şəxsin

xidmətlərini girov olaraq qoyması ilə yaranan elə bir status və

ya vəziyyətdir ki, burada həmin xidmətlərin dəyəri borcun ləğv

edilməsinə hesablanmır və ya həmin xidmətlərin təbiəti və

davamiyyət müddəti müvafiq olaraq məhdudlaşdırılmır və ya

təyin olunmur” kimi təyin edilir.

Təhkim edilmiş əmək, ailə başçısı olan kişi öz işəgötürənindən

qabaqcadan iş haqqını və ya ehtiyacı olduğu halda borc almaq

üçün əvəzində nəinki yalnız öz, lakin həm də ailə üzvlərinin

əməyini qoyarkən, bütün ailəyə təsir göstərə bilər. Borc asılılığı

(və məcbur etmənin digər formaları) çox vaxt, borca girmiş və

bəzən tutarlı gəlir əldə etmədən illər boyu işləməli olan

əməkçidən hər ikisi öz payını götürən “podratçılar və

subpodratçılar” kimi kompleks sistemə əsaslanır.



56

6.  İnsanlar məcburi əməyə nə cür məcbur edilirlər?

Bir çox məcburi əmək vəziyyətində  əsas element insanları,

onların azad şəkildə ifadə etdiyi razılıq olmadan işləməyə təşviq

etmək məcburiyyətidir. Barəsində xəbəriniz olmalı çoxlu məcbur

etmə formaları mövcuddur:

·  Doğum/vərəsəlik nəticəsində "kölə" və ya təhkim olunmuş

status;

·  İnsan oğurluğu;



·  Başqasının mülkiyyətçiliyinə verilmək üçün insan alveri;

·  İş yerində fiziki məhdudlaşdırma halları;

·  Psixoloji məcburiyyət, məs. uyğunsuzluğa görə

cəzalandırma hədə-qorxusu ilə boynuna qoyulan iş;

·  Təşviq edilmiş borcluluq (hesabların saxtalaşdırılması,

inflyasiyaya məruz qalmış qiymətlər, hasil olunan dəyərinin

aşağı salınması, və digər yollarla);

·  İş növü və şərtlərinə dair aldatma və ya yalançı vədlər;

·  Əmək haqqını kəsmə və ödəməmə; və

·  Şəxsiyyəti bildirən sənədləri və ya digər dəyərli olan şəxsi

mülkiyyətin alınması.

Bəzən insanlar sərbəst şəkildə işin təşkilinə daxil olur, lakin fikirlərini

dəyişdiyi halda həmin işi tərk etməkləri əngəllənir. Bu da məcbur

etmə yaradır.



7. Əgər şirkət işçidən, treninq ilə bağlı xərcləri ödəmək

məqsədilə müəyyən edilmiş müddətdə işləməyi tələb edərsə,

bu məcburi əmək sayılacaqmı?

Bəzən şirkətlər, öz işçi heyətinin bacarıq və ya biliyini artırmaq

məqsədilə (xüsusilə də  əgər belə bir treninq yalnız xaricdə

keçirilirsə) mühüm sərmayə buraxırlar. Belə halda, onlar




57

treninqdə iştirak edən işçi ilə razılıq əldə edə bilərlər ki, nəticədə

bu işçi ona edilmiş xərcləri ödəmək üçün müəyyən müddət

ərzində həmin şirkətə işləsin. Bu cür razılıq treninqdə iştirak

etmiş işçinin məşğulluq münasibətlərinə son qoymaq azadlığını

azaldır, və buna görə, – bəzi hallarda – məcburi əmək

vəziyyətinin yaranmasına şərait yarada bilir. Lakin, hər hansı bir

vəziyyəti məcburi əmək vəziyyəti kimi müəyyən edib-etməmək

üçün bəzi amillər hesaba alınmalıdır, misal üçün:

·  Treninqdə iştirak etmiş işçinin treninqdən sonra şirkətdə

işləmək üçün razılıq verdiyi işləmə müddətinin uzunluğu;

·  Xərcləri ödəmək üçün tələb olunan müddət, və bunun vaxt

və treninq xərci baxımından məqbul olub-olmamağı; və

·  Treninqdə iştirak etmiş işçi treninq xərcinin bir qismini öz

cibindən ödədiyi halda onun işdən azad ola bilib-bilməməyi.

8. 

Oğurluğun  qarşısını  almaq  və  həm  işçilərimin

təhlükəsizliyini, həm də  əmlakımı qorumaq üçün mən

mühafizə heyətini işə götürdüm və iş yerinin qapısını

kilidləyirəm. Bu tədbir, məcburi əmək hesab olunurmu?

Şəxsi sənədlərin alınması məsələsində olduğu kimi qapıların

kilidlənməsi də məcburi, yaxud icbari əməyə işarə edən amil ola

bilər. Bu, əməkçilərin hərəkət etmək azadlığını məhdudlaşdırır və

meydana məşğulluq təbiətinin könüllü olub-olmamağı barədə

suallar çıxarır. Lakin, burada yadda saxlanılacaq vacib məqam

odur ki, məcburi əmək cəzalandırmaq hədə-qorxusu ilə

səciyyələndirilir və qeyri-iradi olaraq əməkçinin boynuna qoyulan

iş və ya xidməti nəzərdə tutur. Cəza vermək hədə-qorxusu

olmayan və  əməkçinin işə könüllü olaraq daxil olduğu yerdə

əmək məcburi hesab edilmir.

Buna oxşar şəkildə, təhlükəsizlik səbəblərindən irəli gələrək

müəssisənin çıxış yerlərinə mühafizə keşikçilərini təyin etmək də

məcburi əmək sayılmamalıdır. Lakin, mühafizə heyətindən qeyri-

düzgün istifadə məcburi əməyə işarə ola bilər, buna görə də

bundan çəkinmək və bununla ehtiyatlı davranmaq gərəkdir.




58

9. Özünü kasıblıq və ya aclıqdan qurtulmaq məqsədilə

işləməyə məcbur qalmış hiss edən şəxs məcburi əmək

qurbanı sayılırmı?

Xeyr. Özünü həyatda saxlamaq üçün bir şəxsin işləməyə məcbur

qalması faktı, həmin şəxsin cəzalandırma qorxusu olmadan işi

qəbul edə və ya (işəgötürənə bu haqda lazımi qaydada xəbər

verməklə) iş yerini tərk edə bildiyinə qədər, bu iş və ya xidməti

məcburi əmək etmir. Lakin, olduqca aşağı  əmək haqqı vermək

məqsədilə işəgötürən həmin iqtisadi şəraitdən istifadə etdiyi

halda bu, məcburi əmək vəziyyətinin yaranmasına gətirib çıxara

bilər.

10.  

Özünü  könüllü  surətdə  işləmək  üçün  təklif  etmiş

yeniyetməni işəgötürən onun valideynlərindən razılıq aldığı

halda işə qəbul edə bilərmi?

Ölkələrin çoxu əmək müqaviləsini bağlamaq üçün əməkçilərin

minimal yaş həddini təsbit ediblər, burada həmin yaş həddi icbari

məktəb müddətinin sonuna gəlmiş  şagirdlərin yaşı ilə üst-üstə

düşə bilər. Lakin, sağlamlıq, təhlükəsizlik və ya əxlaqı təhlükə

altına sala biləcək məşğulluq, yaşı 18-dən aşağı olan şəxslər

üçün ümumilikdə qadağan edilib, belə ki, nə uşaqların özü, nə də

üzərində valideyn səlahiyyəti olanlar bu cür məşğulluğa daxil

olmaqlarına etibarlı sayılacaq razılıq verə bilməzlər.



59

VI  

İnsan Alveri və Məcburi Əmək

1.  İnsan alveri nə deməkdir?

İnsan alveri gətirib məcburi əməyə çıxara bilər. Buraya, bir

şəxsin istismar məqsədilə adətən beynəlxalq sərhədləri

keçməklə hərəkət etməsi daxil olur. Son illərdə, insan alveri,

çox vaxt informasiya texnologiyası, nəqliyyat və beynəlxalq

mütəşəkkil cinayətkarlıqda gedən inkişafa bağlı olaraq yeni

formalar və ölçülər alıb. Bu isə öz təsirini həm inkişaf etməkdə

olan, keçid dövrünü yaşayan və sənayeləşdirilmiş iqtisadiyyat

bazarlı ölkələrə, bunlar bir mənbə olaraq, həm də tranzit və

təyinat yeri olan ölkələrə göstərməkdədir. İnsan alveri

termininin hüquqi tərifi öz əksini Birləşmiş Millətlər Təşkilatının

Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə Konvensiyası-

tamamlayan İnsanların, Xüsusilə də Qadın və Uşaqların



Alverinin Qarşısının Alınması, Ləğv Edilməsi və

Cəzalandırılmasına dair Protokol-da(2000)

11

, başqa sözlə



desək “Palermo Protokolu”-nda tapıb. Həmin tərif aşağıdakı

əsas məqamları vurğulayır:

11

 “Palermo Protokolu”-ndan çıxarışla



Giriş  və  Ümumi  Baxış

 başlıqlı

1-ci

Bukletdə


 tanış ola bilərsiniz. Həmin Protokola əsasən - “İnsan alveri”

anlayışı istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, bir yerdən

digərinə aparılması, sığınacaq verilməsi, borc iltizamlarından istifadə

edilməsi, hədələmək, güc tətbiq etmək və ya başqa fiziki təzyiq üsulları ilə,

insanların oğurlanması, qorxudulması, aldadılması, onların çıxılmaz

vəziyyətdə olmalarından istifadə edilməsi, pul vermək və ya pul almaq yolu

ilə bir nəfərin başqa biri üzərində ağalığına nail olması kimi başa düşüləcək.

“İstismar” anlayışı, ən azı, digərlərini fahişəliklə məşğul olmağa məcbur

etməyi və ya başqa seksual istismar formalarını, məcburi əmək və

xidmətləri, qul kimi satılmağı və ya buna oxşar halları və hətta insan

orqanlarının kəsilib götürülməyini nəzərdə tutur.



60

·  Buradakı fəaliyyət növlərinə insanların cəlb edilməsi,

daşınması, transferi (yerdəyişməsi), oğurlanması (sığınacaq

verilməsi) və qəbul edilməsi (satın alınması) daxildir;

·  İstifadə olunmuş vasitələrə isə hədə-qorxu gəlmək və ya zor

işlətmək, aldatmaq, zorla aparmaq, fiziki təzyiq göstərmək,

öz gücündən və ya insanların pis vəziyyətə düşmələrindən

sui-istifadə etmək kimi vasitələri aid etmək olar; və

·  Məqsəd məcburi əmək və ya xidmətlər, köləlik və servitut

(yəni, insan orqanlarının çıxarılması) anlamında istismar

kimi müəyyən edilib.

Buna əlavə olaraq, Palermo Protokolu uşaqların (18 yaşından

aşağı) alverini böyüklərin alverindən fərqləndirir. Yuxarıda qeyd

olunan bütün qeyri-qanuni vasitələr uşaq alveri hallarında da

qəbul olunmazdır. Uşaq alveri BƏT-in 182 saylı Konvensiyasında

da uşaq əməyinin ən pis formalarından biri kimi qeyd olunub.



2.

İnsan alveri məcburi əməklə necə əlaqələndirilir?

Məcburi əmək, insanlar kommersiya və ya seksual istismar

məqsədilə miqrasiyaya tovlandığında da yer ala bilər. İnsan

alveri məşğulluq agentliyinin xaricdə iş təklifi ilə müraciətindən

başlana bilər. Təyinat yeri olan ölkəyə  şəxs daşınandan sonra

birdən məşğulluq şərtləri dəyişir, sənədlər əldən alınır və məcbur

etmə tədbiri tətbiq olunmağa başlanır və nəticədə məcburi əmək

yer alır.

Bu cür məcburi əmək həmçinin şəxslər, bəzən də uşaqlar,

oğurlandıqda, güclə aparıldıqda, ya da “satıldıqda” baş verir.

Məcburi əmək şəraitində işləyən belə  əməkçilər çox vaxt ev

qulluğu, kənd təsərrüfatı, küçə alveri sahələrində, seks sənayesi

və tərqovan sistemli müəssisələrdə istismar olunur.



61

3.

İnsan alverinə səbəb olan amillər nədir?

İnsan alverinə səbəb kimi görünə bilən və son illər ərzində onun

artmasını təhrik edən bir çox amillər var. Buraya aşağıdakılar

daxildir:

·  Dövlətlər arasında və dövlət daxilində artan bərabərsizlik;

·  İnsan alverinin təhlükələri barədə məlumat çatışmazlığı;

· Təhlükəsiz miqrasiya imkanları haqqında məlumat

çatışmazlığı;

·  İnsan və malların hərəkət etməsini əngəlləyən maneələrin

azaldılması, eləcə də sərhədlərarası daşınmanın bu halda

(insan alveri halında) daha yaxşı və ucuz olması;

·  Sənaye baxımdan inkişaf etmiş ölkələrə qanuni immiqrasiyaya

əngəl olan maneələrin çoxaldılması;

·  Əmək bazarının zəif şəkildə idarə olunması, misal üçün, hələ

də hazırlanmaqda olan əmək qanunu və 

əmək


administrasiyasının (buraya müfəttiş xidmətləri daxil olmaqla)

aşağı səviyyədə olması;

·  Əmək və seksual istismardan əldə olunan “yaxşı” gəlirlə

mütəşəkkil cinayətkarlığın marağını oyatma;

·  Daha yaxşı həyat arzusu (miqranta aid), və insan alveri və

onun nəticələri barədə cahillik.

BƏT qlobal olaraq insan alveri nəticəsində məcburi əmək şəraitinə

salınmış qurbanların sayını 2.4 milyon rəqəmi ilə qiymətləndirir.

Aşağıdakı cədvəl həmin rəqəmin regionlar üzrə bölünməsini təqdim

edir:


12

12

Bax:



“BƏT-in Məcburi əməyə qarşı qlobal alyans: BƏT-in İş Yerlərində

Hüquqlar və  Əsas Prinsiplər üzrə Bəyannamənin həyata keçirilməsi

mexanizminə uyğun olaraq təqdim olunmuş Qlobal Hesabat”-a Cenevrə,

2005.


Rus dilində həmin vəsait “Глобальный доклад, представленный в

соответствии  с  механизмом  реализации  Декларации  МОТ  об

основополагающих  принципах  и  правах  в  сфере  труда” adını daşıyır,

bax: http://www.un.org/russian/news/ilo.pdf.




62

insan alveri

nəticəsində

məcburi əmək

şəraitinə düşmüş

insanların sayı

Asiya və Sakit

okean


1 360 000

Sənaye baxımdan

inkişaf etmiş ölkələr

270 000


Latın Amerikası və

Karib dənizi

250 000

Orta Asiya və Şimalı



Afrika

230 000


Keçid dövründə

olan ölkələr

200 000

Saxaranın



cənubunda yerləşən

Afrika


130 000

Dünya

2 450 000*



*Qeyd: Cəm göstəriciyə

(bütövləşdirmə baxımından) artıq

rəqəmlər əlavə edilməyib


63

VII  Əlavə Məlumat və Resurslar

1.

Məcburi əmək və insan alveri haqqında əlavə məlumat



haradan ala bilərəm?

Məcburi əmək, insan alveri və BƏT-in fəaliyyəti haqqında əlavə

məlumat

www.ilo.org/forcedlabour



 internet səhifəsindən, yaxud

Məcburi, yaxud icbari əmək məsələsinə dair BƏT-in xüsusi

fəaliyyət proqramı-na aşağıdakı məlumat əsasında birbaşa

müraciət etməklə, almaq olar:

E-poçt:

forcedlabour@ilo.org



Faks: +41 22 799 65 61

Siz aşağıda təqdim olunmuş  əsas resurs və internet

səhifələrinə də müraciət edə bilərsiniz:

BƏT Hesabatları və Sorğuları

·  BƏT: Məcburi Əməyə Qarşı Qlobal Alyans, Cenevrə, 2005

·  BƏT: Məcburi Əməyə Qarşı MübarizəCenevrə 2007

· BƏT: İnsan Alverinə Qarşı Fəaliyyət, Cenevrə, 2008

· BƏT: Məcburi Əmək məqsədilə  İnsan Alveri: Miqrant

əməkçilərin işə cəlb olunmasının monitorinqini keçirmə qaydası,

Cenevrə, 2006

· BƏT: Məcburi Əmək və  İnsan Alveri: Əmək Müfəttişləri üçün

vəsait, Cenevrə, 2008

· BƏT: Məlumat kitabçası: Qadın miqrant əməkçilərinin



diskriminasiyası, istismarı və sui-istifadə edilməsinin qarşısı

alınması, Cenevrə, 2003


64

BİT siyasətinə aid sənədlər

· BİT, Qeyri-formal iqtisadiyyat: İşəgötürənin yanaşması,

Cenevrə, 2006

· BİT, Cəmiyyətdə biznesin rolu, Cenevrə, 2005

· BİT, Korporativ sosial məsuliyyət: BİT yanaşması, Cenevrə,

2003


· BİT, Davranış məcəllələri: BİT-in mövqe sənədi, Cenevrə, 1999

Digər müvafiq sənədlər

·  Quldarlıq Əleyhinə Beynəlxalq Təşkilat, Ləngidilmiş inkişaf:



Diskriminasiya və quldarlıq 21-ci əsrdə, London, 2008

·  Quldarlıq Əleyhinə Beynəlxalq Təşkilat, Borc Asılılığı, London,

1998

·  ABŞ Dövlət Departamenti, İnsan Alveri barədə 2008-ci il



Hesabatı

http:/www.state.gov/g/tip/rls/tiprpt/2008/

(ingilis dilində)

İnternet səhifələri

(ingilis dilində)

·

www.ioe-emp.org



·

www.unglobalcompact.org

·

www.ungift.org



·

www.antislavery.org



·

www.ciett.org



Document Outline

  • ILO Employers Handbook Azeri 35
  • ILO Employers Handbook Azeri 36
  • ILO Employers Handbook Azeri 37
  • ILO Employers Handbook Azeri 38
  • ILO Employers Handbook Azeri 39
  • ILO Employers Handbook Azeri 40
  • ILO Employers Handbook Azeri 41
  • ILO Employers Handbook Azeri 42
  • ILO Employers Handbook Azeri 43
  • ILO Employers Handbook Azeri 44
  • ILO Employers Handbook Azeri 45
  • ILO Employers Handbook Azeri 46
  • ILO Employers Handbook Azeri 47
  • ILO Employers Handbook Azeri 48
  • ILO Employers Handbook Azeri 49
  • ILO Employers Handbook Azeri 50
  • ILO Employers Handbook Azeri 51
  • ILO Employers Handbook Azeri 52
  • ILO Employers Handbook Azeri 53
  • ILO Employers Handbook Azeri 54
  • ILO Employers Handbook Azeri 55
  • ILO Employers Handbook Azeri 56
  • ILO Employers Handbook Azeri 57
  • ILO Employers Handbook Azeri 58
  • ILO Employers Handbook Azeri 59
  • ILO Employers Handbook Azeri 60
  • ILO Employers Handbook Azeri 61
  • ILO Employers Handbook Azeri 62
  • ILO Employers Handbook Azeri 63
  • ILO Employers Handbook Azeri 64

Yüklə 164,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə