Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

Prosedur 

Dərs 1 (sentyabr ayında)

Müəllim boş qutunu, uşaq hüquqları kartlarını və onlara uyğun gələn bir, yaxud iki əşyanı 

stolun üstünə qoyur. Məsələn:

Maddə 7, doğulandan ada sahib olmaq hüququ – yeni doğulan uşağı xatırladan əmzik;



Maddə 28, təhsil almaq hüququ – kiçik bir karandaş.

Sonra müəllim planı izah edir:

Noyabrın 20-si Uşaq Hüquqları Günüdür.



O   vaxtadək   hər   şagird   öz   xəzinə   qutusunu   uşaq   hüquqlarını   xatırladan   əşyalarla 

doldurmalıdır.

Hər bir şagird hansı əşyanın hansı uşaq hüququna uyğun gəldiyinə qərar verir.



Əvvəlcə hər şagird boş bir qutu götürür (qutu kartondan, taxtadan, yaxud dəmirdən ola 

bilər). Bu qutu rənglənir, bəzədilir və hansısa bir yerinə onun sahibi olan şagirdin adı 

yazılır.


Bütün   şagirdlər   uşaq   hüquqları   kartları   kəsib   hazırlayır,   onları   qısqaca   (skrepkaya) 

keçirib öz xəzinə qutularına qoyurlar. Bundan sonra xəzinə ovu başlayır!

Uşaqlar öz xəzinə qutularını necə hazırlamağa və onları necə bəzəməyə dair öz ideya və 

təkliflərini bir-birləri ilə bölüşürlər.

Lazım gəldikdə, müəllim şagirdləri yapışqan, boya və fırça ilə təmin edir.

Dərs 2

Uşaqlar   öz   materiallarını   bir-birlərinə   göstərir   və   öz   xəzinə   qutularını   bəzəməyə 



başlayırlar. Onlar öz materiallarını bir-birləri ilə bölüşür, bir-birlərinə yardım edirlər.

İkinci dərsdə uşaqlar əşyaları necə toplamağı müzakirə edirlər.

Burada çox mühüm bir məsələ ondan ibarətdir ki, “Xəzinə ovu” tapşırığı şagirdlərin uşaq 

hüquqları ilə tanış olmasına və onları başa düşməsinə böyük kömək edir. Onlar yalnız müəyyən 

bir uşaq hüququnun mahiyyətini başa düşdükləri halda həmin hüquqa uyğun gələn əşyanı seçə 

bilərlər.

Xəzinə   toplamağın   bu   mərhələsində   şagirdlər   öz   ideyalarını   bir-birləri   ilə   bölüşməli, 

tapdıqları əşyaları bir-birlərinə göstərməlidirlər: Kim hansısa hüquqa nəyinsə uyğun gəldiyini 

tapıb? Şagirdlərə bir-birlərinin ideyalarını köçürməyə icazə verilməlidir. Uşaqlar sanki bir yarışa 

girəcəklər:   kimin   xəzinə   qutusu   daha   yaradıcı   və   daha   orijinal  olması   ilə   digər   xəzinə 

qutularından   daha   gözəldir?   Beləliklə,   müəllimin   uşaqlar   arasındakı   bu   yarışa   əlavə   stimul 

verməsinə ehtiyac qalmır.



Dərs 3

Uşaq   Hüquqları   Günündən   (noyabrın   20-sindən)   bir   həftə   əvvəl:   Bütün   uşaqlar 

topladıqları əşyaları öz partalarının üzərində mini-sərgi şəklində nümayiş etdirirlər. Onlar heç də 

bütün uşaq hüquqlarını bu və ya digər əşya ilə tərənnüm etməyə məcbur deyillər.

Uşaqlar   bu   və   ya   digər   əşyanı   hansı   səbəbdən   seçdiklərini   bir-birlərinə   izah   edirlər. 

Müəllim hər hansı əşya ilə bağlı öz şəxsi rəyini bildirmir, o, uşaqların təqdim etdiyi hər bir 




əşyaya  görə məmnun olduğunu ifadə edir. Müəllimin rəhbərliyi  ilə sinfin şagirdləri sərginin 

məktəbdəki digər şagirdlərə də nümayiş olunmasının yollarını müzakirə edirlər.

Sərgidə nümayiş etdirmək üçün əşyalarımızı qoya biləcəyimiz elə bir şüşə vitrin varmı? 

Biz məktəbdə bir informasiya lövhəsi yaradaqmı? Biz noyabrın 20-də öz sinif otağımızı uşaq 

hüquqları muzeyinə çevirəkmi? Bəlkə, paralel dördüncü sinif də eyni planı işləyib hazırlayıb. 

Onda   biz   topladığımız   əşyaları   bir-birimizlə   necə   paylaşa   bilərik?   Biz   məktəb   direktorunu, 

direktor   müavinini,   başqa   müəllimləri,   valideynləri,   yaxud   məktəbin   təsərrüfat   işçilərini   də 

sərgiyə dəvət edəkmi?

Sərgimizin hansısa bir şəkildə açılış mərasimi olsunmu?

Bunun üçün məşq etmək, şeir qoşmaq və bu şeirə mahnı bəstələmək lazımdırmı? Və 

ilaxır.

Dərs 4



Uşaq Hüquqları Günü, noyabrın 20-si (bəlkə də bundan bir gün əvvəl)

Şagirdlər sərgi təşkil edir və digər şagirdləri məlumatlandırmağa çalışırlar.

Təşkil edilmiş  rəsm sərgisində açılış nitqi olaraq Uşaq Hüquqları Günü haqqında qısa 

çıxış etməyin lazım olub-olmadığına müəllim özü qərar verir.



5-ci sinif

BİZ ÖZ SİNFİMİZ ÜÇÜN QAYDALAR YARADIRIQ

Dərsin planı


Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Bu sinifdə hər kəsin 

malik olduğu hüquqlar 

hansılardır?

Ayrı-ayrı qruplarda iş

şagirdlər öz sinifləri üçün 

təklif etdikləri qaydaların 

siyahısını tərtib edirlər.

A4 ölçülü vərəqlər 

(hər qrup üçün bir 

ədəd)


Dərs 2 

Qaydanı yaxşı qayda 

edən nədir? Niyə 

qaydalar adama xoş 

görünməyə bilər? Niyə 

onlar faydalı ola bilər?

Şagirdlər qaydalar və nizam 

prinsipi barədə fikirləşirlər.

Demokratiyada 

qaydaların əsas 

prinsiplərinə dair 

tezislər cədvəli.

A4 ölçülü vərəqlər

Dərs 3


Uşaq hüquqları sinifdə 

necə həyata keçirilə 

bilər?

Ayrı-ayrı qruplarda iş, 



şagirdlər uşaq hüquqları ilə 

ahəng təşkil edən qaydalar 

işləyib hazırlayırlar.

Şagirdlərin surətini 

çıxardığı və ya 

özlərinin yazdığı 

tezislər cədvəli

Dərs 4


Ayrı-ayrı qruplarda 

qaydalar işləyib 

hazırlamaq və onları 

bütün sinifdə 

razılaşdırmaq

Şagirdlər öz fikirlərini 

müqayisə edir və sinifləri üçün 

hazırladıqları qaydalarla bağlı 

yekdil qərara gəlməyə 

çalışırlar.

--

Dərsin məqsədləri

Biz sinifdə tətbiq etdiyimiz qaydalara insan hüquqları, yaxud uşaq hüquqları nöqteyi-

nəzərində yanaşsaq görərik ki, bu qaydaların effekti özünü təkcə sinif otağında sakitliyin və 

əmin-amanlığın təmin olunmasında göstərmir, həmin qaydaların təsirləri çox-çox uzaqlara gedib-

çıxır.

İnsan  hüquqları və uşaq hüquqları quru hüquq normaları toplusu deyil. Bu hüquqların 



işləməsi və səmərəli olması üçün onlar bizim gündəlik həyata bərabərlik və ədalət gətirmək 

səylərimiz  üçün  bir  vasitə,  təlimat  rolu oynamalıdır.  Məktəb  şagirdlər  üçün çox  mühüm bir 

elementdir, müəyyən mənada hətta onların gündəlik həyatının özəyidir. Hətta bundan da vacib 

bir   şeydir:   məktəb   şagirdlərin   cəmiyyətdə   necə   hərəkət   etməyi   öyrəndikləri   yeganə   yerdir. 

Məktəb, başqa sözlə desək, sinif otağı və bütövlükdə məktəbin binası, eləcə də məktəbin heyəti 

və rəhbərliyi cəmiyyətin miniatür modelini – mikro-cəmiyyəti formalaşdırır. Şagirdlərin burada 

öyrəndikləri,   etdikləri   və   yaşadıqları   hər   bir   şeyin,   faydalı   və   ya   faydasız   olmasından   asılı 

olmayaraq,   sinif   otağından   və   məktəb   icmasından   kənar   dünyada   nə   vaxtsa   təkrarlanmaq 

ehtimalı çox böyükdür.

Hüquq və vəzifə bir-birini tamamlayan iki anlayışdır. Onlar gecə və gündüz, yaxud yay 

və qış kimi bir-biri ilə ahəng təşkil edirlər. Hüquq və vəzifə bir-birindən asılıdır. Hüquqların və 

vəzifələrin qarşılıqlı asılılığını dərk etmədən insan və uşaq hüquqlarını başa düşmək mümkün 

deyil.

Bu   layihə   əsas   diqqəti   Uşaq   hüquqları   haqqında   Konvensiyanın   aşağıdakı   maddələri 



üzərində   cəmləyəcək:   Maddə   12.   Fikrimizin   eşidilməsi;   Maddə   13.   Özümüzü   ifadə   etmək 

azadlığı; Maddə 28. Təhsil hüququ və Maddə 31. İstirahət və asudə vaxt hüququ.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə