Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

materiallar   üzrə   menecer   və  koordinator.   Qrup   daxilində   hər   kəsin   nəyə   cavabdeh   olduğu 

müəyyənləşdirilib bir vərəqə yazılır. Bu plan vərəqləri sinifdən asılır. Qruplar üzərində işlədikləri 

maddələri   də   sonradan   bu   vərəqə   əlavə   edəcəklər.   Qrup   daxilində   rolların   bu   cür   müəyyən 

edilməsinin   şagirdlərin   layihə   üzrə   faktiki   işlərinə   heç   bir   aidiyyəti   olmasa   da,   hər   halda 

şagirdlərin sosial qabiliyyətlərinin inkişafına və onların öz məqsədlərinə çatmasına dəstək olur.

Bu müddət ərzində müəllim lövhəyə yapışdırılmış, şagirdlərin ən çox seçdiyi 10 maddəni 

götürüb stolun üzərinə üzü aşağı düzür. Qrupların koordinatorları stola yaxınlaşaraq, hərəsi öz 

qrupu üçün bir maddə seçir. Onlara tapşırığın mətni də verilir:

Hər qrup uşaq hüquqlarından birinə dair plakat hazırlayır.

Plakata aşağıdakılar daxil edilir:

həmin uşaq hüququna verilən ad



uşaq hüquqları haqqında Konvensiyanın müvafiq maddəsinin mətni

sözügedən hüququ xarakterizə edən bir şəkil



həmin hüquqla bağlı qəzetdən və ya jurnaldan kəsilmiş bir məqalə və məqalədə bəhs 

olunan hadisənin həmin hüquqla necə bağlı olduğuna dair izah. (Bu, həmin hüququn 

necə pozulduğu və ya necə müdafiə olunduğu barədədirmi?)

Plakatı  hazırlayıb   başa   çatdırdıqdan   sonra,   hər   qrup   işlənməmiş   maddələr   arasından   bir 

başqasını   seçir   və   eyni   qaydada   ikinci   plakatı   hazırlayır.   Qruplar   işlədikləri   maddələri 

özlərinin qrup vərəqlərində qeyd edirlər.

Qruplar öz tapşırıqlarını öyrənirlər; onlar lazım olacaq materialların siyahısını tutur və 

meydana çıxa biləcək çətinlikləri götür-qoy edirlər.

Sonra qrup üzvləri qrupun iş planını öz aralarında razılaşdırırlar. Nələr edilməlidir? Nələr 

toplanmalıdır? Qrupun hər üzvü evdən özü ilə nə gətirə bilər? Vaxt meneceri iş cədvəlini necə 

tərtib edəcək? Gətirilən materiallar harada saxlanacaq?

Əgər müəllim öz dərslərini xeyli müddət əvvəldən planlaşdırıbsa, onda o, şagirdlərə qəzet 

və jurnalları layihəyə başlamazdan bir neçə həftə qabaq gətirməyi tapşırır. Şagirdlər məktəbə 

özlərilə gündəlik mövzularla, eləcə də siyasi və sosial məsələlərlə bağlı olan və bunlara aid 

şəkilləri və karikaturaları özündə ehtiva edən materiallar gətirirlər. Şagirdlər evdən həmçinin – 

əgər məktəbdə çatışmırsa – qayçı, yapışqan və boyalar gətirə bilərlər. Yaxşı olar ki, şagirdlər 

onlara hansı materialların lazım olacağını əvvəlcədən müəyyən edib onları bir həftə əvvəldən 

gətirsinlər.

Qruplar işə başlayandan az sonra müəllim gərək şagirdlərin ilkin rəylərini öyrənmək üçün 

onları fikir mübadiləsinə dəvət etsin. Bu zaman aşağıdakı suallar faydalı olar:

Hansı işlər yaxşı gedir?



Hansı işlərdə köməyə ehtiyac var?

Biz hər birimiz (koordinator, materiallar üzrə menecer və vaxt üzrə menecer) qrupdakı 



vəzifəmizi aydın başa düşmüşükmü?

Müəllim   sərgini   də   şagirdlərlə   müzakirə   etməlidir.     Sərgi   harada   və   nə   vaxt   təşkil 

olunsun? Açılışı kim etsin? Tədbirə kimlər dəvət olunsun?  Münsiflər heyətinin üzvləri kimlər 

olsun?



Dərs 4

Birinci dərsin bir hissəsini, habelə ikinci və üçüncü dərsləri əhatə edən iş prosesində 

şagirdlər müəllimin müdaxiləsi olmadan sərbəst şəkildə işləyir, özləri öz işlərini idarə edirlər. 

Müəllim sadəcə onları həm görünüşü, həm də məzmunu ilə seçilən plakatlar hazırlamağa təşviq 

edir. O, bunun üçün şagirdlərə bir plakat nümunəsi göstərə bilər. Şagirdlər də öz növbəsində öz 

işlərini həmin nümunəvi plakata bənzədə və hətta ondan da yaxşısını hazırlaya bilərlər. Ancaq 

nümunəvi   plakatda   şagirdlərin   öz   plakatlarına   daxil   etməli   olduqları   bütün   elementlər   əks 

olunmalıdır.

Plakatını hazırlayıb başa çatdıran hər qrup daha bir maddə seçə və yeni plakat üzərində 

işə başlaya bilər.

Layihənin   sonunda   şagirdlər   müəllimləri   ilə   birlikdə   hazırladıqları  plakatlara   nəzər 

salırlar. Hər qrup sinif səviyyəsində öz plakatlarından birinin təqdimatını keçirir. İndi isə uşaq 

hüquqları ilə bağlı hazırkı vəziyyətin necə olduğunu aydınlaşdırmaq və izah etmək vaxtıdır.

Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün nə edilməlidir?



bizim hansı imkanlarımız var?

Bunun üçün biz kimləri məlumatlandırmalı, kimləri cəlb etməliyik?



Şagirdlər   həmçinin   plakatları   harada   saxlamaq   barədə   qərara   gəlməlidirlər.   Bəlkə   də 

noyabrın 20-də Uşaq Hüquqları Günü münasibətilə bələdiyyənin binasında, yaxud bir qeyri-

hökumət təşkilatında xüsusi bir sərgi keçirmək olar.

9-cu sinif

BİZ NƏYƏ GÖRƏ QAYDALARA RİAYƏT ETMƏLİYİK?

Dərsin planı



Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Hazırlıq


Şagirdlər məktəb 

qaydasının pozulmasına 

və bu pozuntu ilə bağlı 

cəzalandırılmaya dair 

konkret bir hadisə (hal) 

haqqında məlumat 

toplayırlar.

Fərdi iş: informasiya 

toplanması

Müəyyən edilmiş 

formada məlumat 

vərəqəsi


Dərs 1

Çətin durumda olan bir 

şagird (hadisənin 

öyrənilməsi)

Qruplarda iş: hadisənin təhlili

Hadisənin 

öyrənilməsi üçün 

çalışma vərəqəsi

Dərs 2 

Nəyə görə məktəbin 



qaydaları olur?

Qruplarda iş: məktəb 

qaydalarının uşaq hüquqları 

prizmasından nəzərdən 

keçirilməsi.

Ev tapşırığı: bizim gündəlik 

həyatımız hansı qaydalarla 

idarə olunur?

Flipçat və çalışma 

vərəqəsi: “Nəyə görə 

məktəbin qaydaları 

olur?”


Məktəb qaydalarının 

nüsxələri

Çalışma vərəqəsi: 

Gün ərzində hansı 

qaydalara riayət 

etmək lazımdır?

Dərs 3

Həyatda harada 



qaydalara ehtiyac 

duyuruq?


Qruplarda iş: Qeyri-rəsmi 

qaydaları kimlər “ixtira” edir 

və kimlər tətbiq edir?

Dərs 4


Qanunları kimlər 

yaradır? (Qanunları 

yaratmaq üçün qaydalar)

Qruplarda iş: Qanunların 

ədalətli olmasını hansı 

qaydalar təmin edir?

Dərsə əlavə

Məktəb direktorunun və 

ya direktor müavininin 

iştirakı ilə yekun 

müzakirə

Dərsin məqsədləri

Məktəb həyatdır – məktəb qaydaları qanunların siyasi cəmiyyətdə xidmət etdiyi məqsədə 

(bu məqsəd insan hüquqlarını qorumaqdır) bənzər məqsədə xidmət edir.

Təcrübədən öyrənmə – nümunələrlə öyrənmə

Məktəbdəki qaydalarla siyasi cəmiyyətdəki qanunlar arasında paralellər:

Heç bir cəmiyyət, onun üzvləri arasında qanunlara riayət etmək barədə razılıq olmasa, 



ayaqda qala bilməz.

Qanunlar zəifi müdafiə edir. Qanunlar insan və uşaq hüquqlarını həyata keçirmək üçün 



vasitədir.

Qanunlar məcburən tətbiq olunmalıdır, ancaq bu, istisna hallarda belə olmalıdır. Qanunlar 



yalnız hamı tərəfindən başa düşüldükdə və dərk edildikdə işləyir. Ona görə də onlar 

ədalətli olmalıdır.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə