91
3. P → P
2
O
5
→ CaHPO
4
4. Na → Na
2
O→ NaNO
3
Bu dərsdə şagirdlər qeyri-üzvi birləşmələrin əsas xassələrini, onların arasında kimyəvi
reaksiyaların aparılmasını, maddələrlə davranmağı müstəqil olaraq öyrənirlər. Məsələn: şagird ona
verilmiş fosfor maddəsindən kalsium-hidrofosfat almaq üçün fosforu kimya qaşığında yandırır və
alınan maddəni (fosfor (V)-oksidi) kimya stəkanında olan suya daxil edir, məhlulun rəngi dəyişir.
Yeni maddə alınır. Hər bir qrupdan bir şagird apardıqları təcrübələrlə bağlı yoldaşlarına məlumat
verir. Dərsin bu yolla öyrənilməsi, həqiqətən, şagirdin dərsdə səmərəli iş görməsi nəticəsində
uzunmüddətli yaddaqalan bilik qazanılmasına səbəb olur. Beləliklə, hər bir şagirdin fəaliyyəti
nəzərdən keçirilir. Müvafiq reaksiyaların tənliklərini hər bir şagird lövhədə yazır. Başqa şagirdlər
də digər şagirdlərin suallarının cavablarını özlərində qeyd edirlər. Bununla da şagirdlər formuluna
görə oksidləri, əsasları, turşuları və duzları fərqləndirməyi, formuluna görə onları adlandırmağı,
onların alınması üsullarını, fiziki, kimyəvi xassələrini şərh etməyi, əsasları turşuluğuna və suda həll
olunmasına görə fərqləndirmək bacarıqlarını nümayiş etdirirlər. Beləliklə, dərs yekunlaşdırılır,
şagirdlər qiymətləndirilir və evə tapşırıq verilir.
Elmi yeniliyi. İnteqrasiyanın yaradılması ilə qeyri-üzvi maddələrin əsas sinifləri arasında
əlaqənin yaradılması şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirilməklə baza bilikləri
sistemləşdirilir.
Tətbiqi əhəmiyyəti. Təlim prosesində qeyri-üzvi maddələrin əsas sinifləri arasında əlaqənin
yaradılması zamanı təklif etdiyimiz qaydada dərsin aparılması müəllimə az zaman ərzində bütün
sinfin aktiv fəaliyyətini təmin etməyə və real qiymətləndirməni həyata keçirməyə şərait yaradır.
ƏDƏBİYYAT
1. Fərəcov M.C. Kimyanın tədrisində fənlərarası əlaqə. Bakı: Maarif, 1989.
2. Əskərov A.B., Quliyeva G.N., Niyazova A.A. Kimyanın tədrisi metodikası, SDU. Sumqayıt, 2011.
РЕЗЮМЕ
ИНТЕГРАЦИЯ И ВЗАИМОСВЯЗЬ МЕЖДУ ОСНОВНЫМИ КЛАССАМИ
НЕОРГАНИЧЕСКИХ СОЕДИНЕНИЙ
Аскеров А.Б., Абдуллаева Г.Б., Магеррамова А.С.
Ключевые слова: интеграция, внутрипредметная, межпредметная, укрепляющая, карточки.
Созданием интеграции между основными классами неорганических соединений укрепляются
базовые знания учащихся. В частности, у них формируется и развивается деятельность в области
логического и творческого мышления. В предложенном нами порядке обучения взаимосвязей между
основными классами неорганических соединений создаются оптимальные условия для учителей,
которые за короткий промежуток времени смогут активизировать и реально оценить деятельность
всех учащихся.
SUMMARY
INTEGRATION AND INTERRELATION BETWEEN THE MAIN CLASSES
OF INOQRANIC COMPOUNDS
Askerov A.B., Abdullayeva H.B., Maharramova A.S.
Keywords
:
integration, intrasubject, interdisciplinary, strengthening, cards.
With the creation of integration among main classes of inorganic compounds basic knowledge of
students is strengthened. Particularly, they acquire and inprove activities in the field of logical and creative
thinking, In the training method of interrelation anong main classes of inorganic compounds which is
proposed by us optimal conditions are established for teachers, Thus, in a short period of time they will be
able to promote and really estimade the activities of all students.
Daxilolma tarixi:
İlkin variant
08.11.2017
Son variant
Əskərov A.B., Abdullayeva H.B., Məhərrəmova A.S.
92
UOT 371.315
MÜASİR TƏLİM PROSESİNDƏ NƏZƏRİ MATERİALLARIN
MƏNİMSƏNİLMƏSİNİN OPTİMAL YOLLARI
BABAYEV ELDAR ALI oğlu
Sumqayıt Dövlət Texniki Kolleci, müəllim
e-mail:
sdu.elmixeberler@mail.ru
Açar sözlər: rəsmxət, proyeksiya, qrafik dil, təlim sahəsi
Tədrisin keyfiyyətinin artırılması və onun səmərəliliyinin yüksəldilməsi pedaqoji
ictimaiyyətin daim diqqət mərkəzində olmuş, pedaqoji sahədə aparılan araşdırma və tədqiqatların
əsasını təşkil etmişdir. Bu sahə ilə bağlı nəzəriyyələr söylənilmiş və metodlar irəli sürülmüşdür.Bu
metodların hamısının bir məqsədə qulluq etməsinə baxmayaraq, bu məqsədə çatmaq üçün müxtəlif
yollar və fikirlər söylənilmişdir. Yəni burada məqsəd dedikdə idrak maraqlarının artırılması,
müstəqil işləyə bilmənin təmin edilməsi, tələbə fəallığının artırılması nəzərdə tutulur.
Təlim prosesindən məlumdur ki, iki tərəf iştirak edir: müəllim və tələbə. Yəni öyrədən və
öyrənən tərəflər. Tələbənin müstəqil və təcrübi saatlarına geniş yer ayırmaq, dərsin nəzəri hissəsi ilə
yanaşı, təcrübi metodlarla öyrədilməsinə daha çox diqqət yetirmək lazımdır. Təbii ki, fənnin
spesifik xüsusyyətləri və didaktik prinsipləri nəzərə alınmalıdır. Texniki mədəniyyət insanın elmdə
qrafiki metodla verə biləcəyi qrafiki dildir. Qrafiki dilin köməyi ilə xəyal olaraq obyektlərin forma
və konstruksiyasını, dizayner ideyalarını yaratmaq və formalaşdırmaq olar. Qrafik dil özündə təsviri
və xətti yazı sistemini cəmləyib. Ona görə də onun köməkliyi ilə çertyojun bütün informasiyasını
oxumaq olar. Çertyoj bizi əhatə edən real aləmin cisimlərini öyrənmək vasitələrindən biridir. O,
uzun inkişaf yolu keçərək qrafik təsvirlərin müasir görünüş alması üçün yüzilliklər keçmişdir. Hələ
qədimlərdən insanlar ovladıqları heyvanların rəsmlərini, gördükləri göy cisimlərini və həyatı
təsvirləri, daş, qaya, qumun və dəri üzərinə həkk edirdilər. Çertyojların ortaya çıxması, insanların
praktiki fəaliyyəti istehkamların tikilməsi, şəhərlərin salınması ilə əlaqədardır. Çertyoj qədim rus
sözü olub, hər hansı cismi kağız üzərində təsvir etmək mənasını daşıyaraq 16-cı əsrdə meydana
gəlmişdir. Bizə gəlib çatmış ən qədim çertyojların tarixi 17-ci əsrə aiddir. Bızim dövrümüzdə
çertyoj özünəməxsus bir sənəddir. Çertyojun istifadə olunma məqsədindən asılı olaraq, onun adı
olur. Məsələn: maşınqayırma çertyoju, inşaat çertyoju, topoqrafik çertyoj. Çertyojlar tərtib
olunarkən Dövlət Standartlarına ciddi əməl olunmalıdır. Çertyojları oxumaq və çəkmək insanın
praktiki fəaliyyətində böyük əhəmiyyəti olan bədii təfəkkür və fəza təsəvvürlərinin inkişafına
kömək edir. Çertyoj məmulatın tərkibini və quruluşunu müəyyən edir, onun işlənməsi,
hazırlanması, ona nəzarət etmək, istismar və təmiri üçün zəruri məlumatları verir. Cismi hazır
detallardan yığmaq üçün yığma çertyojlarından istıfadə olunur. Yığma çertyojlarda detalları
birləşmiş şəkildə təsvir edirlər. Belə çertyojda cismə daxil olan hər bir detal nömrələnir. Bütün
detalların adlarını ayrıca cədvəldə yazırlar. Praktikada çertyojları, nisbəti gözləməklə əl ilə gözəyarı
çəkirlər və bunlar eskiz adlandırılır. Tədris və praktiki işdə cisimlərin yerləşməsini ancaq sadə və
şərti verən təsvirlərdən də istifadə olunur ki, bunlara is sxemi deyilir. Rəsmxətdə və digər məktəb
fənləriində cisimlərin əyani təsvirindən istifadə olunur. Cismin ölçülərinin dəqiqliyini gözləmədən,
onun əl ilə və gözəyarı çəkilmiş əyani təsvirinə texniki rəsm deyilir. Çertyojları zavoddan zavoda,
ölkədən ölkəyə göndərirlər. Çertyojlardan təkcə texnikada istifadə olunmur, o, bir çox peşə sahibləri
ilə yol yoldaşıdır. Çertyojlar vasitəsi ilə yaşayış binaları ucaldılır, bəndlər, şaxtalar, elektrik
stansiyalar tikilir, dəmiryolları və şosselər çəkirlər. Çertyojlarla əsasən geyim hazırlayır, mebel
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 2 2017
93
düzəldilir, şəhər və qəsəbələr yaşıllaşdırılır. Texnikaya yiyələnmək, ixtisaslı fəhlə, mexanizator,
dizayner, yaxşı mühəndis olmaq üçün çertyoju oxumağı bacarmaq lazımdır. Çertyoju oxumaq
bacarığını mənimsəmək, onu çəkmək qaydalarını öyrənməyin təməli isə orta məktəbdəki tədrisdən
başlayır. Tədris olunan rəsmxət fənninin şagirdlərə düzgün aşilanması, təcrübi və nəzəri olaraq
öyrədilməsi bilavasitə həmin fənni tədris edən müəllimin üzərinə düşür. Rəsmxət fənni təkcə orta
məktəbdə deyil, həmçinin texniki peşə məktəblərində, ali texniki tədris müəssisələrində də öyrədilir.
Orta və orta ixtisastəhsilli məktəblərdə rəsmxət fənni, çertyojları çəkmək texnikası və onları tərtib
etmə qaydaları, proyeksiyalama sistemində çertyojlar, texniki rəsmlər və həndəsi cisimlər,
çertyojların çəkilmə və oxunma qaydaları, eskizlər, kəsim və kəsiklər, yığma çertyojları və inşaat
çertyojlarının oxunması bölmələri ardıcıllıqla tədris olunur [2, 5-12].
İndi isə rəsmxət fənninin həndəsi cisimlə, onların proyeksiyalayıcı müstəvilərlə kəsilməsi və
səthlərinin açılışının qurulması mövzularına nəzər salaq. Həndəsi cisimlərə silindr, piramida,
prizma, konus, kürə, düzbucaqlı və s.misal göstərmək olar. Həndəsi fiqurların hər hansı birinin
(məsələn, altıüzlü prizmanın), hər hansı proyeksiyalayıcı (frontal proyeksiyalayıcı ) müstəvi ilə
Babayev E.A.
94
kəsilməsindən alınan kəsiyin həqiqi boyunun təyini (proyeksiya müstəvilərinin yerdəyişmə üsulu)
kəsik altıüzlü prizmanın açılışının və izometriyasının qurulması mövzusuna nəzər salsaq, görərik ki,
tələbə bu mövzunu nəzəri cəhətdən mənimsəmək üçün çox vaxt sərf etməli və bir neçə tamamlama
işi görməlidir. Yuxarıda qeyd olunanları tələbəyə və yaxud öyrənən tərəfə nəzəri formada
catdırmaqla yanaşı, yəni praktiki yolla onun həllinə daha çox diqqət yetirilərsə (məsələn, hər bir
tələbə fərdi şəkildə həmin prizmanı ağacdan, kartondan və ya kağızdan istifadə edərək laboratoriya
şəraitində onun maketini sərbəst şəkildə özü düzəldərsə), öyrənən tərəf həmin mövzunu daha ətraflı
və daha dərindən mənimsəməklə yanaşı, aşağıdakı meyarları özündə cəmləşdirmiş, məsulüyyət,
iradi keyfiyyətlər və sərbəst düşüncə tərzi formalaşdırmış olur. Tələbə biliyini səfərbər etməyə
çalışır. Verilmiş tapşırığı başqa tapşırıqlarla müqayisə edərək, öz bilik dairəsindən kənara çıxmağa
cəhd edir və daim axtarışda olur. Məsələnin həllində konkret və ardıcıl olmağa çalışır, məsələnin
suallarını ayırd etmək vərdişləri qazanır. Yuxarda göstərilən şəkildə altıüzlü prizma frontal
proyeksiyalayıcı müstəvi ilə kəsilmiş, kəsiyın həqiqi boyu proyeksiya müstəvilərinin yerdəyişmə
üsulu ilə təyin edilmiş, kəsik prizmanın səthinin açılışı və izometriyası verilmişdir [1, 98-100].
ƏDƏBİYYAT
1.
Боголюбов С.К. Черчениe. М.: Машиностроение, 1989, 98-100.
2.
Orta məktəb üçün rəsmxət dərsliyi. Bakı: Maarif, 2009, 5-12.
РЕЗЮМЕ
ОПТИМАЛЬНЫЕ ПУТИ УСВОЕНИЯ ТЕОРЕТИЧЕСКОГО МАТЕРИАЛА В
СОВРЕМЕННОМ ОБУЧАЮЩЕМ ПРОЦЕССЕ
Бабаев Э.А.
Ключевые слова: черчение, проекция, графический язык, область обучения
В процессе преподавания помимо теоретической формы изложения материала необходимо
особое внимание уделить его практическому решению. Такой подход будет способствовать:
а) формированию свободной формы мышления;
б) мобилизации знаний;
в) выходу за рамки готовых знаний и поиску новых возможностей;
г) конкретному и последовательному решению проблемы.
SUMMARУ
APPROPRIATE WAYS OF ADOPTING THEORETICAL MATERIALS IN THE MODERN
EDUCATION PROCESS.
Babaнev E.A.
Keywords: drawing, projection, graphical language, field of study.
In addition to delivering lesson to a student or a learner in the theoretical form, it is necessary to pay
special attention on practical solution. This approach will help to:
a) formation of a free form of thinking;
b) mobilization of knowledge;
c) go beyond the ready knowledge and find new opportunities;
d) specific and consistent solution of yhe problem.
Daxilolma tarixi:
İlkin variant
22.12.2016
Son variant
Müasir təlim prosesində nəzəri materialların mənimsənilməsinin optimal yolları
95
Mündəricat Содержание Contents
Dilçilik
1
Bayramov A.Ə. Geyim və bəzək adlarının bayatılarda əks olunması
4
2
Eminli B.İ. Evfemizmlərin linqvomədəni spesifikası
9
3
Mürsəliyeva X.M. İntensivliyin ədəbi dilin funksional üslublarında işlənmə
dərəcəsi
12
4
Musayeva İ.İ. Toy mərasimi ilə bağlı bəzi terminlərin struktur-semantik təhlili
16
Ədəbiyyatşünaslıq
5
Абдуллаев А.Н.
Образ Гейдара Алиева в художественном творчестве
русскоязычных писателей Азербайджана
20
6
Hüseynova A.H. XX əsrin 30-cu illərinədki repressiya şəraitində Sovet
Azərbaycanı nəsrində bölünmüş vətən ideyasına münasibət
23
7
Kərimova V.S. Ədəbi-tənqidi mətndə estetik problematikanın fəaliyyətinin
spesifikası
29
8
Babayeva A.N. Sənədli nəsrin problemləri (Mustafa Çəmənlinin “Fred Asif” və
“Mübariz” adlı sənədli povestləri əsasında)
35
Tarix
9
Sadıqov H.Ş., Məmmədov R.S. Mədəniyyət: mahiyyəti və funksiyaları
40
10 Məmmədli B.İ., Xəlilov E.Ş. Məşhur fransız yazıçısı-səyyah Aleksandr Dümanın
“Qafqaz səfəri” əsəri tarixi mənbə kimi
46
11 Mərdanov İ.İ., Ağayev T.D., Süleymanlı D.Q., Əliyeva N.F. Pirsааt çаyının
hövzəsinin geoloji və geomorfoloji şərаiti
49
İqtisadiyyat
12
Fərzəliyev M.M., Əzizova K.V. Qlobal iqtisadi problemlər və onların həlli yolları
53
13
Mahmudova L.F., Osmanov İ.O., Abdullayeva Y.T. Qlobal maliyyə böhranının
aradan qaldırılmasında beynəlxalq maliyyə-kredit təşkilatlarının rolu
57
14
Pirverdiyeva S.A. Sənayedə əmək kollektivlərinin sosial inkişafının əsas
istiqamətləri
62
15
Aslanov Z.Y., Rəcəbov İ.S. Maşınqayırma müəssisəsində keyfiyyət menecmenti
sisteminin proseslərinin işlənməsi
65
16
Həsənov T.G., Allahverdiyeva S.Ə., Mursaquliyev C.Ə. Quba-Xaçmaz iqtisadi-
coğrafi rayonunda (İCR) xidmət sahələrinin və nəqliyyatın ərazi üzrə təşkilinin
coğrafi xüsusiyyətləri
70
Pedaqogika, psixologiya, metodika
17 Kərimova M.F. İncəsənət terapiyası
75
18 İsаyеvа Z.M. Elmi yaradıcılıq fəaliyyətini səciyyələndirən xüsusiyyətlər
79
19 Həsənova X.S., Allahverdiyeva N.Ə., Əliyeva A.R. Riyaziyyat təliminin həyatla
əlaqələndirilməsində praktik və məntiq məzmunlu məsələlərin rolu
83
20 Əskərov A.B., Abdullayeva H.B., Məhərrəmova A.S. İnteqrasiya və qeyri-üzvi
birləşmələrin sinifləri arasında əlaqənin yaradılması
88
21 Babayev E.A. Müasir təlim prosesində nəzəri materialların mənimsənilməsinin
optimal yolları
92
96
Kompüter yığımı
S.Şahverdiyeva
Texniki redaktor
E.Həsrətova
D
il dəstəyi
Linqvistik Mərkəz
Yığılmağa verilmişdir: 05.01.2017- ci il
Çapa imzalanmışdır: 2017-ci il
Mətbəə kağızı, kağızın formatı: 70
*
108 ¼
Yüksək çap üsulu
Şərti çap vərəqi 6.
Sifariş .
Tiraj 250 nüsxə.
Qiyməti müqavilə yolu ilə.
Sumqayıt Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.
Müxbir ünvan:
Azərbaycan, 5008, Sumqayıt, 43-cü məhəllə
Tel: (0-12) 448-12-74
(0-18) 644-88-10
Faks: (0-18) 642-02-70
Web: www.sdu.edu.az
E-mail: sdu.elmixeberler@mail.ru
Dostları ilə paylaş: |