Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   36   37   38   39   40   41   42   43   44

 

89 


 

atomunun  xarici  energetik  səviyyəsində  olan  elektronların  sayına  bərabərdir.  Daha  sonra  üzvi 

maddələrin  quruluş  nəzəriyyəsi  əsasında  kimyəvi  rabitələrin  elektron  təbiəti  izah  edilərkən  üzvi 

birləşmələrdə  karbonun  dördvalentli  olması  onun  atomunun  xarici  elektron  təbəqəsində 

qoşalaşmamış dörd elektronun olması ilə əlaqələndirilir. Demək, elementin birləşmələrdə göstərdiyi 

valentliyi  onun  atomunun  xarici  elektron  təbəqəsində  olan  ancaq  qoşalaşmamış  elektronların  sayı 

ilə müəyyən edilir [1, 2]. 

Fənlərarası  inteqrasiya,  qeyd  etdiyimiz  kimi,  daha  mürəkkəb  olub,  müəllimdən  geniş 

mövzular  əsasında  deyil,  öyrənməyə  xas  olan  ümumiliklərin  əsasında  təşkil  edilməsini  tələb  edir. 

Burada əsas diqqət fənlər arasındakı əlaqələrə yönəlir. 

Kimyanın  tədrisində  fənlərarası  əlaqə  mövzusunda  yazılmış  bir  sıra  ədəbiyyatları  kimya 

fənninin interaktiv kurrikulumu hesab etmək olar. Ona görə ki, kitablarda kimya, fizika, riyaziyyat, 

biologiya  elmlərinin  qarşılıqlı  əlaqəsi  verilmişdir.  Daha  sonra  fənlərarası  əlaqə  pedaqoji  problem 

kimi  klassik  pedaqoqların  yaradıcılığında  geniş  tədqiq  olunmuşdur.  O  cümlədən  Azərbaycan 

alimlərinin  də  fənlərarası  əlaqə  haqqında  dəyərli  fikir  və  mülahizələri  olmuşdur.  Həqiqətən,  uzun 

illərlə  apardığımız  müşahidələr  və  pedaqoji  təcrübəmiz  təsdiq  edir  ki,  dəqiq  elmlərə  aid  fənlərin 

tədrisində yaxın fənlərlə əlaqəli öyrətmənin əhəmiyyəti çoxdur. Məsələn: tamamlayıcı əlaqə vasitəsi 

ilə  əlaqəli  fənlərdən  bir  mövzu  digər  fənnin  tədrisində  səthi  öyrədildikdən  sonra  yenidən 

öyrənilərsə,  mənimsəmə  müvəffəqiyyətlə  həyata  keçirilir.  Mövzu,  bir  növ  tamamlanır,  mövcud 

biliklə dərsin quruluşu sistemə salınır. 

Fənlərarası əlaqənin düzgün tətbiqi müəyyən nəticələr çıxarmağa imkan verir. Fənlər ümumən 

stabil anlayışları və ideyaları bir sistem halında birləşdirir. 

Fənlərarası əlaqənin tətbiqində şagirdlərin zehni qabiliyyəti onların aktiv fəaliyyəti ilə birləşir 

və  tamamlanır.  Mövcud    çətinliklər,  köhnə  biliklə  yeni  bilik  arasındakı  əlaqə  tənzim  olunur.  Şa-

girdlərin  müstəqil  düşünmək  və  tətbiq  etmək  qabiliyyəti  sistemə  salınır.  Adətən,  bu  cür  tədris 

məsələləri müəllimi daha səmərəli texnologiyalara yiyələnməyə məcbur edir. Belə halda fənlərarası 

əlaqəyə  istinad  etməklə  şagirdlərin  zehni  inkişafı  stimullaşdırılır.  Təlim  və  tədris  prosesində 

fənlərarası  əlaqə  bu  iki  yolla,  zahiri  və  daxili  göstəricilərlə  həyata  keçirilir.  Birinciyə  şagirdlərin 

mənimsədiyi biliklərlə və bu biliklərin tətbiqi, ikinciyə isə şagirdlərin  fəallığı daxildir [1].  Nümunə 

üçün bir  dərsin gedişinə nəzər salaq.  

Klassik təlim  üsullardan istifadə etməklə kimyanın əsas bölmələrinin tədris olunması zamanı 

fənn  müəllimi  əsas  diqqəti  şagirdlərdə  elementar  kimyəvi  təsəvvürlərin  əmələ  gəlməsinə,  onlarda 

idrakı  fəaliyyəti  inkişaf  etdirərək  formalaşdırmağı  və  inkişaf  etdirməyi  diqqət  mərkəzində  saxlayır. 

Müəllim xüsusi hazırlanmış test tapşırıqlarının köməyi ilə bu vəzifələri icra etməyə üstünlük verdikdə 

dərsin  təhsil  vəzifəsini  müvəffəqiyyətlə  həyata  keçirə  bilər.  Ümumi  metodik  prinsiplərə  əsasən 

mövzunun tədrisi aşağıdakı formada təşkil olunduqda daha yüksək mənimsəməyə nail olmaq olar. 



Dərsin təhsil vəzifəsi: VII sinifdə kimyanın əsası olan oksidlər, əsaslar, turşular və duzların 

tərkibi;  quruluşu,  təsnifatı,  alınması  üsulları  və  kimyəvi  xassələri;  həmçinin  onların  məişətdə, 

həyatda tətbiq sahələrini təkrar etmək, ümumiləşdirmək və inkişaf etdirməklə onların arasında olan  

əlaqələri  nəzəri  olaraq  başa  salmaq;  əldə  olunan  nəzəri  biliklərin  təcrübi  yolla  şagirdlərin  bilik, 

bacarıq və vərdişlərinə çevrilməsinə nail olmaq. 

Dərsin inkişafedici və təbiyəedici funksiyasını müəyən etmək və həyata keçirmək. 



Dərsin  növü:  bilikləri  sistemləşdirən  və  möhkəmləndirən  dərs;  bilik  və  bacarıqların 

qiymətləndirilməsi dərsi. 



Dərsin tipi: deduktiv dərs. 

Təchizat:  bəsit maddələr: Fe, Na, Mg, S, P, oksidlər:  CaO, Na

2

O, MgO, SO



2

, P


2

O

5



 əsaslar: 

Ca(OH)


2

,  Fe(OH)

3

,  AI(OH)



3

,  turşular:  HCI,  H

2

SO

4



,  HNO

3

,  H



3

PO

4



,  duzlar;  xörək  duzu,  göy  daş, 

maqnezium-nitrat,  kalsium-fosfat  və  s.  indikatorlar,  spirt  lampası,  sınaq  şüşələri.  Bəzi  maddələrin 

tətbiq sahələrini əks etdirən video materiallar.      

Təlim üsulları: izahlı – illüstrativ üsul, inteqrasiya, müstəqil praktik işlər, problemli təlim. 

Dərsin planı: Təşkilati hissə, sinfin təşkili  

 



Dərsin mövzusunun və məqsədinin müəyyən edilməsi, ev tapşırıqlarının yoxlanması 

 



Keçən dərsin frontal, fərdi və  yazılı yolla sorğusu 

Əskərov A.B., Abdullayeva H.B., Məhərrəmova A.S.  


 

90 


 

 



Mövzulararası əlaqənin yaradılması (inteqrasiya) 

 



Yeni materialın öyrədilməsi 

 



Dərsin ümumiləşdirilməsi və möhkəmləndirilməsi 

 



Dərsin yekunu, qiymətləndirilməsi və ev tapşırıqlarının  verilməsi  

Sinfin təşkilindən  sonra keçən dərsin frontal  yolla sorğusu aparılır. Bir neçə şagiddən fərdi 

sorğu  həyata  keçirilir  və  şagirdlərə  əlaqəni  əks  etdirən  suallar  verilir.  Qeyri-üzvi  birləşmələrin 

sinifləri  arasında  əlaqənin  yaradılması  məqsədi  ilə  tərtib  olunan  iş  vərəqlərində  də  suallar  qarışıq 

formada tərtib olunur. Dərsdə intensiv sorğu məqsədi ilə qabaqcadan hazırlanmış kartoçkalardan (iş 

vərəqlərindən)  istifadə  edilir.  Kartoçkaların  sayı  qədər  şagird  ön  sırada  əyləşdirilir  və  onlara  iş 

vərəqi paylanır (müəllim istəsə, qruplar təşkil edərək həmin iş fərəqlərini onlara verərək dərsi qura 

bilər). Hər kartoçkada 5 sual nəzərdə tutulur. Nümunələri  nəzərdən keçirək: 



I iş vərəqi 

1. Kalsium-hidrosulfat duzunun kimyəvi formulunu göstərin

2.Alüminium-nitrat duzunun alınmasını göstərən reaksiya tənliklərini yazın. 

60qr.  Mg  oksigendə  yandırılmışdır.  Alınan  oksid  xlorid  turşusu  ilə  reaksiyaya  `daxil 

olmuşdur. Nə qədər duz alındığını hesablayın. 

3. Mis (II)-sulfat duzunun  kimyəvi xassələrini göstərən reaksiya tənliklərini yazın. 

4.  Xörək  duzundan  həyatda  hansı  məqsədlərlə  istifadə  olunur?  Və  ya  hər  hansı  məqsədlərə 

istifadə olunur? Və ya hər hansı duzun oksid və turşudan, oksid və əsasdan, əsas və turşudan, turşu 

və duzdan, metal və duzdan alına bilməsi yenə təcrübi yolla şagirdlər tərəfindən yerinə yetirilə bilər. 

II iş vərəqi 

1. Fosforun oksigendə yanması reaksiyasının tənliyini yazın. 

2. 2 metal oksidinin sulfat və xlorid turşusu ilə reaksiyasının tənliyini yazın. 

3. Alüminium-hidroksidinin natrium-hidroksidlə reaksiyasının tənliyini yazın. 

4. Natrium  nitrat duzunun alınmasına aid reaksiya tənliklərini yazın. 

5.  28  q.  dəmir,  sulfat  turşusu  ilə  reaksiyaya  daxil  olmuşdur.  Reaksiya  zamanı  alınan  

hidrogenin ( n.ş.) həcmini hesablayın   

III iş vərəqi 

1. Nitrat, sulfat və borat turşusunun formulunu yazın. 

2. Silisium (IV)- oksidin, dəmir (III)-oksidin alınması reaksiyasının tənliyini yazın. 

3. Mis (II)-hidroksidlə xlorid turşusunun reaksiyasının  tənliyini yazın. 

4. Maqnezium – sulfatın alınması reaksiyasının tənliyini yazın.       

Kalium – silikat duzu parçalandıqda 26 q silisium (IV)- oksid alınmışdır. Bu zaman nə qədər 

duz parçalanmışdır? 

IV iş vərəqi 

Dəmir -3 nitratın alınması reaksiyası tənliyini yazın. 

Üç turşu oksidinin kimyəvi xassəsini göstərin. 

Neytrallaşmaya aid iki reaksiya tənliyi yazın. 

Cu→CuO→Cu(NO

3

)



2

→Cu(OH)


2

→CuO→Cu çevrilməsini başa çatdırın. 

60  q.    natrium-hidroksid,  dəmir  (II)-  nitratla  reaksiyaya  daxil  olmuşdur.  Neçə  mol  əsas 

alındığını hesablayın [2]. 

Göstərilən  suallar  ətrafında  şagirdlərin  cavabları  yekunlaşdırılır,  iş  vərəqində  daha  yaxşı 

cavab  verənlər  qeydə  alınır.  Müəllim  şagirdlərin  diqqətini  lövhədə  əks  olunan  videomateriala 

yönəltmək məqsədi ilə qeyd edir ki, biz bir çox dərslərdə öyrəndiyimiz qeyri-üzvi birləşmələrin əsas 

sinifləri  arasında  əlaqənin  olmasını  bir  maddədən  digərinin  alınmasının  mümkünlüyünü  

təcrübələrin  köməyi  ilə  nəzərdən  keçirməyə  çalışacağıq.  Bu  videomateriala  əsaslanaraq  biz  hər 

hansı bəsit maddədən duzun alınmasını təcrübi yollarla yerinə yetirməyi nəzərdən keçirməliyik. 

Bu  məqsədlə  kiçik  qruplar  yaradılır  və  üç  təcrübəni  yerinə  yetirmək  tövsiyə  olunur. 

Təcrübələrdə  əsas  məqsəd  başlanğıc  maddələrdən  duz  almaq  və  ya  verilən  duzdan  hansısa  bəsit 

maddəni almaq tələb olunur. Nümunə üçün oksid qrupunun suallarını nəzərdən keçirək. 

1. CuCI


→ Cu (OH)

→ CuO → Cu  



2. Fe → Fe

2

(SO



4

)



→ Fe

2

O



3

→ Fe              



İnteqrasiya və qeyri-üzvi birləşmələrin  sinifləri arasında  əlaqənin yaradılması 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə