Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

 

77 


 

çıxarmışdır.  Məhz  incəsənətlə  məşğul  olarkən  beynin  hər  iki  tərəfi  birliktə  fəaliyyət  göstərərək 

şəxsin nəinki zehni inkişafına, həm də emosional dünyasına  müsbət mənada təsir göstərir. 

İncəsənət terapiyasında vasitələr. İstənilən yaradıcı işdə “simvolik” oyun əhəmiyyət daşıyır. 

İncəsənət  terapiyasında  istifadə  ediləcək  olan  vasitələrin  əhəmiyyəti  çoxdur.  Belə  ki,  pasiyentdə 

seçmə  şansının  ola  bilməsi  üçün  rəngli  kağız,  parça,  plastilin,  qum,  miniatur  oyuncaqlar  və  s. 

təqdim  edilməkdədir.  Pasiyent  tərəfindən  nəyin  seçiləcəyi  terapiyanın    dinamikası  ilə  yanaşı, 

pasiyentin şəxsiyyəti və ruhi vəziyyəti ilə əlaqəlidir.  

 İncəsənət  terapiyası  ilə  məşğul  olan  şəxsin  aşağıdakı  suallara  verəcəyi  cavablar  əhəmiyyətlidir. 

Pasiyent özünü necə ifadə edir? Nəyi ifadə edir? Hansı formada ifadə edir? İfadə edilən məzmun qrupa 

və insana necə təsir edir (əgər qrupla tətbiq edilən incəsənət terapiyasıdırsa)? [12]  

İncəsənət  terapiyasında  pasiyentin  sənət  nümunəsində  özünü  ifadə  etməsi  seansın  daha  çox 

hissəsini  əhatə  edərkən  üzərində  işlədiyi  əsərin  ifadə  edilməsi  daha  az  müddəti  ehtiva  edir  [11]. 

İncəsənət  terapevti,  pasiyent  və  onun  tərəfindən  ortaya  qoyulan  əsər    bu    terapiyada  çox 

əhəmiyyətlidir. Bu üç tərəf terapiya prosesində daima bir-birinə qarşılıqlı əlaqədə olur. İncəsənət və 

terapiyanın  ortaq  kökləri  var.  Hər  iki  sahədə    şəxsin  nəzəri  bilikləri  ilə  yanaşı,  müəyyən 

qabiliyyətlərə sahib olması vacibdir. Terapiya prosesində də pasiyentlər müxtəlifdir və ifadə edilən 

problemlər  də  müxtəlif  olmaqda,  bu  da  öz  növbəsində  psixoloqun  situasiyanı  yaradıcı  şəkildə 

dəyərləndirərək  uyğun  yanaşma  tərzini  seçməsi  üçün  əhəmiyyətlidir.  Bu  mənada  da  incəsənət 

terapevti    olmaq  istəyən  şəxslər  incəsənətə  maraq  duymaqla  yanaşı,  bu  sahədə  nəzəri  və  praktik 

olaraq    təhsil  almalıdır.  Amerika  İncəsənət  Terapiya  Assosiasiyası  incəsənət  terapevti  olacaq  

şəxlərin  bakalavr  təhsili  üzərinə  ən  az  60  kreditlik  dərs  keçdikdən  sonra  art  terapevt  kimi 

fəaliyyətini  qəbul  edir.  Bu  dərslər  məzmun  etibarı  ilə  incəsənətin  müxtəlif  növləri  ilə  tanışlığı, 

yaradıcılıq  prosesini,  psixoloji  inkişaf,  incəsənət    terapiyasında  psixodiaqnostika,  qrup  terapiyası, 

tədqiqat metodları kimi dərsləri əhatə  edir. Eyni  zamanda supervizor nəzarətində 100 saatlıq şəxsi 

təcrübə,  600  saatlıq  klinik  təcrübənin  keçirilməsindən  sonra  incəsənət  terapevti  olma  hüququnu 

verir. 


(

https://arttherapy.org

)  Dünya  təcrübəsinə  baxıldığı  zaman  yalnız  incəsənət  terapiyası  üzrə 

magistratura  təhsili  tamamlandıqdan  sonra  bu  sahədə  işləmə  hüququnun  əldə  edildiyi  görülür. 

Təəssüf  ki,  ölkəmizdə  çox  zaman  bu  terapiyanın  incəliklərini  və  elmi-nəzəri  əsaslarını  bilmədən 

tətbiq  etdiyini  iddia  edən  insanlara  rast  gəlmək  mümkündür.  Beləliklə,  zəngin  mədəni  irsə  mailk 

olan  ölkə  kimi    bu  sahəni  ölkəmizdə  düzgün  bir  şəkildə  inkişaf  etdirmək,  ixtisaslı  kadrlar 

yetişdirmək artıq zərurət halını almalıdır. Əks halda insanlara  vurulan psixi yaraların nəticələri ağır 

ola bilər. Bu terapiyanı tətbiq edərkən milli xüsusiyyətlərin də pasiyent, terapevt və təqdim edilən 

əsərdə  yeri  olacağını  unutmamaq  lazımdır.  Son  olaraq,  incəsənət  terapiyası    sahəsində  peşəkar 

bacarıqların artırılması üçün nəzəri və praktik təcrübənin zəruriliyi qeyd edilməlidir. 

İncəsənət  terapiyası  sahəsində  aparılan  tədqiqatlar  ümumiləşdirilərək    qeyd  olunmalıdır  ki, 

incəsənət  terapiyası  istənilən  yaşda  və  müxtəlif  pozuntuları  olan  şəxslərlə  işləmədə  effektiv 

yollardan biridir. Bu terapiya üsulu pasiyentin yaradıcılığını təşviq etməklə yanaşı, terapiya zamanı 

onun  sıxılmamasına  və  daxili  narahatlıqlarının  yaratdığı  sənət  əsərində  əks  etdirilərək  psixi 

sağlamlığını və tarazlığını qorumasına kömək edir.  



 

ƏDƏBİYYAT  

1.

 



Abbasova Q.S.,  Hacıyev Z.C. Sosial fəlsəfə. Dərslik. Bakı: Ayna, 2001, 130 s.  

2.

 



Birgül  Aydın  Tıbbi  Sanat  Terapisi,  Psikiyatride  Güncel  Yaklaşımlar  4(1):69-83  doi:10.5455/ 

cap.20120405, 2012. 

3.

 

Edwards D. Art Therapy. London, Sage Publications, 2004. 



4.

 

Əsədov A. Gözəlliyin fəlsəfəsi: mahiyyət və onun cismani təcəssümü spiritualist aristokratizm 



işığında. Bakı: Nurlan, 2005, 498 s.  

5.

 



Əlizadə H. Estetika. Red. E.Zamanova; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 

Bakı: Elm, 2007, 380 s.  

6.

 

Göktepe Ayşe Kaya. Sanat terapiyası. İstanbul, 2015, 144 p. 



7.

 

Kar Özge Heykel Anasanat Dalı, Heykel ve Sanat Terapisi. Mersin Üniversitesi, 2011. 



Kərimova M.F.  


 

78 


 

8.

 



Malchiodi C.A. Breaking the silence: Art therapy with children from violent  homes. New York: 

Brunner/Mazel,1990. 

9.

 

Moreno JJ. İçimizdeki Müziği Eylemek. Müzik Terapisi ve Psikodrama. (Çeviri Ed İ Doğaner) 



İzmir: Atadost Matbaacılık, 2001 

10.


 

Корытин А.И. Арт-терапия. Новые горизонты, М.: Когито-центр, 2006, 336 c. 

11.

 

Копытин А.И. Хрестоматия. Cерия Арт-терапия. CПб.: Питер-Санк, 2001, 320 с. 



12.

 

Копытин А.И., Беверли Корт. Техники телесно-ориентированной арт-терапии. 



Психотерапия.  М.: Психотерапия, 2011, 125 с.  

 

РЕЗЮМЕ 



АРТ-ТЕРАПИЯ 

  Керимова M.Ф. 

 

Ключевые слова: искусство, психология,  арт-терапия,  эмоции и чувства, духовные 

потребности  

Несмотря  на  то,  что  искусство  как  часть  культуры  на  всех  этапах  человечества  подвергалось 

изменениям, оно не перестаёт заявлять о своей значимости и заставляет людей раздумывать. В статье 

исследуется  роль  искусства,  как  инструмента  переживания,  наслаждения  и  получение  людьми 

высоких эстетических удовольствий, а также удовлетворения своих духовных потребностей. Наряду 

с  этим  в  статье  исследуются  вопросы,  связанные  с  проникновением  искусства  во  внутренний  мир 

человека. Наряду с этим в статье отмечается важная роль искусства как терапевтического метода в 

области психологии, взаимосвязь искусства, терапии и пациента, а также необходимость обращения 

внимание на возникшие проблемы при использовании данного метода в области психологии.    

Завершается  научное  исследование  вопросом  о  необходимости  развития  данного  метода  в 

нашей стране и подготовке квалифицированных кадров в этой области.  

 

SUMMARY 

ART THERAPY  

Kerimova M.F. 

 

Keywords: Art, psychology, art therapy, emotions and feelings, spiritual needs 

 The  article  covers  the  issues  like  how  art    makes  people  think  and  how  art  has  preserved  its 

importance at every stage of human history regardless of the changes in its context it was  subject to. Art`s 

role inmeeting the spiritual needs of a person, giving him a high aesthetic pleasure, its power  to peneterate 

the  inner world of a person  are studied in this article. At the same time the questions like  why there is a 

need to art therapy, a brief history of its development,  its importance in the field of psychology as a therapy 

method, goals and issues provided in the therapy were investigated in this paper.

 The process of art therapy 

covers the topics as art therapist, patient  and work provided by him, the interaction  between art and therapy 

and qualities that should be taken into consideration to become an art therapist. In conclusion, the importance 

of development of this field in our country and training of qualified personnel were highlighted. 

 

  Daxilolma tarixi: 

İlkin variant 

06.04.2017 

 

Son variant 



 

 

İncəsənət terapiyası 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə