Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

 

75 


 

 

UOT 612.821 

 

İNCƏSƏNƏT TERAPİYASI 

 

KƏRİMOVA MƏLƏK FERUZ qızı 

Xəzər  Universiteti, doktorant 

e-mail: mkerimova@khazar.org 

 

Açar sözlər: incəsənət, psixologiya, incəsənət terapiyası,emosiya və hislər, mənəvi ehtiyaclar  

 

İncəsənətin  nə  olduğu  və  nə  üçün  ehtiyac  duyulduğu  hər  zaman  aktual  suallardan  biri  kimi 



qarşıya çıxmaqdadır. İncəsənət mədəniyyətin bir sahəsi kimi əsrlərə, cəmiyyətlərə, millətlərə görə 

öz  məzmununda  dəyişikliklərə  məruz  qalsa  da,  bəşər  tarixinin  hər  mərhələsində  öz  əhəmiyyətini 

qorumağı  bacarmışdır.  Sənət  əsərini  digər  əsərlərdən  fərqləndirən  cəhətin,  sənətkarı  da  digər 

insanlardan  fərqli  edən  xüsusiyyətlərin  nə  olduğu  hər  zaman  insanı    düşündürmüşdür.  Sənət 

əsərində  öyrədici,  tərbiyəedici  xüsusiyyətlərlə  yanaşı,  yüksək  estetik  həzzin  yaşanması,  insanın 

daxili  aləminə    nüfuz  etməsi  onu  özünəməxsus  edir.  İncəsənət  yüksək  estetik  həzz  yaşadaraq 

insanın  mənəvi  tələbatlarını  ödəyir.  Estetik  həzz  və  görüntü  incəsənəti  hər  zaman  cəzbedici  və 

ehtiyac hiss edilən sahəyə çevirmişdir [5]. Orteqa-i-Qassetə görə, yeni incəsənət qocalmış dünyada 

insanı  həyatın  ciddiliyindən  xilas  etməyə,  cavanlaşdırmağa  çalışır,  həmişə  gənc  qalmış  ideyaları 

təbliğ edir [1].  Morenonun da qeyd etdiyi kimi, hər bir insanın daxilində səssiz bir musiqi quyusu, 

ortaya tökülməmiş görünməz sənət, donmuş hərəkət və fantaziyalarımızda da hərəkət var [9]. 

Milli 


sənət nümunələrindəki simmetrik naxışlar da, ornamentlərin çəkilməsi də özünəməxsus meditasiya 

kimi qiymətləndirilə bilər. M.Ö. 12.000 il əvvəl  Qobustan qaya rəsmlərində əks olunan rəqs edən 

insan  fiqurları  da  musiqi  və  rəqsin  çox  qədim  zamanlardan  etibarən  türk  xalqlarında  istifadəsinin 

bariz  nümunəsidir.  Daxili  konfliktlərin  idarə  edilməsi    və  yenidən  yaşanmasında  incəsənətin  rolu 

böyükdür.  Yaradıcılığın  inkişaf etdirilməsi   və  şəxsiyyətin inkişafı üçün incəsənət  sublimasiya və 

transformasiyadır. 

İncəsənətdə  fəaliyyət  və  ünsiyyət  prosesinin  qarşılıqlı  vəhdəti  üçün  şərait  yaranır.  Bu  da  

insanın  şəxsiyyətə  çevrilməsi  və  həyatını  daha  dolğun  yaşaması    üçün  əhəmiyyətlidir.İncəsənəti 

fəaliyyət sahəsi kimi qiymətləndirməklə yanaşı, cəmiyyətə, insanlara təsir edən hər bir  faktorun bu 

sahəyə təsirini qeyd etmək zəruridir. İncəsənət  nümunəsi onu ortaya qoyan şəxsin xarakterindən, 

yaradıcı potensialından asılı olmaqla bərabər, sənətkarın  yaşadığı cəmiyyətin və əsrin təzahürlərini 

də özündə əks etdirməsi labüddür.  

İncəsənət  sadəcə lüks  fəaliyyətdən daha çoxunu ifadə edir. Sənət  insan ruhunun ehtiyacıdır. 

İnsanlar  ən  çətin  şərtlərdə  hətta  həbsxanada  belə  sənətlə  məşğul  olmaq  istəyiblər.  Bəşər  tarixinə 

baxdığımız  zaman  müxtəlif  millətlərin  etnopsixoloji  xüsusiyyətlərinin  məhz    onların    incəsənət 

nümunələrində  əks olunduğunu görərik. 

İncəsənət əsəri istər rəsm, istər bədii əsər, istər heykəl və s. olsun, bizi bir anlıq onun ərsəyə 

gəldiyi dövrə və ortaya qoyan şəxsin daxili dünyasına səyahətə çıxarır.  

İncəsənət  bir çox elm sahəsinin inkişafına təkan  vermişdir.  İncəsənətin psixologiya elmində 

bir  terapiya üsulu kimi istifadə edilməsi də bunun bariz nümunəsidir.  İncəsənət terapiyasının tarixi 

çox  da  qədim  deyil.  N

aumburg  və  Kramer    incəsənət  terapiyasında  önəmli  isimlərdən  hesab 

olunurlar.  Naumburg  pasiyentləri  ilə  münasibət  qurmaq  üçün  təsviri  incəsənətdən  istifadə  edir, 

Kramer isə təsviri incəsənəti öyrədərkən onun müalicəvi əhəmiyyətindən danışır. 

İncəsənət terapiyasında şəxsin fəallığı və fəaliyyəti ilə yanaşı, hazır məhsula olan qavrayışına 

da şərh verilir. Başqa bir ifadəylə desək, aktiv və passiv incəsənət terapiyası anlayışları da diqqəti 

cəlb  edir. Aktiv  incəsənət  terapiyası   müstəqil  yaradıcı fəaliyyət    göstərməsi  üçün pasiyentə  təkan 

verir. Passiv terapiya  isə mövcud olan əsəri analiz  və interpretasiya edir.  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

76 


 

İncəsənət  terapiyasında  klinik  modelin  daha  çox  psixosomatik,  psixoloji  pozuntulara 

istiqamətləndiyi,  psixodinamik  modelin  insana  xəstə  kimi  baxdığı  psixi  cinsi  inkişafın  bütün 

mərhələlərində  konfliktlərin    öyrənilməyə  çalışıldığı,  humanist  yanaşmada    sağlam  insanlarla 

işləməyə  üstünlük  verildiyi,  holistik  ya  da  transpersonal  yanaşma  modelində  şüurun  universal 

fenomen kimi ələ alındığı görülməkdədir. 

Psixoterapiyanın  bir    növü  kimi  istifadə  edilən  incəsənət  terapiyası

  termini  ilk  dəfə  1938-ci  

ildə ortaya atılmışdır. Termini ilk dəfə Adrian Hill istifadə etmişdir. Adrian Hill Kral VII Edvardın 

sanatoriyasında  vərəm  xəstələri  ilə  aparılan  işi  belə  adlandırmış  və  şəkil  çəkən  xəstələrin  bunu 

sadəcə  zaman  keçirmək  məqsədi  ilə  etmədiklərini  görmüş,  şəkil  çəkmənin  onların  narahatlıqlarını 

və  yaşadıqları  travmaları  ifadə  etmək  üçün  bir  vasitə  olduğunun  şahidi  olmuşdur  [2].  1940-50–ci 

illərdə  incəsənət  terapiyası  psixoterapiyanın  bir  növü  kimi  istifadə  edilməmiş,  yalnız  müalicəyə 

cavab verməyən pasiyentlər üçün alternativ yol olaraq istifadə edilmişdir. İncəsənət  terapiyası  bir 

neçə  elmin  qovşağındadır.  Bu  elmlərə  ədəbiyyat,  musiqi,  rəqs,  heykəltaraşlıq  və  rəqs  daxildir. 

İncəsənətin  müxtəlif  növlərinin  psixoloji  konsultasiya  prosesində  istifadəsi  üçün  əsaslı  faktlar 

çoxdur.  Belə  ki,  incəsənət  terapiyası  sosiallaşma  prosesi  üçün  əhəmiyyətli  olmaqla  yanaşı, 

inkişafetdirici, psixoprofilaktik xüsusiyyətlərə malikdir. İncəsənət  terapiyası yaradıcı fəaliyyətlə sıx 

bağlıdır. Musiqi, rəqs, psixodram, sosiodram bunun növləridir. Incəsənət terapiyası  öz metodikaları 

olan bir sahəyə çevrilmişdir. 



İncəsənət  terapiyasının  əsas  məqsədi  şəxsin  emosiya  və  hisslərini  ifadə  etməsi,  öz 

fərdiliyini,  təkrarolunmazlığını,  dəyərliliyini  hiss  etməsi,  dəyişən  dünyaya  daha  asan  adaptasiya 

olması,  psixi  gərginliyi  aradan  qaldırması,  incəsənətlə  məşğul  olarkən  insanın  özünü  uğurlu  hiss 

etməsinin təmin edilməsidir. 

Incəsənət terapiyası zamanı sənətin müxtəlif növləri ilə özünü ifadə edən şəxs şəxsi təcrübəni 

genişləndirərək, mənəvi cəhətdən inkişaf edir, sosial etnik mədəni reallıqlarla üzləşir, fantaziya və 

reallıq arasında körpü qurur [10]. Incəsənət terapiyasında spontanlıq çox əhəmiyyətlidir. Terapiyada 

incəsənətin  hansı  növünün  istifadə  edilməsindən  asılı  olmayaraq,  şəxsin  çox  vaxt  olduğu  kimi 

özünü  ifadə etməsi diqqət  çəkir. 

İncəsənət  terapiyası  vasitəsilə  pasiyentin  aqressiv,  şüuraltına  atdığı  duyğularının  sosial 

cəhətdən  qəbul  edilə  bilən  şəkildə  ifadə  edilməsi  terapiyanin  sürətlənməsinə  kömək  edir.  İnsanın 

yaşadığı çətinlikləri və sıxıntıları sözlə  ifadə etməsi çətinləşdiyi zaman incəsənət numunəsinə daxili 

gərginliyin  ötürülməsi    asan  olur.  Pasiyentlər  daxili  gərginliklərini  sənət  əsərində  ifadə  etdikləri 

zaman  aqressiya  və  zərərverici  duygular  azalır.  İncəsənət  terapiyası  zamanı  duyguların  manesiz 

olaraq  incəsənət  əsərində  ifadə  edilməsi  onun  fərqinə  varılmasına  və,  bir  başqa  deyişlə, 

simvollaşdırılmasına kömək edir. Bu da pasiyentin daxili nəzarətini və  nizamını  gücləndirir. 

İncəsənət terapiyası  insanın özünün fərqinə varması, özünü ifadə etməsi, şəxsiyyətin inkişafı 

və  tarazlığı  üçün  əhəmiyyətlidir.  Hər  bir  insanda  yaradıcılıq  potensialı  var  və  bu,  insana  böyük 

məmnuniyyət gətirir. İncəsənət terapiyasında  insanın ifadə etmədiyi hiss və həyəcanlar daha yaxşı 

ifadəedilmə  fürsəti  tapır.  Uşaqlarda  emosional  sferanın  ilkin  diaqnostikası  üçün  təsviri  incəsənət   

önəm  qazanır.  Şəkil  çəkərkən  uşaqlarda  kiçik  motorikanın  inkişafı  ilə  yanaşı,  məkanla  əlaqədar 

təfəkkür, qavrayış,  göz,  əl koordinasiyası əhəmiyyətli olur. Təbii ki, burada rənglərin seçilməsi və 

əhəmiyyəti də öz aktuallığını qoruyur.  

İncəsənət terapiyasında hiss, həyəcan, arzu və istəklər qeyri-verbal yolla ifadə vasitəsi kimi də 

qiymətləndirilə  bilər.  Beynin  üzərində  aparılan  tədqiqatlar  nəticəsində  sağ  və  sol  beyin 

yarımkürələrinin  informasiyanı  fərqli  şəkildə  işlədiklərini  ortaya  qoymuşdur. 

Hər  hansı  məlumatı 

öyrənərkən beynin hər iki yarımkürəsi  istifadə edilsə də, adətən, bir hissə digərinə görə üstünlük 

təşkil  edir.  Sol  beyin  yarımkürəsi    nitq,  kateqoriyalaşdırma,  problem  həll  etmə  kimi 

xüsusiyyətlərdən, sağ yarımkürə isə ətrafı bütöv və vizual qavramada  həssasdır. Sağ beyin şəkilləri

yerləri  və  məsafələri  daha  yaxşı  qavramaqda,  sol  beyin  isə  dil,  hadisələrə  məntiqi  nəticələr 

çıxararaq  yanaşmada  ustadır.  Sağ  beyin  yarımkürəsi  yaradıcı,  vizual,  musiqini,    rəngləri 

qavrayarkən və emosiyalar zamanı aktivləşərkən, sol yarımkürə danışıq, sözlərin tələffüzü, məntiq, 

riyaziyyat kimi məsələlərdə aktiv olur.  

Müasir dünyada biz  daha çox beynin sol yarımkürəsindən 

istifadə edirik. Son illərin tədqiqatları  beynin  hər iki sahəsinin vəhdətinin  önəmli  olduğunu ortaya 



İncəsənət terapiyası 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə