Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

 

73 


 

Quba-Xaçmaz  iqtisadi  rayonu  üzrə  yüklərin  və  sərnişinlərin  daşınmasında  avtomobil 

nəqliyyatı  dəmiryolundan  sonra  ikinci  yeri  tutur.  Respublika  üzrə  avtomobil  yollarının  7,9%-i  bu 

iqtisadi rayonun payına düşür. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətti 

bu  regiondan  keçir.  Digər  nəqliyyat  növlərindən  fərqli  olaraq,  avtomobil  nəqliyyatı  yüksək 

manevretmə  və  yükləri  tez  çatdırma  qabiliyyətinə  malikdir.  İqtisadi  rayonda  avtomobil  yollarının 

ümumi  uzunluğu  1883  km-dir.  Bu  iqtisadi  rayonun  ərazisindən  keçən  tranzit  yük  və  sərnişin 

dövriyyəsi  2005-ci  illə  müqayisədə  2015-ci  ildə  müvafiq  olaraq  93%  artmışdır.  Bunun  da  səbəbi 

Şimal-Cənub istiqamətində daşınan yüklərin məhz bu ərazidən keçməsidir[1]. 

 2014–2018-ci  illər  regionlarının  sosial-iqtisadi  inkişafı  dövlət  proqramı  çərçivəsində  yerli 

əhəmiyyətli  avtomobil  yollarının  tikintisinin,  yenidən  qurulmasının  və  əsaslı  təmirinin  davam 

etdirilməsi nəzərdə tutulmuşdur[7]. 

Əhaliyə xidmət göstərən ən mühüm sahələrdən biri də rabitədir. Son illər rayon mərkəzlərinin 

və  bir  çox  kənd  və  qəsəbələrin  rabitə  müəssisələrində  qurulmuş  komputerlər,  modem  və  ödəniş 

terminalları  vasitəsilə  rabitə  xidmətlərinə  görə  abunəçilərlə  bütün  növlər  üzrə  hesablaşmalar,  pul 

göndərişləri və teleqram xidmətləri həyata keçirilir. 

 

“Azərbaycan-2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasına  uyğun  olaraq,  Bakı  şəhəri  və 



bölgələrin  regional  inkişaf  planları  hazırlanır.  Bunlardan  biri  ölkənin  şimal-şərq  hissəsi  –  Quba-

Xaçmaz  iqtisadi  rayonunu  əhatə  edir.  Belə  ki,  bu  iqtisadi  rayon  üzrə  məskunlaşma,  təbiətdən 

istifadə və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi artıq hazırlanıb.  Plana 

əsasən Quba-Xaçmaz iqtisadi rayonu iki dövrdə: 2018-ci ilədək (I növbə) və 2030-cu ilədək (layihə 

dövrü üçün) sosial-iqtisadi inkişafın bütün sahələri üzrə yüksək inkişaf dövrünü keçəcək. Əlbəttə, 

ki,  regionun  sosial-iqtisadi  inkişafının  təmin  edilməsi  zamanı  əsas  diqqət  təsərrüfat  sahələrinin 

inkişafına,  əhalinin  həyat  səviyyəsinə  ciddi  təsir  göstərən  xidmət  sahələrinin  təşkilinə 

yönəldilməlidir [9].

 

Xidmət sahəsində əldə olunmuş  nailiyyətlər birbaşa əhalinin sosial rifahı, gəlirlərinin artması 



ilə bağlıdır. Aparılmış tədqiqatlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, xidmət bazarı regionda 

ən  dinamik  inkişaf  edən  sahələrdəndir.  Quba-Xaçmaz    İCR-də  xidmət  sferasının  inkişaf 

perspektivlərini tədqiq edərək aşağıdakıları qeyd etmək olar: 

-pullu  xidmət  sistemi  sürətlə  inkişaf  etməkdədir.  Pullu  xidmətlərin  göstərilməsi 

təmayüllərinin  güclənməsi  və,    xüsusilə  də,  səhiyyə,  təhsil,  rabitə  xidmətlərinin  sürətli  inkişafı 

müşahidə olunur;  

-bazar  sisteminin  formalaşması  və  inkişafı  şəraitində  əlaqələndirici  halda  kimi  ticarətin  rolu 

yüksəlir. Bu təsərrüfat sferasının inkişafı perspektivlidir və güclü imknlara malikdir;  

-regionda  uyğun  təbii  şəraitin  olması  və  istirahət  sahəsinin  inkişafı  hesabına  turizm  və 

müalicə-kurort xidmətlərinin həcminin yüksəlməsi perspektivləri mövcuddur; 

-göstərilən  xidmətlərin  sturukturunda  da  xeyli  dəyişikliklər  baş  verir.  İnformasiyaya  tələbat 

artdığı üçün informasiya və konsaltinq(məsləhət) xidmətlərinin xüsusi çəkisi də artır;  

-yeni  xidmətlərə  tələbatların  yaranması  xidmət  sferasının  inkişafına  səbəb  olacaq  və  xidmət 

sferasının regionun iqtisadiyyatında xüsusi çəkisini artıracaq ki, bu da regionda əhalinin sosial rifah 

halını daha da artıracaq. 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan regionları. Bakı: DSK, 2015, 834 s. 



2.

 

İmrani Z.T. Quba-Xaçmaz İqtisadi Rayonu. Bakı: Elm, 2007, 170 s. 



3.

 

Azərbaycanın  iqtisadi  və  sosial  coğrafiyası.  V.Ə.Əfəndiyevin  baş  redaktorluğu  ilə.  Bakı:  Bakı 



Universiteti, 2010, 470 s. 

4.

 



Azərbaycan Respublikasının Coğrafiyası: II cild. İqtisadi, siyasi və sosial coğrafiya. Bakı, 2015, 

328 s.  


5.

 

Regional coğrafiya: III cild. Bakı, 2015, 400 s. 



Həsənov T.G.. Allahverdiyeva S.Ə., Mursaquliyev C.Ə.  


 

74 


 

6.

 



Quba-Xaçmaz  İCR  üzrə  məskunlaşmanın,  təbiətdən  istifadənin  və  məhsuldar  qüvvələrin  ərazi 

təşkilinin regional planlaşdırma sxemi (II kitab). Bakı:  Renessans Studio, 2012, 274 s. 

7.

 

Azərbaycanda turizm. Statistik məcmuə. Bakı: DSK, 2015, 218 s. 



8.

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008-ci il, 



2009-2013-cü il , 2014-2018-ci il); 

9.

 



Azərbaycanın nəqliyyatı. Bakı: DSK, 2015, 140 s. 

10.


 

Azərbaycan 2020: Gələcəyə Baxış. İnkişaf  Konsepsiyasi. 39 s. 

11.

 

 Həsənov T.G. İqtisadi-coğrafi rayonlaşdırma. Bakı: Bakı Universiteti, 2012, 245 s. 



 

РЕЗЮМЕ 

ГЕОГРАФИЧЕСКИЕ ОСОБЕННОСТИ ОРГАНИЗАЦИИ ОТРАСЛЕЙ ОБСЛУЖИВАНИЯ И 

ТРАНСПОРТНОЙ ИНФРАСТРУКТУРЫ МЕСТНОСТИ  В ЭГР-нах  ГУБА-ХАЧМАЗСКОГО 

РАЙОНА 

Гасанов Т.Г., Аллахвердиева С.А., Мурсагулиев Д.А. 

 

Ключевые слова: Азербайджанская Республика, Губа, Хачмаз, регион, население, сфера услуг, 

коммунальные  услуги,  образование,  здравоохранение,  рекреация,  туризм, 

транспорт. 

В  статье  анализируются  отрасли  обслуживания  и  организации  транспортной  инфраструктуры 

местности  в  районах  Губа-Хачмаз,  и  всесторонне  исследуется  деятельность  населения  в  отраслях 

обслуживания.  В  работе  находит  отражение  транспортная  система  региона  в  современную  эпоху  и 

особый  вес  каждого  вида  транспортного  средства  в  перевозке  грузов,  а  также  исследованы  и 

показаны перспективы развития сфер обслуживания районов. 

 

SUMMARY 

GEOGRAPHICAL FEATURES OF SERVICE FIELDS AND TERRITORIAL ORGANIZATION 

OF TRANSPORT IN GUBA-KHACHMAZ REGION  

Hasanov T.G., Allahverdiyeva S.A., Mursaguliyev C.A. 

 

Keywords:  Azerbaijan  Republic,  Guba,  Khachmaz,  region,  population,  service  fields,  communal 

service, education, health, recreation, tourism, transport. 

Service fields and traffic infrastructure and landed property, people’s activity in different service areas 

in Guba-Khachmaz region is analysed in this article. Nowadays region’s traffic system and amount of each 

cars in freightage is shown in this work and also region’s service sphere and perspectives of development is 

investigated and shown.  

 

 

Daxilolma tarixi: 

İlkin variant 

23.11.2016 

 

Son variant 



 

 

Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunda (ICR) xidmət sahələrinin və nəqliyyatın 

 ərazi üzrə təşkilinin coğrafi

 

xüsusiyyətləri 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə