Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 

69 


 

8.

 



Разработка  методик  совершенствования  СМК  организаций  на  основе  комплексной 

стандартизации и управления рисками. Автореф. к.т.н. М., 2012, 28 с.  



 

РЕЗЮМЕ 

РАЗРАБОТКА ПРОЦЕССОВ СИСТЕМЫ МЕНЕДЖМЕНТА КАЧЕСТВА  

НА МАШИНОСТРОИТЕЛЬНОМ ПРЕДПРИЯТИИ  

Асланов З.Ю., Раджабов И.С. 

 

Ключевые  слова:  система  менеджмента  качества,  процессы  предприятия,  системный 



подход, интегрированные системы с бизнес ориентацией.   

В  работе  рассмотрены  вопросы  разработки  процессов  системы  менеджмента  качества  на 

машиностроительном  предприятии.  Предложена  методика  для  определения  процессов  управления 

качеством  продукции  в  соответствии  с  İSO  9001–2001.  При  описании  и  выборе  происходящих  на 

предприятии  процессов  в  качестве  исходной  базы  взята  классификация  множества  процессов, 

полученная на основе системного анализа. Связанное с качеством продукции  множество процессов 

разделено  на  пять  основных  категорий,  указаны  пути  построения  интегрированных  систем 

менеджмента качества с бизнес ориентацией.  



 

PROCESS DEVELOPMENT OF QUALITY MANAGEMENT SYSTEM  

IN MACHINE BUILDING ENTERPRISES  

Aslanov Z.Y.,  Rajabov I.S. 

 

Keywords:  quality  management  system,  processes  of  an  enterprise  system  approach,  integrated  

systems with business orientation 

The paper discusses process developmed of quality management system  in the engineering enterprise. 

A method is offered for determining the processes of quality control in accordance with İSO9001-2001. In 

describing and selecting processes occurring at the enterprise in terms of starting pount classification of the 

set  of  processes  is  taken  which  was  obtained  on  the  basis  of  system  analysis. Associated  with  the  product 

quality  the set of processes separated  into five main categories  and the ways of building integrated quality 

management systems with business orientation are shown.  

 

 



Daxilolma tarixi: 

İlkin variant 

26.11.2016 

 

Son variant 



 

Aslanov Z.Y.,  Rəcəbov İ.S. 

 


 

70 


 

 

UOT 911.3 

 

QUBA-XAÇMAZ İQTİSADİ-COĞRAFİ RAYONUNDA (İCR) XİDMƏT 

SAHƏLƏRİNİN VƏ NƏQLİYYATIN ƏRAZİ ÜZRƏ TƏŞKİLİNİN COĞRAFİ 

XÜSUSİYYƏTLƏRİ 

 

1

HƏSƏNOV TAPDIQ GÜLƏHMƏD oğlu 

2

ALLAHVERDİYEVA SAHİLƏ ƏBİŞ qizi 

                      3

MURSAQULİYEV COŞQUN ƏMİRƏDDİN oğlu 

Bakı Dövlət Universiteti,1- professor,2-baş müəllim, 3-magistrant 

e-mail:  

sahila.allahverdiyeva@mail.ru

 

 

Açar sözlər: Quba, Xaçmaz, region, rekreasiya, turizm, nəqliyyat, əhali, xidmət

. 

 

Azərbaycan  Respublikasının  zəngin  bölgələrindən  sayılan  Quba-Xaçmaz  iqtisadi 



rayonu Şabran,  Xaçmaz,  Quba,  Qusar  və  Siyəzən inzibati  rayonlarının  ərazisini  əhatə  etməklə, 

Azərbaycanın  şimal-şərqində  -  Böyük  Qafqaz  dağlarının  şimal-şərq  yamacında  yerləşir.  İqtisadi 

rayonun  ərazisinin  ümumi  sahəsi  6,96  min  km

2

  olmaqla,  ölkə  ərazisinin  8,03  %-ni  təşkil  edir. 



İqtisadi  rayonda  əhalinin  sayı  525,7  min  nəfərdir  ki,  bu  da  ölkə  əhalisinin  5,17  %-ni  təşkil  edir.  

İCR-də əhalinin məşğulluq səviyyəsi kənd təsərrüfatında 58,5 %, sənayedə 4,3 %, tikintidə 8,3 %, 

nəqliyyyatda  4,5%,  xidmət  sahəsində  21,9%,  digər  sahələrdə  2.5%  təşkil  edir.  Əhalinin 

məşğulluğunda kənd təsərrüfatından sonra ikinci yer xidmət sahələrinə məxsusdur. İqtisadi rayonda 

xidmət  sahələri  üzrə  çalışanların  sayı  51,6  min  nəfərdir,  onlar  məşğul  olanların  21,9  %-ni  təşkil 

edir.


 

Xidmət sahələrinin ayrı-ayrı sferalarında məşğul olan əhalinin bölgüsü də müxtəlifdir [1]. 

Əhalinin  normal  yaşamasını  və  təsərrüfat  fəaliyyətini  hərtərəfli  təmin  edən   xidmət  sahələri 

mənzil-kommunal  təsərrüfatı,  məişət  xidməti,  mədəni-maarif  müəssisələri,  rabitə,  səhiyyə,  təhsil, 

ticarət və ictimai-iaşə, nəqliyyat sahələri və kurort-rekreasiya ilə təmsil olunmuşdur [3]. 

Quba-Xaçmaz  İCR-də xidmət sahələrində ayrı-ayrı inzibati  rayonlarda müxtəlif sahələr üzrə 

məşğul  olan  əhalinin  sayında  müəyyən  fərqlər  vardır.  Belə  ki,  xidmət  sahələri  ilə  məşğul  olan 

əhalinin  sayına  görə  Xaçmaz  rayonu  irəlidə  gedir,  burada  18455  nəfər  bu  sahə  ilə  məşğul  olur. 

Əhalinin mütləq sayı da xidmət sahələrində məşğul olanların sayına təsir göstərir, belə ki, mütləq 

əhali  sayına  nisbətdə  bu,  Siyəzən  rayonunda  daha  yüksəkdir,  onların  payı  26,5  %,  yəni  4287 

nəfərdir. Əhaliyə göstərilən xidmət sahələri arasında məşğul olanların əsas hissəsi kurort-rekreasiya

təhsil, ticarət, səhiyyə və dövlət idarəetmə sahələrində çalışır[2]. 

Quba-Xaçmaz  iqtisadi  rayonunda  hal-hazırkı  dövrdə  əhalinin  yaşayışını  və  təsərrüfat 

fəaliyyətini  hərtərəfli  təmin  edən  xidmət  sahələrinin  durumuna,  xidmət  səviyyəsinə  nəzər  yetirək. 

Əhalinin  sosial  və  mənəvi  rahatlığı  üçün  mənzil-kommunal  xidmətlərinin  düzgün  təşkil  edilməsi 

mühüm  əhəmiyyət  kəsb  edir.  Quba-Xaçmaz  iqtisadi  rayonunda  mənzil  tikilməsi  dövlət  və  şəxsi 

vəsaitlər  hesabına  həyata  keçirilir.  2015-ci  ilin  statistik  məlumatına  görə,  iqtisadi  rayonun  bütün 

mənzil fondunun ümumi sahəsi 10467,5 min m

2

 təşkil etmişdir. 2010-cu illə müqayisədə bu göstərici 



429,3 min m

2

 artmışdır. Orta hesabla regionda hər bir sakinə düşən yaşayış sahəsi 19,9 m



2

-dir.  


Kommunal  xidmətlər  arasında  əhalinin  elektrik  enerjisi,  su,  qaz,  kanalizasiya  və  rabitə  ilə 

təmin  olunması  əsas  göstəricilərdir.  Əhalinin  su ilə təminatında Samur-Abşeron kanalı ilə  yanaşı, 

yerli  bulaqlar  da  əsas  yer  tutur.  2014-cü  ildə  təbii  mənbələrdən  götürülən  şirin  su  712,9  mln  m

3

 



olmuşdur. Bunun da 132,7 mln m

3

-i nəql edilərkən itkiyə verilmişdir. Təbii mənbələrdən götürülən 



suların yalnız 296,6 mln m

3

-i istifadə edilir ki, onun da 5,6 mln m



3

-i məişət-içməli su ehtiyalarında, 

0,4 mln m

3

-i istehsalatda, 289,3 mln m



3

-i isə suvarma və kənd təsərrüfatında istifadə olunmuşdur. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə