Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

 

71 


 

 

Ərazidə  əhaliyə  sosial  xidmətin  ən  mühüm  sahələrindən  biri  əhaliyə  məişət  xidmətinin 



göstərilməsidir. Bu sahənin inkişafına və genişlənməsinə xüsusi diqqət verilməlidir. Quba-Xaçmaz 

iqtisadi rayonunda şəhərlə qəsəbələr, rayon mərkəzləri ilə kənd yaşayış məntəqələri arasında məişət 

xidmətində  böyük  fərqlər  mövcuddur.  Ərazidə  məişət  xidməti  fərdi  paltar  tikişi,  bərbərxana, 

mebellərin təmiri və hazırlanması, nəqliyyat vasitələrinə texniki xidmət, kimyəvi təmizləmə, məişət 

cihazlarının təmiri, ayaqqabı təmiri və s. sahələrdən ibarətdir.  

İqtisadi rayonda inzibati rayonlar üzrə əhaliyə məişət xidmətində göstəricilər fərqlidir. Məişət 

xidmətinin  70  %-dən  çoxu  Xaçmaz  və  Quba  rayonlarının  payına  düşür.  Adambaşına  bu  göstərici 

Xaçmaz və Qusar rayonlarında daha yüksəkdir. 



Mədəni-maarif  müəssisələri  iqtisadi  rayonda  kitabxanalar,  klublar,  kinoqurğular,  muzey  və 

digər  sahələrlə  təmsil  olunur.  2014-cü  ilin  statistik  məlumatına  görə,  Quba-Xaçmaz  iqtisadi 

rayonunda  272  kitabxana  fəaliyyət  göstərmişdir.  Orada  olan  kitab  və  jurnalların  sayı  1921,5  min 

nüsxə təşkil edir. Bu da hər 1000 sakinə orta hesabla 3655 nüsxə deməkdir. Ərazidə olan ümumi 

kitabxanaların 62%-i Quba və Xaçmaz inzibati rayonlarının payına düşür.

 

Ərazidə 240 klub və 11 



muzey  fəaliyyət  göstərir.  Buraya  gələnlərin  sayı  isə  97  min  nəfərdir[2].  2014–2018-ci  illər 

regionların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramı  çərçivəsində  mədəniyyət  obyektlərinin  əsaslı 

təmiri,  tikintisi,  tarix-mədəniyyət  abidələrinin  bərpası  və  konservasiyası  sahəsində  işlərin  davam 

etdirilməsi nəzərdə tutulmuşdur [7]. 



Ticarət xidməti əhalinin maddi tələbatının ödənilməsində müstəsna rol oynayır. Digər xidmət 

növlərindən  fərqli  olaraq,  son  illər  ərazidə  ticarət  şəbəkəsi  xeyli  inkişaf  etmişdir.  İstər  ayrı-ayrı 

ticarət  mallarının  növlərinə,  istərsə  də  əhaliyə  göstərilən  xidmətin  çeşidinə  görə  ticarət  xidməti 

inkişaf etməkdədir. Rayon mərkəzlərində və qəsəbələrdə bütün tələblərə cavab verən mağazalar və 

ticarət mərkəzləri fəaliyyət göstərir. Bu xidmət obyektləri yerlərinin sayına və xidmət səviyyəsinə 

görə  bir-birindən  fərqlənir.  Ümumiyyətlə  götürdükdə  isə,  ticarət  müəssisələrinin  75%-i  şəhər  və 

qəsəbələrdə, 25%-i isə kənd yaşayış məntəqələrində yerləşir. Son illər statistikaya baxdıqda kənd və 

qəsəbələrdə  ticarət  obyektlərinin  sayının  artmasını  müşahidə  etmək  olar.  Belə  ki,  yüksək  dağ 

kəndlərində  ticarət  xidməti  tələblərə  cavab  verməsə  də,  son  illərdə  bu  ərazilərdə  də  ticarət 

xidmətinin inkişafı istiqamətində irəliləyişlər müşahidə olunmaqdadır. 



Təhsil  sistemi  əhalinin  savadlanması-maariflənməsində  və  ideya-siyasi  aləminin 

zənginləşməsində  mühüm  yer  tutur.  İqtisadi  rayonda  xalq  təhsil  şəbəkəsi  məktəbə-qədər 

müəssisələr,  orta  məktəblər,  liseylər,  kolleclər  və  institut  kimi  sahələrlə  təmsil  olunur.  Quba-

Xaçmaz iqtisadi rayonunda məktəbəqədər uşaq müəssisələrinin sayı 61, orada oxuyan uşaqların sayı 

isə 2800 nəfərdir. 2015-ci il 01 yanvar statistik göstəricilərinə əsasən iqtisadi rayonda 418 ümumi 

təhsil  məktəbi  fəaliyyət  göstərir.  İqtisadi  rayonda  olan  ümumtəhsil  məktəblərinin  84%-i  Quba, 

Qusar və Xaçmaz inzibati rayonlarında yerləşir. 

Rayon mərkəzləri və qəsəbələrdəki məktəblər müasir maddi-texniki təchizatla təmin olunduğu 

halda, bəzi kənd məktəbləri müasir tələblərə cavab verməyən darısqal binalarda yerləşir. Son illərdə 

də  Quba-Xaçmaz  iqtisadi  rayonunun  bir  sıra  ucqar  kəndlərində,  həmçinin  digər  kənd  və 

qəsəbələrində  yeni  məktəblərin  açılması  və  köhnəlmiş  məktəb  binalarının  təmiri  istiqamətində 

müəyyən işlər görülür. İqtisadi rayonda təhsilə ən böyük töhvələrdən biri də 2015-ci ildə Prezident 

İlham  Əliyevin  Azərbaycan  Müəllimlər  İnstitutunun  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinə 

birləşdirilməsi  barədə  sərəncamı  olmuşdur.  Bu  sərəncam  ilə  Azərbaycan  Müəllimlər  İnstitutunun 

rayonlardakı filialları, uyğun olaraq Quba filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı 

hesab  olunmuşdur.  Nəticədə,  iqtisadi  rayonda  dövlət  univer-sitetinin  filialının  yaradılması  təhsilə 

marağın  artmasına,  eyni  zamanda  region  əha-lisinə  kənara  çıxmadan  eyni  səviyyəli  təhsilin  əldə 

edilməsi üçün şərait yaradılır[5]. 



Səhiyyə  xidməti  iqtisadi  rayonda  inkişaf  etmiş  əsas  sahələrdən  biridir.  Səhiyyə  xidməti 

dedikdə  ərazidə  mövcud  olan  xəstəxana,  ambulator-poliklinika,  təcili  tibbi  xidmət  müəssisələri, 

aptek,  əhaliyə  tibbi  xidmət  göstərən  həkim  və  orta  tibb  işçiləri  nəzərdə  tutulur.  İqtisadi  rayonda 

Həsənov T.G.. Allahverdiyeva S.Ə., Mursaquliyev C.Ə.  



 

72 


 

əhaliyə  xidmət  göstərən  həkimlərin  sayı  722  nəfər  təşkil  edir.  İqtisadi  rayonda  olan  həkimlərin 

28%-i  Xaçmaz  inzibati  rayonunda  cəmlənmişdir.  Son  illər  Xaçmaz  inzibati  rayonunda  Mərkəzi 

xəstəxananın  müasir  standartlara  uyğun  təmiri  həyata  keçirilmişdir.  İqtisadi  rayonun  səhiyyə 

xidmətindən danışarkən qeyd etmək lazımdır ki, iqtisadi rayonun dağlıq ərazilərində yerləşən tibb 

müəssisələrində kadr çatışmazlığı müşahidə olunur. Bu məsələ ilə əlaqədar olaraq diferensial əmək 

haqqı sisteminin tətbiqi və tibbi kursların açılması məqsədəuyğun olardı[4]. 

Həm yerli, həm də xarici turizm üçün potensial region olan Quba-Xaçmaz iqtisadi rayonunun 

sosial-iqtisadi  inkişafında  Xəzər  dənizi  boyunca  yerləşən  kurort-rekreasiya  sahələrinin  inkişaf 

etdirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda turizm sahəsini beynəlxalq səviyyəyə qaldırmaq 

üçün bütün imkanlar vardır. Bölgənin turizm ehtiyatları zəngin və perspektivlidir. Xəzər sahili boyu 

dağlıq  ərazilərdə  turizm  inkişaf  etdirilir.  Burada  xidmət  müəssisələri  geniş  yayılmışdır.  Turizmin 

inkişafı təkcə onun yüksək gəlir gətirməsi ilə məhdudlaşmır, həmçinin sosial problemlərin həllində, 

işsizliyin aradan qaldırılmasında, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət 

kəsb edir. Hazırda respublikada xarici turistlərə xidmət göstərə bilən otellər və istirahət mərkəzləri 

Yalama-Nabran bölgəsində daha çox cəmlənir. Xaçmaz inzibati rayonu ərazisinə aid edilən Nabran 

yaşayış massivi respublikadaxili, qismən də xarici turizmin inkişafında xüsusi yer tutur[6]. Şahdağ 

Milli Parkı, Təngəaltı dərəsi, Afurca şəlaləsi, “Quba” istirahət mərkəzi, “Balbulaq”, “Cənnət bağı” 

istirahət zonaları (Quba), Yalama və Nabranın qumlu çimərlikləri təbiətsevərləri istirahətə cəlb edir. 

Regionda fəaliyyət göstərən Qalaaltı sanatoriyası Şabran şəhərinin 45 km-də, dəniz səviyyəsindən 

600 m yüksəklikdə fəaliyyət göstərir. Burada hər il orta hesabla böyrək xəstəliyindən əziyyət çəkən 

5 mindən çox insan müalicə olunur. Əgər sərmayə qoyulsa, yerli və xarici turistlər Qəçrəş istirahət 

zonasından  il  boyu  yararlana  bilərlər.  Regionda  tarixi  abidələrin  olması  burada  mədəni  turizmin 

inkişaf  etdirilməsinə  də  əlverişli  şərait  yaradır.  Beşbarmaq  qayası  və  müdafiə  səddinin  qalıqları, 

türbələr  (Siyəzən),  Şabran,  Gilgil-çay  istehkamlar  kompleksi,  Çıraqqala  (Dəvəçi),  Cümə  məscidi 

(Quba) və b. maraqlı tarixi-memarlıq abidələridir[5]. 

Dağlıq ərazilərdə isə yalnız Qusar inzibati rayonunda Şahdağ dağ turizm və alpinizm istirahət 

mərkəzi fəaliyyət göstərir. “2014–2018-ci illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” 

çərçivəsində  turizm  sahəsinin  inkişafının  dəstəklənməsi,  o  cümlədən  Qusar  rayonunda  “Şahdağ” 

turizm kompleksinin infra-strukturunun tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur[7]. 

Regionun turizm-rekreasiya şəbəkəsini daha da inkişaf etdirmək üçün, ilk növbədə,  xidmətin 

keyfiyyətinin  yüksəldilməsi  yönümdə  işlər  aparılmalıdır.  Bunun  üçün  də  regionda  qeyd  edilən 

sahədə  ixtisaslı  kadr  hazırlığı  üçün  təhsil  müəssisələri,  filiallar,  ixtisasartırma  kursları  və  s. 

yaradılması məqsədəuyğun olardı. Bu həm də iqtisadi rayonun əhalisinin məşğulluğuna da müsbət 

təsir  etmiş  olar.  Bundan  əlavə,  iqtisadi  rayonun  ərazisində  Xəzərsahili  xeyli  boş  ərazilər  hələ  də 

qalmaqdadır  ki,  bu  ərazilərdə  çimərlikləri  genişləndirmək,  istirahət  mərkəzləri  yaratmaq  olar.  Bu 

işlərin həyata keçirilməsi üçün ilk növbədə, kiçik və orta sahibkarlığa dəstək əsas şərtdir. 

Nəqliyyat.  Quba-Xaçmaz  iqtisadi  rayonu  əlverişli  nəqliyyat  coğrafi  mövqeyinə  malikdir, 

Bakı-Rostov  magistral  dəmir  və  avtomobil  yolları  üzərində  yerləşir.  Həmçinin  rayondaxili  və 

rayonlararası  iqtisadi  əlaqələri  inkişaf  etdirmək  üçün  çox  əlverişli  imkanlara  malikdir.  Bildiyimiz 

nəqliyyat  hər  bir  ərazidə  xidmət  sahələrinin  inkişafında,  əhalinin  sosial  və  təsərrüfat  fəaliyyətini 

həyata  keçirməsində  əsas  amildir.  Ərazinin  dağlıq  şəraitə  malik  olmasına  baxmayaraq,  əhalinin 

məskun-laşmasında, şəhər və kənd  yaşayış  məntəqələrinin formalaşmasında nəqliyyat  əsas sosial-

iqtisadi amillərdən biri kimi böyük əhəmiyyət kəsb edir. Ərazidə dəmir yollarının ümumi uzunluğu 

123  km  olub,  bunun  62  km-i  və  ya  50,5%-i  Şabran,  Siyəzən,  61  km-i  və  ya  49,5%-i  isə  Xaçmaz 

inzibati  rayonunun  payına  düşür.  Respublika  üzrə  ümumi  dəmiryolunun  7,4%-i  Quba-Xaçmaz 

iqtisadi rayonunun payına düşür. Bakı-Xaçmaz-Dərbənd avtomobil və dəmiryol xətləri bu iqtisadi 

rayonun  ərazisindən  keçir.  Onu  qeyd  etmək  lazımdır  ki,  dəmir  yolundan  və  stansiyalardan 

uzaqlaşdıqca əhalinin məskunlaşma səviyyəsi zəifləyir, kənd yaşayış məntəqələri seyrəlir[8]. 



Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunda (İCR) xidmət sahələrinin və nəqliyyatın 

 ərazi üzrə təşkilinin coğrafi

 

xüsusiyyətləri 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə