ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 9. D i a l e k t i k a



Yüklə 96,12 Kb.
səhifə9/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 9. D i a l e k t i k a
Dialektika anlayışı. Fəlsəfə kursunda dialektikanın yeri və əhəmiyyəti. Dialektikanın komponentləri – nəzəri prinsiplər, kateqoriyalar, qanunlar. Dialektikanın tarixi tipləri: qədim filosofların dialektikası, klassik alman filosoflarının idealist dialektikası, materialist dialektika, qeyri-klassik elmlərin nailiyyətlərinə əsaslanan qeyri-klassik dialektika.
Dialektika varlığın universal əlaqələri və inkişafı haqqında təlimdir. Ümumi əlaqə və qarşılıqlı təsir anlayışları. Qarşılıqlı əlaqələrin növləri. İnformasiya əlaqələrinin özünəməxsusluğu. Dialektikanın sistemi, onun əsas struktur əlamətləri. Dialektikanın prinsipləri. Obyektiv və subyektiv dialektika. Dialektika və metafizik təfəkkür metodları.
İnkişaf anlayışı. İnkişafın müxtəlif modelləri. Cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə inkişaf. İnkişafın əsas xüsusiyyətləri: obyektivlik, ən ümumilik, dönməzlik, ziddiyyətlilik.
Kateqoriya anlayışı. Dialektikanın kateqoriyalarının qnoseoloji və metodoloji funksiyaları. Dialektikanın kateqoriyalarının mahiyyəti, əhəmiyyəti və funksiyaları. Kateqoriyaların növləri: ən ümumi əlaqələri ifadə edən kateqoriyalar, struktur əlaqələri ifadə edən kateqoriyalar, determinant əlaqələri ifadə edən kateqoriyalar.
Təkcə, xüsusi və ümumi kateqoriyaları. Təkcə idrakın çıxış nöqtəsi, ümumi ilə fərdinin vəhdətidir. Xüsusi kateqoriyası, ümumi ilə təkcənin əlaqəsində onun rolu. Təkcə və ümuminin dialektikası.
Mahiyyət və hadisə kateqoriyaları. Hadisə mahiyyətin ifadəsidir. Zahirilik (görünüş) anlayışı, mahiyyəti aydınlaşdırma gerçəkliyi dərk etməyin əsas məqsədidir. Mahiyyət və hadisənin münasibətindəki ziddiyyətlilik. Bu kateqoriyaların idrak prosesində rolu.
Məzmun və forma kateqoriyaları, onların dialektik vəhdəti. Formanın nisbi müstəqilliyi və məzmuna təsiri. Forma və məzmun arasında ziddiyyət.
Tam və hissə kateqoriyaları. Onların arasındakı dialektik əlaqə. Bütövlük prinsipi, onun əsas tipləri. Sistem və struktur, element anlayışları və onların qarşılıqlı əlaqəsi.
Səbəb və nəticə kateqoriyaları. Onların arasında dialektik vəhdət. Səbəb-nəticənin ümumi xarakteri. Səbəbiyyət əlaqəsi və funksional əlaqə. Birmənalı və ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). Determinizm prinsipi, onun tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. Səbəiyyət əlaqəsinin əlamətləri. Səbəiyyət ələqələrinin formaları.
Zərurət və təsadüf kateqoriyaları. Təsadüf zərurətin ifadə forması və tamamlanmasıdır. Təsadüf və zərurətin münasibətlərinin birtərəfli izahının əsassızlığı. Fatalizm və taleyə inam (alın yazısı). Zərurət və təsadüfün praktiki fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət.
İmkan və gerçəklik kateqoriyaları. Real və formal imkan. Konkret, abstrakt imkanlar və imkansızlıq. İmkanın gerçəkliyə çevrilməsində obyektiv şəraitin və subyektiv amilin rolu.
Qanun anlayışı. Qanun və qanunauyğunluq. Gerçəklik hadisələrinin qanunauyğun əlaqələri. Qanunların obyektivliyi. Volyuntarizm və fetişizm. Qanunların təsnifatı: xüsusi, ümumi və ən ümumi qanunlar. Dinamik və statistik qanunlar. Sinergetika və qanunauyğunluq.
İnkişafın mənbələri. Eyniyyət, fərq, əkslik və ziddiyyət kateqoriyaları. Ziddiyyətlərin növləri və tipləri. Əksliklərin vəhdəti və mübarizəsi – inkişafın mənbəyini ifadə edir, onların qarşılıqlı nisbəti. Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik ziddiyyətlər qanunu).
İnkişaf və tərəqqi. Tərəqqi. Tərəqqi və onun meyarları: sistem-struktur, funksional və humanitar. Tərəqqinin tipləri. Tərəqqi və tənəzzül.

Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə