ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 7. Müasir dövr Qərb fəlsəfəsi



Yüklə 96,12 Kb.
səhifə8/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 7. Müasir dövr Qərb fəlsəfəsi
Elmi-texniki tərəqqi və onun nailiyyətlərinin XX əsr fəlsəfi fikrin inkişafına təsiri. Avropa – XX əsr fəlsəfi mədəniyyətin mərkəzidir. Müasir Qərb fəlsəfəsi. XX əsr tarixi hadisələrinin müasir Qərb fəlsəfi məktəbinin yaranmasına təsiri. Bu məktəblərin spesifik xüsusiyyətləri, onların ümumi və fərqli cəhətləri. Müasir Qərb fəlsəfi məktəbləri.
Ekzistensializm və ya mövcudluq fəlsəfəsi – müasir fəlsəfədə irrasionalist istiqamətdir.
Neotomizm. Akvinalı Fomanın təliminə əsaslanan cərəyandır.
Praqmatizm. XX əsrin subyektiv fəlsəfi cərəyanıdır.
Fəlsəfi antropologiya - insanın təbiəti və mahiyyəti haqqında təlimdir.
«Həyat fəlsəfəsi» irrasionalist fəlsəfi cərəyandır.
XX əsr Qərbi Avropanın digər fəlsəfi məktəbləri - antropologiya fəlsəfəsi, personalizm, strukturalizm, hermenevtika, tənqidi rasinalizm, tarix fəlsəfəsi : elmin metodologiyası. İntuitivizm fəlsəfəsi.

M ö v z u 8. Varlıq və materiyanın fəlsəfi anlamı
Varlıq probleminin həyatı kökü və onun fəlsəfi mənası.
Varlıq ən ümumi reallıqdır və fəlsəfənin əsas kateqoriyasıdır. Varlıq haqqında düşüncələrin spesifikliyi. Varlığın «mövcud olma» ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlığın dini izahı. Varlığın əsas formaları və dialektikası. Şeylərin, proseslərin və təbiət hallarının varlığı, insanın varlığı, mənəvi vaprlıq, sosial varlıq. Varlığın ziddiyyətli mahiyyəti, onun dəyişkən və daimi olması ideyası. Kainat haqqında elmi və fəlsəfi təsəvvürlərin təkamülü.Varlıq və onun formaları.
Hərəkət anlayışı, materiya və hərəkətin vəhdəti. Hərəkətin tipləri. Sabitlik və dəyişkənlik. Hərəkət, inkişaf anlayışları. Fasiləlilik və fasiləsizlik. Energetizm təliminin əsassızlığı. Hərəkət və sükunətin dialektikası. Materiyanın hərəkətinin əsas formaları. Onların xüsusiyyətləri və qarşılıqlı əlaqəsi. Mexanizmin və reduksionizmin tənqidi. Təbiətşünaslığın nailiyyətləri əsasında hərəkət formaları haqqında baxışların zənginləhməsi və inkişafı.
Məkan və zaman anlayışları, onların fəlsəfi mənası.Məkan və zaman haqqında müasir nəzəriyyələr və onların fəlsəfi əhəmiyyəti. Məkan, zaman və hərəkət arasında qarşılıqlı əlaqə. Məkan və zaman ölçülüyü, sonluğu və sonsuzluğu problemi. Məkan və zaman substansional və relyasional konsepsiyaları. Nisbilik nəzəriyyəsi və məkan və zaman haqqında təsəvvürlərin yeniləşməsi. Bioloji məkan və zaman. Cansız təbiətdə, üzvi aləmdə və sosial proseslərdə məkan və zaman, onların keyfiyyət müxtəlifliyi.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə