ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 10. Təbiət fəlsəfi düşüncənin predmetidir



Yüklə 96,12 Kb.
səhifə10/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 10. Təbiət fəlsəfi düşüncənin predmetidir
Təbiət anlayışı. Təbiət hadisələri və obyektləri. Təbiət və mədəniyyət. İnsan və təbiətin qarşılıqlı münasibəti. İnsan, insan cəmiyyəti, mədəniyyət və təbiət. İnsan və təbiətin vəhdəti fəlsəfi problemdir. İnsanın təbiətə dair baxışlarının dəyişməsi.
“Təbii mühit” anlayışı. Təbii mühit və ona daxil olan maddi sistemlər, həyat vasitəsi olan təbii mənbələr və əmək predmeti ola biləcək təbii zənginliklər. Süni mühit – «ikinci təbiət» anlayışı.
Canlı və cansız təbiət, onların qarşılıqlı əlaqəsi və onlar arasındakı fərq. İnsanın canlıya münasibəti. Canlının dərk olunmasında biologiya və fəlsəfənin rolu. Canlı haqqında müasir baxışlar. Yerdə həyatın yaranması – planetimizin təkamülünün qanunauyğun nəticəsidir. Orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqəsi. İnsanın meydana gəlməsi və mövcudluğunun ilkin təbii şərtləri. Yerdə həyatın sonlu və ya sonsuz olması haqqındakı baxışlar.
Cəmiyyət və təbiətin qarşılıqlı münasibətinin tarixi xarakteri. Təbiət cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. İctimai inkişafda təbii şəraitin rolunun təhrif olunması. Coğrafi determinizmin əsassızlığı. Geopolitika doktrinasının mahiyyəti. Geopolitikanın müasir izahı. Azərbaycanın geopolitik mövqeyi.
Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri. Təbiət insanın praktiki fəaliyyət meydanıdır. İnsanla təbiət arasındakı münasibət. Təbiət insan və cəmiyyət üçün gözəllik, xeyirxahlıq mənbəyidir. Təbiətin qorunmasında insanın və cəmiyyətin məsuliyyəti.
İnsanın fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət. Biosfera, neosfera, texnosfera, biotexnosfera anlayışları. Texnosfera və biosfera arasında ziddiyyətlərin kəskinləşməsi.
Ekoloji problem, onun elmi, sosial-fəlsəfi və etik-humanist aspektləri. Ekoloji problemlərin mahiyyəti, onun kompleks və qlobal xarakteri.İctimai inkişaf, müasir istehsalın yüksəlişi, mədəni, elmi-texniki tərəqqi və ekoloji problem. Ekoloji bilikdən ekoloji şüura doğru. İctimai inkişafın qlobal-ekoloji aspektləri. Fəlsəfə və ekoloji problemin həlli. Antropogen ekoloji təhlükənin dərk olunması məsələsi. İnsanın ekologiyası və elmi biliklərin sintezi. Qlobal ekologiya və mədəni əlaqələr problemi. Ekoloji çətinliklərin aradan qaldırılması yolları haqqında russonist və neorussonist fəlsəfi mövqe və müxtəlif konsepsiyalar. Elmi-texniki tərəqqi və ekologiya. Ekoloji problemin qlobal xarakteri. Ekoloji fəlakət təhlükəsi. Yer üzündə əməkdaşlığın inkişafı üçün beynəlxalq əməkdaşlığın obyektiv zəruriliyi. Müasir Azərbaycanda mövcud olan ekoloji problemlər.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə