ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


KTF-nin Elmi Şurasının sədri



Yüklə 96,12 Kb.
səhifə2/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

KTF-nin Elmi Şurasının sədri,
dekan, prof., S.Ə.Məmmədxanova
Sillabusu tərtib etmişdir dos.: Y.P.Əhmədov

«Fəlsəfə» fənni üzrə sillabusun strukturu



I.

Fənnin təsviri və məqsədləri




II.

İstifadə olunan ədəbiyyat




III.

Tələbələrin vəzifələri




IV.

Təlimin təşkili formaları




V.

Təqvim-tematik plan. Fənnin qısa məzmunu




VI.

Məşğələ dərslərində müzakirə olunan mövzuların məzmunu




VII.

Müəllimin tələbləri




VIII.

Cari biliyin qiymətləndirmə meyarı, aralıq qiymətləndirmə cədvəli






I .Fənnin təsviri və məqsədləri
Fəlsəfə ictimai şüurun qədim və spesifik formalarından biridir. O yarandığı vaxtdan insanın malik olduğu biliklər sistemində əhəmiyyətli rol oynayır. Bu isə onunla əlaqədardır ki, fəlsəfə bütün dövrlərdə dünyagörüşü məsələlərini irəli sürür və onları həll edir. Fəlsəfə mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirir. Fəlsəfi təfəkkür dünyanı bütöv bir tam kimi izah edir.O, həm də insanın təbiəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə geniş yer verir.
Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan tərəfindən idraki, sosial və təbiət reallığının mənalandırılmasını təmin edir; insanların əqidəsinin normative-dəyər əsaslarını işləyib hazırlayır; dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstərir; təbii və ictimai mühitdə insanın yerini, onun həyatının mənasını müəyyən edir; insanların dəyərlərini, ideallarını və məqsədlərini işləyib hazırlayır. Yəni, fəlsəfənin mövzuları insanların real həyatı ilə sıx əlaqəlidir.
Fəlsəfə yalnız varlıq və idrak haqqında təlim olmaqla məhdudlaşmır, o eyni zamanda gerçəkliyi insanların tələbatlarına uyğun şəkildə dəyişdirməyin mühüm alətidir.
Fəlsəfənin öyrənilməsinin əsas hədəfi dünyanı və insan həyatını anlamaq prinsiplərinə yiyələnməkdir. O, insan təfəkkürünü rasionallığa tərəf istiqamətləndirir. Dünyagörüşü formalaşdırmağa imkan verən təfəkkür üsulu yaradır. Fənnin tədrisində əsas məqsəd, insan mənəviyyatını, ali humanist əqidələr sistemini inkişaf etdirməkdir. Eyni zamanda, dünyanın quruluşu haqqında, sosial inkişaf, onun qanunauyğunluqları və təfəkkür prosesləri haqqında həqiqi biliklər verməkdir.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə