ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 14. İdrak. Elmi idrakın metod və formaları



Yüklə 96,12 Kb.
səhifə14/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 14. İdrak. Elmi idrakın metod və formaları
İdrak fəlsəfi təhlilin predmetidir. İdraka fəlsəfi yanaşmanın spesifikliyi. İdrak insanın aləmə sosial vasitəli, tarixən inkişaf edən münasibətidir, dünyanın dərk edilməsi, biliyin zənginləşməsi prosesidir. İdrakın obyekti və subyekti. İdrakda subyektlə obyektin qarşılıqlı təsiri.
İdrak nəzəriyyəsi (və ya qnoseologiya, idrakın fəlsəfəsi) idrakın təbiətini və onun imkanlarını, biliyin reallığa münasibətini, idrakın həqiqiliyini və dəqiqliyini aydınlaşdırır. Qnoseologiyanın predmeti. Qnoseologiya və ontologiya. Qnoseologiya elmi idrak haqqında təlimdir. Dünyanın dərk olunmasının prinsipi. Skeptizm aqnostisizmin qnoseologiyası.
Fəlsəfənin inkişafında idrak probleminə münasibət. İnsanın nəzəri və praktiki fəaliyyətində idrakın rolu. İdrak və bilik. Biliyin strukturu. Bilik, inikas, informasiya. Biliyin məzmunu və strukturu. Biliyin müxtəlif formaları və idrakın fəaliyyəti. İdrakın əsas formaları.
Hissi idrak subyektin sosial-tarixi fəaliyyətidir, dünyanın dərk edilməsi prosesində onun rolu. Hissi idrak və onun formaları: duyğu, qavrayış, təsəvvür – idrak prosesində onların rolu. Hissi inikasda obraz və işarənin vəhdəti. İnsan idrakında gerçəkliyin hissi inikasının rolu.
Rasional idrak gerçəkliyin inikasının keyfiyyətcə yeni pilləsidir. Rasional idrakın əlamətləri. Abstrakt təfəkkürün inkişafında dilin rolu. Abstrakt – fikri inikasın əsas formasıdır.
Məntiqi idrakın əsas formaları. Anlayış, hökm və əqli nəticə, onların idrakda rolu.
Hissi və rasional idrakın vəhdəti. Sensualizmin (empirizmin) və rasionalizmin bitərəfliliyi.
Yaradıcılıq anlayışı. Yaradıcılıq və intuisiya. Kəşf və ixtira zəkanın yaradıcılığının mühüm formasıdır. Fəlsəfi fikir tarixində yaradıcılığa münasibət. Yaradıcılığın müasir elmi şərhi. Yaradıcılıq insanın öz işinə mənliyini, ruhunu daxil etməsidir. Yaradıcılığın qeyri-adi və sehrli xarakteri. Özünüdərk və özyaradıcıılıq şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir.
İntiusiya və ititəfəkkürlülük. İntuisiyanın növləri. İntuisiyanın baş vermə mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq. Yaradıcılıq və intuisiyanın idrakda rolu. Mübahisə və arqumentləşdirmə. İdrakda izahetmə və anlama, onların fərqli cəhətləri.
Həqiqət anlayışı. Həqiqətin aspektləri və formaları. Həqiqət – yalan və yanılmalar. Həqiqətin yalandan fərqləndirilməsi problemi.
Həqiqət qonseoloji problemdir. Təbii-elmi idrakda reallıq problemi və obyektiv həqiqət. Obyektiv həqiqət və reallığın səviyyələri. Həqiqət məzmunca obyektiv, formaca subyektivdir. Mütləq və nisbi həqiqətlər, onların dialektikası. Həqiqət, qiymət, dəyər: həqiqəti stimullaşdıranq və təhrif edən amillər. Həqiqətin evristik xarakteri.
Həqiqətin konkretliyi və həqiqətin meyarları. Praktika biliyin həqiqiliyinin əsas meyarıdır. Praktika insanın maddi sistemlərə fəal qarşılıqlı təsiri və məqsədyönlü fəaliyyətidir. Praktikanın idraka və fəaliyyətin formalaşmasına təsiri.
Praktika insanın dünyaya münasibətinin spesifik üsuludur. Praktikanın genezisi. Qnoseoloji fenomen kimi praktikanın mühüm xüsusiyyətləri – müəyyən məqsədə yönəldilmə, predmet – hissi xarakteri, maddi sistemin yaradılması.
Praktikanın formaları: ictimai istehsal, ictimai-siyasi, elmi-təcrübi, tibbi, ailə-məişət, gündəlik, təsərrüfat və s. Praktika idrakın əsası, hərəkətverici qüvvəsi, həqiqətin meyarı və məqsədidir.
Praktikanın qnoseoloji funksiyaları – bazis, determinasiya, meyar və məqsədyönlü fəaliyyət.
Heyvanların davranışı və insanların praktiki fəaliyyəti. Praktika – insanın ictimai həyat fəaliyyətinin bütün formalarının əsasıdır. Davranış və fəaliyyət. Həyat fəaliyyətinin digər formalarına münasibətdə praktikanın inteqrativ funksiyaları.Praktikanın fəaliyyətinin strukturu və onun əsas formaları. Praktika obyektiv və subyektiv tərəflərin vəhdətidir. Praktiki fəaliyyətin formaları. Texnika və texniki fəaliyyət.
Biliyin idraki praktiki tərəfləri. Bilik və dəyər. Elm idrakın spesifik formasıdır. Elm obyektiv və ictimai faydalı biliklər sistemidir. Elmin funksiyaları. Elm konqnitiv və sosioloji fəaliyyətdir. Elmi biliyin əsasları. Elmin fəlsəfi əsasları.
Elmin etikası. Elmi biliklər və etik tələblər. Elmin etik normaları. Elmin humanistləşməsi problemi. Dünyanın elmi mənzərəsi. Elmi idrak və onun spesifik cəhətləri: elmi idrakın obyektivliyi və predmetliyi dünyanın əməli olaraq mənimsənilməsinin gələcək üsul və formalarının proqnozlaşdırılması.
Elmi təfəkkürün üsulları, metodları və formaları. Analiz və sintez. Abstraktlaşdırma və ideallaşdırma. Elmi idrakın empirik və nəzəri səviyyələri və onların strukturu. İdeal nəzəri modellər. Fundamental prinsiplər və qanunlar.
Empirik tədqiqatın metodları: müşahidə, eksperment, induksiya, analogiya, təsnifat.
Nəzəri tədqiqatın metodları: deduksiya, modelləşdirmə, aksiomatika, formalaşdırma.
Elmi nəzəriyyənin qurulmasının metodları: abstaktdan konkretə yüksəlmə, tarixi və məntiqilik, sistemlilik.Elmi idrakın forma və vasitələri: problem, prinsip, ideya, hipoteza və nəzəriyyə. Kompüter və fəlsəfə.

Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə