Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə1/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
  1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2


  1. Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri

Əqli tərbiyənin birinci və əsas vəzifəsi uşaqların ətraf aləm, təbiət, əmək, onların keyfiyyətləri və xüsusiyyətləri haqqında sadə biliklərə yiyələnməsidir. Burada başlıca vəzifə uşaqlara ətraf mühit haqqında səthi biliklər deyil, hadisələrin başlıca əlaqələri haqqında bilikləri dərk etdirməkdən ibarətdir. Kiçik yaşlı uşaqlar fəaliyyət prosesində yaxın adamlarla, onları əhatə edən əşyalarla tanış olurlar. Sonra bu əşyaların əsas əlamətlərini ayırmağa, onlar arasındakı əlaqəni anlamağa, müxtəlif təbiət və həyat hadisələrinin başvermə səbəblərini öyrənməyə başlayırlar. Uşağın əqli fəaliyyəti onun təxəyyülünə, təsəvvürünə, mühakiməsinə özünəməxsus rəngarənglik verən emosiya ilə sıx bağlıdır. Bu emosiyalar hafizədə saxlanılaraq, elə bil həmin əşyanın və ya hadisənin keyfiyyəti kimi əks olunur.Əşya və hadisələr arasında qarşılıqlı əlaqəni tapmaq, ona münasibət göstərmək, biliyi ümumiləşdirmək əqli inkişafın göstəricilərindəndir. Ətraf mühit haqqında biliklər uşaqların əxlaq və estetik tərbiyəsində də mühüm rol oynayır.Tərbiyəçinin bu sahədə başlıca vəzifəsi uşaqlara bilik vermək, bunun əsasında onların marağını, öyrənmək həvəsini, diqqətli olmasını formalaşdırmaq, nəcib hisslər oyatmaq və verilən tapşırıq üçün üzərinə düşən funksiyaları yerinə yetirməyə səy göstərməyi formalaşdırmaqdır. Fiziki cəhətdən sağlam olan uşaq hadisələrə sürətlə münasibət bildirir, düzgün fikirləşməyi bacarır, normal böyüyür, müvəffəqiyyətlə irəliləyir. Uşaqların əqli tərbiyəsində də həlledici rol tərbiyəçilərlə yanaşı, valideynlər də üzərinə düşür. Valideynlər uşaqların fəaliyyətinə nəzarət edir və istiqamətləndirirlər ki, dərketmə prosesi normal formalaşsın, lazımi bilik əldə etmək mümkün olsun.
1.Cəmiyyət və təbiət haqqında elmi anlayışları formalaşdırmaq, real elmi dünyagörüşü yaratmaq;
2.Əqli fəaliyyəti inkişaf etdirmək məqsədilə öyrənmə marağı, qabiliyyəti və əqli fəaliyyətin digər rəngarəng növlərini formalaşdırmaq;
3. Müstəqil öyrənmə meyli, mədəni əqli iş tərbiyə etmək.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə