ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 15. Mədəniyyət və sivilizasiya. Sosial proqnozlaşdırma və müasir dövrün qlobal problemləri



Yüklə 96,12 Kb.
səhifə15/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 15. Mədəniyyət və sivilizasiya. Sosial proqnozlaşdırma və müasir dövrün qlobal problemləri
Mədəniyyətin fəlsəfi anlaşılması. Mədəniyyətin yaranması. Mədəniyyətin izahı ilə bağlı müxtəlif baxışlar. Mədəniyyətin texnoloji şərhi. Mədəniyyətin klassik modeli.
Cəmiyyət və mədəniyyət. İnsan mədəniyyət aləmində. Mədəniyyətin daxili və xarici determinasiyası. Əmək və mədəniyyətin bölünməsi. Mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Mədəniyyətin funksiyaları: adaptasiyaedici, idraki, informasiyaverici, kommunikativ, normativ və humanist.
Mədəniyyətin inkişaf qanunauyğunluqları. Mədəniyyətdə ənənəvilik və yenilikçilik. Mədəniyyətlər vəhdəti və çoxcəhətliliyi. Mədəni inqilab. Əxlaqi mədəniyyətin mahiyyəti. Kütləvi mədəniyyət anlayışı və mədəniyyətin kütləviliyi. Elitar mədəniyyət.
Mədəniyyət şəxsiyyətin özünü müəyyən etməsi və inkişafı üsuludur. Mənlik şüuru və özünüqiymətləndirmə, savadlılıq və mədənilik, ziyalılıq. Ünsiyyət mədəniyyəti: dialoq, fikir plyuralizmi. Mədəniyyət və demokratiya.
Mədəniyyətdə mili və ümumbəşəri tərəflər. Dünya mədəniyyətlərinin vəhdəti, rəngarəngliyi və qarşılıqlı təsiri. Mədəniyyətin tərəqqisi. Ənənəvi və müasir mədəniyyət.
Mədəniyyət və sivilizasiya. Sivilizasiya mədəniyyətin mərhələsidir. Sivilizasiya sosial mədəni törəmədir. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın izahına dair baxışlar:
a) sivilizasiya mədəniyyətin sinonimidir;
b) sivilizasiya lokal mədəniyyətlərin inkişafında tənəzzül mərhələsidir;
v) sivilizasiya bəşəriyyətin barbarlıqdan sonra gələn inkişaf mərhələsidir;
q) sivilizasiya müxtəlif regionun və yaxud etnosun inkişafı mərhələsidir;
Bəşəriyyətin mövcudluğunun sivilizasiya əsasları.
Sivilizasiya cəmiyyətin sosial təşkil olunmasıdır. İctimai əmək bölgüsünün inkişafı və informasiya – nəqliyyat infratsrukturunun genişlənməsi sivilizasiyanın mühüm göstəricisidir. Sivilizasiya cəmiyyətin sosial-mədəni əsası, mədəniyyətin sosial varlığıdır.
Mənəviyyat və əxlaq. Mənəvi dəyərlərin universallığı və nisbiliyi.
Lokal mədəniyyətlər və sivilizasiyalar haqqında baxışların əsassızlığı.
Bilavasitə təhlil edilə bilən və uzaqlaşdırılmış olan gələcək: idrakın metodları və vasitələri.
Gələcəyi xəbər vermə fəlsəfi idrakın mühüm tərəfidir. Bəsirət (qabağı görmə) və izahetmə. Bəsirət və nəzəriyyəni seçmə meyarları. Adi uzaqgörənlik, intuitiv uzaqgörənlik və elmi uzaqgörənlik.
Gələcəyi xəbər vermə və proqnozlaşdırma. Gələcəyin dövrləşdirilməsi. Gələcəyi öyrənməyin elmi meyarları. Proqnozlaşdırma qabaqgörmənin növlərindən biridir. Onun ehtimalı – xarakteri. Proqnozlaşdırmanın metodları: ekstrapolyasiya, tarixi analogiya, kompüter modelləşdirilməsi, gələcəyin ssenarisi, ekspert qiymətləndirilməsi. Bu metodların məhdudluğu və bir-birilə əlaqələndirilməsinin zəruriliyi.
Proqnozlaşdırmanın humanist missayası. Sosial proqnozların tipləri: axtarış, normativ, ehtimali sosial proqnozlar. Onların elmi idrakın məzmunu və ideoloji təyinatı.
Bəşəriyyətin gələcəyi və real tarixi proses. Müasir elmi-texniki inkişaf və gələcəyin alternativləri. Gələcəklə bağlı pessimist baxışlar. Sosial tərəqqinin qarşısıalınmazlığı. Tərəqqinin ritminin artması. İnkişafın hüdudları və stimulları problemi.
Proqnozlaşdırma və müasir dövrün qlobal problemlərinin təsnifatı: siyasi, iqtisadi, sosial, ekoloji, gənc dövlətlərin geriliyini dəf etmək problemi – onların bir-birilə əlaqəsi. Qlobal problemlərin həlli üçün geniş beynəlxalq əməkdaşlığın zəruriliyi.
Sülh, tərksilah və yeni dünya müharibəsinin qarşısının alınması problemi.
Ailə münasibətlərində yaranan problemlər. Kişi-qadın münasibətlərindəki problemlər. Gender anlayışının aktuallığı, onun semantik və məntiqi təhlili. Cəmiyyətdə bioloji, sosial, mənəvi qütbləşmə. Kişi və qadın dixotomiyasının bioloji, sosial və mənəvi aşkarliği.
Qlobal problemlərin yaranma səbəbləri. Qlobal problemlərin həlli yolları. Bəşəriyyətin sosial və texniki tərəqqi yolunda irəliləməsindəki ziddiyyətlər. Yer kürəsində sülhün qorunması – gələcək elmin əsas funksiyası və vəzifəsidir. Dünya sivilizasiyasının inkişaf perspektivləri. «İnformasiya müharibəsi» konsepsiyası.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə