Fə lsə fə Fə nni Üzrə mtahan Suallarının Cavabları
1. Fə lsə fi problemlə rin tə snifatı: ontologiya, qnoseologiya və sosial fə lsə fə .
Fəlsəfi problemlərin birinci qrupu dünyanın mənşəyi və mahiyyəti ilə bağlı məsələləri
ə
hatə edir. Dünyada heç nə əbədi deyil, hər şey dəyişir; mövcud olan nə varsa,
hamısının zamanca başlanğıcı və sonu vardır. Bütün bu ardı-arası kəsilməz
dəyişkənliyin mənası, səbəbi nədir? Ardı-arası kəsilməz dəyişkənlik və hadisələr
axınında bir nizam, onların yönəldikləri hansısa üstün istiqamətlər mövcuddurmu?
Fəlsəfi dillə desək, dünyada nə hökm sürür: zərurət, yoxsa təsadüflər? Qanunlar, yoxsa
xaos? Filosofları həmişə düşündürən suallardan biri də insanın bu dünyada yeri və rolu,
insan həyatının mənası haqqında məsələlərlə bağlıdır. nsanın yer üzündə hansısa
spesifik missiyası mövcuddurmu? O, öz taleyinə sahib çıxaraq, ona istədiyi kimi
sərəncam verə biləcək qədər güclüdürmü? Bütün bü və buna bənzər problemlər fəlsəfi
biliyin mühüm tərkib hissəsi olan ontologiyanın (qədim yunan mənşəli «ontos»-
«varlıq» sözündən əmələ gəlmişdir) predmetini təşkil edir.
Fəlsəfi biliyin ikinci mühüm sahəsini təşkil edən idrak nəzəriyyəsi və ya
qnoseologiya (yunanca «qnosis» - «bilik» sözündən əmələ gəlmişdir) insan idraknın
mənşəyi və gerçəkliyə münasibəti, biliyin yaranma xüsusiyyətləri, onun gerçəkliyə
uyğunluğu, təcrübə və nəzəriyyə arasındakı münasibətlər kimi məsələlərlə məşğul olur.
nsan dünyanı dərk edirmi? nsanın şüura, təfəkkürə malik olması, ilk baxışda
göründüyü kimi, bu suala müsbət cavab vermək üçün yetərli deyil. nsan həyatı boyu
səhvlər edir və bir çox hallarda bu səhvlər çox ciddi nəticələr doğurur. Burada əsas
məqamlardan biri budur ki, bizim həyat təcrübəmizin və biliklərimizin zənginliyi
səhvlərin sayını azalda bilər, lakin onun qarşısını ala bilməz.
Fəlsəfi problemlərin üçüncü böyük qrupu sosial fəlsəfənin predmetini təşkil edir.
Sosoial fəlsəfə sosial həyatın mənşəyi və mahiyyətini, bütöv bir tam kimi götürülmüş
cəmiyyəti, onun təkamül xüsusiyyətlərini və insanla cəmiyyət arasındakı qarşılıqlı
münasibətləri öyrənir.
2. Dünyagörüş ünün ilk tarixi formaları: mifologiya və din. Dünyagörüşü
dedikdə dünya və insanın bu dünyada yeri və rolu haqqında ümumiləşmiş baxışlar, bilik
və təsəvvürlər başa düşülür.Fəsəfənin öyrəndiyi problemlərin hər birində insanın
dünyaya münaisbəti məsələsinin müxtəlif məqamları əks olunmuşdur. Bu məsələ
dünyagörüşünün əsas məsələsidir və buna görə də fəlsəfi problemlər dünyagörüşü
anlayışı ilə sıx bağlıdır.
Dünyagörüşünün ən qədim tarixi forması mifologiyadır. Mifologiyanın əsasını
fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin
səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada təbiət hadisələri və cansız predmetlər
canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi
mifi yaradan ibtidai təfəkkürün xüsusiyyətlərindən irəli gəlirdi. btidai insanın şüuru
bütünlüklə icmadaxili həyatın xüsusiyyətləri ilə şərtlənirdi. Bu həyatın səciyyəvi
cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluğu təşkil edirdi.
Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv)
bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai
ş
üurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir.
Dünyagörüşünün digər tarixi forması dindir. Din və fəlsəfə gerçəkliyin mənəvi
mənimsənilməsinin elə formalarıdır ki, onlar hər ikisi elmi biliyin məhdudluğundan və
natamamlığından doğan ehtiyacı sanki, kompensasiya etməyə, insanın bitkin,
tamamlanmış, fəlsəfi terminlə desək, mütləq biliyə olan əzəli tələbatını ödəməyə
çalışırlar. Həm din, həm də fəlsəfə üçün mütləq biliyin mənbəyini dünyanın mütləq
başlanğıcına inam təşkil edir. Dinə görə bu mütləq başlanğıc dünyanı hər şeyə qadir
olan öz azad iradəsi ilə və möcuzə yoluyla heçdən yaradan fövqəltəbii varlıq – tək
Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi,
insanın dünyada yeri, xeyir, şər haqqında və digər ehkamlarını Allahın kəlamları kimi
təqdim edir. Dini şüurun mövcudluq üsulu dünyanın fövqəltəbii başlanğıcına dərin
inamı ifadə edən etiqad hissidir.
3. Fə lsə fə və elm: oxş ar cə hə tlə r və prinsipial fə rqlə r. Elmi biliyin mənbəyini
insanın müşahidələri, onun həyat təcrübəsi və elmi eksperimentlər təşkil edir. Elmin
başlıca xüsusiyyəti onun əsaslandırılmış biliklər sistemindən ibarət olmasıdır. Bu o
deməkdir, elmi bilik məntiqi cəhətdən ziddiyyətsiz olmalı və elmi eksperimentdə öz
təsdiqini tapmalıdır. Bunlar elmi biliyin dəqiqliyini və səhihliyini təmin edən başlıca
şə
rtlərdir. Elmin öyrəndiyi gerçəkliyi fəlsəfi dildə hadisəər aləmi kimi səciyyələndirirlər.
Hadisələr aləminin səciyyəvi cəhətini onun konkret təcrübələr vasitəsi ilə tədqiq
olunmasının, yəni prinsipcə müşahidə (birbaşa və ya dolayısı ilə) obyektinə
çevrilməsinin mümkünlüyü təşkil edir. Buna görə də elm insana həmişə yalnız konkret
təcrübə və müşahidələr hüdudunda formalaşan biliklər verir.
Lakin insan öz gündəlik fəaliyyətində yalnız bu cür biliklərə istinad etmək
məcburiyyətində qalsa idi, onda onun həyatı ya, ümumiyyətlə, mümkün olmaz, ya da
məna və məzmun baxımından çox yoxsul olardı. nsan həyatını ona məna və məzmun
verən, insan fəaliyyətini daxilən stimullaşdıran ali məqsədlərdən, ideallardan və
ə
qidələrdən kənarda təsəvvür etmək olmaz. Bunlar isə insanı əhatə edən mühit və
bütövlükdə dünya haqqında az-çox müəyyən şəkil almış təsəvvürlər və biliklərə istinad
etmədən təşəkkül tapa bilməz. Bu cür biliklər konkret – təcrübi mənşəyə malik olan
elmi biliklərdən prinsipial şəkildə fərqlənir. Elmi biliklərdən fərqli olaraq, bütöv bir tam
kimi düşünələn dünya, onun mənşəyi, quruluşu və mahiyyəti haqqında biliklər
qazanmaq konkret müşahidə və təcrübələrin hüdudunu aşaraq, ondan kənara çıxmağı
tələb edir. Dünya haqqında bu cür ümumiləşmiş təsəvvürləri və insanın bu dünyada yeri
və rolu haqqındakı bilikləri fəlsəfə verir.
Fəlsəfə dünyanı, dindən fərqli olaraq, etiqada istinad etməklə deyil, arqument və
təfəkkürlə mənimsəməyə çalışır. Bu məqam fəlsəfəni elmlə yaxınlaşdırır. Lakin bütöv
bir tam kimi düşünələn dünya elmi biliyin əsasını təşkil edən konkret müşahidələr və
təcrübə hüdudlarına sığmadığına görə, fəlsəfi təfəkkür, elmdən fərqli olaraq, həmişə
konkret təcrübə hüdudlarını aşmalı olur.
Dostları ilə paylaş: |