Xülasə Tədqiqatın məqsədi: Azərbaycanda birja təsisatlarının genezisi və institusional tarixinə dair faktların tədqiqi



Yüklə 457,86 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü457,86 Kb.
#68691
növüXülasə


uoT 330.8:330:336.76 (479.24)

Azərbaycanda birjaların yaranması və

fəaliyyət göstərməsinin tarixi-iqtisadi 

aspektləri

Xülasə

Tədqiqatın məqsədi: Azərbaycanda birja təsisatlarının genezisi və institusional

tarixinə dair faktların tədqiqi.



Tədqiqatın metodologiyası: retrospektiv və müqayisəli təhlil, sintez və deduksiya

metodları.



Tədqiqatın nəticəsi: Azərbaycanda 1886-1930-cu illərdə birjaların yaranışı və

fəaliyyəti tarixi-iqtisadi aspektdən qiymətləndirilməsi.



Tədqiqatın məhdudiyyətləri: Bunlar tədqiqat obyektinin spesifikliyi, elmi infor-

masiyanın əldə olunması və tarixi faktların müqayisəli təhlil olunması imkanları ilə

əlaqədardır.

Tədqiqatın əhəmiyyəti: respublikamızda birja təsisatlarının fəaliyyətinin təkmil-

ləşdirilməsi ilə əlaqədar daha optimal mexanizmlərinin işlənilib hazırlanmasında

tarixi təcrübədən yaralanma imkanı verməsi.

Tədqiqatın orijinallığı və elmi yeniliyi: tədqiq edilən problem, müəyyən edilən

bir çox faktların ilk dəfə olaraq elmi dövriyyəyə çıxarılması.



açar sözlər: Azərbaycan iqtisadiyyatı, birjalar, fond birjası, əmtəə birjası, top-

dansatış ticarət

1. Giriş

Müasir anlamda birjalar - təşkil olunmuş, müntəzəm fəaliyyət göstərən, qiymətli

kağızlarla (fond), standart və nümunələri əsasında əmtəələrin topdansatış ticarəti,

müxtəlif valyutalarla ticarət müqavilələri bağlanılan zaman tələb və təklifə əsasən

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

129


İQTİSADİ TARİX

səh.129-142



səməndərov seyfəddin sabir oğlu*

iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent 

* AMEA, İqtisadiyyat İnstitutu. AZ 1143. Bakı ş., Hüseyn Cavid pr., 31.

seyfeddinsamandarov@mail.ru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




müəyyən olunmuş rəsmi qiymətlərlə ticarətdir. Birjalar qiymət və sistemlərin yaran-

masına birbaşa təsir edən institusional subyekt kimi öz əhəmiyyətinə görə banklar

və bank sistemindən geridə qalmır. Bazar iqtisadiyyatı şəraitində dövriyyə sferasının

əsas elementlərindən biri də birjalardır. Birjalar müstəqil kommersiya fəaliyyəti növü

kimi xüsusi qaydalar üzrə əmtəələrin məqsədyönlü ticarət formasıdır.

Azərbaycanda ilk birja 1886-cı ildə yaranmış və birja təsisatlarının birinci dünya

müharibəsi, daha sonra hərbi kommunizm siyasəti ilə əlaqədar fəaliyyəti bir neçə il

ərzində dayandırılsa da 1922-1930-cu illərdə birjalar yenidən fəaliyyət göstərmişlər.

Göründüyü kimi, tədqiq edilən dövr ərzində birja təsisatlarının fəaliyyəti təxmini

olaraq yarım əsirlik bir dövrün spesifik xüsusiyyətlərini özündə əks etdirir və bu il-

lərin  institusional təcrübəsi müəyyən əhəmiyyət kəsb edir. Çünki nəzərə alsaq ki,

birjalar. eyni zamanda, vergi subyekti, birja gəlirləri isə vergi obyekti kimi çıxış edir,

bu zaman birja təsisatlarına daha anlamlı rakurslardan baxmaq mümkündür. Yəni,

qeyd  etmək  lazımdır  ki,  birja  praktikasında    hər  hansı  biznes  və  kommersiya

fəaliyyətində mənfəət məcmusu, əsas fondların və digər birja obyektlərinin real-

laşdırılmasından əldə olunan mənfəət, həyata keçirilən birja əməliyyatlarından əldə

edilən gəlirlər vergi obyekti kimi çıxış edirdi. Vergi obyektləri kimi qiymətli kağız -

lardan (səhm, istiqraz, sertifikat və s.) əldə edilən gəlir faizləri də çıxış edir.

Bütünlükdə, birjalar vergi ödəyicisi kimi maliyyə-təsərrüfat fəaliyyətləri ilə əlaqə-

dar hesabat materialları hazırlamalı, həmin materialların mövcud qanunvericilikdə

nəzərdə tutulmuş müəyyən müddət ərzində saxlanılmasının təmin etməli, dövlətin

vergi işinə nəzarət edən müvafiq instansiyaların birjaların üzərinə düşən öhdəliklərin

yerinə yetirilməsinə nəzarət işinə şərait yaratmalı idilər.

Sonrakı illərdə sovet iqtisadi idarəetmə praktikasında birja təsisatlarından istifadə

olunmayıb.

Müstəqillik illərində Azərbaycanda birjalar yenidən yaranmış, hal hazırda respub-

likamızda Bakı Fond Birjasi (BSE), 2) BBVB - Bakı Banklararası Valyuta Birjası,

3) Respublika Əmtəə Birjasi, 4) Respublika Xammal və Əmtəə Birjasi, 5) Əmək

Birjasi təsis olunaraq fəaliyyət göstərməkdədir. Göründüyü kimi, bu gün Azərbaycan

Respublikasında birjaların müxtəlif növləri fəaliyyət göstərir. Lakin həmin birja tə-

sisatların bazar iqtisadiyyatının əhəmiyyətli elementi kimi respublikamızda fəaliyyət

göstərmələri üçün birinci növbədə birja praktikası zamanı toplanılmış təcrübələrdən

yararlanmağa ehtiyac vardır. Bir tərəfdən bu gün dünyanın aparıcı dövlətlərində birja

praktikası sahəsində təcrübənin öyrənilməsinə ehtiyac varsa, digər tərəfdən bununla

yanaşı respublikanın özündə birja təsisatlarının genezisi və institusional tarixi ilə

əlaqədar gerçəkliklərin nəzərdən keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.



2. XıX əsrin sonları və XX əsrin əvvəllərində birjalar

Azərbaycanda topdansatış ticarət praktikası, dünya və regional ticarətdə böyük

rol oynayan ticarət və yarmarkaların yaranması tarixi son antik və erkən feodalizm

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

130



dövrünə gedib çıxır. Lakin Azərbaycanın, eyni zamanda, dövrün fövqəl güclərinin

maraq və təsir dairəsində olması, müəyyən mənada, yadelli istilaları və dağıdıcı

müharibələr sözügedən institusional obyektlərin bazasında topdansatış ticarət for-

masının daha mütəşəkkil formalarının ölkəmizdə bir qədər erkən dövrlərdə bərqərar

olması prosesinə neqativ təsir göstərmişdir. Konkret olaraq, Azərbaycan ərazisində

yaranan ilk birja kimi 1886-cı ildən yaradılan Bakı Birjasının adı çəkilir. Bu baxım-

dan da qeyd olunmalıdır ki, Azərbaycanda birjalar sahəsində institusional tarixi

təcrübənin əsasını Rus imperiyası zamanındakı birja reallıqları təşkil edir.

İnqilabdan əvvəl Rusiyada ilk əmtəə və veksel birjası 1703-cü ildə Peterburqda

açılmışdı. Rusiya birjalarının əksəriyyəti XIX əsrin II yarısında təşkil olunmuşdur

və artıq Birinci Dünya Müharibəsi ərəfəsində birjaların sayı 114-ə çatmışdı. I Dünya

müharibəsinin əvvəllərində birjalar rəsmən bağlanmışdı [1, II c., s. 181].

Rusiya imperiyasında birjalar içərisində aparıcı yer Peterburq birjasına məxsus

idi. Əyalətdəki birjalarda Peterburq birjasına əsasən öz işlərini qururdular. Qeyd

edildiyi kimi, Bakı Əmtəə Birjası 1886-cı ildə yaradılmış və 1887-ci ildən öz işinə

başlamışdır [6, s. 19].

Daha sonra diqqəti XX əsrin əvvəllərində Peterburq Fond birjasında qiymətlərin

təyin olunması ilə əlaqədar  dərc olunan materiallar cəlb edir. Sözügedən materiallar

rəsmi  birja  bülletenlərində,  “Sankt-Peterburq  birjasında  rəsmi  veksel  və  fond

kotirovkası”nda öz əksini tapan materiallar idi. Peterburq birjasında “Bakı neft

cəmiyyətinin” səhmləri, “Nobel qardaşlarının neft istehsalı cəmiyyətinin hissələri,

“Xəzər neft sənayesi və ticarət cəmiyyətləri şirkətinin”, “A.İ.Mantaşev və К” səhm-

ləri qiymətli səhmlər idi. Bakı neft cəmiyyətinin səhmləri qiymətli kağızlar bazarında

ən çox əməliyyatlar aparılan sənədlər kimi də diqqəti cəlb edir. Ümumiyyətlə, Bakı

neft cəmiyyəti 1874-cü ildə yaradılmış, əsas kapitalı 2 milyon manat olmuş, hər

səhm 100 rubl nominalı dəyərində idi. Məqsəd neft, neft yağı məhsullarının çıxarıl-

ması və onunla ticarət olunması idi. “Xəzər (səhmdar) cəmiyyəti” 1886-cı ildə Bakı

şəhəri yaxınlığında kerosin zavodunu, Xəzər sahillərində Balaxanı-Sabunçuda neft

mədənlərinin işlədirdi. Cəmiyyətin kapitalı 1000 rubl dəyərində nominallara bölün-

müşdü.  “A.İ.Mantaşev  və  К

0

”cəmiyyəti  1899-cu  ildə  yaradılmış,  elan  olunmuş



məqsədi  A.İ.Mantaşev ticarət evinə məxsus Bakı quberniyasında neft mədənlərinin,

Bakı şəhəri yaxınlığında kerosin-yağ zavodlarının, Batumi yaxınlığında yeşik zavo-

dunun, Batumi və Odessa yaxınlığında neft doldurma stansiyalarının istismarı idi.

Əsas və ilkin kapitalı 22 milyon manat idi, hər səhmin dəyəri 250 rubl nominalı

dəyərində idi. Nobel qardaşları neft istehsalı cəmiyyətinin nizamnaməsi 1879-cu

ildə təsdiq olunmuşdur. Cəmiyyət neft hasilatı və emalı sahəsində imperiyanın bütün

ərazisində işlər yürüdürdü. Cəmiyyətin kapitalı 2000 manat dəyəri olan hissələrə və

öz növbəsində 250 manat dəyərində olan səhmlərə bölünürdü. Yuxarıda adları çə -

kilən cəmiyyətlərin səhmləri ilə əlaqədar birja əməliyyatlarının həyata keçirildiyi

Peterburq fond birjasının konyunkturasında XX əsrin əvvəllərində hələ 1899-cu ildən

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

131



başlayan durğunluq hökm sürürdü. Ancaq 1903-cü ildən başlayaraq qiymətli ka -

ğızların qiyməti yüksəlməyə başladı. Daha sonra rus-yapon müharibəsi də birjanın

işinə mənfi təsir göstərdi. Yalnız 1907-ci ildən etibarən birjanın işi bir qədər yaxşılaş-

mağa başladı [5, s. 28-45].

Göründüyü kimi, Azərbaycanda birjaların yaranması tarixi XIX əsrin 80-ci il-

lərinə aid edilsə də, qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə

təsadüf  edir.  Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankının  nizam-

naməsinin təsdiq edilməsi ilə buraxılmışdır. Bu bankın əsas səhmdarları Azərbay-

canın tanınmış sahibkarları - şuranın sədri H.Z.Tağıyev, üzvləri M.Əsədullayev,

M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. XX əsrin ilk iki onilliyində Bakıda

fəaliyyət göstərən  bir sıra səhmdar cəmiyyətlər əsas emitentlər kimi çıxış edirdilər.

Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə məşğul olurdu. On-

lardan  “Neft  məhsulları  səhmdar  cəmiyyəti”,  “Bülbülə  neft  və  ticarət  səhmdar

cəmiyyəti”, “Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti” və digərlərini qeyd

etmək olar. Yeni Bakı Neft Emalı Zavodunun, Bakı Tacir Bankının və başqa iri

şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər iri şəhər-

lərinin fond birjalarında satışa çıxarılırdı.

ХIX-XX əslərdə Azərbaycanda iri Rusiya banklarının Bakı filialları fəaliyyət

göstərirdi. Bu sırada Sankt-Peterburq Dövlət Bankının (1874-1920), Sankt-Peterburq

Beynəlxalq Kommersiya Bankının (KB) (1868-1920), “Voljsk-Kams” KB (1870-

1920), Rusiya Xarici Ticarət KB (1871-1919), “Rusiya Sənaye ticarət” KB (1890-

1920), “Şimal” KB (1901-1910), “Rusiya Asiya” KB (1910-1920), “Azov-Don” KB

(1877-1920) və b. göstərmək olar. Hələ 1900-cu ilin “Kaspi” qəzetinin səhifələrində

veksel islahatı haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi

və labüdlüyünü təsdiq edən maraqlı məlumatlar dərc olunurdu. Həmin dövrdə Bakı

Tacir Bankı və Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz

kağızları buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin

formalaşmasında geniş istifadə olunmuşdur. Veksel bazarı Azərbaycan Demokratik

Respublikası dövründə də inkişaf etmiş, lakin Sovet hakimiyyəti dövründə məhdud-

laşdırılmışdır.  Sovet  Azərbaycanında  bütün  MDB  məkanında  olduğu  kimi

dövriyyədə olan əsas qiymətli kağız uduşlu dövlət istiqrazları olmuşdur.

3.sovet dövründə birjalar

Oktyabr inqilabından sonra imperiya ərazisində birja komitələri və birjaların

fəaliyyəti dayandırıldı. Çünki birjalar hərbi kommunizmə nəzəri və praktiki baxım-

dan  uyğun  gəlmirdi. Yəni  1917-ci  ilin  dekabrında  qiymətli  kağızlarla  sövdələr

qadağan olunmuş, 1918-ci ilin yanvarında isə çar istiqraz vərəqələri ləğv edilmişdir

[1, s. 181]. Lakin çox keçmir, 1921-ci ildə Yeni İqtisadi Siyasətlə əlaqədar bütün

ölkədə kortəbii olaraq birjalarda fəaliyyətə başladı və müvafiq olaraq, normativ

sənədlərdə meydana çıxmağa başladı. Belə ki, Rusiya Sovet Federativ Sosialist Res -

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

132



publikasının Ali Xalq Təsərrüfatı Şurasının və onun əyalət orqanlarının qərarlarına

əsasən əmtəə birjaları təsis olundu. 1922-ci ildə avqustun 23-də Əmək və Müdafiə

Şurası “Əmtəə birjaları haqqında qərar” qəbul etdi [3, s. 11]. Daha sonra RSFSR

Xalq Komissarları Soveti “Fond birjaları əməliyyatları haqqında qərar” qəbul etdi

və  həmin  qərarlar  əsasında Azərbaycan  SSR-də  birjalarla  əlaqədar  prosedurlar

müəyyənləşdirilmişdi. 1922-ci ildə mart ayında Azkooperasiya və dövlət müəs-

sisələri tərəfindən Bakı Birjası yaradıldı. Yeni Nizamnaməyə əsasən Birja aşağıdakı

vəzifələri daşıyırdı [7, s. 20-22, №4, 1923]:

 Azərbaycan bazarlarında dövriyyədə olan və dövriyyəyə daxil ola biləcək

bütün  növ  əmtəələrə,  zinət  əşyalarına,  xarici  valyutalara  tələb  və  təklifin

müəyyənləşdirilməsi;

 yuxarıda adları çəkilən həm yerli, həm də gətirilən əmtəə və qiymətli əşyalarla

istər dövlət, istər kooperativ, istərsə də fiziki şəxslərin ticarət əməliyyatlarının

tənzimlənilməsi;

 birja üzvlərinə birja əməliyyatlarının aparılması üçün tələb olunan texniki

şəraitin yaradılması;

 bağlanmış  birja    müqavilələri,  bazar,  qiymətlər,  tələb  və  təklif,  nəqliyyat

haqqında məlumatların toplanılması və nəşr olunması; 

 bağlanılmış müqavilələrlə əlaqədar münaqişələrin həlli;

 ticarət və sənayenin ehtiyacları haqqında ərizə və təqdimatların hazırlanılması.

Qeyd etmək lazımdır ki, bu qərarlar 1925-ci ilə kimi qüvvədə olmuşdur. Müvafiq

olaraq bütün Rusiyada və daha sonra SSRİ-də 1922-ci ildə 50, 1923-cü ildə 79, 1924-

cü ildə 96 birjalar var idi. Birjalar nəinki quberniya, hətta qəza mərkəzlərində də

yarandı. 1925-ci ildə oktyabrın 2-də “Əmtəə və Fond birjaları, əmtəə birjalarında

fond şöbələri haqqında Əsasnamə” qəbul olundu. Əsasnamədə bildirilirdi ki, birja

ticarət edən müəssisə və şəxslərin müəssisəsidir və aşağıdakı məqsədləri daşıyır:

ticarət sövdələşmələrinin aparılması üçün ticarət edənlərin müntəzəm toplan-



masına imkan yaratmaq;

əmtəələrin qiymətləri,  tələb və təklifinin müəyyənləşdirilməsi;



ticarət dövriyyəsi və onunla əlaqədar dövriyyə əməliyyatlarının öyrənilməsi,

nizama salınması və daha əlverişli şəraitin yaradılması;

hökumət orqanları qarşısında ticarətin maraq və ehtiyaclarını ifadə edən təm-



silçilərin olması;

birjada  qeydə  alınmış  ticarət  sövdələşmələrində  yaranan  münaqişələrin



barışdırıcı üsullarla həlli.

Qeyd etmək lazımdır ki, 1925-ci ildə oktyabrın 2-də qəbul olunmuş “Əmtəə və

Fond birjaları, əmtəə birjalarında fond şöbələri haqqında Əsasnamə” 88 bənddən

ibarət olub 1928-ci ilə kimi mövcud olmuş, 1928-ci ildə 88 bənddən ibarət yeni əsas-

namə qəbul olunmuşdur [3, s. 11].

SSRİ Xalq Daxili Ticarət Komissarlığının izahat materiallarından məlum olur ki,

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

133



20-ci illərdə  birjalar,  formal da olsa, dövlət idarəsi sayılmırdı, idarəetmə orqanları

iyerarxiyasında yer tutmayıb, özünüidarəetmə prinsipləri və öz vəsaitləri əsasında

fəaliyyət göstərirdilər. Birja Komitəsinin tərkibi seçilərək tərkibi haqqında məlumat

Xalq Daxili Ticarət Komissarlığına təqdim olunurdu. 1926-cı ildə oktyabrın 1-də

bütün SSRİ-də 114 əmtəə birjası və birjaların bütünlükdə 8514 ticarət-sənaye müəs-

sisə və fiziki şəxs qismində üzvləri var idi. 1927-ci ildə SSRİ Xalq Komissarları

Sovetinin iclasında birjalar və onların şəbəkəsinin fəaliyyətinin yenidən nəzərdən

keçirilməsi gündəmə gəldi. Qərara alındı ki, ən iri ticarət qovşaqlarında ancaq birjalar

saxlanılsın və onların sayının 14 olması müəyyən olundu. 1930-cu ildə bütün əmtəə

birjalarının ləğv edilməsi qərara alındı [6, s. 23-29].

Göründüyü kimi, 1921-1930-cu illərdə Birjalar çox ukladlı iqtisadi şəraitdə bazarı

tənzimləyən və fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilən iqtisadi mexanizm

kimi diqqəti cəlb edir. 1930-cu ildə çox ukladlılığın ləğvi, planlı iqtisadiyyatın gü-

clənməsi sovet dövlətinə birjaların bağlanılması imkanı yaratdı.



4. İqtisadi ədəbiyyatlarda birjalarla əlaqədar dəyərləndirmələr

Bu xüsusda öncə “İqtisadi Xəbərlər”də “M” imzası ilə 1921-ci il 22 noyabr tarixi

göstərilməklə dərc edilən “Bazardan birjaya” başlığı ilə dərc edilən məqalədə səs-

lənən fikirlərə diqqət yetirmək yerinə düşərdi. Məqalədə yazılırdı ki, bizim təsərrü-

fatımız bazarla sıx əlaqədədir. Əmtəə mübadiləsi yeni iqtisadi siyasətin başlıca

vasitəsidir. Buna görə də bizim təsərrüfat fəaliyyətimizin nəticəsi olan xidmət və

əmtəələrin  qiymətləndirilməsinə  ehtiyac  yaranır.  Ölkədə  əmtəə  fondunun  və

dövriyyəsinin artması ilə ölkə sənayesinin inkişafı bir-biri ilə əlaqəlidir. Belə bir

şəraitdə qiymətlərin müəyyənləşdirilməsinin praktiki əhəmiyyəti yüksəlməkdədir.

İstər  xüsusi  şəxs,  istərsə  də  dövlət  istehsalçı  kimi  təsərrüfat  hesablarının

məqsədəuyğunluğu  baxımından  tələb  və  təklifin  təsiri  ilə  bazarda  əmtəələrin

qiymətlərinin tərəddüd və dəyişkənliyini diqqət mərkəzində saxlamalı olur. Lakin

istehsalçı əksər hallarda qiyməti təyin etmir, bazarda mövcud qiymətlərə uyğun

hərəkət etməli olur. Bu zaman istehsalçılar qarşısında istehsal edilən məhsulun maya

dəyəri və mənfəətin müəyyən edilməsi məsələsi durur. Müəllif hesab edir ki, mənfəət

istehsalçının iştahasından asılıdırsa, istehsal edilən məhsulun maya  dəyərindən

müəssisənin mövcud olması asılıdır və bu bazar konyunkturasına uyğun olaraq

müəyyən edilir. Bazarı, qiymətləri bilmədən təsərrüfat hesabı əsasları ilə istehsalı

təşkil etmək mümkün deyil. Bazar istehsalın müasir anlamda təşkil edilməsinin əsas

vasitəsi olub, xüsusi təşəbbüsün inkişafına təkan verir. Lakin dövlət sənayesi üçündə

bazarın əhəmiyyəti inkar edilə bilməz. Ölkədə təsərrüfat hesabına keçid ona görə

ləngimişdir ki, bazarda əmtəə dövriyyəsi mexanizmi ləng inkişaf etməkdə idi. Res -

publikada sabunbişirənlər, gön-dəri emal edənlər, tütünçülər, yağ bişirənlər təsərrüfat

hesabına asan keçdilər. Lakin metal məmulatlar hazırlayanlar çətinliklə üzləşdilər.

Çünki onların məhsullarına bazarda  o qədərdə ehtiyac yox idi. Bazarın mövqeyi

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

134



möhkəmləndikcə “bazar qiymətlərinə” daha da yaxınlaşılacaq. İndi tərtib edilən

təsərrüfat  planları  inqilabdan  əvvəlki  heç  nəyə  yaramayan,  cansız  qiymətlərə

əsaslanır. Lakin bir məsələdə var ki, hətta əmtəələrin düzgün bazar mübadiləsində,

məhsulun alqı-satqısı, əldən ələ keçməsindən  asılı olaraq qiymətlər dəyişir. Bununla

yanaşı, qiymətlərə bir sıra digər subyektiv şərtlərdə təsir göstərməkdədir. Bunlar

aşağıdakılardır: bazara vaxtında müvafiq kəmiyyətdə məhsulun gətirilməsi, tələblə

təklif arasında nisbətlərin çox tez dəyişməsi tendensiyası. Məhz bu səbəblərdən fab-

rikatların,  ərzaq  və  valyuta  məhsullarının  qiymətlərinin  düzgün  hesablanması

müəyyən risk tələb edir, bu hesablamalar etibarlı deyil. Belə olan halda köməyə birja

gəlməlidir. Məhz birja qiymətlər haqqında dərhal və dəqiq məlumat verə bilir, tacir-

lərə vaxtlı-vaxtında alqı-satqını sifarişlər əsasında həyata keçirməyə imkan verir.

Birjaların fəaliyyətinin ağırlıq mərkəzini alqı-satqı fəaliyyətinin mərkəzi olmaq təşkil

edir. Məhz birjanın vasitəsi ilə istehsalçı və tacir beynəlxalq bazarda baş verən hadis-

ələri ən xırda təfərrüatlarına qədər öyrənmiş olur. Birja ticarət və sənayenin inkişafına

müsbət təsir edir. Lakin bazardan fərqli olaraq, burada alqı-satqı məhsulların  nağd

alqı-satqısı ilə həyata keçirilmir. Bazardan birjaya keçmək vaxtıdır. Bu isə  heç nəyə

yaramayan, qiymətləri reallıqdan təcrid olunmuş vəziyyətdə təyin edən bir sıra

komitə və komissiyaların ləğv edilməsinə imkan yaradır. Birja qarşısı alınmayan və

artmaqda olan möhtəkirliklə mübarizə etməyə imkan yaradır. Möhtəkirlik alıcı və

satıcı arasında alqı-satı əlaqəsinin koordinə edilməməsi nəticəsində yaranır. Birja az

da olsa pulun kursunun sabit qalmasına da təsir edəcəkdir. Məhz birja vasitəsi ilə

resursların dəqiq uçotu aparıla bilər, əmtəə fondu ilə təklif arasında uyğun nisbətlər

müəyyənləşdirilə bilər. Əmtəə fondunun vəziyyəti ölkədə kimdə olmasından asılı

olaraq pulun alıcılıq qabiliyyətinə təsir edir və bu təsir birja təşkilatları vasitəsi ilə

həyata keçirilir. Burada isə dövlətin ümumi iqtisadi maraqları ifadə olunmalıdır.

Başlıca vəzifə bazarın inkişafı və möhkəmlənməsinə əngəl olmadan birjanın yaradıl-

masıdır. Avropa və Amerikada birjaların müxtəlif formaları mövcuddur. Lakin bir-

jaların dövlətə tabe edilməsi, dövlət tərəfindən seçilmiş şəxslər tərəfindən birjada

ticarət qaydalarının müəyyən edilməsi olduqca vacibdir. Sonunda tədqiqatçı birjanın

gələcək quruluşu məsələsinə toxunmadan Zaqafqaziya Respublikalarının birləşəcəyi

ilə əlaqədar ona  Zaqafqaziya Ali İqtisadi Şurasının nəzarət etməsini vacib hesab

edirdi və təklif olunurdu ki, respublikalardakı birjaya daha yaxından nəzarət etmək

üçün hökumət tərəfindən komissar təyin edilməli, Birja Şurası seçilməlidir və eyni

zamanda Birja Şurasına 1) hökumət tərəfindən təyin edilmiş şəxslər, 2) Xüsusi-icti-

mai təşkilatların (kooperativlərin) nümayəndələri, 3) tacir və sənayeçilərdən seçilmiş

şəxslərin daxil olması məqsədəuyğun hesab edilirdi [7, s. 5-7, №2, 1921].

1923-cü ildə “Экономический Вестник” (İqtisadi xəbərlər) jurnalının 4-cü nöm-

rəsində “Müşahidəçi” imzası ilə Bakı Birjası haqqında  dərc olunan materialda xüsusi

olaraq diqqəti cəlb edir. Burada yazılırdı ki, Bakı Birjasının I paraqrafında yazılır

ki, Birja Bakıda ticarət edən şəxslərin daimi yığıncaq yeri, ticarət və sənayenin bütün

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

135



sahələri üzrə qarşılıqlı ticarət əlaqələri aparılan yer, bütün bunlar haqqında tələb ol-

unan informasiyanın əldə olunduğu yer kimi xarakterizə olunur. Təbii ki, “Kubunka”

birja deyil, çünki Kubinkada da tacirlər daimi olaraq alqı-satqı əlaqələri qururlar.

Bütün Bakılılar yaxşı bilirlər ki, birja Qafqaz Bankında (Milyutin və Baratınski



küçələrinin kəsişdiyi yerdə) yerləşən tikilidir (otaqdır). Burada daimi olaraq tacirlər,

vasitəçilər, rəsmi və qeyri rəsmi maklerlər və müxtəlif idarələrin kassirləri yığışırlar.

Burada milyard manatlarla pul sahibi olanlar öz pullarını qızıla dəyişir, işsizlər əmək

birjasında qəmgin-qəmgin iş axtarırlar. Müxtəlif dil və ləhcələrdə danışan insanlar

bir mərkəz ətrafında qızıl onluq ətrafında dövr edirlər. Budur birjanın ilk mənasının

ifadəsi.  Daha  sonra  Bakı  Birjasının  fəaliyyəti  təhlil  olunaraq  yazılırdı  ki,  özü-

özlüyündə Birja Əmtəə və Dövlət-kooperativ birjası olmalıdır. Öz çəkisinə görə xü-

susi kapitalın iştirakçı kimi rolu azdır. Ticarət etmək, birjalarda müqavilə bağlamaq

üçün bu müqavilələrin qeydiyyata alınması tələb olunur. Bir sözlə, dövlət təsərrüfat

orqanları və kooperatorlar birjada qarşıya qoyulmuş məqsədlərə nail olmalıdırlar.

Lakin qəti olaraq demək olar ki, dövlət təsərrüfatçıları və kooperatorlar öz borclarını

yerinə yetirməyiblər. Birja üzvlərinin qeydə alınması üzvlük haqlarına görə ləng get-

mişdir. 1922-ci ildə Bakı Birjasında gəlirlərin üçdə iki hissəsini daimi üzvlər deyil,

iştirakçılar, qonaqlar (müştərilər) ödəmişlər.

Birjanın gəlirləri aşağıdakı kimidir:

 müştərilərdən alınan vergi -70%;

 sənaye gəlirlərindən 5%, bütün vergilərdən 12%;

 üzvlük haqqı 7%;

 bütün gəlirlə haqqında məlumat sənədləri üçün ödənişlər-11%.

Bütünlükdə Birjanın fəaliyyətinin təhlilindən belə nəticə çıxarılırdı ki, sağlam-

laşdırıcı tənzimlənmə funksiyasını yerinə yetirən qırmızı, sovet birjası mövcud deyil,

birja  oyunlarında  bir  ovuc  möhtəkir  xırda  yemlər  hesabına  varlanmış,  getdikcə

qiymət artımı müşahidə olunmuş, proletarların zəhmət haqqı hesabına möhtəkirlər

yaşamaqdadır. Bütünlükdə Birjanın 1922-ci ildəki fəaliyyəti qeyri qənaətbəxş hesab

olunurdu və bildirilirdi ki, baxmayaraq ki, Birja Komitəsi müəyyən işləri yerinə ye-

tirməmişdir, Birja qarşısında durana məqsəd və vəzifələr o qədər böyükdür ki, dövlət

müəssisələri  və  kooperativlərin  dəstəyi  olmadan  həmin  vəzifələrin  öhdəsindən

gəlmək mümkün deyil. Lakin Birjanın fəaliyyət göstərdiyi qısa müddətdə əhəmiyyəti

artmış, valyuta və əmtəələr barəsində məlumatlar əks etdirən Birja Bülleteninin nəşr

olunması bütün təsərrüfat orqanları və hətta fiziki şəxslər üçün əhəmiyyətli sənədə

çevrilmişdir [7, s. 20-24 №4, 1923].

“Экономический Вестник”də dərc olunmuş yuxarıda göstərilən materialda səs-

lənən fikirlərdən görünür ki, 20-ci illərin əvvəllərində dərc olunmuş materiallarda

Yeni İqtisadi Siyasətin gətirmiş olduğu imkanlara əsasən birjaların iqtisadi münasi-

bətlərin  tənzimlənməsində  faydalı  institut  kimi  xarakterizə  edən  fikirlər  səs-

lənilməkdə idi. Lakin 20-ci illərin sonlarına doğru dövrü mətbuatda və bir sıra digər

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

136



ədəbiyyatlarda birjaların fəaliyyəti kəskin tənqid olunaraq birjalar faydasız ictimai-

iqtisadi təsisat kimi xarakterizə olunmaqda idi.

Qeyd etmək lazımdır ki, tədqiq edilən illərdə Azərbaycanda əmək birjası da

fəaliyyət göstərirdi. Lakin sözügedən birjanın fəaliyyəti sovet dövrü mətbuat orqan-

larında durmadan tənqid olunurdu. Bu xüsusda diqqəti “Бакинский рабочий” (Bakı

fəhləsi) və “Kommunist” qəzetlərində dərc edilən materiallar cəlb edir. Tənqidi ma-

teriallar ilk olaraq “Бакинский рабочий” qəzetində 1929-cu ildə aprelin 18-də dərc

olundu. Sözügedən material “Əmək Birjasının qarətçiləri (çapovulçu)” sərlövhəsi

ilə dərc edildi və materialda Samuil Levin və Aryutunovun əmək birjasında işsizlərin

növbəsində qayda qanuna nəzarət etməli olduqları halda, onlar bu işdən özləri üçün

qeyri adi gəlir əldə etdikləri bildirilirdi. Daha sonra materialda yazılırdı ki, birjanın

6-cı seksiyasının rəisi S.Levin işsizlər blankının 15 manata “keçmiş insanlara” satışı -

nı təşkil edir, satışın artırılması üçün isə tezliklə ayrı bir rəisin olacağı barədə şayiə

yayılmış, lakin bu barədə müvafiq orqanlar məlumat tutmuşlar və Arutynov qaçıb

gizlənə bilmiş, S.Levin isə 8 ay müddətinə məhkum olunmuşdur [4, №89, 1929].

Göründüyü kimi, sovet dövründə bürokratik prosedurların yerinə yetirilməsi üçün

müəyyən sənədlər, hətta insanın statusunun bu və ya digər xüsusiyyətlərini özündə

əks etdirən forma və sənədlər birjadan kənar, qeyri formal spekulyasiya obytektinə

çevrilmişdi. Daha sonra diqqəti 1929-cu ildə aprelin 28-də “Бакинский рабочий”

qəzetində “Əmək birjasının əsaslı təmizlənilməsi” adı altında dərc edilən material

cəlb edir. Materialda da yazılırdı ki, əmək birjası işləmək istəməyən elementlərlə zi-

billəndiyi üçün mayın 10-dan iyulun 15-nə kimi Bakı Əmək birjasında və onun rayon

şöbələrində əsaslı təmizlik işləri aparılacaq. Seçki hüququndan məhrum edilənlər,

müxtəlif müəssisələrin istismarçı ünsürləri və küçə xuliqanları qeydiyyatdan çıxarıla-

caq. Eyni zamanda, 1 il müddətinə birja tərəfindən göndərilsə də iki dəfə göndərişdən

imtina  edənlər,  əmək  intizamını  sistematik  pozanlar  kənd-təsərrüfatı  və  kustar

sənətkarlıqla əlaqəsi olanlar da 1 il müddətinə qeydiyyatdan çıxarılacaq. Maddi

cəhətdən təmin olunmuş, lakin işsiz şəxslər qeydiyyatdan çıxarılmayıb, ancaq ikinci

növbədə işlərə göndərilirlər. Bütün işlərin yerinə yetirilməsi üçün hər seksiyada Xalq

Əmək Komissarlığının əmək şöbəsindən, Bakı Sovetindən, Həmkarlar İttifaqından

təyin olunmuş şəxslərdən ibarət komissiya nəzarət etməli. İşsizlər arasında həyata

keçirilən tədbirlərin hansı məqsədlər daşıdığı barədə izahatlar aparılacaq və onlar

birinci növbədə iş ilə təmin olunacaqlar [4, №97, 1929].

1929-cu  illdə  avqustun  5-də  “Бакинский  рабочий”  (Bakı  fəhləsi)  qəzetində

“Əmək birjasının başında cinayətkarlar dururlar” sərlövhəsi ilə dərc edilən növbəti

materialda yazılırdı ki, birjada işsizlərlə olduqca həyasız davranılır, qəbul qeydiy -

yatlar əsasında aparılır, rüşvət alınır, birjaya sabiq müsavat zabiti rəhbərlik edir. Qeyd

etmək lazımdır ki, həmin illərdə Əmək birjasının Bakı şəhərinin rayonları üzrə

şöbələri fəaliyyət göstərirdi. Məqalədə həmin şöbələrdən biri olan Lenin rayonundakı

əmək birjasının şöbəsində Fəhlə-Kəndli Müfəttişliyinin apardığı yoxlamalar zamanı

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

137



çıxarılmış nəticələr bəyan olunurdu. Tənqidi materialda yazılırdı ki, Birja idarə

heyəti işsizlərlə olduqca kobud davranır və bu səbəbdən də 42 işsiz Xalq Əmək

Komissarlığına şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizələri  Rəhimova

göndərilsə də, o şikayət edən işsizləri qeydiyyatdan çıxaracağı ilə hədələmişdir.

Komissiyanın işi zamanı işsizlərdən ibarət qrupun iclası çağırılmış, iclas da çıxış

edən  Nikitina  və  Şiqayevanı  Rəhimov  öz  yanına  çağıraraq,  heç  bir  işə

göndərilməyəcəklərini bildirmişdi*. Əmək birjasına çox zaman yuxarı instansiyalar-

dan  tanışlıq  zəminində  kiminsə  işə  qəbul  olunması  barədə  məktublarda  verilir.

Həmin məktublardan birinin komissiya tərəfindən birjanın mədəniyyət şöbəsinin

rəisi Vanuntsa təqdim olunduğu zaman o, məktubu ləğv edərək, belə məktublarla

AK(b)P rayon komitəsi üzvlərinin üçdə iki hissəsinin müraciət etdiyi bildirilmişdir.

Dərc edilmiş materialda Rəhimovun Vanuntsa bəraət qazandırdığı da xəbər verilirdi.

Komissiya tərəfindən bir sıra şəxslər şahid qismində dindirilmiş, 100 nəfərdən çox

şəxsin rüşvət müqabilində Rəhimov tərəfindən işə göndərildiyi yazılırdı. Onlardan

Məhəmməd Maqamayevin 50 manat rüşvət müqabilində Balaxanı mədənlərinə dar-

tayçı (jalonka ilə quyudan neft çıxaran fəhlə), Hali Məmmədovun 40 manat rüşvət

müqabilində 7-ci mədənə dartayıcı, Əhməd Məhəmməd Hacıyevin 40 manat rüşvət

müqabilində Azneftin evlər kontoruna, Etiynal Əliyevin Zabrat ambulatoriyasına 50

manat rüşvət müqabilində gözətçi, Əli Əkbər Hacıyevin 4-cü mədənə 50 manat

rüşvət müqabilində dartayıcı, Məmməd Abdul Rizanın Mərkəzi Təftiş Komissiyasına

gözətçi,  Hacı  Şabanovun  kərpic  zavoduna  50  manat  rüşvət  müqabilində  fəhlə,

Nəcməddin Maqamayevin 9-cu mədənə pinəçi kimi işə göndərilməsi üçün rüşvət

verdiyi, Eyni zamanda, Qurbançı Hacı Sadullayev və Şanxal Məhəmmədov hər biri

50 manat pul versələr də, hələ işə göndərilmədikləri xəbər verilirdi. Rəhimovun bü -

tün bu işləri AK(b)P-nin üzvü, həmyerlisi Nəbi Əliyev vasitəsi ilə etdiyi də bildiri -

lirdi.  Daha  sonra  Rəhimovun  şəxsiyyəti  barədə  yazılırdı  ki,  komissiya  onun

şəxsiy yəti ilə maraqlanaraq araşdırma aparmışdır. Rəhimov Gəncədə yunkerlər mək-

təbini bitirmiş, qızıl orduya qarşı vuruşmuş, Şuşa ətrafında döyüşlərdən sonra İrana

qaçmışdır. Komissiya Rəhimov və Vanuntsun cinayətləri barədə Azərbaycan Dövlət

Siyasi İdarəsinə və AK(b) P-nin MK-sı Komissiyasına məlumat vermişdir [4, №180,

1929].

1929-cu ildə avqustun 15-də “Бакинский рабочий” (Bakı fəhləsi) qəzetində dərc



edilən digər materialda birja aparatında aparılan “təmizləmə” işlərindən xəbər veri -

lirdi. Dərc olunmuş materialda yazılırdı ki, Əmək bazarı şöbəsində əmək birjası sek-

siyalarının  rəislərinin,  Əmək  Birjasının  işini  təftiş  edən  komissiya  üzvlərinin,

həmçinin Həmkarlar İttifaqından və Fəhlə Kəndli Müfəttişliyindən də nümayən -

dələrin iştirakı ilə keçirilən iclasda İbrahimov bildirdi ki, əmək birjası aparatında

təmizlik işləri aparıldıqdan sonra avqustun 17-dən birja öz işinə başlayacaq. İclasdakı

çıxışlarda səslənən fikirlər içərisində aşağıdakılar xüsusi olaraq diqqəti cəlb edir.

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

138

*Yuxarıda adları çəkilən birja işçiləri və işsizlərin kimlikləri ilə əlaqədar məlumat əldə olunmamışdır.




Çıxış edənlər bildirdilər ki, əmək birjasında qeydiyyatda olan işsizlərin hər birinin

yoxlamadan keçirilməsi işini həyata keçirmək  o qədərdə asan iş deyil, çünki burada

söhbət 30 min işsizdən gedir. Digər tərəfdən bir çox işsizlərin yazıb oxumaq bacarığı

olmadığından  yoxlamalar  barədə  məlumatları  olmur,  bəzi  işsizlər  üç  dəfə  birja

tərəfindən işə göndərilmələrinə baxmayaraq həmin iş yerlərinə getmədikləri üçün

qeydiyyatdan çıxarıldıqdan sonra, onlar təkrar olaraq yenidən işsizlər kimi  qeydiy -

yata düşə bilirlər. Bir çox hallarda birjanın göndərdiyi işlərə getməyənlər tibbi arayış

və digər sənədlərlə birjaya müraciət edir və birja tərəfindən həmin sənədlər qəbul

olunur. Dərc olunmuş materialda bütün bu hallara qarşı mübarizə aparılmasının

vacib liyi fikri səslənirdi [4, №189, 1929].

Daha  sonra  1929-cu  ildə  avqustun  16-da  yenə  də  “Бакинский  рабочий”

qəzetində “Əmək birjasında artıq insanlar” sərlövhəsi ilə dərc edilən digər material

diqqəti cəlb edir. Materialda yazılırdı ki, biz şəhər əmək birjasındayıq, Seksiya və

kabinetlərin  önü işsizlərlə doludur. Birja rəhbərliyinə gedib çatmaq çətindir, hər

yerdə qolu zorlu cangüdənlər dayanıb. Onları işsizlərdən komendant təyin edir.

Komendant işsizlərlə kobud rəftar edir və cangüdənlərdə ondan nümunə götürürlər.

Heç bir növbə yoxdur, ancaq özləri istədikləri kimi işsizləri qəbul edir, qeydiyyat

aparırlar.  Etiraz  edən  isə  artıq  iş  ilə  təmin  olunmayacağına  əmin  ola  bilərlər.

Süründürməçilik hökm sürür, birja əməkdaşları bu qədər səs-küyə baxmayaraq. öz

istədikləri kimi hərəkət edirlər. Birjada, həmçinin, bir sıra yad elementlərin-möhtəkir,

tacir, keçmiş zamanların insanlarının qeydiyyata alındığı yazılırdı. Yoxlamalar za-

manı əmək birjasının tibbi-sanitar şöbəsində qeydiyyat aparan Aqamovanın, həm -

çinin, hərbi seksiyanın rəisi Svebelovun fəaliyyətlərinin qeyri qənaətbəxş olduğu

bildirilirdi. Məsələn, Aqamovanın qeydiyyat apararkən süründürməçiliyə yol verdiyi,

Svebelova isə şikayətlərə baxmaq tapşırılsa da, bunun əksinə olaraq, şikayət edən-

lərin artıq heç bir iş ilə təmin olunmadıqları iddia olunurdu. Daha sonra materialda

yazılırdı ki, Birjada Bakı Sovetinin növbətçi nümayəndəsi də çalışır. Lakin onun heç

bir faydası yoxdur. Aprel ayından ona 200 ərizə təqdim olunsa da onların heç biri

araşdırılmamış, heç bir qərar qəbul olunmayıb. Bəzən işsizləri müvəqqəti işlərə

göndərir, çox zaman onların aylıq maaşları verilmir, işsizlərlə olduqca təhqiredici

münasibəti Nəqliyyatın Beton Elementləri idarəsinin işçisi Bens nümayiş etdirmişdir.

Onun tələbi ilə əmək birjası şoferləri işə göndərsələr də, o, şoferləri çox az əmək -

haqqı müqabilində, nalayiq davranışlar altında çalışmağa məcbur etmişdir. Bir çox

idarələr əmək birjasından yan keçirlər. Bir az əvvəl Azneftin tikinti idarəsi əmək bir-

jasının xəbəri olmadan Luçinskini kargüzar kimi işə götürmüş, sonra məlum oldu

ki,  idarəyə  kargüzar  lazım  deyil,  iki  həftə  idarədə  qaldıqdan  sonra  onu  rayon

nəzarətçisi kimi işə qəbul etmişlər. Halbuki, əmək birjasında iş üçün ehtiyacı olanlar

uzun müddət gözləməli olurlar [4, №190, 1929].

Qeyd etmək lazımdır ki, əmək birjası aparatında “təmizlik işlərinin” avqustun

17-nə kimi qurtarılması və birjanın öz işinə başlaması nəzərdə tutulsa da, sonradan

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

139



dövrü mətbuatda həmin müddətin ayın 20-ə keçiriləcəyi xəbər verilirdi. Səbəb kimi

isə  bütünlükdə  sovet  idarəetmə  aparatına  olduqca  çoxlu  yad  elementlərin  daxil

olduğu da bildirilirdi. Məsələn, Fəhlə-Kəndli Müfəttişliyində əmək birjasında qey-

diyyatdan keçmədən keçmişdə mülk və evləri olan Gevorkov qardaşlarının, valyuta

ilə möhtəkir əməliyyatlar aparan, islah düşərgəsində olan Aleksey İvanovun Fəhlə-

Kəndli Müfəttişliyinin mağazalarından birində çalışdığı, məşhur şərabçı Forerin

kürəkəni mühəndis Kun 48.000 manat dövlət vəsaitini israf edərək 8 il həbs cəzasına

məhkum olunsa da 6 aydan sonra Azneftin onu yenidən işə dəvət etdiyi bildirilirdi.

Bütün  bu  səbəblərə  görə  Xalq  Əmək  Komissarlığı  əmək  birjasının  bütün  sek-

siyalarına əmək siyahısı (kitabçası) olmadan heç bir işsizi qeydiyyata almamağı

tapşırırdı. Eyni zamanda, Mərkəzi Komissiya “təmizlik işlərinin” aparılması zamanı

xüsusi anketlərin əsasında, əmək kitabçaları əsasında siyahı və anketlərin hazırlan-

masını qərara almışdı [4, №191, 1929].

Əmək birjasında qeydə alınmış “zehni əməklə-kontor işi ilə məşğul olan” işsizlər

kateqoriyasına daxil olanların yoxlanılması işi avqustun 17-dən 31-nə kimi davam

etmişdi. Bütünlükdə bu kateqoriyaya daxil olan 4879 nəfər işsizdən 2023 nəfər qey-

diyyatdan çıxarılmış və ancaq 2856 nəfər qeydiyyat siyahısında saxlanılmışdı. Dövrü

mətbuatda dərc olunmuş materiallarda əmək birjasının digər seksiyalarının siyahısın-

dakı işsizlərində yoxlamadan keçəcəyi barədə də məlumat var. Məsələn, tibbi-sanitar

seksiyasında işsiz kimi qeydiyyata alınmış şəxslərin də yoxlamalardan keçəcəyi

barədə məlumatlar  verilirdi [4, №206, 1929].

Daha sonra 1929-cu ildə sentyabrın 8-də “Бакинский рабочий” qəzetində “Əmək

birjasındakı köçərilər” başlığı ilə  dərc edilən material diqqəti cəlb edir. Material

yenə də Bakı şəhərinin Lenin rayonundakı əmək birjasının fəaliyyətinin yoxlanılması

materialları əsasında komissiya üzvləri Qalkin, Aksyonov, Qurban Əli, Şirçikov,

Qazarov, Parfyonova, Zubov, Boçkov, Tağıyev Əli*, A.Batalov adından təqdim ol-

unmuşdur. Burada yazılırdı ki, avqustun 18-dən Lenin rayonunun əmək birjasında

işsizlərin tərkibinin yoxlanılmasına başlanılmışdır. Komissiyanın tərkibinə rayon

sovetindən, rayon seksiyasından, Fəhlə-Kəndli Müfəttişliyindən, sığorta kassasından

və digər təşkilatlardan, eyni zamanda, işsizlərdən nümayəndələr var. Bu materialda

diqqəti cəlb edən cəhət işsiz kimi təqdim edilənlərin sayının şişirdilməsi, bir çox

şəxslərin şəhərbəşəhər gəzərək daha yaxşı qazanc axtarmaları, bəzilərinin gəlir və

dolanışıq  mənbələri  olduğu  halda  özlərini  işsiz  kimi  qeydiyyat  siyahılarına

yazdırdıqları göstərilir. Onlar əmək birjasının köçəriləri adlandırılırdı. Lakin ən

diqqətəlayiq məqam bir sıra işçilərin ixtisarla əlaqədar qeydiyyata düşmələri ilə

əlaqədar məlumatların verilməsidir. Belə işçilər qismində 843 süpürgəçinin, 178

telefonçu, poçtalyon, qeydiyyat aparan işçilərin olduğu göstərilir [4, №209, 1929].

Dövrü mətbuatda dərc edilən materiallardan məlum olur ki, artıq 1930-cu ildə

mayın 1-nə kimi Bakı Əmək Birjasında 25 min işsiz qeydə alınmışdı. Qeydə alınan

s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

140

*Yuxarıda adları çəkilən komissiya üzvlərinin kimliyi ilə əlaqədar məlumat əldə olunmamışdır.




işsizlərin 50%-i qadın, 25%-i az yaşlılar idi. Bunlardan ancaq 11%-i mütəxəssislər

idi. Mayın 25-də dərc edilən materialda bildirilirdi ki, əmək birjasından kənarda işə

qəbul edilmələrə son qoyulmalıdır [2, №116, 1930].

1930-cu ildə iyulun 9-da “Kommunist” qəzetində dərc edilən məqalədə yazılırdı

ki, əmək birjası artıq adamlardan təmizlənməlidir. Birjanın vəziyyətini təhlil etmək

üçün Fəhlə-Kəndli Müfəttişliyi tərəfindən komissiya təşkil edilib. Burada eyni za-

manda yazılırdı ki, birjaların dairələrdəki, şöbələrində çox az işsiz qeydə alınıb və

müvafiq qurumun ləğv edilməsi gündəmə də idi [2, №154, 1930].



5.nəticə

Göründüyü kimi, Azərbaycanda topdansatış ticarət praktikası, dünya və regional

ticarətdə böyük rol oynayan ticarət və yarmarkaların yaranması tarixi son antik və

erkən feodalizm dövrünə gedib çıxsa da dövrün fövqəl güclərinin təsiri  müəyyən

mənada yadelli istilaları və dağıdıcı müharibələr sözügedən institusional obyektlərin

bazasında topdansatış ticarət formasının daha mütəşəkkil formalarının ölkəmizdə

bir  qədər  erkən  dövrlərdə  bərqərar  olması  prosesinə  neqativ  təsir  göstərmişdir.

Konkret olaraq, Azərbaycan ərazisində yaranan ilk birja kimi 1886-cı ildən yaradılan

Bakı Birjasının adı çəkilir. XIX əsrin sonlarından XX əsrin 30-cu ilinə kimi Azər-

baycanda birjalar fəaliyyət göstərmiş və birjaların fəaliyyətinə mövcud sistemlərin

xüsusiyyətləri ciddi təsir göstərmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində

fəaliyyət göstərən birjalar rus imperiyası maraqları çərçivəsində bazar iqtisadiyyatı

şəraitində dövriyyə sferasının əsas elementlərindən biri, dəyərlərin qarşılıqlı olaraq

mübadiləsinin həyata keçirildiyi təsisat və təşkil olunmuş bazar qismində çıxış edirdi.

Sovet  dövründə  öncə  birjalar  ləğv  olunmuş,  daha  sonra  Yeni  İqtisadi  Siyasət

dövründə  birja  praktikasından  istifadə  olunsa  da,  sonrakı  illərdə  sovet  iqtisadi

idarəetməsinin qüsurları (süründürməçilik, korrupsiya, vəzifə səlahiyyətlərindən is-

tifadə  və s.) birjaların fəaliyyətinə ciddi təsir göstərmişdir.

Ədəbiyyat siyahısı:

1. Azərbaycan Sovet Ensiklopediyası. (1978) II cild. , Bakı: 592 s.

2. “Kommunist” qəzeti, (1930), Bakı: №116, №154

3. Авилина И.В., Козырь О.М., (1991). Биржа правовые основы организации и деятельности (создание, структура,

функционирование, прекращения деятельности), М.: Экономика и права, 111 c. (İ.V.Avilina, J.M. Kozır, 1991. Birjanın

təşkil olunması və fəaliyyətinin hüquqi əsasları (yaradılması, strukturu, fəaliyyət göstərilməsi və fəaliyyətinin dayandırması),

M.,İqtisadiyyat və hüquq. 111 s.)

4. “Бакинский рабочий” - газета, (1929), №89, №97, №180, №190, №191, №206; №209 (“Bakı fəhləsi” qəzeti, 1929, №89,



№97, №180, №190, №191, №206; №209)

5. Коновалова А.В. (2005). Акции нефтяных предприятий в начале ХХ века на С.-Петербургской фондовой бирже,

Экономическая история. Обозрение / Под ред. Л.И.Бородкина. Вып. 10. М.: 284 c. (A.V. Konovalova, XX əsrin əvvəl-

lərində S.Peterburq fond birjasında neft müəssisələrinin səhmləri, İqtisadi tarix. Şərhlər/ L.İ.Brodkinanın redaktəsi ilə. 10-

cu buraxılış. M.284 c.)

6. Резго Г.Я. (2003), Биржевое дело, М.: Финансы и статистика, 272 с. (Q.Y. Rezqo 2003, Birja işi, M.: “Maliyyə və sta-



tistika”, 272 s.)

7. “Экономический Вестник”, (Еженедельный орган Высшего Экономического Совета АССР) (1921, 1923). Баку:  №2,

№4 (“İqtisadi Xəbərlər”, Azərbaycan Ali İqtisadi Şurasının həftəlik nəşr edilən orqanı, Bakı 1921, №2, 1923, №4)

AZƏrbAYCANIN VerGİ JUrNALI. 5/2012.

141



Самандаров Сейфаддин Сабир оглы

доктор философии по экономике,  доц., 

Национальная Академия Наук Азербайджана Институт Экономики

Исторические и экономические аспекты возникновения и развития бирж в Азербайджане

Аннотация

Цель исследования: исследования фактов, связанных с генезисом бирж и их институциональной

историей;



Методология исследования: ретроспективный и сравнительный анализы, методы синтеза и де-

дукции;


Результат исследования: оценены в историческом и экономическом аспектах возникновение и

функционирование деятельности бирж Азербайджана в 1886-1930 годах;



Ограничения исследования: связаны со специфичностью объекта исследования, с трудностями

доступа к необходимой научной информации и возможностями по проведению сравнительного ана-

лиза исторических фактов;

Практическая значимость исследования: возможность использования исторического опыта в

разработке более оптимальных механизмов для усовершенствования функционирования бирж в

республике; 

Оригинальность исследования и научная новизна: исследуемая проблема, некоторые опреде-

ленные факты впервые вводятся в научный оборот.



Ключевые слова: Азербайджанская экономика, биржи, фондовые биржи, товарные биржи,

оптовая торговля

samandarov seyfaddin sabir oglu

doctor of philosophy on economy,

Institute of Economy in Azerbaijan National Academy of Sciences 

Historical and economic aspects of the formation and development 

of the exchanges in azerbaijan

abstract

Purpose: analysis of historical facts which are bound reflections of the questions of the formation and

development of the exchanges in Azerbaijan.



Methodology: retrospective and comparative analysis, synthesis and deduction methods.

Finding: historical and economic assessment of formation and activities of exchanges in Azerbaijan

in 1886-1930.



Research limitations: these are connected with specificity of the research object, opportunities of getting

of scientific information and comparative analysis of historical facts.



Practical implications: giving of opportunity of using from historical experience for formation of more

optimal mechanisms related to improvement of activities of exchanges in Azerbaijan.   



Originality: first time, researching problem and determined some facts are entered into scientific turn.

Key words: Azerbaijan economy, exchanges, stock markets, goods exchanges, wholesale business

Jel Classification Codes: B14, B26, E21, E62, H2 .

Məqalə redaksiyaya daxil olmuşdur: 20.09.12.

Təkrar işləməyə göndərilmişdir: 27.09.12.

Çapa qəbul olunmuşdur: 15.10.12.



s.səməndərov . Azərbaycanda birjaların yaranması və fəaliyyət göstərməsinin tarixi-iqtisadi aspektləri 

142


Yüklə 457,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə