Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə8/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   4   5   6   7   8   9   10   11   ...   111

şöhrəti  Fərqanənin  hüdudlarından  çox  uzaqlara 
yayılıbmış. Bu qırğız qaçağanları ipəklə rəqabətə 
girərək  qızıl  qiymətinə  olmuşlar  və  Çində  onlara 
çox  böyük  tələbat  var  imiş.  “Səma  atları”nın 
təsviri indiyəcən Oş şəhərinin və Aravan kəndinin 
yaxınlığında  qayaları  bəzəyir.  Bu  qayaüstü 
rəsmlərin neçə yüz il yaşı var. Qocalar bu günün 
özündə  balaca  nəvələrini  mehribanlıqla  “dayça 
balam”, “qulun balam” sevib oxşayırlar. Bu, həlim, 
sədaqətli,  gözəl  heyvana  bəslənən  məhəbbətin 
etirafıdır. 
Bu  gün  qırğız  xalqı  bir  çox  əski  oyunlarla 
bahəm qorxmaz kişi oyunu kok boranı da yenidən 
dirçəldib gündəmə gətirmişdir. Bu oyun əsil cəsarət, 
yəhərdə əminlik və çapar atın idarə edilməsində əl 
çevikliyi tələb edir. 
Bir  neçə  sözü  atın  həyatımızdakı  digər 
əvəzolunmaz  rolu  barəsində  söyləmək  istərdim. 
Bineyi-qədimdən  at  təkcə  döyüş  yoldaşı,  gözəl 
qaçağan çapar deyil, həm də əsas qoşqu heyvanı, 
hər kəndli ailəsinin başlıca zəhmətkeşi olmuşdur. 
Yadımdadır,  80-ci  illərdə  kəndimizdə  kolxozun 
Kurjun  (xurcun)  ləqəbli  işlək  atı  var  idi.  Yazın 
əvvəlindən onu kotana, xışa qoşurdular, ilboyu su, 
odun  daşıtdırırdılar,  heyvan  iri-iri  saman,  küləş 
tayaları dartıb aparırdı. Ömrünün son dəqiqəsinıə 
görə  Kurjun  gecə-gündüz  dinməzcə,  fağır-fağır 
ən  ağır  işi  gördü.  Bu  sadiq  köməkçini  çatladıb 
öldürdüklərini  yadıma  düşəndə  ürəyimin  başına 
od düşür. Bir gün ərzində zavallı heyvan bir neçə 
bostanı şumlayıb, axşama çatlayıb yıxıldı. Heyvan 
zülmlə,  sitəmlə  öldü.  Öz  sahibi  yox  idi  –  kolxoz 
malı  idi.  Ona  görə  heç  kim  onun  dərdini  çəkib 
ürəyinə salmadı. Ancaq onun qəmgin, yaşla dolu, 
az qala insan kimi dil açıb danışan məzəmmət  dolu 
gözləri xəyalımdan heç vaxt silinmir... 
Sonradan dövlət kolxoz əmlakı tərəfdarları ilə 
mübahisəyə girişəndə, həmişə Kurjun atın faciəvi 
taleyini yada salırdım. Əsil sahib heç vaxt heyvana 
bu qədər əzab verib incitməyə rəvac verməzdi.
Tolubay sınçı (peyğəmbər, qabaqcadan görən) 
haqqında belə bir maraqlı əfsanə mövcuddur. 
Bir  xan  nökərlərinə  əmr  verir  ki,  ilxılarının 
içində  ən  yaxşı  qaçağan  çapar  atını  seçməyi 
bacaran  ixtiyar  peyğəmbər  tapsınlar.  Nökərlər 
qocanı  can  verən  atın  qarşısında  oturub  taleyinə 
ağlayan  tapırlar:  “Ey  mənim  qaçağan  atım,  mən 
peyğəmbərin qədri bilinməyən kimi, heç kəs sənin 
də  qədrini  bilmədi”.  Ahıl  kişini  xanın  hüzuruna 
gətirirlər.  Xan  dillənir:  “Hərgah  haqqında  söz-
söhbət  gəzən  həmin  Tolubay  peyğəmbərsənsə, 
ilxılarımın içində ən yaxşı çapar atımı seçməlisən. 
Ancaq səhv buraxsan, bəxtindən küs: gözlərinə mil 
çəkdirtdirəcəyəm!” 
Xan  saraylarının  birinin  eyvanında  dayanan 
Tolubay  sarayın  yanından  çapıb  şütüyən  atların 
arasından  seçsə  də,  ən  yaxşısını  tapa  bilmədi. 
İlxıların  hamısı  keçəndən  sonra  xan  rəiyyətindən 
xanlığında daha atın qalıb-qalmamasını xəbər aldı. 
Ona kifir, xallı, ləkəli, arığından üzülən, damarları 
çıxmış  at  gətirdilər.  Tolubay  peyğəmbər  atı  görən 
kimi onun ən yaxşı olduğunu bəyan etdi. Qeyzlənmiş 
xan  peyğəmbərin  gözlərinə  mil  çəkdirdi.  Onda 
Tolubay xana son təvəqqe ilə xitab etdi: “Siz məni 
cəzalandırdınız, yaxşılıq edin, bu arıq-uruq atı mənə 
verin!” Xan onun ricasını yerinə yetirdi. 
Qoca atı evə gətirdi. Qarısı ilə birgə gözdən iraq 
bir  yerə  çəkilib  ata  baxmağa  başladılar.  Qırx  gün 
keçdi.  Qırx  birinci  gün  ahıl  özü  atın  belinə  çıxıb 
qarısını tərkinə aldı. Çöldə yol gedəndə, əshabələri ilə 
birgə at çapan xana ürcah oldular. Tolubay xana yarış 
təklif etdi və izahat verdi ki, ilxıların içində ən yaxşı 
yemlənmiş  atların  arasında  seçdiyi  həmin  o  arıq-
uruğun belindədir. Təhqir olunmuş xan nökərlərinə 
həyasızı  tutub  qətlə  yetirmək  əmrini  verdi. Yalnız 
ertəsi gün günəş tülu edəndə, xanın ən yaxşı köhləni 
Tolubayla  qarısını  haqlamağa  başladı.  Peyğəmbər 
qarısına atın başını günəşə çevirmək əmrini verdi. 
Gün işığından kor olmuş xan köhləni qaçqınlardan 
geri qaldı. Ertəsi gün onları xanın alnı səkil qaşqa 
çapar  atı  haqlamağa  başladı.  At  dırnaqlarının 
tappıltısını  eşidən  qoca  atın  ayaqlarının  nazik 
olduğunu ayırd etdi və qarısına atının başını daşlıq 
yola salmaq əmrini verdi. Yalnız üçüncü gün onlara 
xan qaçağan çaparlarının ən güclüsü çatdı. Tolubay 
qarısından atın rəngini xəbər aldı. Bu, üçyaşar kəhər 
idi. Qoca tərifi tərif ardınca yağdırmağa başladı və 
cavan çapar belindəki xanla bahəm təriflərdən yağ 
kimi əridi və geriləməyə başladı. Tolubay peyğəmbər 
qımışıb çiyninin üstündən xana qışqırdı: “Axı sənə 
demişdim, bu sənin xanlığında ən yaxşı çapar atdır!” 
Atının başını buraxıb dördnala çaparaq bir neçə dəfə 
cövlan edib əfsanəyə döndü və yoxa çıxdı. Deyirlər
onun atının dırnaqları hələ də hər qırğızın ürəyində 
tappıldayır.       
Xalq  arasında  belə  bir  atalar  sözü  qorunub 
saxlanmışdır:  “Peyğəmbər  olmaq  istəyirsənsə, 
Tolubay ol, xanəndə olmaq istəyirsənsə, Toktoqul 
ol!” 
Get-gedə daha çox əmin olub inanıram ki, hər 
xalqın tarixi həyat tərəfindən yaranmış əfsanələrdən 
yazılır.
19


Get-gedə daha çox əmin olub inanıram ki, hər xalqın tarixi həyat 
tərəfindən yaranmış əfsanələrdən yazılır. 
        Doğma yurdum, həm atamsan, həm də anam.
        Mislin varmı bu dünyada?!
        Dağların, ağsaçlı zirvələrin,
        Ürəyə həm təpər verir, həm sakitləşdirir.
        Sübh tezdən oxuyuram
        Qürubda nəğmə deyirəm.
        Məni ilhama sən gətirirsən, Ala-Too!
                        
Midin Alıbayev
Həşəmətli dağlar
Mən  dağlarla  əhatələnmiş  və  sanki  nəhəng  
çömçənin  dibində  yerləşmiş  kənddə  anadan 
olmuşam. Adamlar kəndi Qızıl cam adlandırmışlar. 
Kənddə  doğulmuş  istənilən  qırğız  körpəsi  dil 
açanda ilk öyrəndiyi mütləq ana, ata, nan – çörək 
sözlərindən sonra, too – dağ, at, Manas söyləməyə 
başlayır... Kəndli qırğız tifilləri üçün Vətən məhz 
bu müqəddəs dağlardan başlayır. 
Dağlar – qırğızlar üçün sadəcə dağ deyil. Bu, 
əcdadlarımızın  uca  ruhlarının,  onların  azadlığa 
doğru  əbədi  can  atmalarının,  həyat  müdrikliyinin 
və  fəlsəfəsinin  rəmzidir.  Axı  həyatda  yuxarı 
belə  çətinliklə  dırmaşmaq  olur,  çox  asanlıqla  da 
müvazinəti itirib aşağı uçmaq mümkündür.  
Torpağımın  tinəti  –  səma  dağlarıdır.  Yalnız 
ölümsüz  günəşin  şüaları  qırğız  dağlarının 
simasını  diriltməyə  qabildir.  Sanki  bu  əzəmətli 
zirvələrin  hündürlüyündə  at  belində  oturaraq, 
ulduzlara toxunmaq olar. Bura dağların ulduzlarla 
mükaliməyə girdiyi məkandır. Dincliyin və hüznün 
hakim  kəsildiyi  yerdir.  Bu  hündürlükləri  gözlə 
əhatə  etmək  mümkünat  xaricindədir.  Qayalar 
Manasın  döyüşçüləri,  xalqımızı  qoruyan  qılınc 
və  qalxan  sayağı  çiyin-çiyinə  söykənmişlər. Ala-
Toonun donmuş, günəş şüaları ilə nazlanan zirvələri 
sanki asi, boynu əyilməyən əcdadlarımız tərəfindən 
vəsiyyət  edilmiş  kişilik  bayrağı,  yeni  amallara 
aparan  əbədi  çağırışdır.  Dağların  susqunluğunda 
abavü-əcdadımızın müdrikliyi gizlənmişdir. 
Mənim  Qırğızıstanım  –  insan  şüurunun  və 
təbiət  ruhunun  vəhdətini  özündə  təzahür  etdirən 
ölkədir.  Yalnız  qırğız  dağlarının  ucalığından 
cahanda  nə  qədər  meşələrin,  aşırımların,  insan 
məğlubiyyətlərinin  və  zəfərlərinin,  kədərinin  və 
bəxtiyarlığının,  fərəhin  və  məhəbbətin  olduğunu 
gözlə 
görmək 
mümkündür... 
Müstəqillik 
qazanandan  bəri  sanki  bu  dağların  zirvələrindən 
bizim  üçün  yeni  ənginliklər  açılmışdır.  Və  bu 
dağların ucalığından gələcəyimiz aşkar görünür – 
azad, firavan, dinc və tərəqqi edən Qırğızıstan. 
Dağlar  qırğızlar  üçün  hansısa  ilahi  qüvvənin 
təcəssümdür.  Xan-Tenqrinin  tərcüməsi  təsadüfən 
“səma  dağları”  (yaxud  “ruhların  hakimi”)  kimi 
səslənmir.  Məhz  bu  dağlar  dünya  miqyaslı 
istedadlar yaradıb və yaradır, məs., qüdrətli manasçı 
Sayakbay  Karalayev  və  yazıçı  Çingiz  Aytmatov, 
balerina  Bübüsara  Beyşenaliyeva,  heykəltəraş 
Turqunbay  Sadıkov,  şairlər  Aalı  Tokombayev  və 
Alıkul  Osmonov,  aktyor  Suymenkul  Çokmorov 
və  xanəndə  Bulat  Minjilkiyev,  birinci  Prezident 
Əskər Akayev,  kosmonavt  Salijan  Şaripov  və  bir 
çox özgələri.       
Heç də hamı dağların hündürlüyünə qalxmağa 
qabil  deyil,  hər  kəsə  dağlarda  doğulmaq  və 
yaşamaq  nəsibi  qismət  deyil.  Dağlı  xalq  ucalığa 
da,  xoşbəxtliyə  də  layiqdir.  Qoy  bu  bəxtəvərlik 
ağır  zəhmətlə  başa  gəlir  –  yalnız  bu  sayaq  dağın 
zirvəsinə çatmaq mümkündür. Qırğız üçün dağlar 
yalnız  hündürlük  deyil.  Bu  onun  qəlbinin  bir 
parçasıdır. Qırğızın ömrü məhz burada – göylə yer 
arasında  keçir.  Yalnız  dağa  qalxsan,  uçuş  hissini 
duyarsan.  
20


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə