Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə5/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   ...   111

“Respublikanın dövlət bayrağı - mərkəzində qırx eyniölçülü yayılan şüalı və diskin içinə qırğız 
yurtasının qırmızı rəngli tündüyü yerləşdirilmiş qızılı dəyirmi günəş diskli qırmızı parçadan ibarətdir”. 
“Qırğızıstan Respublikasının Dövlət bayrağı haqqında”  Məcəllənin I bəndi
Qırğız yurtasının qar kimi bəyaz 
gümbəzləri
Qırğız  yurtası  –  köçəri  memarlığının  sənət 
əsəridir.  Ağ  yurta,  fransızlar  üçün  Eyfel  qülləsi, 
italyanlar üçün Kolizey sayağı ölkənin arxitektura 
rəmzidir. Alimlərin gəldiyi nəticəyə əsasən, yurta 
haqqında  ilk  məlumat  b.e.ə.  V  əsrə  aiddir  və 
beləliklə  bu  unikal  insan  məskəninin  qədimliyi 
barədə fikir yürütməyə imkan verir.
Bizim  məktəb  dərsliklərimizdə  1917-ci  il 
Oktyabr  sosialist  inqilabının  nailiyyətlərindən 
biri  qismində  qırğızların  köçəri  həyat  tərzindən 
oturaqlığa  keçidi,  kütləvi  surətdə  yurtalardan  çiy 
kərpic  tikililərinə  köçü  vurğulanırdı.  Bu  zaman 
nəzərdən  qaçırılırdı  ki,  bu  çiy  kərpic  tikililərinə 
qırğızlar yalnız XX əsrdə köçmüşlər, əcdadlarımız 
isə yurtalarda üç min ildən artıq zaman keçirmişlər.  
Məgər zaman qırğız yurtalarının təkcə rahatlığı 
deyil,  həmçinin  dahiliyinə  hökm  çıxaran  layiqli 
hakim  deyilmi?  Ən  qədim  qırğız  milləti  məhz 
bu  möhkəm  və  isti  yurtalarda  doğulmuş,  qüvvə 
toplamışdır.  Onun  üçün  bura  həm  ailə  ocağı, 
həm beşik, həm də özünəməxsus həyat amfiteatrı 
idi.  “Konstitusion”  normasına  görə  yurta  adi 
evdən  qat-qat  çox  məna  kəsb  edir.  Yurta  yalnız 
heyrətamiz  konstruktor  məsələlərinin  həllərinin 
nümunəsi  deyil.  Onun  daxili  avadanlığı  milli 
özünəməxsusluğun  misalıdır.  Yurta  iki  hissəyə 
bölünür: yəhər, qırmanc, kişi geyimi saxlanan kişi 
və mətbəx qab-qacağı, qadın qəlbinin sevimlisi olan 
hər cürə xırım-xırda yığılmış qadın tərəfləri. Hətta 
ocaq öz yerinə və əhəmiyyətinə malikdir. Qırğızlar 
ocağa müqəddəs məkana yanaşan kimi münasibət 
bəsləyir  və  yazılmamış  ciddi  qanunlarına  tabe 
olurlar. Ocağın üstündən atlanmaq, çirkli cır-cındır 
yandırmaq,  alova  tüpürmək  ağlasığmaz  bir  işdir. 
Yurtanın  mərhum  sahibini  qohum-əqrəba  mütləq 
ocağın başında oxşayıb ağlayır.
Yurtanın  ən  yüksək  nöqtəsi  –  tündükdür,  ən 
yuxarıdakı  girdə  dairə,  gümbəz,  bütün  tikilinin 
cağlarının əsası, payaların baş uclarını birləşdirən 
nöqtə. Forması – əski qırğızlar üçün səmanın dörd 
cəhətini  bildirən  dörd  iri  şüalı  günəşi  xatırladır. 
Bu, ocağın tüstüsünün çıxan bacası, habelə günəş 
şüalarının pəncərəsidir.      
Əski  çağlardan  belə  hesab  edilir  ki,  tündük 
–  xalqların  özünəməxsus  birləşmə,  bir  ailənin 
toplum rəmzidir. Tündük gecə keçə palazla örtülür, 
onun vəziyyətinə isnadən isə yurtanın sahiblərinin 
şakərləri,  xasiyyəti  barədə  fikir  yürütmək  olar. 
Zəhmətkeşlər  şəfəq  söküləndə  tündüyü  açır, 
ocağı  qalayırlar. Tənbəllər  isə  bəzən  nahara  kimi 
tündüyü  bağlı  saxlayırlar.  Təsadüfi  deyil  ki, 
əcdadlarımız saleh əməllər üçün erkən oyananları 
bəxtəvər sanırdılar. Qədim əyyamların atalar sözü 
belə deyir: “Bekerden tenirim bezer” – “Bikardan 
Tanrım bezər”. 
Əcdadlarımız  inanırdılar  ki,  məhz  tündükdən 
yurtaya  kut  –  xoşbəxtlik,  rifah  daxil  olur,  hərgah 
ailə mehriban və zəhmətkeşdirsə, kut günəş sayağı 
yurtanın sakit küncündə özünə məskən tapacaq.
Bu  sözün  başlıca  mənası  –  mövcudiyyətin 
rüşeymi,  həyat  qüvvəsi,  ruh,  xoşbəxtlik, 
firavanlıqdır. Bəzi məzarlıqlarda aparılan qazıntılar 
zamanı, ehtimalən, bu ilahi peşkəşin saxlanılması 
üçün  nəzərdə  tutulmuş  və  “kut”  rəmzi  ilə 
işarələnmiş kiçik dəri futlyarlar aşkara çıxarılmışdı. 
Xalq arasında deyim var: “Yurtaya düşən işıq şüası, 
yelənə yığılan süd kimidir”. 
1985-ci  ildə  Abakan  çayının  sahilindəki 
VIII  əsr  kurqanının  qazıntılarında  aşkara  çıxmış 
məzarlıqda  qızıl  sırğalar  tapılmışdı.  Sırğa  əlində 
qab, ayaqları ilə artıq dünyada məşhur rombşəkilli 
futlyarı tutmuş qanadlı məhsuldarlıq ilahəsi Umayı 
təsvir edirdi. 
Ona  görə  sahiblər  tündüklərini  açmağa 
tələsirdilər:  axı  günəş  şüaları  ilə  bahəm  yurtaya 
firavanlıq  baş  çəkə  bilərdi.  Qədim  əyyamlardan 
12


hər qırğız üçün yağının tökdüyü ən qorxulu lənət, 
qarğış  “Yurtanın  tündüyü  həmişəlik  bağlansın!” 
idi. İlk dəfə açılan tündük yeni ailənin yaranışını 
bildirirdi. Yeni evlənmişlər üçün beləcə də deyirlər: 
“Onlar tündüklərini qaldırdılar”, – başqa sözlə, təzə 
ailə qurdular.   
Hələ Səxavətli Manas Almambetinə söyləyirdi: 
“Sən turkuka dayaq olan tir kimi olmalısan”. Manas 
nəzərdə tuturdu ki, onun məsləkdaş bahadırı tündük 
qədər möhkəm və etibarlı olmalıdır. 
Amansız  siyasi  repressiyaların  tüğyan 
etdiyi  1938-ci  ildə  xalqın  güllələnmiş  ən  yaxşı 
oğullarının dəfn yeri Ata-Beyitdə onların nəsilləri 
tərəfindən  əzəmətli  monument  ucaldılmışdır. 
Abidə  rəmzi  mənada  torpağın  üstünə  aşırılmış 
tündüyü  təsadüfən  təsvir  etmir.  Bu  bizə  və 
övladlarımıza əbədi xatırlatmadır ki, totalitarizmin 
müdhiş  illərində  millətin  nəinki  seçmə  oğullarını 
və qızlarını güllələmişlər, həmçinin tündüyümüzü 
– yurtanın səqfini, həyatımızın özülünü aşırmışlar. 
Qırğızlar üçün bundan faciəvi heç nə yoxdur.  
Ata-Beyit  məzarlığının  sirri  faş  olandan 
sonra  həyatımızda  yeni  ənənə  yarandı. Artıq  beş 
ildir,  hər  müsəlman  üçün  müqəddəs  Kurman Ayt 
günü  dostlarımızla  Ata-Beyti  ziyarət  edir,  böyük 
əcdadlarımızı  yada  salır,  Quran  oxuyur,  cavan 
qoyun qurban kəsirik. 
Növbəti  Kurman  Aytda  altı  yaşlı  qızım 
Kanayımı özümlə ora götürdüm. Qızcığaz diqqətlə 
Ata-Beyitin  qorxunc  vaqiələrindən  bəhs  edən 
hekayətimi  dinləyib  suallar  verirdi:  “Kim  onları 
güllələdi?.. Nəyə görə?..” Qız hadisələri bugünkü 
faciə kimi yenidən yaşadı. 53 ildən bəri bizim 143 
adsız həmvətənlərimizin torpağa basdırıldığı qəbri 
gözü ilə görəndə isə ələlxüsus sarsıldı.  
Həmin  gecə  Kanayım  qəfil  yuxuda  ucadan 
ağladı.  Yoldaşım  ondan  hönkürməsinin  səbəbini 
xəbər alanda, cavab verdi ki, qorxur. “Bizi gecə ikən 
gülələməzlər?” – deyə astadan soruşub səhərəcən 
gözünü yummadı. 
Uşaq  qəlbinin  paklığı  –  təhtəlşüurumuzun 
açıq  kitabıdır.  Uşaq  insanların  nəyə  görə  qətlə 
Çuykov S.A. “Əbədiyyətə toxunuş” 1974-cü il, kətan, yağlı boya, 116, 5x139, 79
13


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə