Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə6/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   ...   111

yetirildiyini  dərk  edə  bilmirdi.  Qız  inana 
bilmirdi  ki,  adamlar  bir-birinə  münasibətdə  bu 
dərəcədə  qəddarlıqla  ədalətsiz  əməllər  törətməyə 
qadirdirlər...  
Yaradana dua etmək istərdik ki, belə vaqiələr 
bir daha heç vaxt təkrarən cərəyan etməsin. Yalnız 
Ala-Too  torpağında  deyil,  külleyi  cahanda  belə 
hadisələr təkrarlanmasın!
Hər ailə öz yurtasının daxili avadanlığına xüsusi 
diqqət  yetirirdi.  Divarlar  xalçalarla,  tikmələrlə 
bəzənir,  kimsə  bu  gözəlliyin  yanına  bahalı  tülkü, 
yaxud  dələ  dəriləri  əlavə  edirdi.  Girişlə  üzbəüz, 
adətən, daşlarla, metalla süslənmiş sandıq, yaxud 
əlvan  yorğanlar,  keçə  palaz,  nazbalış  yüklü  taxt 
qoyulurdu.  
Qırğız yurtasında qeyd-şərtsiz olmalı əşyaların 
siyahısı: kooker və konok – basma nəqşli dəridən 
kumıs üçün qablar; ayak kapı və baştık – ev-eşikdə 
xırım-xırda  saxlamaq  üçün  tikmə  bəzəkli  tüklü 
kisəciklər;  çını  kap  –  dəridən,  yaxud  ağacdan 
hazırlanmış,  yumşaq  yundan  nəqş  vurulmuş 
piyalələr üçün futlyarlar və bir çox digər əşyalar.  
Qədim  köçəri  qırğızların  məskən  yerinin 
unikallığı  bir  daha  özünü  onda  təzahür  etdirir  ki, 
yurtanı  üç  usta  yarım  saata  bircə  mıx  işlətmədən 
yığa  bilər.  Xalq  arasında  yurtanı  sürətlə  yığıb 
açmaq  barədə  atalar  sözü  çoxdur.  O  qabiliyyət 
özünəməxsus  tərzdə  xalqın  ənənələrinə  sədaqətin 
və dözümün sınağıdır. Qocalar sadədilliklə zarafat 
edirlər:  “Mələyən  keçini  köç  zamanı  tanıyarlar, 
çığırqan arvadı – yurtanı sökəndə”.
Yurtanı  yalnız  ikicə  at  belində  köçürtmək 
mümkündür,  yağışda  islanmır,  ən  isti  günlərdə 
sərin  saxlayır,  hər  küləyə  tab  gətirir.  Qırğızların 
bu  qədim  yaşayış  məskəni  bizimlə  bahəm  hər 
keşməkeşli yollarla oddan da keçmişdir, sudan da. 
Qarlı  dağlarda,  ipək  kimi  yumşaq  örüşlərdə  köç 
etmiş, zamanın sərt sınağına sinə gərmişdir.
Hətta  paytaxtın  yurtanı  quraşdırmağa  heç  bir 
şəraitin olmadığı mikrorayonlarında, mərhumların 
dəfn günü vidalaşma məhz yurtada təşkil olunur. Bu 
yalnız rəhmətə getmişə verdiyimiz son borcumuz 
deyil,  həmçinin  həmin  unikal  müqəddəs  əşyanı 
yaratmış əbavü-əcdadımıza təzimdir.  
14


Çokmorov S. “Caylooda axşam” 1967-ci il, K., 81 x 57, 5
Qırx kişi bir evi doldurmaz, bir qadın doldurar;
Kişi bacarmayanı, arvad düzəldər. 
15


Nə qədər atan sağdır, adamları tanı, 
Nə qədər atın var, dünyanı tanı. 
Atalar sözü
“At  –  igidin  qanadıdır”  –  xalqın  belə  bir 
müdrik  sözü  var.  Qırğızlar  üçün  bu  kəlam 
–  həyat  gerçəkliyidir.  Qızılyallı  at  şairlər  və 
dastanyaradanlar tərəfindən tərənnüm olunmuşdur. 
At  haqqında  xalq  arasında  yüzlərlə  atalar  sözü 
və  zərbül-məsələr  qoşulmuşdur:  “Atsız  bahadır  – 
döyüşçü deyil”;
“Atının nazını çəkən, piyada qalmaz”;
“Əsil  arqımak  döyüşdə  də  qızıldır,  dinc 
ticarətdə də”;
“Yarışda 
xoşbəxtlik 
quşu 
çaparın 
ayaqlarındadır, minicinin ürəyində”;
“Azmış at yenə gəlib tövləsini tapacaq”; 
“Atını qorumayan, qılçasız qalar”; 
“Yaxşı  at  ölümdən  qurtarmaz,  ancaq  bəladan 
qoruyar”... 
Həm  də  qocaların  deyiminə  görə,  ömrün  bir 
gündürsə, onun yarım gününü at belindən düşmə. 
Xalq arasında atın başına qamçı ilə vurmazlar. 
Əgər  belə  hadisə  vaqe  olubsa,  bu,  müharibəyə 
çağırış,  döyüşə  dəvətdir.  İtaət  etməkdən  boyun 
qaçıran  insan  isə  atının  quyruğunu  qırxıb  doğma 
kəndi  tərk  edir,  bu  da  Vətəndən  uzaqda  ölümə 
bərabərdir.  
Məhz  at  bahadırı  qəhrəmana  çevirirdi.  Savaş 
zamanı bahadırın yanında sadiq atın, etibarlı qovğa 
yoldaşının  qaibliyi  ucbatından  məğlubiyyətə 
uğraması  barədə  bir  neçə  əfsanə  var.  Onlardan 
biri  bahadır  Kurmanbəydən  bəhs  edir.  O,  XIV 
əsrin  sonu,  XV  əsrin  əvvəlində  kalmıklara  qarşı 
müharibə aparırdı və yağı ilə qovğada yalnız ona 
görə uduzdu ki, atası sevimli çaparı Teltorunu ona 
verməmişdi.  Faciəvi  ölüm  oğlanı  haqlamaya  da 
bilərdi, ancaq indi xalq onun haqqında belə deyir: 
“Kurmanbəy bahadırdır, amma Teltorunun belində 
deyil”. Taylak bahadır öləndə isə onun qaçağanını 
yəhərləyib belinə qara çul sərmişdilər. 
Qırğızlar  atı  dost  sanırlar,  inanırlar  ki, Allah 
onu  insanın  özü  yaradılan  gilin  qalığından 
yapmışdır.  Ona  görə  əvvəllər  at  ətini  yemək 
mümkünat  xaricində  hesab  olunurdu.  Belə 
vəziyyət  Məhəmməd  peyğəmbərin  zehniyyətinin 
işıqlanmasına qədər sürmüşdü. Məhəmməd səhrada 
olarkən azuqə ehtiyatı tükənir və naqafil qarşısında 
zahir olub özünü müti şəkildə qida kimi təklif edən 
atın  sayəsində  xilas  olur.  Məhəmməd  peyğəmbər 
bu  xilası  ilahi  peşkəş  qismində  qəbul  edir  və  o 
dövrdən  bəri  müsəlmanlara  at  əti  yemək  halal 
buyrulmuşdur. Vaqiən,  at  əti  –  təbiətin  qiymətsiz 
sovqatıdır,  zira  təkcə  kumıs  deyil,  at  ətinin  özü 
də  müalicəvi  əhəmiyyətə  malikdir.  Axı  bu  ağıllı 
heyvan yalnız təmiz faydalı ot-ələflə qidalanır və 
hətta  susuzluqdan  yansa  da,    durğun  gölməçədən 
su içmir. 
Köçərilərin  savaş  yoldaşları  kimi  qırğız 
atları qaçışda yüngül, dözümlüdür, aza qane olur, 
dağlarda heyrətamiz dərəcədə düzgün səmt götürür. 
Bu  xislətləri  sadalayan  YUNESKO  üzvü  L.Quro 
vaxtilə  bildirirdi:  “Bu  cins  yalnız  qırğız  xalqına 
deyil, külleyi bəşəriyyətə mənsubdur”.  
At  yolu  yüngüllüklə  zülmətdə  də  tapa  bilir, 
dumanda  da.  Hərgah  yöndəmsiz  minici  atdan 
yıxılsa,  heyvan  heç  vaxt  onu  tapdalamaz,  səbirlə 
ayağa durmasını gözlər. Şahidlər təsdiqləyirlər ki, 
atdan yıxılsan, heyvan yalını sənə uzadar, ulaqdan 
yıxılsan,  səni  dırnaqları  ilə  soncuqlayar.  Dağlıq 
bölgələrdə  boğaz  tutmalarından  əziyyət  çəkənə 
at yalını qoxulamağı tövsiyə edirlər... Dördayaqlı 
sədaqətli  yol  yoldaşının  insana  göstərdiyi  həyat 
əhəmiyyətli  xidmətlərini  sadalamaqla  qurtarmaz. 
Təsadüfi  deyil  ki,  hər  sahib  ata  yaxşı  qulluqla 
kifayətlənmir, 
həmçinin 
onun 
qoşqusunu 
həyatında  oynadığı  əhəmiyyətin  miqyasına  görə 
səxavətlə bəzəməyə çalışır. Xalqın sözü: “At rica 
etmək  –  rüsvayçılıq  deyil,  yəhər  xahiş  etmək  – 
rüsvayçılıqdır”.
At – insanın qanadlarıdır
16


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə