Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə9/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

Dünyada  cənnət  –  məhz  bizim  Ala-Too 
torpağıdır,  desəm,  öz  rəyinin  olmasına  ixtiyarlı 
oxucu məndən inciməsin.
Bineyi-qədimdən  bu  cənnətməkanın  qırğız 
xalqının  ixtiyarına  verilməsi  barədə  məzəli  bir 
zarafat-əfsanə  dolaşır.  Allah  torpağı  övladlarınn 
arasında  bölüşdürəndə,  qırğızlar  gecikibmişlər. 
Allah  xəbər  alır:  “Harada  idiniz?  Torpaqların 
hamısını  müxtəlif  xalqların  arasında  payladım”. 
Qırğızlar  boyunlarına  alırlar  ki,  sadəcə  yatıb 
qalıblar.  O  təqdirdə,  Allah  deyir:  “Səmimiliyiniz 
və  müqəddəs  sadəlövhlüyünüzün  müqabilində 
özümün  istirahətim  üçün  saxladığım  Ala-Toonu 
sizə  əta  edirəm”.  Yaradan  xalqımın  sadədilliyi 
əvəzində  beləcə  səxavətli  minnətdarlıq  bəxş 
etmişdir!  Qırğızların  sevimli  zərbül-məsəli  belə 
yaranmışdır:  “Ən  yaxşısını  Allah  sevən  alır!” 
Sözsüz, bu əfsanədə həqiqətdən çox zarafat duyulur, 
fəqət həqiqətin hissəciyi də var. Susqunluğuna və 
zahiri  sərtliyinə  rəğmən,  qırğız  dağları  əzəmətli 
və  gözəldir.  Dağın  ətəyində  dayananda,  yaxud 
yüksəkliyinə  dırmaşanda,  daşın  mükəmməlliyini 
öz  gözünlə  görüb  harmoniyasını  duymaq  olar. 
Quş  uçuşu  hündürlüyündən  qırğız  dağlarının 
özünəməxsus  spiralvari  burulan  və  baxışları 
sonsuzluğa  aparan  həmailə  bənzəri  var.  Dağlarda 
hava  da  təmizdir,  göy  də  yaxındır,  ulduzlar  da 
parlaqdır.  Təəccüblü  deyil  ki,  bir  çox  səyyahlar 
Qırğızıstanı dağlar ölkəsi adlandırmışlar.     
Qədim  çağlarda  qoşulmuş  digər  əfsanə  belə 
bəhs edir: “Qırğızların haçansa münbit məhsuldar 
torpaqları  yandırıcı  günəşdən,  səmumdan, 
susuzluqdan quruyub cadar-cadar çatladı. Meşələr 
və  otlar  solmağa,  adamlar  aclıqdan  tələf  olmağa 
başladılar.  Fəqət  misli  görünməmiş  qüvvəli  bir 
pəhləvan zühur edib həyatverici havanın qarşısını 
kəsən  iri  qaya  parçalarını  araladı  və  qırğız 
torpağı  dirildi.  Əvvəlkindən  daha  da  zənginləşdi, 
gözəlləşdi.  Xalq  pəhləvanı  şərəfyab  edib  ona 
səmavi  dağ  silsilələrindən  də  uca  mədhiyyələr 
oxudu”.   
Görkəmli  feyləsuf  Şarl  Monteskyenin 
fikrincə,  dağlıların  üstünlük  təşkil  edən  cəhəti  – 
azadlıqsevərlikdir. Onlar üçün dağlar yalnız zəruri 
Kim V.A. “Ooruk-Daş” 1991-ci il, kətan, yağlı boya. 72,7 x 92
21


həyat  şəraiti  deyil,  dağlar  öz  təsirini  idarəetmə 
formalarına  da  göstərir.  Dağlılar  digər  xalqlara 
nisbətdə  azadlığı  daha  çox  dəyərləndirir,  onlar 
üçün azadlıq – hətta həyatı bahasına müdafiəsinə 
qalxmağa  dəyən  yeganə  nemətdir,  bu  səbəbdən, 
azadlıq başlıca surətdə məhz yaşayış üçün narahat 
dağ ölkələrində hakimdir.  
Dağlarda  çoxəsrlik  həyat  təcrübəsi  qazanmış 
dağlı  xalqların  xasiyyəti  inadkardır,  onlarda 
əsrlər  boyu  istənilən  təbiət  bəlasına  qarşıdurma 
qabiliyyəti  yaranmışdır.  Dağlarda  sərt  həyat  tərzi 
əcdadlarımızı  dəyanətli  və  cəsur  olmağa  vadar 
etmişdir.  Yumşaq  xasiyyətlə  dağlarda  sağ  qala 
bilməzsən. Qırğızlar ünsiyyətdə açıq, bəzən hətta 
sadəlövh,  çox  məqamda  mövhumatçıdırlar.  Fəqət 
bizim  qonaqpərvərlikdə  tayımız  yoxdur.  Bu  tinət 
də  dağların  sərt  qanunları  ilə  hopdurulmuşdur  – 
burada  hər  insan  özünü  digəri  ilə  “eyni  kəndirlə 
bağlı”  hiss  edir.  Uşaqlar  amansız  dağ  şəraitində 
möhkəm və dözümlü böyüyürlər. Bəzən heç ayaq 
tutub  gəzməyi  bacarmadıqları  halda  gözlərini 
yummadan  qorxu-hürküsüz  yəhərə  –  böyüklərin 
tərkinə minirlər.   
Məni sadə bir ağsaqqalın mülahizələri heyrətə 
saldı.  Onun  rəyincə,  insanda  hər  şeydən  əvvəl 
xarakter, sonra dünyagörüşü formalaşır. Bu azmış, 
hər birimizin genlərimizə qoyulmuş qayə təbiətlə 
cilalanır.  Bu  kənd  müdriyi  mənə  bəyan  etdi  ki, 
duru  sudan  və  təmiz  havadan  insanda  mütləq  arı 
niyyətlər  yaranır,  torpağın  zənginliyindən  isə  – 
qəlbin  səxavəti.  Toxunulmamış  füsunkar  təbiətin 
qoynunda yaşayan insan özü ruhən gözəldir. İlahi 
aura isə onun nəinki ruhunu, habelə cismini paka 
çıxarır. 
Vaqiən,  dağlarda  məskən  salmış  insanlar 
nəinki  dəfələrlə  dözümlü,  fiziki  sağlam,  hər 
cürə  narahatlığa  sakit  yanaşan,  həmçinin  ruhən 
pakdırlar.  Onların  açıqlığı,  sadəliyi,  səxavəti  ana 
təbiətin özündən irəli gəlir. 
Qırğız xalqında əlçatmaz ucalıqlara meyl aydın 
təzahür  edir.  Bu  da  dağların  yaratdığı  səciyyəvi 
cəhətin  təcəssümüdür.  Eləcə  də  daxili  sərbəstlik, 
düşüncə  azadlığı.  Xalqımız  inanır  ki,  yalnız 
mənzərəli  füsunkar  dağlıq  yerlərdə  əsil  gözəl 
gəlinlər  doğulur.  İnanır  ki,  torpağın  və  təbiətin 
aurası  bütünlükdə  insanın  zahirdən  və  batindən 
gözəlliyi üçün böyük əhəmiyyət kəsb edir. 
Ehtişamlı  silsilələrlə  əhatələnmiş  vadidə 
doğulmuş  şəxs  kimi  mənim  üçün  dağlar  sadəcə 
zahirdən  soyuq,  bir-birinin  üstünə  yıxılmış 
susqun  qəmbər  yığnağı  deyil,  bura  mənim  isti 
evim,  Vətənimdir.  Doğulduqdan  sonra  uşaq, 
adətən,  ilk  növbədə  valideynlərini  və  yaxınlarını, 
sonra  isə  pəncərədən  görünəni  –  dağları  tanıyır. 
Dağlar – açılmış nəhəng qanadlara oxşayır. Məhz 
bizim  dağlarda  dağların  özündən  ucalıqlara  uçan 
berkut,  Tyan-Şan  hündürlüklərinin  şahı  –  qar 
bəbiri  məskundur.  Dağlar  –  qara  ayının,  qırmızı 
canavarın, bəzəkli kəkliyin, xoşbəxtlik quşu uların 
məskənidir... 
Qırğızıstanın  çoxəsrlik  tarixi  boyu  xalqımın 
idrakına müxtəlif etiqadlar hakim kəsilmişdir. Fəqət 
ən uzunömürlüsü təbiətə – yedizdirən və xilasedici 
anaya  xitabən  yönəldilmiş  bütpərəst  etiqad  oldu. 
Dağlarda, dağətəklərində məskunlaşmış qırğızların 
həyatı  batırların  sakitcə  torpaq  altına  getməsi, 
şeytanın  özü  ilə  qovğaya  girişməsi  və  oradan 
qorxu-ürkü  bilmədən  göylərə  qalxmasına  dair 
əsatir və əfsanələri həddən ziyadə çoxdur. Xalqıma 
xas  qayə  də  bundadır  –  cəmi  döyüşkən  kişilərin 
adlarının  birbəbir  siyahısını  özündə  ehtiva  edən 
genetik yaddaşı daşımaq. 
Qırğızıstanın dağlarında 600-dən artıq buzlaq 
saymaq  olar.  Onların  sahəsi  Qafqazın,  Alpın 
və  Dağlıq  Altayın  buzlu  çöllərinin  ümumilikdə 
götürəndə hamısına bərabərdir. Çatır-kul sırtlarında 
əbədi  buzların  qalınlığı  80  m-ə  çatır.  Unikal 
mağara  Saymaluu-Daş,  Toquz-Torouz  bölgəsində 
uzaq əcdadlarımızın bütpərəst etiqadları və bir çox 
özgə  mətləblərdən  uzun  zaman  bəhs  etmək  olar. 
Məs., tarixin və zamanın işarələrinin həkk olunmuş 
izləri  təki  silinməz  siluetlərin  çapıldığı  oxuyan 
daşlar  barədə.  Bu  qəmbərlər  təpəliklərin  dağlara 
keçid  bitişiyində,  çayların  asimanla  birləşdiyi 
məkanda səpələnmişdir... Təsadüfi deyil ki, Avropa 
təfəkkürünün  84  yaşlı  qanunvericisi  Humboldt 
bir dəfə artıq XIX əsrin ortalarında məşhur alim-
səyyah  Semyonov-Tyanşanskiyə  bildirmişdi: 
“Ancaq  Sizdən  Tyan-Şan  qayasının  qəlpəsini 
alandan sonra öləcəyəm”.   
İşimin  lap  əvvəlində  bir  fikir  mənə  rahatlıq 
vermirdi  –  balaca  ölkəmin  hər  bucağına  baş 
çəkməmiş  onun  gözəlliyini  əks  etdirmək 
mümkünsüzdür.  Və  işimə  görə  yüklənməyimə 
rəğmən,  qarşımda  respublikanı  qarış-qarış  gəzib 
hər  məşhur  bucağını  ziyarət  emək  məqsədini 
qoydum.
Yəqin ki, respublikamızın istənilən sakini kimi 
hər  şeydən  öncə,  İssık-Kul  regionu  ilə  tanışam. 
Məhz  burada  daima  özünə  cəzb  edib  çəkən 
müqəddəs göl-dəniz dalğalanır. Yolda ikən mərkəzi 
avtotrasdan azca aralı XIII əsrin unikal abidəsi – 
Buran qülləsi ucalır. Qüllə çoxlu sayda elmi işlərin 
tədqiqat  mənbəyidir  –  bu  işlər  haqqında  söhbət 
uzanıb bitməz. Gölün ətrafına cənubdan dolananda 
–  xoşbəxtlikdən,  dəfələrlə  etmişəm  –  nağılvari 
22


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə