Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə11/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   7   8   9   10   11   12   13   14   ...   111

əks  olunan  əsas  vaqiələrin  baş  verdiyi  Karkıra 
“durna”  dərəsindən  keçirdi.  Karkıra  dərəsindən 
gedəndə  banlarının  üzərində  Amerika,  Kanada, 
Türkiyə  və  bir  sıra  ölkələrin  bayraqcıqları 
dalğalanan əcnəbi avtomaşın karvanına rast gəldim. 
Mən heyrətlənməkdən çox, sevindim. Dağlarımızın 
gözəlliyi hamı üçün açıq və əlçatandır.
Diqqət  yetirdim  ki,  Xan-Tenqrinin  ətəyində 
insanların  xisləti  dəyişikliyə  uğrayır,  onlar 
həlimləşir,  mehribanlaşırlar.  Orada  tamamən  yad 
adamların  heyranlıqla  gülümsəyərək  bir-birinin 
əllərini sıxmasının, hətta qucaqlaşmalarının şahidi 
oldum.  Bu  xoş  ünsiyyətədə  tərcüməçilərə  sadəcə 
ehtiyac duyulmurdu.        
Biz  Karkıra  otlaqlarından  Xan-Tenqrinin 
ətəklərinə çatmağa bir saata qədər vaxt sərf etdik, 
lakin  ilin  dörd  mövsümündə  də  olduq.  Dərəyə 
yaxınlaşanda  adəti  üzrə  zəmilərdə  payız  məhsul 
yığımının şahidi olduq, Karkıra dərəsinin özündə 
isti yay hökm sürürdü, soyuq kumıs üçün ürəyimiz 
yanırdı.  Dağın  yamacında  yaz  ot-ələfinin  və 
kolluqların  çiçəkləməsinə  tamaşa  etdik,  zirvədə 
isə əbədi qış idi. Möcüzə! Belə şeyi bir də harada 
görmək olar? İlk dəfə Xan-Tenqrini görəndə isə elə 
sandım, Yaradan yanımda bulunur.   
Sən  demə,  Xan-Tenqrini  təkcə  qırğızlar 
müqəddəs  məkan  sanmırlar.  Bolqarlar  da  belə 
düşünürlər.  Tenqri  bolqar  dilindən  “Güclü 
göylərin tanrısı” kimi tərcümə olunur. Həqiqətən, 
deyəsən, Xan-Tenqri Torpaq-Ananın Səma-Ata ilə 
qovuşduğu məkandır. 
Bu  yaxınlarda  Bolqarıstan  baş  nazirinin 
inanılmış şəxsi Dimitr Dekev respublikamıza səfər 
etmişdi. Söhbətlərin birində qonaq vurğulamışdi ki, 
bolqarların  arasında  genetik  cəhətdən  qıpçaqlarla 
bağlı  şəxslər  yaşayır.  Qıpçaq  nəsli  isə  məlum 
olduğu kimi qırğızlara qohumdur. Beləliklə, bir çox 
bolqarın  Xan-Tenqri  zirvəsinin  uzaq  əcdadlarının 
vətəni sayması təsadüfi deyil.      
Hələ XIX əsrin ortasında müasir coğrafiyanın 
atası,  alman  alimi  Aleksandr  Humboldt  belə  bir 
fərziyyə  yürütmüşdü  ki,  Tyan-Şan  dağlarının 
mərkəzi  fəaliyyətdə  olan,  yainki  bu  yaxınlarda 
sönmüş  vulkanın  nəticəsində  yaranmışdır.  Həmin 
vaxtlarda  yerli  əfsanələr  və  hekayətlər  əsasında  
dumanlı şəkildə məlum olan Xan-Tenqri zirvəsi də 
bu qəbildən hesab edilir. 
1 300 il bundan əqdəm çinli buddist rahibi “min 
liyə uzanan” Səma dağlarını bu sayaq  təsvir edirdi: 
“Onların  yüzlərlə  dikdir  zirvəsi  var.  Dünyanın 
əzəlindən  burada  heç  zaman  əriməyən  qarlar 
yığılıb. Yolçuları burada əjdahalar basıb yeyir”.
Semyonov-Tyanşanskinin  yol  gündəliyindən 
sətirlər:  “Bizdən  dübbədüz  cənuba  haçansa 
gördüyüm dağ gədiklərinin arasında ən ehtişamlısı 
ucalırdı. Qarlı nəhənglərin ortasında biri lap yuxarı 
qalxır, qalanlarının arasında hündürlüyünə görə qar 
kimi bəyaz şişuclu ehram şəklində fərqlənirdi”. Bu 
piramidal nəhəng məhz Xan-Tenqri zirvəsi idi.  
...Yolumuz  Karkıra  dərəsindən  keçməklə 
səhər  erkən  qayıdırıq,  yenə  könlümüzə  soyuq 
kumıs düşür. Ev sahiblərinin şirin səhər yuxusuna 
haram  qatmaqdan  çəkinərək  yurtaların  qarşısında 
saxlamağa  ürək  etmirik. Ancaq  yurtaların  birinin 
yanında  ev  sahibinin  bizə  mehribanlıqla  əlini 
yellədiyini, ayaq saxlamağımız üçün dəvət etdiyini 
görürük. Salamlaşan ev sahibi kimliyimizi, haradan 
gəldiyimizi belə xəbər almadan yurtaya çağırıb təzə 
kumısa  qonaq  edir.  Mehmannəvaz  ev  sahiblərinə 
minnətdarlığımızı bildirib yolumuza davam edirik 
və hələ uzun müddət o adamları xatırlayırıq. Yoldan 
ötən, qətiyyən tanımadıqları yad adamları kumısa 
qonaq etməklə sübh ertədən yaxşı iş görməyə vaxt 
tapdıqları  üçün  cani-dildən  sevinən  insanların 
simaları gözümüzün önündən getmir.  
Bir dəfə dostum Osmonla Murat adlı çobanla 
söhbətləşirdik.  Murat  öz  həyatında  baş  vermiş 
vaqiəni, haçansa onunla sözləşmiş sərhədçi barədə 
bir  hekayəti  nəql  etdi.  Ovçu  səlahiyyətlərini 
mənimsəyən  sərhədçi  Muratı  sürüsünü  izin 
olmayan  yerdə  otarmaqda  günahlandırmışdı. 
Məsələ  gün  kimi  aydın  idi  –  qayda-qanun 
qulluqçusunun könlünə təzə qoyun əti düşmüşdü. 
Fəqət  Muratın  höcətliyi  tutdu.  Azad  dağların 
təmiz  aurası  şəraitində  anadan  olmuş  və  boya-
başa  çatmış  çoban  ilk  sözündən  sərhədçinin 
niyyətini tutaraq onun dediyi ilə hərəkət etməkdən 
imtina etdi. Hüquqlarının üstündə durub dediyinə 
nail  olan  çoban  sözü  sərhədçinin  birbaşa  üzünə 
dedi:  “Əzizim,  əsil  qırğız  belə  hərəkət  eləmir. 
Yaxınlaşıb  mərifətlə  xahiş  etsəydin,  sənə  nəinki 
qoyun verərdim, heç atı da əsirgəməzdim. Amma 
indi atımın yalından bircə tükü də sənə qıymaram. 
Əlvida!”    
Bu yalnız üzərində qarşılıqlı surətdə təmizlik 
və  mehribanlıqla  qələbə  çalmaq  mümkün  olan 
şərəfli insanın qürurunun və açıqlığının bariz canlı 
nümunəsidir.  Onun  əcdadları  belə  olmuşdur,  özü 
belə  böyüyüb  boya-başa  çatmışdır,  Allah  eləsin, 
övladları  da  belə  qalsınlar.  Dağların  arasındakı 
kövrək dünya yalnız bu tövr sadə və təmiz insanlara 
söykənir. 
Kənddə anadan olmuşam, məktəbi bitirənəcən 
orada valideynlərimlə yaşamışam. Orduda xidməti 
və universitetdə təhsili nəzərə almaqla son iyirmi 
beş ili Bişkekdə bulunuram. Bu, kənd sakinlərinin 
25


biz şəhərlilərə nisbətdə dəfələrlə səmimi, mülayim və 
səxavətli olduğu fikrinin təsdiqi üçün böyük paytaxt 
şəhərində yetərincə zaman kəsiyidir. 
İndi, doğma kəndə gələndə – heyif ki, belə səfərlər 
çox nadir hallarda ələ düşür – mən aydın surətdə həm 
təbiətin  gözəlliyini,  həm  insanların  mənəvi  saflığını 
görürəm. Məhz burada mən tamamən boşala və dincimi 
ala  bilirəm.  Təəccüblüsü  odur  ki,  kənddə  dolğun 
yuxuya  3-5  saat  kifayətdir,  sanki  qırğız  dağlarının 
havasına insan orqanizminə xoş təsir göstərən tilsimli 
eliksir hopmuşdur. Burada iri şəhərin dəli həyat ritmini 
duymursan.  Dağlarda  zaman  ləng  axır  və  bununla 
həyatı  uzadır.  Təbiətin  ağuşunda  sadəcə  yaşamırsan, 
yerin və göyün füsununda nazlanaraq həyatdan həzz 
alırsan.   
Torpağa  və  azadlığa  malik  xalq  xoşbəxtdir. 
Bizim də özümüzü bəxtəvər sanmağa ixtiyarımız var. 
Hərgah  bizim  əcdadlarımız  torpaqlarını  bu  dərəcədə 
sevməsəydilər,  çoxdan  neçə  əsrlik  tarixin  zülmət 
künclərində əriyib gedərdilər. Dağ qartalları balalarını 
uçuşa hazırlayan kimi, biz də əcdadlarımızın nəsihətləri 
əsasında övladlarımıza tərbiyə verir, onlara yaxşı həyat 
uğrunda arzulamaq öyrədirik.
Dağlar  –  xalqımın  neçə  minillik  tarixinin  canlı 
şahidləridir.  Yaman  vaxtlarda  onlar  xalqla  birgə 
ağlamış, tökülən iri göz yaşları şəklində daşlaşmışlar. 
Ehtimalən,  dağlarımızın  torpağı  əcdadlarımızın 
göz  yaşından  və  qanından  şoranlaşmışdır...  Həyat 
çiçəklənəndə  isə  dağlar  sevinir,  böyüyür,  göylərə 
ucalır, sevinc göz yaşları isə dağ göllərinə süzülür.   
Dağlar – nəhəng məbəddir, təbiət yaradıcılığının 
ali  formasıdır.  Dağlar  –  bizim  beşiyimiz,  irsimiz, 
variyyətimizdir.  Qırğız  dağlarının  dərinliklərində 
Mendeleyev cədvəlinin bütün elementləri gizlənmişdir. 
Bu, nəhəng var-dövlətdir və hələ Vətənin rifahına çox 
xidmət edəcək. 
Dağlar – sükut və hüzndür. Dağların aurası – parlaq 
lacivərdi asiman və təntənəli sükutdur. Dağ havası – 
təmiz, sərin, otların rahiyəsi hopmuş havadır. 
Dağ  cığırları  təhlükəlidir  və  həmişə  belə 
olmuşlar. Fəqət ulularımız onları bizim üçün, arxadan 
addımlayanlar  üçün  tapdamışlar.  Bu  cığırlar  –  ulu 
babalarımızın  salnaməsidir.  İzlərini  qoyduqca,  onlar 
uçurumdan uzaqlaşdıran, naz-nemətli vadiyə qısaldan 
düzgün  yolu  bizə  göstərmişlər.  Başlıcası  isə  –  hər 
belə  cığır  bulaq  başına  aparır.  Əfsus,  bu  cığırların 
dili  yoxdur,  əks  təqdirdə,  tariximizə  dair  bizi  çox 
mətləblərdən  hali  edərdilər.  Daha  mühümü  odur  ki, 
məhz bu dağ cığırları bizi magistral inkişaf əsas yoluna 
çıxardır. Zənnimcə, artıq əsil demokratiyanın və bazar 
münasibətlərinin başlanğıcındayıq.  
26


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə