SƏN MƏNİ ALDADA BİLMƏZSƏN, DÜNYA
Müəllif kitabın çapına görə Aqil Abbasəli oğlu Kərəmova
öz təşəkkürünü bildirir
REDAKTORU: f.e.n. Məfkurə Hüseynova
Sözün qədr-qiymətini həmişə uca tutan məhşur “Ulu Göyçə”, “Mən kiməm”, “Türkün
xilaskarı” poemalarının, “Göyçənin qisası qalır”, “Səttar oğlu” kimi tarixi sənədli romanların
müəllifi olan şair-yazıçı Eldar İsmayıl növbəti dəfə oxucularla görüşə “Sən məni aldada
bilməzsən, dünya”, şeirlər toplusu ilə gəlmişdir. Kitaba müxtəlif illərdə yazılmış şeirlər və iki
poema daxil edilmişdir. Vətən həsrəti, yurd sevgisi, xalq məhəbbəti, mənəvi-əxlaqi dəyərlərə
sədaqət kitabdakı şeirlərin əsas leytmotivini təşkil edir. “Sən məni aldada bilməzsən, dünya”
kitabı Eldar İsmayılın nəşr olunmuş sayca 27-ci çap əsəridir.
© “Nurlan” nəşriyyatı, 2006.
YAŞADIM
Keşməkeşli bir ömürə qoşuldum,
Qəmi sovub, sevincimə tuş oldum.
Yaydan ötüb, payız oldum, qış oldum,
Qışımı da bahar kimi yaşadım.
Nə yaşadım, Eldar kimi yaşadım!
Ürək
verdim ürəyimin oduna,
Əyilmədim vəzifələr adına.
Vələs olub çevrilmədim oduna,
Palıd kimi, çinar kimi yaşadım.
Nə yaşadım, Eldar kimi yaşadım!
El
təsivin şərəf-şana vermədim,
Namus qədər uca zirvə görmədim.
Cilddən cildə, dondan-dona girmədim,
Başı qarlı dağlar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Dedilər ki, talayanlar qazandı,
Qazan dibi yalayanlar qazandı.
Quyruğunu bulayanlar qazandı,
Əyilməyən vüqar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Qədərsizi
sən nə danla, nə dannan,
Uzaq gəzdim saxtakardan, nadannan.
Badalaqla uduzandan, udannan,
Yaltaq dostdan kənar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Yad daşını sinəm
ilə götürdüm,
Öz dərdimi öz içmə ötürdüm.
Vətən adlı cənnətimi itirdim,
İllər boyu ağlar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Haylı-küylü, ucuz şöhrət gəzmədim,
Harın gördüm ədasına dözmədim.
Yad bağından yad
çiçəyi üzmədim,
Bəhrə verən bağlar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Hər yerişim addım-addım soruldu,
Gülüşümə dar ağacı quruldu.
Türk deyəndə şah damarım vuruldu,
Yenilmədim, sağlar kimi yaşadım.
Nə yaşadım Eldar kimi yaşadım!
Haqsızlığı öz kürəmdə əritdim,
Gah "Dilqəm"də, gah "Kərəm"də əritdim.
Hər misramı saz kürəmdə əritdim,
Çaya döndüm, çağlar kimi yaşadım.
Nə yaşadım, Eldar kimi yaşadım!
Az olmadı
səs verənim səsimə,
Düz demədim öz səhfimə, tərsimə.
Qul olmadım tamahıma, nəfsimə,
Yol göstərən zəvvar kimi yaşadım.
Nə yaşadım, Eldar kimi yaşadım!
Keşməkeşli bir ömürə qoşuldum,
Qəmi sovub, sevincimə tuş oldum.
Yaydan ötüb, payız oldum, qış oldum,
Qışımı da bahar kimi yaşadım.
Nə yaşadım, Eldar kimi yaşadım!
3.01.2002.
ŞEİRİMİZİN GÖYÇƏ BÜRCÜ
Allahın taxt altında çoxlu xəzinəsi vardır.
Onların da açarı Ģer dilidir.
Məhəmməd Peyğəmbər.
Xalqımızın çoxəsrlik və zəngin tarixini min illərin sınağından çıxıb gələn poeziyasız
təsəvvür etmək olmaz. Əzəmətli poeziyamız əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə verilmiş, nə
qədər təzyiqlərə məruz qalsa da, öz saflığını itirməmiş, dövrümüzə qədər gəlib bizə çatmışdır.
Bununla yanaşı, müxtəlif səbəblərdən tarixin keşməkeşlərində itib-batmış və itirdiklərimiz də
çox olmuşdur. Şükürlər olsun ki, insan zəkasının misilsiz kəşfi olan kitablar həmişə xalq
tərəfindən müqəddəs sayılmış və qorunub saxlanılmışdır. Tariximizi saxtalaşdıranlar qayalara,
daşlara həkk olunmuş yazılarımızı, cünklər, risalələr şəklində davam etdirilmiş ədəbiyyatımızı
əlimizdən almaq üçün nələr etmədilər və indi də edirlər. Azərbaycan xalqının orta əsrlərdən bəri
böyük alimlərinin və ədiblərinin nəfis divanları bizi bu bəlalardan, o günlərdən bu günə kimi
hifz etmişdir.Azərbaycan ədəbiyyatı yüksək bəşəri idealları və sehirkar bədii xüsusiyyətləri ilə
müxtəlif əsrlərdə dünya ədəbiyyatının coğrafi baxımdan xəritəsini zənginləşdirmiş-
dir.Azərbaycan xalq yaradıcılığı və klassik ədəbiyyatı müqəddəs bir xəzinədir. Yazılı
ədəbiyyatdan xeyli əvvəl dilimizdə şifahi xalq ədəbiyyatının yaranması inkar edilməzdir.Sözsüz
qüvvətli folklor ədəbiyyatı poeziyamızın yaranmasına böyük təsir göstərmişdir. Sonsuz bir mə-
həbbətlə sevdiyim və imkan düşdükcə topladığım bu sərvət Eldar İsmayılın doğulduğu ocaqda ər
kişilərdən olan Ələsgər kişinin, xanımlar xanımı Səkinə ananın müqəddəs ocağında daha bariz
şəkildə baş qaldırdı və XXI əsrin başlanğıcında folklorumuzun cəfakeş qoruyucusu, bilicisi,
sanballı folklorşünas alimimiz mənim dostum, qardaşımız filologiya elmləri doktoru Hüseyn
İsmayılov qoymadı ki, bu çıraq sönsün. Eldar İsmayıl misralarının sehri məni həmişə əfsunlamış
və mən bu poeziyanın dərinliklərinə baş vurduqca uzun bir səyahətin yolçusu oluram və bütün
türk dünyasını gəzirəm. Eldar İsmayıl - şair, publisist, curnalist, yazıçı - biri-birini tamamlayan
həqiqətdir.Mən bu kitaba ön söz yazmaq təklifini alanda Eldar İsmayılın mənə olan saf
duyğuları, qardaş məhəbbəti gözümün önünə gəldi və onun saflığına, paklığına zərrə qədər
şübhəm olmadığı üçün ona qarşı sevgimi bütün Eldar sevənlərlə bölmək istədim, ürəyimi
boşaltdım. Onun poeziyası barəsində söz demək böyük bir qəlbin çırpıntılarını duymaq,
Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq kitabını oxumaq deməkdir. Eldar İsmayıl haq-
qında danışmaq isə qüdrətli bir şairin, o taylı, bu taylı vətəninə, dilinin əzbəri olan Göyçəyə,
bütün Azərbaycana vurğunluğu deməkdir.