TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə18/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   14   15   16   17   18   19   20   21   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      39 
olursa-olsun  mətləbinə  çatmaz".  (Ta  ha  69).  "Sehrbazlar  (dünya  və  axirətdə) 
nicat tapmazlar". (Yunus 77).  
8)  Müsəlmanların  əleyhinə  olub  müşriklərə  (kafirlərə)  kömək  etmək. 
Kafirlərə olunan hər bir köməyin İslamdan çıxartması barəsində alimlər ixtilaf 
etmişlər?  Saleh  Əli  Şeyx  – Allah onu qorusun – deyir:  "Kim niyyətində  (qəsdli) 
olaraq  müsəlmanlara  qalib  gəlmələri  üçün  müşriklərə  kömək  edirsə  kafirdir. 
Kim niyyəti olmadan hər hansı bir (dünya) səbəbinə görə onlara kömək edirsə 
kafir  deyildir".  Dörd  məzhəb  imamı,  İbn  Teymiyyə,  İbn  Qeyyim   
müsəlmanlara  qarşı  (niyyəti)  olmadan  kafirlərə  kömək  edəni  kafir 
saymamışlar.  Həmçinin,  İmam  Təhavi   bu  məsələdə  icmanın  olduğunu  da 
gətirir.  Peyğəmbər    Məkkəyə  döyüşsüz  və  müqavimətsiz  girmək  istəyirdi. 
Lakin  Bədrdə  iştirak  edən  müsəlmanlardan  biri  Hatib  ibn  Əbi  Bəltəa   
Məkkədə olan  müşriklərdən  bir qrupuna  Peyğəmbərin   Mədinədən çıxması 
haqda  bir  qadın  vasitəsilə  məktub  göndərir.  Peyğəmbər    Əlini,  Zubeyri  və 
Miqdadı    bu  qadının  ardı  ilə  göndərdi.  Səhabələr  məktubu  götürərək 
Peyğəmbər    yanına  gəldilər.  Peyğəmbər    buyurdu:  "Ey  Hatib,  bu  nədir?" 
Hatib dedi: "Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə 
başa  salaram.  Bilirsiniz  ki,  Qureyş  arasında  qohum-əqrabası  olmayan 
birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada 
əqrabaları  vardır  ki,  onların  mallarını  və  ailələrini  qoruyurlar.  Lakin  mənim 
malımı  və  ailəmi  orada  qoruyacaq  bir  kimsə  yoxdur.  Ona  görə  də  onlardan 
ailəmin  qorunması  üçün  təminat  almaq  istədim.  Yoxsa  bu  işi  kafir 
olduğumdan,  dindən  döndüyümdən,  İslama  girdikdən  sonra  küfrə  riza 
göstərdiyimdən  dolayı  etməmişəm.  Belə  bir  şey  ağlımdan  belə  keçməyib". 
Peyğəmbər  :  "Bu  adam  sizə  doğru  söylədi"-  deyə  buyurdu.  Ömər:  "Ya 
Rəszulullah!  Artıq  o,  Allaha,  Rəsuluna  və  möminlərə  xəyanət  etmişdir.  Məni 
burax bu münafiqin boynunu vurum"- dedi. Peyğəmbər : "Nə bilirsən bəlkə 
də  Bədrdə  iştirak  edən  səhabəni,  Allah  Bədr  əhlinə  tanıdığına  görə 
buyurmuşdu: “İstədiyinizi edin, Mən sizi bağışladım". Bundan sonra ayə nazil 
oldu:  “Ey  iman  gətirənlər!  Mənim  düşmənimi  də,  öz  düşməninizi  də  özünüzə 
dost  tutmayın!  Onlar  sizə  gələn  həqiqəti  inkar  etdikləri  halda,  siz  onlara 
mehribanlıq  göstərib  sirrinizi  açıb  deyirsiniz.  Rəbbiniz  olan  Allaha  iman 
gətirdiyiniz  üçün  onlar  Peyğəmbəri  və  sizi  yurdunuzdan  qovub  çıxardırlar. 
Əgər  siz  Mənim  yolumda  və  Mənim  razılığımı  qazanmaq  uğrunda  cihada 
çıxmısınızsa,  onlara  gizlində  mehribanlıq  göstərirsiniz.  Mən  sizin  gizli 
saxladığınızı  da,  aşkar  etdiyinizi  də  bilirəm.  Sizlərdən  kim  bunu  etsə,  doğru 
yoldan  sapmış  olar”.  (əl-Mumtəhənə  1).  Peyğəmbər    bu  ayəni  oxuduqdan 
sonra Ömərin  gözləri yaşardı və o dedi: "Allah və Onun Rəsulu daha gözəl 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      40 
bilir".
75
 Əbu  Bəltəanın    kafirlərə  olan  bu  köməyi  küfr  əməl  deyildir.  Çünki 
Peyğəmbər : "Bu adam sizə doğru söylədi"- deyə buyurdu. Lakin niyyətində 
kafirlərin  qalib  gəlməsini  istəsəydi  onda  küfr  etmiş  olardı.  Bu  haqda  Şeyx 
Useymin    əl-Maidə  surəsinin  təfsirində,  həmçinin  Saleh  əl-Fovzan  –  Allah 
onu qorusun – "İslamı pozan şərtlər" kitabının şərhində danışır. Muvalat – insan 
kafirləri  (dinə  görə  deyil)  dünyəvi şeylərə  görə  sevir,  bu  böyük  günahdır.  Bu 
dindən  çıxarmır.  Təvəlli  –  onların  dinlərini  sevərsə  ki.  Onlar  müsəlmanlar 
üzərində qalib gəlsinlər, müşriklərin dini izhar olsun. Bu dindən çıxardır.  
9)  Xızır    Musanın    şəriətinə  tabe  olmadığı  kimi,  bir  kimsənin 
Peyğəmbərin    şəriətinə  tabe  olmamağın  (kənara  çıxmağın)  mümkün 
olduğunu söyləyərsə, kafir olur. Bu Sufilərin əqidəsidir. Onlar qeyd edirlər ki, 
insan  dində  yəqinliyə  çatdıqda,  artıq  Peyğəmbərin    şəriətindən  çıxaraq 
müəyyən  şeyləri  etməyə  də  bilər.  Dəlilləri  də  Xızırın    Musanın   
şəriətindən  kənara  çıxmasıdır.  Nə  üçün?  Çünki,  o,  övliya  idi.  Cavab:  1)  Xızır 
  övliya  deyil,  Peyğəmbər  idi.  2)  Musa    Bəni  İsrailə  göndərilmiş 
Peyğəmbər idi, Xızır   isə Bəni İsrailə deyil başqa bir qövmə göndərilmişdi. 
Həmçinin:  "Yəqinlik  gələnə  qədər  Rəbbinə  ibadət  et"  ayəsidir.  Lakin  İbn 
Teymiyyə  icmada olanı dəlil gətirir ki, bu ayədə olan yəqinlik ölüm gələnə 
qədər deməkdir: "Kim İslamdan başqa bir din ardınca gedərsə (o din) heç vaxt 
ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar". (Ali İmran 85).  
10)  Allahın  dinindən  üz  döndərmək,  öyrənməmək  və  əməl  etməmək: 
"Rəbbinin  ayələri  ilə  öyüd-nəsihət  verildikdən  sonra  onlardan  üz  döndərən 
kəsdən daha zalim kim ola bilər? Biz şübhəsiz ki, onlardan intiqam alacağıq". 
(əs-Səcdə 22). Bu ayədə üz çevirməklə insanın müsəlman olmaması qəsd edilir.  
Bütün Bunlardan Allaha Sığınıram! 
 
                                                        
75
 əl-Buxari 7/ 592.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə