TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə13/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   9   10   11   12   13   14   15   16   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      29 
tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar”. (ən-
Nisa 65).
 
Peyğəmbər    buyurdu:  "Sizdən heç  bir kimsənin  nəfsi-istəyi  mənim 
gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz".
44
 “Allah və Peyğəmbəri bir işi 
hökm  etdiyi  zaman  heç  bir  mömin  kişiyə  və  qadına  öz  işlərində  başqa  yol 
seçmək  (öz  ixtiyarları  ilə  ayrı  cür  hərəkət  etmək)  yaraşmaz.  Allaha  və  Onun 
Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (əl-
Əhzab  36).  “Əgər  sənə  (sənin  bu  təklifinə)  cavab  verməsələr,  bil  ki,  onlar  öz 
nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan 
(Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! 
Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!” (əl-Qəsəs 50). 
 
QƏBUL 
 
Bu  kəlimənin  gətirdiyi  hər  bir  şeyi  qəbul  etmək  və  inkara  əsla  yol 
verməmək,  Allaha  ibadət  etmək  və  şirki  inkar  etməkdir:  “Onlara  Allahdan 
başqa  heç  bir  ilah yoxdur  - deyildiyi  zaman  təkəbbür  göstərirdilər”. (əs-Saffət 
35).  “Biz  səndən  əvvəl  hansı  bir  şəhərə  xəbərdarlıq  edən  bir  peyğəmbər 
göndərdiksə,  onun  cah-calal  içində  yaşayan  sakinləri:  "Biz  atalarımızı  bu 
yolda gördük və biz də onların  yolunu tutub gedəcəyik!"– dedilər”. (əz-Zuxruf 
23).  Abdullah  ibn  Məsud    deyir  ki:  “Kim  Qurani-  Kərimin  bir  hərfini  belə 
inkar edərsə (küfr) bütün kitaba qarşı küfr etmişdir”.
45
  
Bu sadaladığımız şərtlər Lə İləhə İlləllah kəlməsinin ayrılmaz bir hissəsidir. 
Bu  şərtlər  üzərində  düşünüb  fikirləşmək,  onlara  lazımı  qaydada  əməl  etmək 
isə sizin üzərinizə düşən bir haqdır. Çünki, biz dünya və axirətimizi yalnız bu 
kəlməni  öyrənib,  ona  düzgün  əməl  etməklə  xoşbəxt  və  firavan  edə  bilərik. 
Ubadə  İbn  Samit    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  Allahdan 
başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir 
şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın 
qulu  və  elçisi  olduğuna,  Məryəmə  göndərdiyi  kəlməsi  və  Ondan  gəlmə  ruh 
olduğuna,  Cənnətin  haqq,  Cəhənnəmin  də  haqq  olduğuna  şahidlik  etsə,  nə 
əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə 
daxil  edər”.  Başqa  rəvayətdə  Rəsulullah    buyurur:  "Cənnətin  səkkiz 
qapısından  hansından  istərsə,  onu  oradan  içəri  salar".
46
 Əbu  Səid  əl-Xudri   
rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  "Musa    öz  Rəbbinə  dedi:  "Ey 
Rəbbim! Mənə  elə  bir  kəlimə öyrət  ki,  Səni onunla yada salım  və  dua  edim". 
                                                        
44
 İbn Həcər "Fəthul-Bəri" 13/ 289, İbn  Rəcəb "Cəmiul-Ulum  vəl Hikəm"  s. 338, İbn Əbi Asim  "əs-Sünnə" 1/ 
12,13.  
45
 AbdurRazzaq 8/ 472.  
46
 əl-Buxari 
 
3435 , Muslim 28.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      30 
Allah:  "Ey  Musa!  De:  "Lə  İləhə  İlləllah"  deyə  buyurdu.  Musa    dedi:  "Ey 
Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni Lə İləhə İlləllah - deyir". Mənə 
xas  olan  bir  kəliməni  istəyirəm.  Allah:  "Ey  Musa!  Əgər  yeddi  qat  göyü  və 
yeddi  qat  yeri  (və  Məndən  başqa)  əhli  ilə  bir  yerdə  tərəzinin  bir  gözünə,  Lə 
İləhə  İlləllah  kəlməsini  tərəzinin  digər  bir  gözünə  qoysalar  bu  kəlimə  ağır 
gələr".
47
 Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  biz  Peyğəmbərin    yanında 
oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir 
cübbə  var  idi.  O  gəlib  Peyğəmbərin    başının  üstə  durub  dedi:  “Sizin 
qardaşınız  hər  bir  adlı-sanlı  adamı  alçaldır,  yaxud  hər  bir  adlı-sanlı  adamı 
alçaltmaq  istəyir  və  hər  bir  çobanı  ucaldır.  Peyğəmbər    onun  cübbəsinin 
ətəyindən  tutub  dedi:  “Məgər  mən  sənin  əynində  ağılsız  adamın  geydiyi 
libasın  olduğunu  görmürəm?”  Sonra  (sözünə  davam  edib)  dedi:  “Allahın 
peyğəmbəri  Nuh    vəfat  edərkən  oğluna  belə  demişdi:  “Mən  sənə 
vəsiyyətimi  söyləyirəm:  Sənə  iki  şeyi  əmr  edir  və  iki  şeyi  qadağan  edirəm. 
Sənə “Lə ilahə illəllahı” əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir 
gözünə və “Lə ilahə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır 
gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı,  “Lə 
ilahə  illəllah”  onu  sındırardı.  (Həmçinin)  Sübhanəllah  və  bihamdihi 
kəlmələrini  (əmr  edirəm).  Çünki,  bu  kəlmələr  hər  şeyin  duasıdır.  Bunun 
sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərik 
qoşmağı və təkəbbürlük etməyi. (Peyğəmbərə ) deyildi ki: “Ey Allahın Elçisi! 
Bu  şirki  bildik.  Bəs  təkəbbürlük  nədir?  Məgər  birimizin  özündə  olan  (gözəl) 
əbasını  geyməsi  təkəbbürlükdürmü?”  (Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab 
verdi. (Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması 
təkəbbürlükdürmü?”  (Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab  verdi.  (Kişi)  dedi: 
“Məgər  birimizin  minəcək  heyvana  sahibi  olması  təkəbbürlükdürmü?” 
(Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab  verdi.  (Kişi)  dedi:  “Məgər  birimizlə 
oturub-duran  dostların  olması  təkəbbürlükdürmü?  (Peyğəmbər  ):  “Xeyr”- 
deyə  cavab  verdi.  (Kişi)  dedi:  “Bəs  təkəbbürlük  nədir,  ya  Rəsulallah?” 
(Peyğəmbər ) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”.
48
 Abdullah 
İbn  Amr İbn  əl-As    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu: “Ümmətimdən 
olan  bir  kişi  Qiyamət  günü  məxluqatın  qarşısına  çağırılacaq  və  ona  doxsan 
doqquz  ədəd  kitab  göstəriləcək.  Hər  bir  kitabın  ölçüsü  gözün  gördüyü  son 
məsafəyə qədər olacaq. Sonra Allah  buyuracaq: “Bunlardan hansınısa inkar 
edə  bilərsənmi?  (Əməlləri)  yazan  gözətçi  mələklərim  sənə  zülm  ediblərmi?”. 
O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Bu qədər kitabın qabağında sənin 
                                                        
47
 İbn Hibban 6218, Həkim 1936, Nəsəi “Sunənul-Kubra” 10670, 10980, Əbu Yala “Müsnəd” 13993, əl-Bəğavi 
1273, İbn Həcər “Fəth” 11/208, Şueyb Arnavut “Zəif”.  
48
 Buxari "Ədəbul Mufrad" 548, əl-Albani «Səhih».  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə