Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

241.3. Yükün kontribusiya dəyəri yükün boşaldılma anına yükalana təqdim olunan 
hesabda müəyyən edilmiş dəyərə əsasən, hesab olmadıqda isə — yükün göndərilmə 
anında olan dəyəri əsasında müəyyənləşdirilir. Yükün dəyərinə sığorta və fraxt xərcləri 
də, əgər fraxt yük sahibinin riskində deyilsə, daxildir. Yükün boşaldılanadək və ya 
boşaldılması zamanı zədələnməsi və ya məhv olması ilə əlaqədar vurulan bütün zərərin 
məbləği yükün dəyərindən çıxılır. 
241.4. Təyinat yerinin yaxınlığında satılmış yükün kontribusiya dəyəri yükün satışından 
əldə edilən xalis məbləğə ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilən məbləğ 
əlavə edilməklə müəyyənləşdirilir. 
241.5. Gəminin kontribusiya dəyəri ümumi qəza halı anında gəminin berbout-çarter və ya 
taym-çarter üzrə fraxta götürülməsindən asılı olmayaraq müəyyənləşdirilir. 
241.6. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən, gəmi sahibinin riskində olan 
fraxt və sərnişinlərin gediş haqqından fraxt və gediş haqqını almaq məqsədi üçün çəkilən 
xərclər, o cümlədən gəmi heyəti üzvlərinin əmək haqlarına çəkilən xərclər çıxılır. Bu 
həmin xərclərdir ki, əgər gəmi və yük ümumi qəzanın yaranmasına səbəb olan şəraitdə 
məhv olsa idi, onları çəkmək lazım gəlməzdi və bunlar ümumi qəzaya aid edilə bilməzdi. 
241.7. Əmlakın kontribusiya dəyəri və ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi 
ödənilən zərərin örtülməsi üçün ödənişlər müəyyənləşdirilərkən, sərnişinlərin 
konosament əsasında daşınmayan baqajı, o cümlədən müşayiət etdikləri avtomobillər və 
başqa şəxsi əşyalar nəzərə alınmır. 
Maddə 242. Dispaşa və dispaşerlər  
Maraqlı şəxslərin bildirişi ilə ümumi qəzanın mövcudluğu və onun bölüşdürülməsi üzrə 
hesablaşmalar (dispaşa) dəniz hüququ sahəsində bilik və təcrübəsi olan şəxslər 
(dispaşerlər) tərəfindən müəyyən edilir. 
Maddə 243. Dispaşanın tərtib edilməsi üçün lazım olan materiallar və sübutlar  
243.1. ümumi qəzanın bölüşdürülməsini tələb edən tərəf elan edilmiş zərərin həqiqətən 
ümumi qəza kimi tanınmasını sübut etməlidir. 
243.2. Dispaşanın tərtib edilməsi ilə mənafeləri toxunula bilən şəxs ümumi dəniz tədbiri 
başa çatdıqdan sonra on iki ay ərzində dispaşerə əvəzinin ödənilməsini tələb etdiyi itki və 
xərclər barədə yazılı bildiriş verir. Belə bildiriş verilmədikdə, dispaşer dispaşanı onda 
olan məlumat əsasında tərtib edə bilər. Bu halda dispaşa yalnız onun açıq-aşkar düzgün 
olmaması əsasında mübahisə edilə bilər. 
243.3. Dispaşa tərtib edilərkən həlli xüsusi biliklər tələb edən suallar ortaya çıxarsa, 
dispaşer müvafiq rəyin hazırlanmasını təyin etdiyi ekspertə həvalə edə bilər. Dispaşer 
belə rəyi digər sübutlarla birlikdə qiymətləndirir. 
243.4. Əsasında dispaşanın tərtib edildiyi materiallar tanışlıq üçün açıq olmalıdır və 
dispaşer maraqlı olan şəxslərin tələbi ilə və onların hesabına bu materialların təsdiq 
edilmiş surətlərini verməlidir. 
Maddə 244. Dispaşanın tərtib edilməsi üçün vəsaitin toplanması  


Dispaşanın tərtib edilməsi üçün dispaşaya daxil edilən vəsait toplanır. ümumi qəzada 
vəsait iştirak paylarına mütənasib olaraq bütün maraqlı şəxslər arasında bölüşdürülür. 
Maddə 245. Dispaşada düzəlişlərin aparılması və dispaşanın mübahisə edilməsi  
245.1. Dispaşa reyestrində dispaşa qeydiyyatdan keçdikdən sonra hesablaşmalarda aşkar 
edilən səhvlər dispaşerin öz təşəbbüsü ilə və ya aralarında ümumi qəzanı bölüşdürən 
şəxslərin ərizəsinə əsasən dispaşa əlavənin (addendumun) tərtib edilməsi vasitəsi ilə 
düzəldilə bilər. Belə əlavə dispaşanın tərkib hissəsi hesab edilir. 
245.2. Maraqlı şəxslər dispaşanı və ya onun əlavəsini aldıqları gündən altı ay ərzində, 
iddia ərizəsinin surətini dispaşerə göndərib onu mütləq xəbərdar etməklə, dispaşanı 
məhkəmə yolu ilə mübahisə edə bilərlər. 
245.3. Dispaşerin dispaşa barədə mübahisənin məhkəmə baxışında iştirak etmək və işin 
mahiyyəti üzrə izahatlar vermək hüququ var, zəruri olan hallarda isə bu onun borcudur. 
XVII fəsil. Gəmilərin toqquşmasından vurulan zərərin 
əvəzinin ödənilməsi 
Maddə 246. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
246.1. Dəniz gəmiləri, habelə dəniz gəmiləri ilə digər gəmilər toqquşduqda bu gəmilərə, 
onlarda olan insanlara, yükə və ya başqa əmlaka vurulan zərərin əvəzi bu fəsildə 
müəyyən edilmiş qaydalara müvafiq olaraq ödənilir. Bir gəmi digər gəmiyə və ya həmin 
gəmidə olan insanlara, yükə və ya digər əmlaka manevr etmək və ya etməməklə, yaxud 
üzgüçülük qaydalarına riayət etməməklə zərər vurmuşdursa, bu zaman gəmilər 
toqquşmadıqda belə, göstərilən qaydalar tətbiq edilir. 
246.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydalar, hərbi gəmilər, yardımçı hərbi gəmilər 
(sərhəd gəmiləri istisna olmaqla) Azərbaycan Respublikasının mülkiyyətində olan və 
toqquşma zamanı qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə şamil 
edilir. 
Maddə 247. Məsuliyyəti istisna edən hallar  
247.1. Gəmilərin toqquşması təsadüfən və ya qarşısıalınmaz qüvvə nəticəsində baş 
verdikdə, yaxud toqquşmanın səbəblərini müəyyənləşdirmək mümkün olmadıqda, zərəri 
zərərçəkən tərəfi çəkir. 
247.2. Bu Məcəllənin 247.1-ci maddəsində müəyyən edilmiş qayda gəmilər və ya 
gəmilərdən biri toqquşma zamanı lövbərdə olduğu və ya digər üsulla bağlandığı halda da 
tətbiq edilir. 
Maddə 248. Gəmilərin toqquşmasının baş verməsində təqsir  
248.1. Gəmilərin toqquşması gəmilərdən birinin təqsiri nəticəsində baş verdikdə, zərəri 
toqquşmanın baş verməsində təqsiri olan tərəf çəkir. 
248.2. Gəmilərin toqquşması iki və ya artıq gəminin təqsiri nəticəsində baş verdikdə, 
zərərə görə hər bir gəminin məsuliyyəti onun təqsirinin dərəcəsinə müvafiq olaraq 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə