Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

Maddə 206. İkiqat sığorta  
206.1. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta 
məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq olduğu halda (ikiqat sığorta), 
bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər 
bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış 
müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə mütənasib olan miqdarında 
məsuliyyət daşıyır. 
206.2. Əgər gəmi sahibinin bir məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat 
sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə müəyyənləşdirilmiş məsuliyyətinə 
müvafiq olan miqdarda məsuliyyət daşıyır. 
Maddə 207. Dəniz sığorta müqaviləsi bağlananadək zərərin yaranması və ya 
olmaması  
207.1. Dəniz sığorta müqaviləsi bağlananadək əvəzi ödənilməli olan zərərin yaranma 
ehtimalı keçibsə və ya bu zərər artıq yaranıbsa, müqavilə qüvvəsini saxlayır. Əgər 
sığortaçı müqaviləni bağlayarkən sığorta hadisəsinin baş vermə mümkünlüyünün istisna 
olduğunu bilirsə və ya bilməli idisə, yaxud sığortalı və ya faydalanan şəxs artıq yaranmış 
zərər barədə bilirsə və ya bilməli idisə, sığorta müqaviləsi belə hallar barədə məlumatı 
olmayan tərəf üçün məcburi deyil. 
207.2. Dəniz sığorta müqaviləsinin icra olunması sığortaçı üçün məcburi olmayan halda 
da sığorta haqqı ona çatır. 
Maddə 208. Baş sığorta şəhadətnaməsi  
Xüsusi razılaşmaya əsasən (baş sığorta şəhadətnaməsi) sığortalının müəyyən müddət 
ərzində göndərdiyi və ya aldığı bütün yüklər və ya yüklərin məlum olan növləri 
sığortalana bilər. 
Maddə 209. Yüklər haqqında məlumat  
209.1. Sığortalı baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yükün hər bir 
göndərilməsi ilə əlaqədar olan bütün zəruri məlumatları alan kimi, xüsusilə yükün 
daşındığı gəminin adı, yükün daşındığı yol və sığorta dəyəri, dərhal sığortaçıya 
bildirməyə borcludur. 
209.2. Sığortalı kobud ehtiyatsızlıq üzündən yüklərin ayrı-ayrı göndərilməsi ilə bağlı olan 
zəruri məlumatların sığortaçıya vermədikdə və ya vaxtında vermədikdə, sığortaçı 
yüklərin belə göndərilməsinə münasibətdə zərərin əvəzini ödəməkdən imtina edə bilər. 
Bununla belə, sığortaçı məlumatların vaxtında və tam şəkildə veriləcəyi təqdirdə ona 
çatacaq bütün sığorta haqqına olan hüququnu saxlayır. 
209.3. Sığortalı qəsdən yüklərin ayrı-ayrı göndərilməsi barədə zəruri məlumatları 
vermədikdə və ya vaxtında vermədikdə, yaxud yükün növünü və ya onun sığorta 
məbləğini düzgün göstərmədikdə, sığortaçının baş sığorta şəhadətnaməsi üzrə 
sığortalamadan imtina etmək hüququ vardır. Bununla belə, sığortaçı sığortalının 
müqaviləni vicdanla icra edəcəyi təqdirdə ala biləcəyi sığorta haqqına olan hüququnu 
saxlayır. 


Maddə 210. Yüklərin ayrı-ayrı göndərilməsinin sığorta şəhadətnamələri və ya 
sığorta sertifikatları  
210.1. Sığortaçı sığortalının tələbi ilə baş sığorta şəhadətnaməsinin təsiri altına düşən 
yüklərin ayrı-ayrı göndərilməsinə dair şəhadətnamələr və ya sığorta sertifikatları verməyə 
borcludur. 
210.2. Yüklərin ayrı-ayrı göndərilməsinə dair sığorta şəhadətnaməsinin və ya sığorta 
sertifikatının məzmunu baş sığorta şəhadətnaməsinə uyğun gəlmədikdə, üstünlük sığorta 
şəhadətnaməsinə və ya sığorta sertifikatına verilir. 
Maddə 211. Sığortalının və ya faydalanan şəxsin təqsiri  
Sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və 
ya kobud ehtiyatsızlıq) nəticəsində vurduqları zərərə görə sığortaçı məsuliyyət daşımır. 
Maddə 212. Sığortaçının məsuliyyətdən azad edilməsi  
212.1. Gəmini sığortalayarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən 
hallardan başqa, aşağıdakı hallarda vurulmuş zərərin əvəzinin ödənilməsinə görə 
məsuliyyət daşımır: 
212.1.1. əgər dəniz üzgüçülüyünə yararsız vəziyyət zahirən görünməyən 
qüsurlardan irəli gəlmirsə, gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətdə yola 
salınması; 
212.1.2. gəminin və onun ləvazimatının zamandan və ya adi istifadədən köhnəlib 
xarab olması; 
212.1.3. sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin 
xəbəri olmaqla, lakin sığortaçıdan xəbərsiz gəmiyə partlamaq və özündənalışma 
təhlükəsi olan maddə və predmetlərin yüklənməsi. 
212.2. Yük və ya gözlənilən mənfəət sığortalanarkən sığortaçı, bu Məcəllənin 211-ci 
maddəsində göstərilən hallardan başqa, əgər zərərin aşağıda göstərilən hallar nəticəsində 
vurulduğunu sübuta yetirə bilsə, vurulan zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət 
daşımır: 
212.2.1. yükgöndərənin və ya yükalanın, yaxud onların nümayəndələrinin təqsiri 
(qəsdən və ya kobud ehtiyatsızlığı); 
212.2.2. yükün təbii xüsusiyyətləri (korlanma, azalma, paslanma, kiflənmə, axma 
və ya sınma, özündənalışma və s.); 
212.2.3. yükün lazımi qaydada qablaşdırılmaması. 
212.3. Fraxt sığortalanarkən müvafiq olaraq bu Məcəllənin 212.1 və 212.2-ci 
maddələrində müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. 
212.4. Əgər bu Məcəllədə müəyyən edilmiş qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, 
sığortaçı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirkləndirilmə nəticəsində vurulan 
zərərə görə məsuliyyət daşımır. 


212.5. Sığortaçı hərbi əməliyyatlar, dəniz quldurluğu, xalq iğtişaşları, tətillər, habelə 
müvafiq orqanların qərarı ilə gəminin və ya yükün müsadirəsi, rekvizisiyası, həbs və ya 
məhv edilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşımır. 
Maddə 213. Sığorta riskinin dəyişməsinin nəticələri  
213.1. Sığortalı və ya faydalanan şəxs sığorta obyektində və ya sığorta obyektinə 
münasibətdə baş verən hər hansı bir ciddi dəyişiklik (normadan artıq yükləmə, daşınma 
üsulunun və boşaldılma limanının dəyişdirilməsi, şərtləşdirilmiş və ya həmişəki yoldan 
kənara çıxma və s.) haqqında məlumatı olan kimi sığortaçıya dərhal bu barədə xəbər 
verməlidir. 
213.2. Riski artıran hər hansı bir dəyişiklik, əgər bu, insanların, gəmilərin və ya yüklərin 
xilas edilməsi, yaxud səfərin təhlükəsiz davam etdirilməsi ilə əlaqədar deyildirsə, 
sığortaçıya dəniz sığorta müqaviləsinin şərtlərinə yenidən baxmaq və ya əlavə sığorta 
haqqının verilməsini tələb etmək hüququ verir. 
213.3. Sığortalı və ya faydalanan şəxs bu Məcəllənin 213.1-ci maddəsində müəyyən 
edilmiş vəzifəni icra etmədikdə, sığortaçı ciddi dəyişikliklərin baş verdiyi andan dəniz 
sığorta müqaviləsinin icrasından azad edilir. Sığortalı və ya faydalanan şəxs göstərilən 
vəzifəsini icra etməməkdə təqsiri olmadığını sübuta yetirə bilməsə, bütün sığorta haqqı 
sığortaçıya qalır. 
Maddə 214. Zərərin qarşısının alınması və ya azaldılması  
214.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya azaltmaq 
məqsədi ilə yaranmış vəziyyətdə mümkün olan və ağlabatan tədbirləri görməyə 
borcludur. o, sığortaçıya sığorta hadisəsinin baş verdiyi barədə ləngimədən məlumat 
verməli və sığortaçının göstərişləri olduqda, belə göstərişlərə əməl etməlidir. 
214.2. Əgər sığortalı və ya faydalanan şəxs qəsdən və ya kobud ehtiyatsızlığı səbəbindən 
zərərin qarşısını almaq və ya azaltmaq üçün tədbirlər görməyibsə, sığortaçı vurulan 
zərərə görə məsuliyyətdən azad edilir. 
Maddə 215. ümumi qəza üzrə ödənişlərin təminatı  
Sığortaçı sığortalının və ya faydalanan şəxsin tələbi ilə sığorta məbləği miqdarında 
sığorta şərtləri ilə təmin edilən ümumi qəza üzrə ödənişlərin verilməsinə təminat təqdim 
etməlidir. 
Maddə 216. Dispaşa tərtib edildikdə sığortaçının maraqlarının qorunması  
ümumi qəza üzrə dispaşa tərtib edildikdə sığortalı sığortaçının maraqlarını qorumalıdır. 
Maddə 217. Cığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi  
217.1. Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi 
zəruri xərclərin əvəzini ödəməyə borcludur: 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə