Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

217.1.1. sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq 
məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən görülən tədbirlərə — hətta 
belə tədbirlər uğursuzluqla nəticələnsə də; 
217.1.2. bu Məcəllənin 214-cü maddəsinə uyğun olaraq sığortaçının 
göstərişlərinin icra edilməsinə; 
217.1.3. sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərin miqdarının 
aydınlaşdırılmasına və müəyyənləşdirilməsinə; 
217.1.4. ümumi qəza üzrə dispaşanın tərtib edilməsinə. 
217.2. Bu Məcəllənin 217.1-ci maddəsində nəzərdə tutulmuş xərclər sığorta məbləğinin 
sığorta dəyərinə olan nisbətinə mütənasib surətdə ödənilir. 
Maddə 218. Sığortaçının sığorta məbləğindən artıq məsuliyyəti  
218.1. Sığortaçı zərərə görə yalnız sığorta məbləği miqdarında məsuliyyət daşıyır. Lakin 
bu Məcəllənin 217.1-ci maddəsində göstərilən xərclər, habelə ümumi qəza üzrə ödənişlər, 
əvəzi ödəniləcək zərərlə birlikdə sığorta məbləğindən artıq olsa belə, sığortaçı tərəfindən 
ödənilir. 
218.2. Bir-birinin ardınca baş verən bir neçə sığorta hadisəsi nəticəsində vurulan zərərə 
görə sığortaçı, belə zərərin ümumi məbləği sığorta məbləğindən çox olsa da, məsuliyyət 
daşıyır. 
Maddə 219. Gəminin xəbərsiz itkin düşməsi  
219.1. Bu Məcəllənin 38.2-ci maddəsində göstərilən halda gəmi xəbərsiz itkin düşdükdə, 
sığortaçı sığorta məbləğinin tam həcmində məsuliyyət daşıyır. 
219.2. Dəniz sığorta müqaviləsi ilə müəyyən müddətə sığortalanmış gəmi xəbərsiz itkin 
düşdükdə, əgər gəmi haqqında axırıncı məlumat müqavilənin qüvvədə olduğu müddət 
bitənədək alınıbsa və əgər sığortaçı gəminin bu müddət bitdikdən sonra məhv olduğunu 
sübuta yetirə bilməsə, sığortaçı məsuliyyət daşıyır. 
Maddə 220. Abandon  
220.1. Əmlak məhvolmaya qarşı sığorta edildikdə, sığortalı və ya faydalanan şəxs 
aşağıdakı hallarda sığortalanmış əmlaka olan hüquqlarından imtina etdiyi barədə 
sığortaçıya bəyanat (abandon) verə və tam sığorta məbləğini ala bilər: 
220.1.1. gəmi xəbərsiz itkin düşdükdə; 
220.1.2. gəmi və (və ya) yük məhv olduqda
220.1.3. sığortalanmış gəminin bərpası və ya təmiri iqtisadi cəhətdən 
məqsədəuyğun olmadıqda (gəminin tam konstruktiv məhvi); 
220.1.4. gəminin zədələrinin aradan qaldırılması və ya yükün təyinat limanına 
çatdırılması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda; 


220.1.5. ələ keçirilmə təhlükəsindən sığortalanan gəmi və ya yük ələ keçirildikdə 
və belə ələ keçirilmə altı aydan artıq davam etdikdə. 
220.2. Bu Məcəllənin 220.1-ci maddəsində göstərilən hallarda sığortaçıya aşağıdakı 
hüquqlar keçir: 
220.2.1. əmlak tam dəyərində sığortalandıqda sığortalanmış əmlaka dair bütün 
hüquqlar; 
220.2.2. əmlak tam olmayan dəyərində sığortalandıqda sığorta məbləğinin sığorta 
dəyərinə nisbətinə mütənasib olaraq sığortalanmış əmlakın hissəsinə dair 
hüquqlar. 
220.3. Sığortaçıya abandon haqqında bildiriş bu Məcəllənin 219 və 220.1-ci 
maddələrində göstərilən müddətin bitdiyi və ya hadisələr başlandığı andan altı ay ərzində 
verilməlidir. Altı ay qurtardıqdan sonra sığortalı və ya faydalanan şəxs abandona olan 
hüququnu itirir və ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 
220.4. Abandon haqqında bildiriş şərtsiz olmalıdır və sığortalı və ya faydalanan şəxs 
tərəfindən geri götürülə bilməz. 
220.5. Tərəflərin bu Məcəllənin 220.1-220.4-cü maddələrində müəyyən edilmiş 
qaydalara zidd olan razılaşmaları əhəmiyyətsizdir. 
Maddə 221. Sığorta ödənişinin geri qaytarılması  
Sığorta ödənişi alındıqdan sonra gəminin məhv olmadığı aydınlaşarsa, sığortaçı 
sığortalıdan və ya faydalanan şəxsdən sığortalanmış əmlakı onlarda saxlamaq şərti ilə
sığorta ödənişindən sığortalıya və ya faydalanan şəxsə həqiqi vurulan zərərin əvəzini 
çıxmaqla qalan hissəsini geri qaytarmağı tələb edə bilər. 
Maddə 222. Sığortalının və ya faydalanan şəxsin zərərin əvəzinin ödənilməsinə dair 
hüquqlarının sığortaçıya keçməsi (subroqasiya)  
222.1. Sığorta ödənişini vermiş sığortaçıya ödədiyi məbləğ həddində sığortalının və ya 
faydalanan şəxsin vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı olan tələbetmə 
hüququ keçir. Sığortaçının belə hüququ sığorta ödənişini almış şəxs üçün müəyyən 
edilmiş qaydaya riayət etməklə həyata keçirilir. 
222.2. Sığortalı və ya faydalanan şəxs vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı 
öz tələbetmə hüququndan imtina etdikdə, yaxud sığortalının və ya faydalanan şəxsin 
təqsiri nəticəsində belə hüququn həyata keçirilməsi mümkün olmadıqda, sığortaçı sığorta 
ödənişini tam həcmdə və ya müvafiq hissədə verməkdən azad edilir. 
XVI fəsil. ümumi qəza 
Maddə 223. ümumi qəza anlayışı və onun bölüşdürülməsi prinsipləri  
223.1. ümumi dəniz müəssisəsində iştirak edən əmlakı — gəmini, fraxtı və gəmidə 
daşınan yükü ümumi təhlükədən xilas etmək məqsədi ilə bilərəkdən və ağlabatanlıqla 


ümumi təhlükəsizlik naminə görülmüş fövqəladə xərclər və əmlakın qurban verilməsi 
nəticəsində vurulan zərər ümumi qəza hesab edilir. 
223.2. Yalnız bu Məcəllənin 223.1-ci maddəsində göstərilən hərəkətlərin birbaşa nəticəsi 
olan zərər ümumi qəza hesab edilir. 
223.3. ümumi qəza ümumi dəniz müəssisəsinin — dəniz səfərinin başa çatdığı vaxtda və 
yerdə gəmi, fraxt və yük arasında onların bu Məcəllənin 241-ci maddəsində müəyyən 
edilmiş qaydalara uyğun olaraq müəyyənləşdirilən dəyərlərinə müvafiq olaraq 
bölüşdürülür. 
223.4. Əgər onlar xilasetmə əməliyyatında deyil, kommersiya fəaliyyətində iştirak 
edirlərsə, bir və ya bir neçə gəminin digər gəmini və ya gəmiləri yedəklədikləri və ya 
itələdikləri hala da ümumi qəza kimi baxılır. 
223.5. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmini və əgər varsa, onun yükünü ümumi 
təhlükədən qorumaq üçün tədbirlər görüldüyü halda da tətbiq edilir. 
223.6. Gəmi digər gəmidən (gəmilərdən) adi ayrılma nəticəsində təhlükəsizlikdə olduqda 
o, digər gəmi (gəmilər) ilə ümumi təhlükəyə məruz qalmır. 
Maddə 224. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
224.1. Əgər tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllənin 
223.1-ci və 242-245-ci maddələrində müəyyən edilmiş qaydalar istisna olmaqla, bu 
fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir. 
224.2. Tərəflərin razılaşması ilə nəzərdə tutulan hallarda, habelə qəzanın növünü və 
ümumi qəza nəticəsində vurulan zərərin miqdarını və onun bölüşdürülməsini müəyyən 
etmək üçün tətbiq ediləcək qanun natamam olduqda ümumi qəzaya dair beynəlxalq 
qaydalar və ticarət gəmiçiliyinin digər beynəlxalq adətləri tətbiq edilir. 
224.3. Vurulan zərərin əvəzinin ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilməsi 
hüququ fövqəladə xərclərə və ya əmlakın qurban verilməsinə səbəb olan təhlükə dənizlə 
yük daşınması müqaviləsinin bir tərəfinin və ya üçüncü şəxsin təqsiri nəticəsində 
yarandığı halda da saxlanılır. Belə bölüşdürülmə ümumi qəzanın iştirakçılarını vurulmuş 
zərəri cavabdeh olan şəxsdən tutmaq hüququndan məhrum etmir. 
Maddə 225. Gəminin sığınacaq yerinə daxil olması nəticəsində yaranan ümumi 
qəza  
225.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində ümumi təhlükəsizlik 
naminə və zərurət qarşısında gəminin limana və ya digər sığınacaq yerinə daxil olması, 
yaxud yükvurma limanına və ya digər yerə geri qayıtması ilə əlaqədar xərclər də ümumi 
qəza hesab edilir. 
225.2. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması ilə 
əlaqədar xərclər ümumi qəza hesab edildikdə, gəminin ilkin yük və ya onun bir hissəsi ilə 
limandan çıxması ilə bağlı xərclər də ümumi qəzaya aiddir. 
225.3. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması 
nəticəsində səfərin uzadılması ilə bağlı gəmi heyəti üzvlərinin əmək haqqına və 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə