Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

132.5. Dənizlə yük daşınması müqaviləsinin tərəfləri öz razılaşmaları əsasında bu 
Məcəllənin 132.1-132.3-cü maddələrində nəzərdə tutulanlardan daha artıq məsuliyyət 
həddi müəyyən edə bilərlər. 
Maddə 133. Daşıyıcıya, onun işçilərinə və agentlərinə olan tələblər  
133.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud 
çatdırılmasının gecikdirilməsi ilə əlaqədar tələb daşıyıcının işçisinə və ya agentinə qarşı 
irəli sürüldükdə, belə işçi və ya agent, əgər öz vəzifəsi (səlahiyyəti) hüdudlarında hərəkət 
etdiyini sübuta yetirə bilsə, daşıyıcıya şamil edilən məsuliyyət və onun 
məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər. 
133.2. Bu Məcəllənin 134-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 
daşıyıcıdan, onun işçisindən və ya agentindən tutula bilən məbləğlər cəm halda bu 
Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət həddindən çox ola bilməz. 
Maddə 134. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi  
134.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud 
onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının qəsdən və ya ehtiyatsızlıq nəticəsində 
törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi sübuta yetirildikdə, 
daşıyıcının bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin 
məhdudlaşdırılmasına hüququ yoxdur. 
134.2. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud 
onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının işçisinin və agentinin qəsdən və ya 
ehtiyatsızlıq nəticəsində törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi 
sübuta yetirildikdə, daşıyıcının işçisinin və agentinin bu Məcəllənin 133.1-ci maddəsində 
nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur. 
Maddə 135. Faktiki daşıyıcının məsuliyyəti  
135.1. Yükün və ya onun bir hissəsinin daşınması faktiki daşıyıcıya həvalə edildikdə, 
daşıyıcı, bundan asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydalara müvafiq 
olaraq, bütövlükdə daşıma üçün məsuliyyət daşıyır. Faktiki daşıyıcının icra etdiyi yükün 
daşınmasına münasibətdə daşıyıcı faktiki daşıyıcının, onun vəzifələri (səlahiyyətləri) 
çərçivəsində hərəkət edən işçilərinin və agentlərinin hərəkətləri və ya hərəkətsizliyinə 
görə məsuliyyət daşıyır. 
135.2. Daşıyıcı və faktiki daşıyıcının razılaşmasına müvafiq olaraq, faktiki daşıyıcının 
icra etdiyi daşımaya görə məsuliyyətinə bu Məcəllədə daşıyıcının məsuliyyəti üçün 
müəyyən edilmiş qaydalar tətbiq edilir. 
135.3. Bu Məcəllənin 135.2-ci maddəsində nəzərdə tutulmuş razılaşma əldə edildiyi 
halda tələb faktiki daşıyıcının işçisinə və ya agentinə irəli sürüldükdə, bu Məcəllənin 
133.1, 133.2 və 134.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar onlara da tətbiq 
edilir. 
135.4. Daşıyıcının öz üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmayan 
öhdəliklər götürməsi və ya bu fəsildə müəyyən edilmiş qaydalarla verilən hüquqlardan 
imtina etməsi barədə hər hansı bir saziş faktiki daşıyıcıya, yalnız onun özü buna yazılı 


razılıq verdikdə, şamil edilir. Belə razılığın olub-olmamasından asılı olmayaraq, daşıyıcı 
belə sazişdən irəli gələn öhdəliklərlə və ya hüquqlardan imtina ilə bağlı olur. 
135.5. Əgər məsuliyyət daşıyıcı və faktiki daşıyıcının üzərinə düşürsə, bu halda onların 
məsuliyyəti birgə olur. 
135.6. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud 
çatdırılmasının gecikdirilməsinə görə daşıyıcıdan və faktiki daşıyıcıdan tutulmalı olan 
məbləğlərin cəmi bu Məcəllədə nəzərdə tutulan məsuliyyət həddindən çox olmamalıdır. 
135.7. Bu Məcəllədə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-
birinə reqress hüququna toxunmur. 
Maddə 136. Yükün birbaşa daşınması  
136.1. Daşıyıcı daşımanın bir hissəsinin digər şəxs tərəfindən icra olunmasını nəzərdə 
tutan birbaşa konosament verdikdə, birbaşa konosamentdə daşınma üçün qəbul edilmiş 
yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsinə görə, əgər 
bunlar digər şəxs daşımanın bir hissəsini icra etdikdə yük onun ixtiyarında olduğu zaman 
irəli gələn hallar nəticəsində baş veribsə, daşıyıcının məsuliyyət daşımaması nəzərdə 
tutula bilər. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud 
çatdırılmasının gecikdirilməsinin belə hallar nəticəsində baş verməsini sübuta yetirmək 
vəzifəsi daşıyıcının üzərinə düşür. 
136.2. Daşımanın bir hissəsini icra edən şəxs, yük onun ixtiyarında olduğu zaman, 
daşınma üçün qəbul etdiyi yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının 
gecikdirilməsinə görə bu Məcəllədə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət 
daşıyır. 
Maddə 137. Yükgöndərənin və fraxtedənin məsuliyyəti  
Yükgöndərən və fraxtedən, əgər zərərin vurulmasında onların yaxud hərəkətlərinə və ya 
hərəkətsizliyinə görə cavabdeh olduqları şəxslərin təqsirinin olmadığını sübuta 
yetirməsələr, daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyırlar. 
IX fəsil. Dənizlə sərnişin daşınması müqaviləsi 
Maddə 138. Dənizlə sərnişin daşınması müqaviləsinin təyinatı  
138.1. Dənizlə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı sərnişini, habelə onun 
baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşımanın 
dəyərini ödəməyi öhdəsinə götürür. 
138.2. Dənizlə sərnişin daşınması müqaviləsini bağlayan və ya adından belə müqavilə 
bağlamış şəxs daşıyıcıdır. 
138.3. Faktiki daşıyıcı gəminin mülkiyyətçisi olaraq və ya gəmini digər qanuni əsaslarla 
istifadə edərək sərnişinləri faktiki daşıyan və ya daşımanın bir hissəsini icra edən 
daşıyıcıdan fərqli olan digər şəxsdir. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə