Maddə 108. Yükə aid sənədlər
Yükgöndərən liman, gömrük, sanitar və digər inzibati qaydalara müvafiq olaraq yük
barədə tələb olunan bütün sənədləri vaxtında daşıyıcıya verməlidir və belə sənədlərin
vaxtında verilməməsi, düzgün olmaması və ya tam tərtib edilməməsi nəticəsində vurulan
zərərə görə daşıyıcı qarşısında məsuliyyət daşıyır.
Maddə 109. Konosamentin verilməsi
109.1. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğunu, yükün daşıyıcı tərəfindən
qəbul edilməsini və vurulmasını təsdiqləyən və müqabilində daşıyıcının yükü təhvil
vermək öhdəliyini üzərinə götürdüyü sənəd konosamentdir.
109.2. Konosament yük daşınma üçün qəbul edildikdən sonra verilir.
109.3. Yükgöndərən daşıyıcıya konosamentə daxil etmək üçün təqdim etdiyi
məlumatların düzgünlüyünə təminat verir və belə məlumatların düzgün olmaması
nəticəsində daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyır.
109.4. Daşıyıcının zərərin əvəzinin ödənilməsinə olan hüququ dənizlə yük daşınması
müqaviləsi üzrə daşıyıcının yükgöndərən olmayan hər hansı bir üçüncü şəxs qarşısında
məsuliyyətini aradan qaldırmır.
Maddə 110. Konosamentin əvəzinə digər sənədin verilməsi
Konosamentin əvəzinə dəniz qaiməsi və ya yükün daşınma üçün qəbul edilməsini
təsdiqləyən digər sənəd verilə bilər. Daşıyıcı konosamenti olmayan yükün daşınma üçün
qəbul edilməsini təsdiqləyən digər sənəd verdikdə, belə sənəd dənizlə yük daşınması
müqaviləsinin bağlanmasının və yükün həmin sənəddə göstərildiyi kimi daşıyıcı
tərəfindən qəbulunun sübutudur.
Maddə 111. Konosamentin məzmunu
111.1. Konosamentə aşağıdakı məlumatlar daxil edilməlidir:
111.1.1. daşıyıcının adı;
111.1.2. dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq yükvurma limanının
adı və yükün daşınmaq üçün qəbul edildiyi tarix;
111.1.3. yükgöndərənin adı və olduğu yer;
111.1.4. dənizlə yük daşınması müqaviləsinə əsasən təyinat limanının adı;
111.1.5. yükalanın adı, əgər yükgöndərən tərəfindən göstərilibsə;
111.1.6. yükün adı, yükün identifikasiyası üçün lazım olan əsas markalar,
müvafiq hallarda yükün təhlükəli xarakterinə və ya xüsusi xassələrinə dair
göstəriş, yerlərin və ya predmetlərin sayı, yükün çəkisi və ya digər üsulla qeyd
edilmiş miqdarı. Bu halda bütün məlumatlar yükgöndərənin təqdim etdiyi kimi
qeyd edilir;
111.1.7. yükün və onun qablaşdırılmasının xarici vəziyyəti;
111.1.8. yükalan tərəfindən ödəniləcək fraxtın məbləği və ya fraxtın onun
tərəfindən ödənilməsinə dair digər göstəriş;
111.1.9. konosamentin verildiyi yer və tarix;
111.1.10. konosamentin əsl nüsxələrinin sayı, əgər onların sayı birdən artıqdırsa;
111.1.11. daşıyıcının və ya onun adından hərəkət edən şəxsin imzası.
111.2. Tərəflərin razılaşması ilə konosamentə digər məlumatlar və qeyd-şərtlər əlavə
edilə bilər.
111.3. Gəmi kapitanı tərəfindən imzalanmış konosament daşıyıcının adından imzalanmış
hesab edilir.
Maddə 112. Konosamentdə qeyd-şərtlər. Konosamentin sübutedici qüvvəsi
112.1. Konosamentdə yükün adına, onun əsas markalarına, yerlərin və ya predmetlərin
sayına, çəkisinə və ya miqdarına dair məlumatların faktik qəbul edilmiş yükə uyğun
olmaması barədə daşıyıcının və ya onun adından konosament verən digər şəxsin kifayət
qədər əsasları olduqda, daşıyıcı və ya onun adından konosament verən digər şəxs
konosamentə həmin uyğunsuzluq barədə, uyğunsuzluqların və ya məlumatların
yoxlanılması üçün ağlabatan imkanın olmadığına konkret göstərişlə, qeyd-şərt etməlidir.
112.2. Daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentdə yükün
xarici vəziyyətini göstərmədikdə hesab edilir ki, konosamentdə yükün yaxşı xarici
vəziyyəti göstərilib.
112.3. Bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq barəsində qeyd-şərt edilmiş
məlumatlar istisna olmaqla, başqa hal sübuta yetirilmədikdə, konosament yükün daşınma
üçün daşıyıcı tərəfindən konosamentdə təsvir edildiyi kimi qəbul edilməsinin sübutudur.
Konosament, konosamentdə göstərilmiş yükün təsvirinə əsasən vicdanla hərəkət edən
üçüncü şəxsə verildikdə, daşıyıcı tərəfindən əks halın sübuta yetirilməsinə yol verilmir.
Maddə 113. Konosamentin növləri
113.1. Konosament müəyyən bir yükalanın adına (adlı konosament), yükgöndərənin və
ya yükalanın göstərişinə (orderli konosament) və ya təqdim edənə (adsız konosament)
verilə bilər. orderli konosamentdə onun yükgöndərənin və ya yükalanın göstərişinə
verilməsi qeyd olunmadıqda, konosament yükgöndərənin göstərişinə verilmiş hesab
edilir.
113.2. Konosament aşağıdakı qaydaların gözlənilməsi ilə başqasına verilir:
113.2.1. adlı konosament adlı verilmə qeydi üzrə və ya tələbin güzəşti üçün
müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada başqasına verilə bilər;
113.2.2. orderli konosament adlı və ya blank verilmə qeydi üzrə başqasına verilə
bilər;
113.2.3. təqdim edənə (adsız) konosament sadə təqdim edilmə yolu ilə başqasına
verilə bilər.
Maddə 114. Konosamentin əsl nüsxələrinin çoxluğu
Yükgöndərənin arzusu ilə ona konosamentin bir neçə əsl nüsxəsi verilə bilər. Belə halda
konosamentin hər bir əsl nüsxəsində konosamentin mövcud olan əsl nüsxələrinin sayı
göstərilir. Konosamentin birinci təqdim edilmiş əsl nüsxəsinə əsasən yük verildikdən
sonra onun qalan əsl nüsxələri öz qüvvəsini itirir.
Maddə 115. Yük üzərində sərəncam vermək hüququ
115.1. Yük yükalana verilənə kimi, habelə belə hüquq yükalana və ya üçüncü şəxsə
verilənə kimi yükgöndərənin yük üzərində sərəncam vermək hüququ vardır. Yük
üzərində sərəncam vermək hüququ yükalana və ya üçüncü şəxsə verildikdə yükgöndərən
bu barədə daşıyıcını məlumatlandırmalıdır.
115.2. Yükgöndərənin, ona verilmiş konosamentin bütün əsl nüsxələrinin təqdim
olunması və ya bu Məcəllənin 119.2-119.5 və 120-ci maddələrində müəyyən edilmiş
qaydaları gözləməklə müvafiq təminat verməsi şərti ilə, gəmi səfərəçıxma yerindən yola
düşənə kimi yükün qaytarılmasını, aralıq limanında yükün verilməsini və ya daşıma
sənədində göstərilməyən yükalana verilməsini tələb etmək hüququ vardır.
Maddə 116. Daşıyıcının yükə münasibətdə vəzifələri
116.1. Daşıyıcı yükü daşınma üçün qəbul etdiyi andan onun verilməsi anına kimi yükü
lazımi qaydada və səylə yükləməli, yerləşdirməli, daşımalı, ona qayğı göstərməli və
boşaltmalıdır.
116.2. Əgər daşınma üçün qəbul edilmiş yük öz xüsusiyyətlərinə görə xüsusi rəftar tələb
edirsə və bu barədə dənizlə yük daşınması müqaviləsində və yük yerlərində göstəriş
varsa, daşıyıcı yükə belə göstərişlərə uyğun olaraq qayğı göstərməlidir.
116.3. Tərəflərin bu Məcəllənin 116.1-ci maddəsinə zidd olan razılaşmaları
əhəmiyyətsizdir.
Maddə 117. Təhlükəli yük
117.1. Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan
ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə daşıyıcı xarici baxış yolu ilə onun
xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən
asılı olaraq boşaldıla, zərərsizləşdirilə və ya məhv edilə bilər. Bu halda yükgöndərənə
vurulan zərərin əvəzi ödənilmir.
117.2. Yükgöndərən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yükün gəmiyə
yüklənməsi nəticəsində daşıyıcıya və ya üçüncü şəxslərə vurulan zərərə görə məsuliyyət
daşıyır. Belə yükün daşınmasına görə fraxt qaytarılmır. Fraxt yükün göndərilməsi zamanı
ödənilməmişdirsə, daşıyıcının onu tam həcmdə almaq hüququ vardır.
117.3. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yük daşıyıcının xəbəri və razılığı
əsasında gəmiyə yükləndikdən sonra gəmiyə, gəmidə olan digər yükə və ya insanlara
təhlükə yaradarsa, şəraitdən asılı olaraq daşıyıcının belə yükü gəmidən boşaltmaq,
Dostları ilə paylaş: |