Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

126.1. Yük verilənədək və ya verilərkən yükalan yükün itirilməsi və ya zədələnməsi 
barədə daşıyıcıya yükün itirilməsinə və ya zədələnməsinə dair, itirilmənin və ya 
zədələnmənin ümumi xarakterini göstərməklə, yazılı bildiriş vermədikdə hesab edilir ki, 
bunun əksini sübut edən dəlillər olmadıqda, yük konosament şərtlərinə uyğun olaraq 
alınıb. 
126.2. Yükün itirilməsi və ya zədələnməsi onun adi üsulla qəbul edildiyi zaman 
müəyyənləşdirilərsə, yükalan yükü aldıqdan sonra 3 gün ərzində daşıyıcıya bu barədə 
yazılı bildiriş təqdim edə bilər. 
126.3. Yükalan daşıyıcı ilə birgə yükü müayinə etdikdə və ya vəziyyətini yoxladıqda o, 
bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş yazılı bildirişi verməyə bilər. 
Maddə 127. Yüklərin daşınması zamanı haqlar  
Daşıyıcıya çatacaq bütün haqlar yükgöndərən və ya fraxtedən tərəfindən ödənilir. 
Yükgöndərən və ya fraxtedənə daşıyıcı arasında olan razılaşmada nəzərdə tutulduqda və 
belə məlumatlar konosamentə daxil edildikdə, haqların yükalana ötürülməsinə yol verilir. 
Maddə 128. Fraxtın həcmi  
128.1. Fraxtın həcmi tərəflərin razılaşması ilə müəyyənləşdirilir. 
128.2. Yük gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulandan artıq 
miqdarda vurulduqda, fraxtın miqdarı müvafiq olaraq artırılır. 
128.3. Gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün əvəzinə, 
daşınması üçün fraxtı daha yüksək olan digər yük vurulduqda, fraxt faktiki yüklənən 
yükün daşınmasına görə götürülür. 
128.4. Faktiki yüklənmiş yükün daşınması üçün fraxtın miqdarı dənizlə yük daşınması 
müqaviləsində nəzərdə tutulan yükün daşınması üçün fraxtdan az olduqda, dənizlə yük 
daşınması müqaviləsində nəzərdə tutulmuş fraxt ödənilir. 
Maddə 129. Daşıma zamanı itirilmiş yükə görə fraxt  
129.1. Daşıma zamanı itirilmiş yükə görə fraxt tutulmur və əgər əvvəlcədən ödənilibsə, 
qaytarılır. İtirilmiş yük sonradan xilas edildikdə, daşıyıcının gəminin keçdiyi məsafəyə 
mütənasib miqdarda fraxt almaq hüququ vardır. 
129.2. Təbii xüsusiyyətləri və ya yükgöndərəndən asılı olan səbəblər nəticəsində məhv 
olmuş və ya zədələnmiş yükə görə fraxt tam miqdarda ödənilir. 
Maddə 130. Daşıyıcının məsuliyyəti  
130.1. Yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin 
aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirə bilən daşıyıcı daşımaya qəbul edilmiş 
yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə 
görə məsuliyyət daşımır: 
130.1.1. qarşısıalınmaz qüvvə; 


130.1.2. dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükələr və ya təsadüflər
130.1.3. dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın 
xilas edilməsi üçün ağlabatan tədbirlər; 
130.1.4. daşıyıcının təqsiri olmadan baş verən yanğın; 
130.1.5. müvafiq hakimiyyət orqanlarının hərəkətləri və ya sərəncamları 
(saxlanma, həbs, karantin və s.); 
130.1.6. hərbi əməliyyatlar və xalq iğtişaşları; 
130.1.7. yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri; 
130.1.8. yükün zahirən görünməyən çatışmazlıqları, onun xüsusiyyətləri və ya 
təbii itkisi; 
130.1.9. yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan 
çatışmazlıqları; 
130.1.10. markaların lazımi qədər və ya aydın olmaması; 
130.1.11. işin tam və ya qismən dayandırılmasına, yaxud məhdudlaşdırılmasına 
səbəb olan tətillər və ya digər hallar; 
130.1.12. daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri olmadan yaranan 
digər hallar. 
130.2. Yük dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan boşaltma limanında 
tərəflərin razılığa gəldikləri müddətdə, belə razılıq olmadıqda isə konkret halları nəzərə 
almaqla qayğıkeş daşıyıcıdan tələb olunan ağlabatan müddətdə verilmədikdə, daşıyıcı 
yükün çatdırılmasını gecikdirmiş hesab edilir. 
130.3. Əgər yükboşaltma limanında bu Məcəllənin 130.2-ci maddəsində 
müəyyənləşdirilmiş müddətdən sonra 30 təqvim günü ərzində yükü almağa səlahiyyəti 
olan şəxsə verilməyibsə, daşıyıcıya qarşı yükün itirilməsi ilə əlaqədar tələb irəli sürməyə 
hüququ olan şəxs yükü itirilmiş hesab edə bilər. 
130.4. Yükün daşınma üçün qəbul edildiyi andan onun verilməsi anına kimi daşıyıcı 
daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud 
çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. 
130.5. Daşıyıcı yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının 
gecikdirilməsinin gəminin idarə edilməsində gəmi kapitanının, gəmi heyətinin digər 
üzvlərinin və ya dəniz bələdçisinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini 
sübuta yetirə bilsə (naviqasiya səhvi), məsuliyyət daşımır. 
130.6. Təyinat limanına salamat yük yerlərində və yükgöndərənin salamat plombları ilə 
gəlmiş, yolda açılma izləri olmayan salamat tarada çatdırılmış, habelə yükgöndərənin və 
ya yükalanın nümayəndəsinin müşayiəti ilə daşınan yükün itirilməsinə və ya 
zədələnməsinə görə, əgər yükalan daşınma üçün qəbul edilmiş yükün daşıyıcının təqsiri 


nəticəsində itirilməsini və ya zədələnməsini sübuta yetirə bilməsə, daşıyıcı məsuliyyət 
daşımır. 
Maddə 131. Yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətinin 
ölçüsünün hesablanması  
131.1. Daşıyıcı yükün itirilməsinə və ya zədələnməsinə görə aşağıdakı ölçüdə məsuliyyət 
daşıyır: 
131.1.1. yükün itirilməsinə görə — itirilmiş yükün dəyəri miqdarında; 
131.1.2. yükün zədələnməsinə görə — yükün dəyərinin azalmasının məbləği 
miqdarında; 
131.1.3. qiyməti elan edilməklə daşınma üçün qəbul edilmiş yükün itirilməsinə 
görə — yükün elan edilmiş qiyməti miqdarında. 
131.2. Fraxt itirilmiş və ya zədələnmiş yükün qiymətinə daxil olmadıqda, daşıyıcı habelə 
aldığı fraxtı da qaytarır. 
131.3. Ödənilməli olan ümumi məbləğ yük boşaldılan yerdə və gündə və ya müqaviləyə 
əsasən boşaldılacaq yerdə və gündə yükün mövcud qiymətindən hesablanır. Yükün 
qiyməti əmtəə birjasındakı qiymətindən, bu olmadıqda isə bazar qiymətindən, bunlar 
olmadıqda isə bu növ və bu keyfiyyətdə olan yükün adi qiymətindən hesablanır. 
131.4. Yükün itirilməsi və ya zədələnməsi üçün əvəzi ödənilən məbləğdən yükün 
itirilməsi və ya zədələnməsinə görə yük sahibinin ödəmədiyi yükün daşınma xərcləri 
(fraxt, rüsumlar və s.) tutulur. 
Maddə 132. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması  
132.1. Yükün növü və çeşidi, habelə dəyəri yükgöndərən tərəfindən yük vurulanadək 
elan edilmədikdə və konosamentə daxil edilmədikdə, daşınma üçün qəbul edilmiş yükün 
itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti, bir yerə və ya 
göndərilmənin digər vahidinə görə 666,67 hesablaşma vahidindən və ya itirilmiş və ya 
zədələnmiş yükün brutto çəkisinin bir kiloqramına görə iki hesablaşma vahidindən çox 
olmamaqla hansı məbləğin çox olmasından asılı olaraq qəbul olunur. 
132.2. Daşınma üçün qəbul edilmiş yükün çatdırılmasının gecikdirilməsinə görə 
daşıyıcının məsuliyyəti dənizlə yük daşınması müqaviləsində ödənilməsi nəzərdə 
tutulmuş fraxtın məbləğindən çox ola bilməz. 
132.3. Bu Məcəllənin 132.1 və 132.2-ci maddələrinə əsasən daşıyıcı tərəfindən ödəniləsi 
ümumi məbləğ bu Məcəllənin 132.1-ci maddəsinə müvafiq olaraq yükün tam itirilməsinə 
görə müəyyən edilə biləcək məsuliyyətin həddindən artıq ola bilməz. 
132.4. Əgər yükün daşınması üçün konteyner, altlıq və ya digər qurğu istifadə edilirsə, 
konosamentdə sadalanan belə qurğuda bu kimi daşınan yerlərin miqdarı və ya göndərilmə 
vahidləri bu Məcəllənin 132-ci maddəsinin məqsədləri üçün yerlərin miqdarı və ya 
göndərilmənin vahidləri hesab edilir. Göstərilən hal istisna olmaqla, belə qurğu yük yeri 
və ya vahidi hesab edilir. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə