Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

157.2. Fraxt edilmiş gəminin və onun gəmi heyəti üzvlərinin xidmətlərindən istifadə 
nəticəsində əldə edilmiş gəlirlər, xilasetmədən əldə edilən və gəmi sahibi ilə fraxtedən 
arasında bu Məcəllənin 162-ci maddəsinə müvafiq olaraq bölüşdürülən gəlirlər istisna 
olmaqla, fraxtedənin mülkiyyətidir. 
157.3. Taym-çarterin qüvvədəolma müddəti bitdikdə fraxtedən gəmini gəmi sahibinə 
aldığı vəziyyətdə, normal köhnəlmə nəzərə alınmaqla, qaytarmalıdır. 
157.4. Gəmini vaxtında qaytarmadıqda fraxtedən gəminin gecikdirilməsinə görə taym-
çarterdə nəzərdə tutulmuş fraxtı və ya əgər bu taym-çarterdə nəzərdə tutulandan daha 
yüksəkdirsə, fraxtı bazar qiyməti ilə ödəyir. 
Maddə 158. Fraxtedənin yük sahibi qarşısında məsuliyyəti  
Gəmi fraxtedənə yük daşınması üçün verildikdə, onun öz adından yük daşınması 
müqaviləsi bağlamaq, çarter imzalamaq, konosament, dəniz qaimələri və digər daşıma 
sənədləri vermək hüququ vardır. bu halda fraxtedən yük sahibi qarşısında bu Məcəllənin 
130-137-ci maddələrində müəyyən edilmiş qaydalara müvafiq olaraq məsuliyyət daşıyır. 
Maddə 159. Gəmi heyəti üzvlərinin tabeliyi  
159.1. Gəmi kapitanı və gəmi heyətinin digər üzvləri gəminin idarə edilməsinə, gəminin 
daxili qaydalarına və gəmi heyəti üzvlərinə dair gəmi sahibinin verdiyi sərəncamlara 
tabedirlər. 
159.2. Fraxtedənin gəminin kommersiya istismarına aid olan sərəncamları gəmi kapitanı 
və digər gəmi heyəti üzvləri üçün məcburidir. 
Maddə 160. Gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan 
zərərə görə fraxtedənin məsuliyyətdən azad edilməsi  
Fraxtedən fraxta götürülmüş gəminin xilas edilməsi, zədələnməsi və ya məhv olunması 
nəticəsində vurulan zərərə görə, əgər zərərin vurulmasında fraxtedənin təqsiri sübuta 
yetirilməyibsə, məsuliyyət daşımır. 
Maddə 161. Fraxtın ödənilməsi  
161.1. Fraxtedən fraxtı gəmi sahibinə taym-çarterdə nəzərdə tutulmuş qaydada və 
müddətdə ödəyir. Dəniz üzgüçülüyünə yararsızlıq nəticəsində gəminin istismar 
edilmədiyi müddət ərzində fraxtedən fraxtı və gəmiyə aid xərcləri ödəməkdən azad edilir. 
161.2. Əgər gəmi fraxtedənin təqsiri nəticəsində istismar üçün yararsız vəziyyətə 
düşmüşdürsə, gəmi sahibi, fraxtedən tərəfindən ona vurulan zərərin əvəzinin 
ödənilməsindən asılı olmayaraq, taym-çarterdə nəzərdə tutulmuş fraxtı almaq hüququna 
malikdir. 
161.3. Fraxtedən fraxtın ödənilməsini on dörd təqvim günündən artıq gecikdirdikdə, gəmi 
sahibinin xəbərdarlıq etmədən gəmini fraxtedəndən geri almaq və belə gecikdirməyə görə 
vurulan zərərin əvəzinin ödənilməsini fraxtedəndən tələb etmək hüququ vardır. 


161.4. Gəmi məhv olduqda fraxt taym-çarterdə nəzərdə tutulmuş gündən gəminin məhv 
olduğu günədək, gəminin məhv olduğu günü müəyyənləşdirmək mümkün olmadıqda isə, 
gəmi haqqında axırıncı xəbərin alındığı günədək ödənilməlidir. 
Maddə 162. Xilasetmə xidmətlərinin göstərilməsinə görə mükafat  
Taym-çarterin qüvvədəolma müddəti bitənədək göstərilmiş xilasetmə xidmətlərinə görə 
gəmiyə çatacaq mükafat, xilasetmə ilə əlaqədar olaraq çəkilən xərclər və gəmi heyətinə 
çatacaq mükafat payı çıxılmaqla, gəmi sahibi ilə fraxtedən arasında bərabər bölünür. 
XI fəsil. Heyətsiz gəminin fraxtedilmə müqaviləsi (berbout-
çarter) 
Maddə 163. Heyətsiz gəminin fraxtedilmə müqaviləsinin (berbout-çarterin) anlayışı  
Heyətsiz gəminin fraxtedilmə müqaviləsinə (berbout-çarterə) görə gəmi sahibi 
şərtləşdirilmiş haqq (fraxt) müqabilində gəmini heyətsiz və təchiz olunmamış halda 
ticarət gəmiçiliyinin məqsədləri üçün fraxtedənin istifadəsinə və sahibliyinə müəyyən 
müddətə verməyi öhdəsinə götürür. Berbout-çarter yazılı formada bağlanmalıdır. 
Maddə 164. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 165. Berbout-çarterin məzmunu  
Berbout-çarterdə tərəflərin adı, gəminin adı, bayrağı, bölgü dərəcəsi, onun texniki və 
istismar xarakteristikaları (yükgötürmə qabiliyyəti, tutumu, sürəti və s.), istifadə etdiyi 
yanacağın miqdarı, üzmə rayonu, fraxtedilmənin məqsədi, gəminin verilməsi və 
qaytarılması yeri və tarixi, fraxtın məbləği və ödənilmə qaydası, berbout-çarterin 
qüvvədəolma müddəti göstərilməlidir. 
Maddə 166. Heyətsiz gəminin ikinci əldən fraxtedilmə müqaviləsi (subberbout-
çarter)  
166.1. Əgər berbout-çarterdə başqa hal nəzərdə tutulmayıbsa, fraxtedən berbout-çarterlə 
ona verilmiş hüquqlar hüdudunda öz adından gəmini berbout-çarterin qüvvədə olduğu 
bütün müddətə və ya həmin müddətin bir hissəsinə heyətsiz gəminin fraxta verilməsi 
haqqında üçüncü şəxslər ilə müqavilə bağlaya bilər (subberbout-çarter). Berbout-çarterin 
bağlanması fraxtedəni gəmi sahibi ilə bağladığı berbout-çarterin icrasından azad etmir. 
166.2. Subberbout-çarterə bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir. 
Maddə 167. Gəminin dəniz üzgüçülüyü üçün yararlı vəziyyətə gətirilməsi  
167.1. Gəmi sahibi gəmini fraxtedənə verənədək onu dəniz üzgüçülüyü üçün yararlı 
vəziyyətə gətirməlidir, yəni fraxtedilmənin berbout-çarterdə nəzərdə tutulmuş məqsədləri 
üçün gəmini (onun gövdəsini, mühərrikini və avadanlığını) yararlı vəziyyətə gətirilməsini 
təmin və lazımi qaydada təchiz etməyə borcludur. 


167.2. Fraxtedən berbout-çarterin qüvvədə olduğu müddətdə gəmini dəniz üzgüçülüyü 
üçün yararlı vəziyyətdə saxlamalıdır, lakin gəminin zahirən görünməyən qüsurlarının 
aradan qaldırılması gəmi sahibinin vəzifəsidir. 
Maddə 168. Gəmi heyəti  
Gəmi heyətinin komplektləşdirilməsini fraxtedən həyata keçirir. Gəmi heyətinin 
komplektləşdirilməsi üsulundan asılı olmayaraq, gəmi kapitanı və gəmi heyətinin üzvləri 
bütün hallarda fraxtedənə tabedirlər. 
Maddə 169. Gəminin istismarı və onun qaytarılması üzrə fraxtedənin vəzifələri  
169.1. Fraxtedən gəmini berbout-çarterin şərtlərinə müvafiq olaraq istismar edir və 
istismar ilə bağlı bütün xərcləri, o cümlədən gəmi heyəti üzvlərinin saxlanılması 
xərclərini ödəyir. 
169.2. Berbout-çarterin qüvvədəolma müddəti bitdikdə fraxtedən gəmini gəmi sahibinə 
aldığı vəziyyətdə, normal köhnəlmə nəzərə alınmaqla, qaytarmalıdır. 
Maddə 170. Fraxtedənin üçüncü şəxslər qarşısında məsuliyyəti  
Fraxtedən, gəmilərdən neft ilə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin 
daşınması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələblər istisna 
olmaqla, üçüncü şəxslər qarşısında onların bütün tələbləri üzrə məsuliyyət daşıyır. 
Maddə 171. Gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan 
zərər  
Fraxtedən gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan zərərə 
görə, əgər zərərin vurulmasında təqsirinin olmamasını sübuta yetirməyibsə, məsuliyyət 
daşıyır. 
Maddə 172. Fraxtın gəmi sahibinə ödənilməsi  
172.1. Fraxtedən fraxtı gəmi sahibinə berbout-çarterdə nəzərdə tutulmuş qaydada və 
müddətdə ödəyir. Dəniz üzgüçülüyünə yararsızlığı nəticəsində gəminin istismar 
edilmədiyi müddət ərzində, əgər gəminin yararsızlığı fraxtedənin təqsiri nəticəsində baş 
verməyibsə, fraxtedən fraxtı və gəmiyə aid xərcləri ödəməkdən azad edilir. 
172.2. Fraxtedən fraxtın ödənilməsini 14 təqvim günündən artıq gecikdirdikdə, gəmi 
sahibinin, xəbərdarlıq etmədən, gəmini geri almaq və belə gecikdirməyə görə vurulan 
zərərin əvəzinin ödənilməsini fraxtedəndən tələb etmək hüququ vardır. 
172.3. Gəmi məhv olduqda fraxt berbout-çarterdə nəzərdə tutulmuş gündən gəminin 
məhv olduğu günədək, gəminin məhv olduğu günü müəyyənləşdirmək mümkün 
olmadıqda isə, gəmi haqqında axırıncı xəbərin alındığı günədək ödənilməlidir. 
Maddə 173. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə berbout-çarter  


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə