Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

121.1.1. gəmi məhv olduqda və ya güc tətbiq edilməklə ələ keçirildikdə
121.1.2. gəmi dəniz üzgüçülüyünə yararsız hesab edildikdə; 
121.1.3. fərdi əlamətləri ilə müəyyənləşdirilmiş yük məhv olduqda; 
121.1.4. növ əlamətləri ilə müəyyənləşdirilmiş yük yüklənilmək üçün təhvil 
verildikdən sonra məhv olduqda və yükgöndərən məhv olan yükün əvəzinə 
vaxtında başqa yük təhvil vermədikdə. 
121.2. Dənizlə yük daşınması müqaviləsinə bu Məcəllənin 121.1-ci maddəsində 
göstərilən hallara əsasən səfər zamanı da xitam verilir. Belə halda daşıyıcıya xilas edilən 
və təhvil verilən yükün miqdarından asılı olaraq, faktiki daşınma məsafəsinə mütənasib 
olan məbləğdə fraxt çatmalıdır. 
Maddə 122. Yükü almaq hüququ olan şəxs  
122.1. Daşıyıcı boşaldılma limanında konosament əsasında daşınan yükü konosamentin 
əsli təqdim edildikdə aşağıdakı şəxslərə verir: 
122.1.1. adlı konosament üzrə - konosamentdə göstərilən yükalana və ya adlı 
ötürülmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara 
müvafiq olaraq digər formada konosamentin verildiyi şəxsə; 
122.1.2. orderli konosament üzrə - göstərişinə konosament tərtib edilmiş şəxsə, 
əgər konosamentdə olan fasiləsiz ötürülmə qeydləri sırasında axırıncısı bu şəxsə 
verilmə qeydidirsə və ya axırıncı blank qeydi ilə konosamenti təqdim edən şəxsə
122.1.3. təqdim edənə (adsız) konosament üzrə - konosamenti təqdim edən şəxsə. 
122.2. Yükün daşınması dəniz qaiməsi və ya bu kimi digər sənəd əsasında həyata 
keçirildikdə, daşıyıcı yükü belə sənəddə göstərilmiş yükalana və ya yükgöndərənin 
göstərdiyi yükalana verə bilər. 
Maddə 123. Yükün saxlamaya təhvil verilməsi  
123.1. Yükün daşınması üçün bütün gəmi verilmədikdə və təyinat limanında yükalan bu 
yükü tələb etmədiyi və ya ondan imtina etdiyi, yaxud yükün müəyyən edilmiş vaxtda 
boşaldılmasına mane olan ləngitməyə yol verdiyi hallarda, daşıyıcının yükgöndərənə və 
ya fraxtedənə, habelə ona məlumdursa, yükalana bildiriş verməklə yükü, yükə dair 
sərəncam verməyə səlahiyyəti olan şəxsin hesabına və riskinə anbara və ya başqa etibarlı 
yerə saxlamaya təhvil verməyə hüququ vardır. 
123.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə, yükün boşaldılması və 
saxlamaya təhvil verilməsi daşıcıyı tərəfindən staliya və kontrstaliya vaxtı bitdikdən 
sonra və staliya və kontrstaliya vaxtı ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud 
yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin başqa sərəncamının olmaması şərti 
ilə, həyata keçirilir. Yükün saxlamaya təhvil verilməsinə daşıyıcının sərf etdiyi vaxt 
boşdayanma kimi qiymətləndirilir. 
123.3. Gəminin limana gəldiyi gündən keçən iki ay ərzində saxlamaya təhvil verilmiş 
yük tələb olunmazsa və yükgöndərən bu daşıma ilə əlaqədar daşıyıcının çəkdiyi bütün 


xərclərin əvəzini ödəməzsə, daşıyıcı yükü müəyyən edilmiş qaydada sata bilər. Tələb 
edilməmiş tez xarab olan, habelə saxlanması dəyərindən baha başa gələn yük göstərilən 
müddət sona çatmamış da satıla bilər. Daşıyıcı yükün satıldığı barədə yükgöndərəni 
məlumatlandırmalıdır. 
123.4. Yükün satışından əldə edilən məbləğ daşıyıcı tərəfindən, özünə çatacaq haqq, 
saxlama və satılma üçün sərf edilən xərclər çıxılmaqla yükgöndərənə və ya fraxtedənə 
verilir. Əgər yükün satışından əldə edilən məbləğ daşıyıcıya çatacaq məbləğləri ödəmək 
üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği 
tələb etmək hüququ vardır. 
Maddə 124. Yük verilərkən edilən ödənişlər və yükü saxlamaq hüququ  
124.1. Yük verildikdə o, daşıyıcının yükün hesabına çəkdiyi xərcləri, gəminin boşaltma 
limanında boşdayanmasına görə haqqı, habelə, əgər bu, konosamentdə və ya yükün 
daşınması həyata keçirilən digər sənəd əsasında nəzərdə tutulmuşdursa, fraxtı və gəminin 
yükvurma limanında boşdayanmasına görə haqqı ödəməyə, ümumi qəza halında isə qəza 
haqqını ödəməyə və ya lazımi təminat təqdim etməyə borcludur. 
124.2. Bu Məcəllənin 124.1-ci maddəsində göstərilən məbləğlər ödənilənədək və ya 
təminat təqdim edilənədək daşıyıcı yükü saxlamaq hüququna malikdir. 
124.3. Yükalana məxsus olmayan saxlama anbarına yük təhvil verildikdə, daşıyıcı yükü 
saxlamaq hüququnu, anbar sahibinə bu barədə dərhal bildiriş vermək şərti ilə, özündə 
saxlayır. 
124.4. Daşıyıcı, saxlamaq hüququnu ondan asılı olmayan səbəblərə görə yerinə yetirə 
bilmədiyi hallar istisna olmaqla, yükü təhvil verdikdən sonra yükalanın ona ödəmədiyi 
məbləğləri yükgöndərəndən və ya fraxtedəndən tələb etmək hüququnu itirir. 
124.5. Yükü saxlayan daşıyıcının tələbləri yükün dəyəri hesabına Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş həcmdə və qaydada təmin edilir. 
124.6. Yükün satışından əldə edilən məbləğ, bu Məcəllənin 124.1-ci maddəsinə müvafiq 
olaraq daşıyıcıya çatacaq məbləğlər və yükün satışı ilə bağlı ağlabatan xərclər çıxılmaqla, 
yükalana verilir. Əgər yükün satışından əldə edilən məbləğ bu Məcəllənin 124.1-ci 
maddəsinə müvafiq olaraq daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, 
daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ 
vardır. 
Maddə 125. Yükün müayinəsi və ya onun vəziyyətinin yoxlanılması  
Yükün faktik və ya ehtimal edilən itirilməsi, yaxud zədələnməsi hallarında yük yükalana 
verilənədək yükalan və daşıyıcı yükü müayinə etmək və ya onun vəziyyətini yoxlamaq 
üçün bir-birlərinə imkan yaratmağa borcludurlar. Yükün müayinəsi və ya vəziyyətinin 
yoxlanılması ilə əlaqədar xərcləri müayinəni və ya yoxlamanı tələb edən tərəf çəkir. 
Yükalanın tələbi ilə müayinə və ya yoxlamanın aparılması nəticəsində daşıyıcının 
məsuliyyət daşıdığı itirilmə və ya zədələnmə müəyyən edilərsə, yükün müayinəsi və ya 
vəziyyətinin yoxlanılması üçün xərcləri daşıyıcı çəkir. 
Maddə 126. Yükün itirilməsi və ya zədələnməsi haqqında yazılı bildiriş  


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə