Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

zərərsizləşdirmək və ya məhv etmək hüququ vardır. Bu halda, ümumi qəza istisna 
olmaqla, yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir və daşıyıcı yükün faktik daşınma 
məsafəsinə mütənasib olan məbləğdə fraxt almaq hüququnu özündə saxlayır. 
Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr  
118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya 
daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi təyinat limanına daxil ola 
bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair 
sərəncam verməyə səlahiyyəti olan şəxsə, əgər belə şəxs daşıyıcıya məlumdursa, dərhal 
məlumat verməlidir. 
118.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə və daşıyıcının bildirişi 
göndərildikdən sonra ağlabatan müddət ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud 
yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin yüklə nə etmək barədə sərəncamı 
daxil olmazsa, gəmi kapitanı öz mülahizəsinə əsasən yükgöndərən və ya fraxtedən, yaxud 
yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxs üçün daha sərfəli hesab edilməsindən 
asılı olaraq yükü ya yaxın limanların birində boşaltmaq, yaxud yükü yola salındığı limana 
qaytarmaq hüququna malikdir. 
118.3. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat 
limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair 
sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda 
boşaltmalıdır. Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə sərəncam 
alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam 
verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən 
yaxın limanların birində boşaltmaq hüququ vardır. Alınan sərəncamı gəmidə olan başqa 
yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da gəmi 
kapitanının belə hərəkət etmək hüququ vardır. 
118.4. Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə 
səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan müddət ərzində gözləməsi ilə bağlı 
xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə, habelə yükün daşındığı 
faktik məsafəyə mütənasib olan məbləğdə fraxt almaq hüququ vardır. 
Maddə 119. Dənizlə yük daşınması müqaviləsinin icrasından imtina  
119.1. Əgər vurulmuş yükün dəyəri fraxtı və daşıyıcının yükə dair xərclərini örtmürsə və 
gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən fraxtı tam ödəməyib və əlavə 
təminat təqdim etməyibsə, daşıyıcının gəmi səfərə çıxana kimi dənizlə yük daşınması 
müqaviləsinin icrasından imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb 
etmək hüququ vardır. 
119.2. Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından, 
daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi bütün xərcləri, boşdayanma haqqını 
və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ vardır. 
119.3. Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması 
müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü, hətta yükün boşaldılması gəmini 
müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə 
borcludur. 


119.4. Gəmi səfərdə olduğu zaman yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması 
müqaviləsinin icrasından imtina etdikdə, yükgöndərən və ya fraxtedən yükü yalnız 
gəminin dənizlə yük daşınması müqaviləsinə əsasən daxil olacağı təyinat limanında və ya 
zərurət qarşısında daxil olduğu digər limanda tələb edə bilər. 
119.5. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədiyi halda yükgöndərən və ya 
fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü 
təyinat limanına çatdıranadək onu yükgöndərənin və ya fraxtedənin tələbi ilə yalnız 
bununla daşıyıcıya və digər yükgöndərən və ya fraxtedənə zərərin vurulmadığı halda 
verməyə borcludur. 
Maddə 120. Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina 
etməsi  
120.1. Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə 
yük daşınması müqaviləsinin hər bir tərəfinin digər tərəfə vurulan zərərin əvəzini 
ödəməyərək, onun icrasından imtina etməyə hüququ vardır: 
120.1.1. gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya 
digər əməliyyatlar; 
120.1.2. gəminin yola düşdüyü və ya təyinat limanının blokadası; 
120.1.3. dənizlə yük daşınması müqaviləsinin tərəflərindən asılı olmayan 
səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin 
saxlanılması; 
120.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması; 
120.1.5. daşınma üçün nəzərdə tutulmuş yükün yola salınan yerdən çıxarılmasına 
və ya təyinat yerinə gətirilməsinə müvafiq hakimiyyət orqanları tərəfindən 
qadağanın qoyulması. 
120.2. Əgər gəminin ləngiməsinin qısamüddətli olacağı gözlənilirsə, bu Məcəllənin 
120.1.3 və 120.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar digər tərəfə vurulan zərərin 
əvəzini ödəmədən dənizlə yük daşınması müqaviləsindən imtina etmək üçün əsas ola 
bilməz. 
120.3. Bu Məcəllənin 120.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri 
səfər vaxtı başladıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin müqavilənin 
icrasından imtina etmək hüququ vardır. Belə halda yükgöndərən və ya fraxtedən 
daşıyıcıya onun yüklə əlaqədar çəkdiyi bütün xərclərin, o cümlədən yükün boşaldılması 
ilə bağlı xərclərin əvəzini, habelə yükün faktiki daşındığı məsafəyə mütənasib olan 
məbləğdə fraxt ödəyir. 
Maddə 121. İcrası mümkün olmayan dənizlə yük daşınması müqaviləsinə xitam 
verilməsi  
121.1. Dənizlə yük daşınması müqaviləsi bağlandıqdan sonra və gəmi yükvurma 
limanından çıxana kimi tərəflərdən asılı olmayan aşağıdakı hallarda müqaviləyə, digər 
tərəfə müqavilənin xitamı ilə əlaqədar vurulan zərərin əvəzini ödəmək öhdəliyi olmadan, 
xitam verilir: 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə