Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında


Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi
 
6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və 
iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən, 
sosial partnyorluğun imkanlarından daha səmərəli istifadə olunması zəruridir.
6.
2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəliklərin yerinə yetirilməsini öz üzərilərinə 
götürürlər:
6.2.1. sosial-
iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr 
aparmaq, sosial tərəfdaşlardan ibarət Üçtərəfli Komissiyanın fəaliyyətini gücləndirmək, 
bu qurumda sosial-
iqtisadi bloku əhatə edən dövlət orqanlarının iştirakını təmin etmək;
6.2.2. sosial-
əmək münasibətləri və əhalinin məşğulluğu sahəsində milli proqram, 
qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək, bu sahədə 
hazırlanan qanunvericilik layihələrini rəy və təkliflər alınması üçün sosial tərəfdaşlara 
təqdim etmək;
6.2.3. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa 
uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanunların və digər 
normativ aktların layihələri hazırlanarkən, həmkarlar ittifaqlarının mövqeyini nəzərə 
almaq;
6.2.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar 
birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy 
göstərmək;
6.2.5. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində 
təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv 
müqavilə”, “Ən yaxşı sosial
-
məsuliyyətli müəssisə”, “Peşəsinin ən yaxşı ustası”, “İlin 
peşəkar gənci” və “Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” 
müsabiqələrinin birgə təşkil edilməsini nəzərdən keçirmək;


6.2.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını 
tam nəzərə almaq məqsədilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə 
həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək;
6.2.7. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş 
model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində 
istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” 
model Qanunun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər 
orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək;
6
.2.8. sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən 
qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər 
qəbul edilərkən, onların 1 (bir) il sonra qüvvəyə minməsi barədə müddəanın 
qanunvericiliyə əlavə edilməsinə nail olmaq;
6.2.9. sosial tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, qanunvericilik və 
institusional bazanın gücləndirilməsi məqsədilə “Sosial tərəfdaşlıq haqqında” 
Azərbaycan Respublikasının Qanununu hazırlamaq və qəbul edilməsi üçün birgə səylər 
göstərmək.
6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə 
olunmaması ilə bağlı beynəlxalq normalara riayət edilməsinə təminat verir, həmkarlar 
ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmur, habelə həmkarlar 
ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədilə 
respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına 
kömək edirlər.
6.4. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul 
edirlər:
6.4.1. mülkiyyət və təşkilati
-
hüquqi formasından asılı olmayaraq, respublikanın 
ərazisində yerləşən müəssisələrdə sosial
-
əmək münasibətlərinin sosial partnyorluq 
prinsipləri əsasında tənzimlənməsi;
6.4.2. iqtisadi i
mkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha 
geniş əlavə əmək, sosial
-iqtisadi, maddi-
məişət və digər münasibətləri əhatə edən sahə 
(tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılması və 
həyata keçirilməsi, həmin saziş və müqavilələrin icrasını təmin etmək üçün sahə və ərazi 
Üçtərəfli Komissiyaların yaradılması;
6.4.3. sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılmasına birgə 
nəzarətin gücləndirilməsi və bu sənədlərin elektron bazasının yaradılması.
6.5. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat 
səviyyəsinin statistik müşahidəsini daim həyata keçirir və bu Sazişin əlavəsində
əks 
olunan Əsas sosial
-
iqtisadi göstəricilər üzrə yarım ildə bir dəfə (avqust və fevral 
aylarında) Tərəflərə məlumat verir.


6.6. Tərəflər sosial
-
əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək 
mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi
üçün onlardan asılı olan bütün zəruri 
tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə 
əməkdaşlığı təşkil edirlər.
6.7. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər 
hazırlayır.
6.8. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, qanunda nəzərdə 
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
6.9. Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirirlər və 
nəticələr hər ilin yekunlarına görə müzakirə edilir.
6.10. Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.
6.11. Saziş 2020
-2022-
ci illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. 
Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək bitmədiyi 
təqdirdə, bu Sazişin müddəti Tərəflərin razılığı ilə 3 (üç) ayadək uzadıla bilər.
6.12. Sazişin icrası və sosial
-
əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin 
fəaliyyətini işıqlandırmaq məqsədilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş 
materialları respublikanın kütləvi informasiya vasitələrilə yayırlar.
6.13. Sazişə
daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı 
olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara 
şamil edilir.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə