Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında


Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və eko



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və eko
loji 
təhlükəsizlik
 
5.1. Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji 
təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər 
aşağıdakı öhdəliklərin yerinə yetirilməsini öz üzərilərinə götürürlər:
5.1.1. içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul 
edilməsinə nail olmaq;
5.1.2. əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə 
çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması 
üzrə Milli Strategiya”nın qəbul edilməsini sürətləndirmək;


5.1.3. tikintidə təhlükəsizlik norma və qaydalarını tənzimləyən normativ hüquqi 
sənədin layihəsini hazırlamaq:
5.1.4. əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan 
olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin siyahısını 
hazırlamaq;
5.1.5. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının 
a
rtırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq;
5.1.6. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə əmək 
qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
5.1.7. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 
layihəsini hazırlamaq;
5.1.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv 
və fərdi mühafizə vasitələri istehsalının imkanlarını araşdırmaq;
5.1.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının 
qorunması məqsədilə ekoloji təhlükəsizliyi təmin etmək;
5.1.10. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya 
sistemini yaratmaq;
5.1.11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, işəgötürən 
tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək;
5.1.12. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən 
sonrak
ı reabilitasiya və peşəkar
-
tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait 
yaratmaq;
5.1.13. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq 
üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək
, bu 
idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək;
5.1.14. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının 
möhkəmləndirilməsi məqsədilə istirahət evlərinə, turist bazalarına və sanatoriya
-kurort 
müəssisələrinə müvafiq göndərişlər (yollayışlar) vermək;
5.1.15. Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası 
haqqında” 155 nömrəli, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası 
haqqında” 184 nömrəli, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsinin 
əsasları haqqında” 187 nömrəli Konvensiyaların ratifikasiya imkanlarını araşdırmaq;
5.1.16. idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli 
təşkili üçün davamlı olaraq mədəni
-
kütləvi, sosial, turizm
-
ekskursiya və idma

tədbirlərində onların iştirakını təmin etmək;
5.1.17. işçilərin, xüsusilə gənclərin əmək qanunvericiliyi və əməyin mühafizəsi 
norma və qaydaları barədə mütəmadi məlumatlandırılması məqsədilə respublikanın 
müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək;


5.1.18. idarə, müəssisə və təşkilatlar tərəfindən əmək hüquqlarının müdafiəsi, 
əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə 
Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də 
daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni həyata keçirmək;
5.1.19. əhalinin sağlamlığının və ətraf mühitin qorunması məqsədilə yaşıllıqlar 
salmaq və onlara qulluq etmək, ərazilərin məişət tullantılarından təmizlənməsi üçün 
əmək kollektivlərinin iməciliklərini təşkil etmək;
5.1.20. “Beynəlxalq Əmək Təşkilatının Transmilli Şirkətlər və Sosial Siyasət üzrə 
Prinsiplərin Üçtərəfli Bəyannaməsi”nə əsasən transmilli şirkətlərdə, xarici sərmayə ilə 
işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial
-
iqtisadi hüquqlarının 
qorunması ilə bağlı birgə iş aparmaq.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə