Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında


Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi
 
2.1. Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks 
tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, 
əhalinin 
həyat 
səviyyəsinin 
yaxşılaşdırılmasını 
və 
gəlirlər 
siyasətinin 
təkmilləşdirilməsini zəruri hesab edirlər.
2.2. Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas 
dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı 
öhdəliklərin yerinə yetirilməsini öz üzərilərinə götürürlər:
2.2.1. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində layiqli əmək üzrə ölkə 
proqramının icrasını təmin etmək;
2.2.2. Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək;


2.2.3. gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər 
məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyini beynəlxalq 
normalara uyğun olaraq təkmilləşdirmək;
2.2.4. qeyri-
formal məşğulluğun qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi 
(kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri
-
rəsmi ödənişlər 
verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;
2.2.5. müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan 
işlərə diqqəti artırmaq;
2.2.6. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair 
təhlillər aparmaq;
2.2.7. büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödəniş 
sisteminin bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında 
təkmilləşdirmək, əməyin ödəniş sistemlərində eyni peşə və vəzifələr üzrə tarif (vəzifə) 
maaşları arasında əməyin nəticələri ilə bağlı olmayan fərqlənmələri aradan qaldırmaq;
2.2.8. minimum istehlak büdcəsinin hesablanmasına dair məsləhətləşmələr 
aparmaq;
2.2.9. qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən 
baxılması və bu iş yerlərinin azaldılması və Azərbaycan Respublikasının Əmək 
Məcəlləsinin 241
-
ci maddəsində dəyişiklik edilməsi istiqamətində müvafiq işlər 
aparmaq;
2.2.10. dövlət qulluqçularının layiqli həyat səviyyəsini təmin etmək, dövlət 
orqanlarının qulluq keçməyə və səriştələrin yüksəldilməsinə marağını artırmaq və dövlət 
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi əsasında onların əməyinin 
ödəniş sistemini tənzimləmək məqsədilə qanunvericilik aktlarını təkmilləşdirmək;
2.2.11. həyat səviyyəsinin çevik şəkildə ölçülməsi və ona təsir edən faktorların təhlili 
üçün müvafiq mexanizmləri yaratmaq və inkişaf etdirmək.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə