Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında


Sosial müdafiənin gücləndirilməsi istiqamətləri



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri
 
4.1. Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə 
hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini 
zəruri hesab edirlər:
4.1.1. əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi;
4.
1.2. İİV/QİÇS
-
ə, şəkərli diabet, hemofiliya, talassemiya, vərəm və digər xroniki 
xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin 
davam etdirilməsi;


4.1.3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyəti
nin 
yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam 
etdirilməsi;
4.1.4. məktəb tətilləri zamanı uşaqların istirahətinin səmərəli təşkili və 
genişləndirilməsi işinin davam etdirilməsi;
4.1.5. iş yerlərində şəxslərin təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, 
müasir tələblərə cavab verə biləcək sanitariya
-
gigiyena normalarının işlənilib 
hazırlanması;
4.1.6. işəgötürənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında 
qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi;
4.1.7. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə 
etmələrinə nəzarətin gücləndirilməsi;
4.1.8. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və 
mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin 
gücləndirilməsi;
4.1.9. güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin 
siyahısına səhiyyə işçilərinin əlavə edilməsi;
4.1.10. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını 
təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının 
dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi;
4.1.11. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması 
hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə 
qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının 
nümayəndələrindən ibarət komissiyaların yaradılması;
4.1.12. ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların yataqxana ilə 
təmin olunması məqsədilə tədbirlərin davam etdirilməsi;
4.1.13. əlilliyi olan şəxslərin stasionar şəraitdə tibbi və sosial reabilitasiyasının 
genişləndirilməsi;
4.1.14. 
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın 
Milli Qəhrəmanlarının
imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası 
Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanması;

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə