Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
1. İqtisadi siyasət sahəsində
 


1.1. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial
-
iqtisadi siyasəti 
iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdirilməsinin və rəqabət 
qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyalar 
qoyulmasının stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni 
layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması 
əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.
1.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəliklərin yerinə yetirilməsini öz üzərilərinə 
götürürlər:
1.2.1. milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində 
nəzərdə tutulmuş qeyri
-
neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını davam 
etdirmək;
1.2.2. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək 
etmək;
1.2.3. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək;
1.2.4. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf 
etdirilməsinə diqqəti artırmaq;
1.2.5. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri 
həyata keçirmək;
1.2.6. sosial-
iqtisadi inkişafın və dövlət büdcəsinin ortamüddətli proqnozlaşdırma 
sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;
1.2.7. Milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Gündəliyinin məqsəd, hədəf və 
göstəricilərinə uyğunlaşdırılması prosesinin həyata keçirilməsini sürətləndirmək, bu 
prosesdə regionların iştirakını gücləndirmək və uğurlu nümunələr yaratmaq üçün model 
regionlar formalaşdırmaq;
1.2.8. bazar iqti
sadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş 
yerlərinin yaradılmasında əsas amil olan mikro, kiçik və orta sahibkarlıq subyektləri 
üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək 
məqsədilə dövlət
-sa
hibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da 
təkmilləşdirmək, dövlət satınalmalarında onların iştirakını təşviq edən qanunvericilik və 
tənzimləmə çərçivəsini yaratmaq;
1.2.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini 
və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yerli istehsalçılara hərtərəfli yardımı 
artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici 
bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək,
istehsal olunmuş 
hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini 
gücləndirmək, bu sahədə hesabatlılığı təmin etmək üçün “Xarici ölkələrə ixrac 
missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların 
araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici 
bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı
beynəlxalq sertifikat almasına, ixracla 
əlaqəli tədqiqat
-
inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına 


ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi 
Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2016
-
cı il 
5 oktyabr tarixli 1063 nömrəli Fərmanının icrası barədə hökumət tərəfindən i
llik 
hesabatların Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya (bundan sonra –
Üçtərəfli Komissiya) təqdim edilməsini təmin etmək;
1.2.10. “Azərbaycanda rəqəmsal iqtisadiyyat” dövlət proqramını hazırlayıb qəbul 
etmək;
1.2.11. Dayanıqlı İnkişaf Gündəliyinin icrası “heç kimin geridə qalmaması” 
prinsipinə əsaslanaraq ictimai maarifləndirmənin aparılması, maraqlı tərəflərin, o 
cümlədən sosial tərəfdaşların, vətəndaşların, vətəndaş cəmiyyəti, biznes sektoru və KİV
-
in geniş cəlb edilməsini davam etdirmək;
1.2.12. iqtisadiyyatın bütün sahələrində müasir informasiya
-kommunikasiya 
texnologiyalarının tətbiqi üzrə tədbirləri davam etdirmək;
1.2.13. qeyri-
formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində tədbirləri həyata 
keçirmək, qeyri
-
formal məşğulluqdan formal məşğulluğa keçid istiqamətində 
addımların koordinasiyasını təmin etmək;
1.2.14. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;
1.
2.15. əhalinin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul 
olmaları üçün səyləri artırmaq, bu istiqamətdə müştərək layihələr həyata keçirmək;
1.2.16. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə 
(tariflərə)
yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;
1.2.17. geni dəyişdirilmiş məhsulların və saxta malların ölkəyə gətirilməsinin 
qarşısını almaq, ərzaq və qeyri
-
ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini 
gücləndirmək;
1.2.18. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri 
hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq 
tədbirlər görmək;
1.2.19. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmə
k;
1.2.20. inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması məqsədilə müvafiq 
tənzimləmə üsullarından fəal istifadə etmək;
1.2.21. ölkənin qeyri
-
neft sektoruna xarici investisiyaların miqyasını daha da 
genişləndirmək məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə 
təkliflər hazırlamaq;
1.2.22. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının
sürətləndirilməsi, Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici 
investisiyaların qorunması haqqında” qanunlarının təkmilləşdirilməsi və ya yenidən 
hazırlanması üçün təsirli tədbirlər görmək;
1.2.23. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını 
stimullaşdıran tədbirləri həyata keçirmək;


1.2.24. ölkə iqtisadiyyatının qeyri
-
neft sektorunun, o cümlədən turizmin inkişafını 
davam etdirmək;
1.2.25. mənzil
-
kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və b

sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə 
yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək;
1.2.26. MDB ölkələrində valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında 
beynəlxalq müqayisələrin aparılmasını
nəzərdən keçirmək;
1.2.27. bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal prosesləri, 
aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətləri vahid 
məkanda birləşdirən aqroparkların yaradılmasını davam etdirmək;
1.2.2
8. subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, sığortaolunma 
mexanizminin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirmək;
1.2.29. bələdiyyələrin maliyyə bazasının möhkəmləndirilməsi və bələdiyyə 
müəssisələrinin yaradılması üçün dövlətin maliyyə dəstəyini artırmaq;
1.2.30. kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış 
bazarlarına çıxış imkanlarını genişləndirmək;
1.2.31. fermerlərə informasiya
-
məsləhət xidmətinin səmərəli təşkili sahəsində 
görülən işləri davam etdirmək;
1.2.32. kənd təsərrüfatında rəqabətqabiliyyətli irimiqyaslı kooperasiyaların 
yaradılmasına dövlət dəstəyini gücləndirmək;
1.2.33. infrastruktur layihələri çərçivəsində kənd yollarının təmiri və yenidən 
qurulması işlərini davam etdirmək;
1.2.
34. istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən 
dövriyyəyə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün 
təsirli tədbirlər görmək;
1.2.35. özəl “Fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzlər
ini 
genişləndirmək;
1.2.36. azad iqtisadi zonaların yaradılması istiqamətində səyləri gücləndirmək;
1.2.37. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və 
emalına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş strateji hədəflər üzrə tədbirlərin 
icrasını, o cümlədən kənd yerlərində əhalinin peşə hazırlığının gücləndirilməsi, 
məşğulluğunun artırılması, habelə toxumçuluğun, baramaçılığın və arıçılığın inkişaf 
etdirilməsi sahəsində tədbirləri davam etdirmək;
1.2.38. kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericiliyi 
təkmilləşdirmək, stimullaşdırma mexanizmlərini hazırlamaq və bu sahədə ictimai 
məlumatlandırma tədbirlərini həyata keçirmək;
1.2.39. ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq 
sistem
ini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat 
bazasında sistemləşdirilməsini təmin etmək;


1.2.40. kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta xidmətindən istifadə 
səviyyəsini yüksəltmək;
1.2.41. kənd təsərrüfatı
və ərzaq məhsulları istehsalçılarının bazara çıxış imkanlarını 
genişləndirmək və bu istiqamətdə süni maneələrin aradan qaldırılması baxımından kənd 
təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunu inkişaf etdirmək;
1.2.42. yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin 
həyata keçirilməsini stimullaşdırmaq məqsədilə görülən tədbirləri davam etdirmək;
1.2.43. aqrar sahədə kadr hazırlığı və təminatı sistemini təkmilləşdirmək, gənclərin 
kənd təsərrüfatı təmayüllü ixtisas və texniki peşə hazırlığı sahəsində görülən işləri 
davam etdirmək;
1.2.44. kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğunu təmin etmək, 
kənd təsərrüfatında zəhərli kimyəvi maddələrin tətbiqinin məhdudlaşdırılması ilə bağlı 
tənzimləyici tədbirləri həyata keçirmək;
1.2.45. kənd təsərrüfatı sahəsində çalışan işçilərin sağlamlığının mühafizəsi və 
onlara göstərilən tibbi xidmətin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 
Qanununa uyğun yerlərdə tətbiqini gücləndirmək;
1.2.46. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulla bağlı danışıqlarda yerli kənd 
təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının maraqlarını qorumaq;
1.2.47. kənd təsərrüfatında məhsul istehsalının artırılması üçün keyfiyyətli bioloji 
gübrə və bitki mühafizə vasitələrindən istifadəni gücləndirmək;
1.2.48. kənd əhalisinin qeyri
-
kənd təsərrüfatı sahələrində məşğulluğunu 
stimullaşdırmaq, gəlir əldəetmə imkanlarını yaxşılaşdırmaq və məşğulluq səviyyəsinin 
yüksəldilməsi məqsədilə alternativ fəaliyyət sahələrini inkişaf etdirmək;
1.2.49. maliyyə
-
kredit sistemində şəffaflığın qorunması üçün dövlət və ictimai 
nəzarəti gücləndirmək.
1.3. Tərəflər iqtisadiyyatın bütün sahələrində Ümumi Daxili Məhsulun real artım 
göstəricilərinin proqnozlaşdırılmasını zəruri hesab edirlər.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə