Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
[1]
 
4.1.15. ünvanlı dövlət sosial yardımı və tibbi
-
sosial ekspertiza xidmətlərinin 
elektron texnologiyalar üzərində avtomatlaşdırılması işinin təkmilləşdirilməsinin davam 
etdirilməsi;
4.1.16. sığorta
-
pensiya sisteminin davamlı və dinamik inkişafına nail olunması 
məqsədilə islahatların davam etdirilməsi;
4.1.17. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə 
köçürülməsi üzərində birgə nəzarətin gücləndirilməsi;
4.1.18. sığorta
-
pensiya sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi 
məqsədilə pensiya təminatı sisteminin çoxparametrli aktuar proqnozlara əsaslanan 


uzunmüddətli iqtisadi modellər əsasında gəlir və xərclərinin müəyyən edilməsi üzrə 
işlərin aparılması;
4.1.19. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dö
vri tibbi 
müayinədən keçirilməsinin təmin edilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi;
4.1.20. gender, yaş qrupları, şəhər (rayon, kənd və bölgələr), inzibati rayonlar 
formasında daha ətraflı statistik məlumatların alınması və analitik potensialın
gücləndirilməsi;
4.1.21. uşağın 3 (üç) yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən 
istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına 
hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi;
4.1
.22. Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimal normaları 
haqqında” 102 nömrəli Konvensiyasının ratifikasiyasının sürətləndirilməsi;
4.1.23. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin 
genişləndirilməsi zərurətini nəzərə alaraq, sığortaolunan şəxslərin sosial mənafeyini 
qorumaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin müvafiq strukturları 
ilə qarşılıqlı və birgə fəaliyyət göstərilməsi;
4.1.24. müxtəlif kateqoriyalı məşğul şəxslərin məcburi dövlət sosial sığorta sistemi 
ilə əhatə olunmasının genişləndirilməsi;
4.1.25. əhalinin dispanserizasiyasının keçirilməsinə, sağlamlığının qorunması və 
möhkəmləndirilməsinə, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafına birgə 
nəzarətin gücləndirilməsi;
4.1.26. “Sosial
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 
təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
4.1.27. üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı 
müvafiq tədbirlərin görülməsi;
4.1.28. pensiya təyinatı zamanı
vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin 
yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsinin 
gücləndirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsi;
4.1.29. əmək pensiyasının sığorta hissəsinə və qulluq stajına görə əmək pensiyasına 
əlavələrlə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 
təkmilləşdirilməsi;
4.1.30. əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə 
məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnun təmin 
edilməsi;
4.1.31. əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısilə ayrı
-
seçkiliyə 
yol verilməməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə 
əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməməsi;
4.1.32. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı 
olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə 


keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv 
edilməsi hallarının qarşısının alınması;
4.1.33. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun 
olaraq, kvota üzrə müəyyən edilmiş iş yerlərinə sosial müdafiəyə xüsusi ehtiyacı olan və
işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq qurumları və ya “DOST” 
mərkəzlərinin göndərişi ilə işə qəbul olunmasının təmin edilməsi, habelə sosial 
müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması sahəsində tədbirlərin 
görülməsi;
4.1.34. əlilliyi olan şəxslərin özünüməşğulluğunun təşkili istiqamətində beynəlxalq 
təşkilatlarla əməkdaşlığın genişləndirilməsi;
4.1.35. kvota üzrə məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən 
göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul 
etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi;
4.1.36. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi səbəbindən əlilliyi olan 
işçilərin arzusu ilə Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, təqsirkar işəgötürən 
tərəfindən əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınmaqla iş yerləri ilə 
təmin edilməsi;
4.1.37. əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri
əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin 
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənməsinə nəzarətin 
gücləndirilməsi;
4.1.38. əlilliyi olan şəxslərin iş yerinin onların istifadəsi üçün uyğunlaşdırılması 
məqsədilə şəxslərin tələbatına uyğun iş yerləri ilə təmin edilməsi və ağlabatan 
uyğunlaşdırma tədbirlərinin işəgötürənlər tərəfindən həyata keçirilməsi;
4.1.39. inklüziv m
əşğulluğun və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının 
genişləndirilməsi, onların əmək bazarına bərabərhüquqlu inklüzisiyası istiqamətində 
investisiya proqramlarının tətbiq edilməsi.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə