Təşkilatlarının Milli Konfederasiyası arasında 2020 -2022- ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında


Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı



Yüklə 381,14 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix13.06.2023
ölçüsü381,14 Kb.
#116917
1   2   3   4   5   6   7   8   9   10
bas-kollektiv-sazis-2020-2022

 
3. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı
 
3.1. Tərəflər
hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı 
inkişafı ixtisaslı işçilərə tələbatın formalaşdırılması, yüksək məhsuldarlıq, təhlükəsiz 
əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə 
müşayiət
olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı 
sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı 
şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir:
3.1.1. 
əmək və məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması, 
beynəlxalq 
standartlara 
və 
milli 
prioritetlərə 
əsaslanaraq 
qanunvericiliyin 
təkmilləşdirilməsi;


3.1.2. əmək bazarının təhlili məqsədilə mövcud informasiya sisteminin əhatə 
dairəsinin genişləndirilməsi, informasiya sisteminə əmək bazarının monitorinqi və 
proqnozlaşdırılması üzrə elementlərin daxil edilməsi;
3.1.3. əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin davamlı inkişaf edən 
iqtisadiyyatın 
tələblərinə 
uyğunlaşdırılması, 
müasir 
tələblərə 
cavab 
verən 
rəqabətədavamlı kadr potensialının formalaşdırılması, peşə təhsili sisteminin 
təkmilləşdirilməsi, peşə standartlarının, o cümlədən təlim standartlarının hazırlanması;
3.1.4. dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması;
3.1.5. əmək miqrasiyasının səmərəliliyinin artırılması;
3.1.6. qeyri-
formal məşğulluğun qarşısının alınmasına dair Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş tədbirlər planının icrasının təmin 
edilməsi;
3.1.7. əmək münasibətlərinin əsassız olaraq mülki
-
hüquqi müqavilələrlə 
rəsmləşdirilməsi 
hallarının 
qarşısının 
alınması 
məqsədilə 
qanunvericiliyin 
təkmilləşdirilməsi;
3.1.8. əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin həyata keçirilməsində 
profilaktik fəaliyyətin və onlayn nəzarət mexanizmlərinin gücləndirilməsi;
3.1.9. əmək ehtiyatlarının səmərəli istifadəsi, əhalinin məşğulluq və sahibkarlıq 
imkanlarının genişləndirilməsi, inklüziv məşğulluğun stimullaşdırılması, layiqli əməyin 
dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində 
tədbirlərin həyata keçirilməsi.
3.2. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəliklərin yerinə yetirilməsini öz 
üzərilərinə götürürlər:
3.2.1. gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində 
çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin 
yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc 
işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən 
tədbirləri həyata keçirmək;
3.2.2. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa 
olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin 
olunmasına nail olmaq;
3.2.3. sosial tərəfdaşların əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına 
nəzarəti gücləndirmək;
3.2.4. 
əmək 
bazarının 
tələblərinə 
uyğun 
olaraq, 
kadr 
hazırlığının 
proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
3.2.5. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədilə əsassız 
olaraq müddətli müqavilələrin bağlanılmasına yol verməmək, belə hallara yol verən 
işəgötürənlərin cərimələnməsinə dair Azərbaycan Respublikasının “Sahibkarlıq 
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi 
haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 


qanunlarının tələbləri nəzərə alınmaqla, qanunvericilikdə müvafiq tədbirləri müəyyən 
etmək;
3.2.6. gənclərin, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə 
çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi 
istiqamətində müvafiq işləri davam etdirmək;
3.2.7. 
dövlət uşaq müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn 
himayəsindən məhrum olmuş uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş 
yeri ilə təmin olunmasına köməklik göstərmək;
3.2.8. ölkə və regionlar üzrə məşğulluq proqramlarının
həyata keçirilməsi üçün 
ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək;
3.2.9. mövcud iş yerlərinin saxlanılmasını və layiqli yeni iş yerlərinin yaradılmasını 
təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;
3.
2.10. əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması 
istiqamətində reklam
-
informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri 
haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq;
3.2.11. əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün 
qiymətləndirilməsi məqsədilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək;
3.2.12. ali, orta ixtisas, peşə təhsili və ümumi təhsil müəssisələrinin tələbələrinə 
əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək;
3.2.13. məşğulluq məsələləri üzrə ölkə regionlarında yaradılmış əlaqələndirmə 
komitələrinə köməklik göstərmək;
3.2.14. əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar 
sisteminin g
ücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;
3.2.15. Beynəlxalq Əmək Təşkilatının “Məşğulluğa köməklik və işsizlikdən müdafiə 
haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq;
3.2.16. layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədilə birgə tədqiqatlar 
aparmaq;
3.2.17. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı 
həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək;
3.2.18. qeyri-
formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin 
öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı 
risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək;
3.2.19. sosial infra
strukturyönlü işləri inkişaf etdirmək, xalq tətbiqi sənətinin 
dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə 
investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsini artırmaq;
3.2.20. ölkədə əmək bazarında və sosial müdafiə sahəsində mövcud vəziyyətin 
qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi, monitorinqlərin həyata keçirilməsi 
və bu sahələrdə təhlil və proqnozların hazırlanması işində Əmək Bazarı və Sosial 
Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya hərtərəfli kömək göstərmək;


3.2.21. MDB ölkələri üçün təsdiq olunmuş ümumi əmək bazarının 
formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi üzrə tədbirlərdə 
iştirak etmək;
3.2.22. qeyri-
formal məşğulluğun
aşkar edilərək qarşısının alınmasında icbari tibbi 
sığortanın imkanlarından istifadə edilməsi məqsədilə tədbirlər görmək;
3.2.23. qeyri-
formal məşğulluğun xarakterik olduğu iqtisadi fəaliyyət sahələrində 
(pərakəndə ticarət, iaşə, nəqliyyat, turizm xidməti
və s.) qeydiyyatsız əmək fəaliyyətinin 
qarşısının alınması məqsədilə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və həmin 
sahələrdə fəaliyyəti gücləndirmək;
3.2.24. beynəlxalq təcrübəyə uyğun olaraq məcburi dövlət sığorta yükünün 
işəgötürənlər və işçilər arasında optimallaşdırılması üzrə tədbirləri həyata keçirmək;
3.2.25. əmək bazarının təhlili və proqnozlaşdırılması mexanizmlərinin, 
metodlarının hazırlanması, strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr 
tələbatının proqnozlaşdırılması ilə bağlı tədbirləri həyata keçirmək;
3.2.26. 
qeyri-
formal 
məşğulluğun 
aradan 
qaldırılmasına 
yönəldilmiş 
qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
3.2.27. qeyri-
formal məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi,
bu sahədə monitorinq və təhlil sisteminin yaradılması istiqamətində tədbirləri həyata 
keçirmək;
3.2.28. işsizlikdən sığorta sisteminin tətbiqinin təkmilləşdirilməsi istiqamətində 
tədbirləri həyata keçirmək;
3.2.29. əmək qabiliyyətli şəxslərin işlə təmin edilməsinə yönəldilmiş 
özünüməşğulluq tədbirlərinin genişləndirilməsi ilə bağlı müvafiq işlər görmək;
3.2.30. aktiv əmək bazarı proqramlarının keyfiyyətini və çeşidini artırmaq, əhatə 
dairəsini genişləndirmək;
3.2.31. ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatlar 
aparmaq, proqnozlar hazırlamaq, mükəmməl proqnozlaşdırma metodologiyasını tətbiq 
etmək və kadr potensialının formalaşdırılması üzrə müvafiq işlər görmək.

Yüklə 381,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə