Azərbaycan Respublikasının Gömrük Komitəsi tərəfindən
cavablandırılması zəruri olan FATF Tövsiyələri
Aidiyyəti tövsiyələr üzrə sorğu olunan məlumatlar
Müvafiq məlumatlar, istinadlar, aidiyyəti statistik
rəqəmlər
Xüsusi Tövsiyə IX
IX.1. Dövlətlər pulların leqallaşdırılması və ya
terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli olması şübhə
edilən valyuta və daşına bilən adsız qiymətli kağızların
fiziki olaraq sərhəddən keçirilməsinin aşkarlanması üçün
valyuta və daşına bilən adsız qiymətli kağızların
1
ölkəyə
gətirilməsi və ölkədən çıxarılması
2
üzrə mövcüd olan iki
sistemdən birini implementasiya etməlidirlər:
(a)
Bəyannamə
sistemi
aşağıdakı
xarakterik
xüsusiyyətləri özündə ehtiva edir:
(i)
Bütün şəxslər müəyyən edilmiş məbləğ
limitindən yuxarı həddə valyuta və ya daşına bilən
adsız qiymətli kağızları fiziki olaraq sərhəddən
keçirərkən səlahiyyətli orqanlara vicdanla bəyan
etməlidirlər;
(ii)
Müəyyən edilmiş limit 15 000 Avro/ABŞ dolları
məbləğini aşmamalıdır
3
; və ya
(b)
Açıqlama sistemi/hesabat xarakterli sistem
aşağıdakı xarakterik xüsusiyyətləri özündə ehtiva edir:
(i)
Bütün şəxslər müəyyən edilmiş limitdən yuxarı
məbləğdə valyuta və ya daşına bilən adsız qiymətli
kağızları fiziki şəkildə sərhəddən keçirərkən
səlahiyyətli orqanların sorğusu əsasında bu barədə
vicdanla bəyan etməlidirlər;
(ii)
Səlahiyyətli orqanlar kəşfiyyat və ya şübhəlilik
meyarına əsaslanaraq xüsusi təyinatlı və ya ümumi
təyinatlı sorğular vermək səlahiyyətinə malikdir.
IX.2. Sərhəddən keçirilən valyuta və ya daşına bilən adsız
qiymətli kağızlar barədə doğru olmayan məlumatları
bəyan etmə və ya bəyan etmədən/açıqlamadan boyun
qaçırma halları olduqda, səlahiyyətli orqanlara valyuta və
1
Ölkələr sadalanlardan hər hansı bir məhdudlaşdırmadan Xüsusi Tövsiyə IX-u icra etməlidirlər : (i) mallar və xidmətlər
üçün ölkələr arasında ticarət ödənişləri; və ya (ii) kapitalın hərəkətinin hər hansı bir şəkildə sərbəstliyi
2
Ölkələr ölkəyə daxilolan və ölkədən çıxarılan valyutanın və daşına bilən ödəmə vasitələrinin transsərhəd köçürmələrinə
münasibətdə eyni növ sistemdən istifadə etməməlidirlər
3
Bəyannamə sistemini tətbiq edən ölkələr göstərilən minimum məbləğin Xüsusi Tövsiyə IX-un məqsədlərinə cavab
vermək üçün yetərli dərəcədə aşağı olmasını təmin etməlidirlər. Hər halda minimum məbləğ 15 000 Avro/ABŞ
dollarından çox olmamalıdır.
ya daşına bilən adsız qiymətli kağızların daşıyıcısından
mənbəyi və istifadə məqsədi barəsində əlavə məlumatları
tələb etmək və əldə etmək səlahiyyəti verilir.
IX.3. Səlahiyyətli orqanlar valyuta və ya daşına bilən
adsız qiymətli kağızların sərhəddən keçirilməsinin
ağlabatan
müddətdə
qarşısının
almaq
və
ya
məhdudlaşdırmaq səlahiyyətinə malikdir, əgər müəyyən
edərsə ki, burada
(a) pulların leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsinə dair şübhələr mövcuddur; və
ya
(b)
doğru
olmayan
məlumatları
bəyan
etmə/açıqlama halları mövcuddur.
IX.4. Bəyan edilmiş/açıqlanmış və ya aşkarlanmış valyuta
və ya adsız qiymətli kağızların dəyəri haqqında məlumat
və adsız qiymətli kağız sahiblərinin eyniləşdirmə
sənədləri müvafiq orqanlar tərəfindən aşağıdakı hallarda
saxlanılır:
(a)
Müəyyən edilmiş limitdən yuxarı məbləğ
bəyan edildikdə; və ya
(b)
doğru
olmayan
məlumatlar
bəyan
edildikdə/açıqlandıqda; və ya
(c)
pulların
leqallaşdırılması
və
ya
terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar
şübhələr olduqda.
Beynəlxalq yanaşmaya əsasən, “müvafiq orqanlar”
termini özündə hər bir üzv dövlətin səlahiyyətli
orqanlarını özünün seçməsi fikrini ehtiva edir.
IX.5. XT.IX.1-ci meyarının implementasiyasından əldə
edilən məlumatlara maliyyə kəşfiyyat orqanının aşağıdakı
yollarla çıxışı olmalıdır:
(a)
şübhəli trans-sərhəd köçürmələrlə bağlı MKO-nun
məlumatlandırılmasını təmin edən bir sistemin mövcud
olması;
(b)
MKO-nun bəyan edilən/açıqlanan məlumatlara
birbaşa çıxışının olması.
Beynəlxalq yanaşmaya müvafiq olaraq, (a) və ya (b)
bəndi əsasında toplanan məlumatlara digər üzv dövlətlərin
MKO-larının çıxışı olmalıdır.
IX.6. Gömrük, immiqrasiya və digər əlaqədar orqanlar
arasında Xüsusi Tövsiyə IX-un implementasiyası ilə bağlı
məsələlərdə ölkədaxili koordinasiyası adekvat şəkildə
təşkil edilməlidir.
IX.7. Dövlətlər 35-40-cı Tövsiyələr və V Xüsusi Tövsiyə
üzrə öhdəliklərin yerinə yetirilməsi baxımından öz
səlahiyyətli orqanları arasında beynəlxalq səviyyədə
əməkdaşlığın təşkili və yardımın göstərilməsi üzrə
müvafiq tədbirləri görməlidirlər.
Mümkün tədbirlərin (Xüsusi Tövsiyə IX-a dair Ən
Yaxşı Təcrübədən götürülmüş) nümunələrinə aiddir :
Digər ölkələrlə trans-sərhəd nəqliyyat hesabatları və
nağd hesabların üzərinə həbs qoyulmasına dair
informasiyanın mübadiləsi sahəsində gömrük orqanları
və digər müvafiq təşkilatlar arasında ikitərəfli
gömrüklərarası əməkdaşlıq sazişinə malik olmaqla.
Xüsusi Tövsiyə IX.4 Meyarına müvafiq olaraq
informasiya müvafiq hallarda beynəlxalq səlahiyyətli
orqanları arasında beynəlxalq səviyyədə mübadilə edilə
bilər.
Beynəlxalq yanaşmaya müvafiq olaraq, beynəlxalq
səviyyədəki əməkdaşlıq və yardım məsələlərində üzv-
dövlətlər üçün üçüncü dövlətlər tərəfindən sorğu edilən
məlumatların birbaşa olaraq verilməsi qeyri-mümkün
olarsa, sorğu edilən məlumatlar üzrə müvafiq mənbələrin
eyniləşdirilməsinin aparılmasına çalışılmalıdır.
IX.8. Dövlətlər həmçinin IX XT-nin tələblərinə zidd
olaraq doğru olmayan məlumatlar bəyan edən və ya
açıqlayan şəxslərə qarşı 17.1-17.4-cü Tövsiyənin
kriteriyalarının tətbiq edilməsini təmin etməlidirlər.
IX.9. Dövlətlər həmçinin IX XT-nin tələblərinə zidd
olaraq terrorçuluğun maliyyələşdirilməsi və ya pulların
leqallaşdırılması ilə əlaqədar olan valyuta və ya adsız
qiymətli kağızlarını sərhəddən fiziki olaraq keçirən
şəxslərə 17.1-17.4-cü Tövsiyənin kriteriyalarını tətbiq
edilməsini təmin etməlidirlər.
IX.10.
Dövlətlər
həmçinin
terrorçuluğun
maliyyələşdirilməsi və ya pulların leqallaşdırılması ilə
əlaqədar olan valyuta və ya adsız qiymətli kağızları
sərhəddən fiziki olaraq keçirən şəxslərə 3.1-3.6-cı
Tövsiyənin meyarlarının tətbiq edilməsini təmin
etməlidirlər.
IX.11.Dövlətlər
həmçinin
terrorçuluğun
maliyyələşdirilməsi ilə əlaqədar olan valyuta və ya adsız
qiymətli kağızlarını sərhəddən fiziki olaraq keçirən
şəxslərə Xüsusi Tövsiyənin III.1-III.10-cu meyarlarının
tətbiq edilməsini təmin etməlidirlər.
IX.12. Dövlət zinət əşyaları, qiymətli metallar və ya
qiymətli
daşların
sərhəddən
qeyri-adi
şəkildə
keçirilməsini müəyyən edərsə, bu barədə məlumat həmin
zinət əşyaları, qiymətli metallar və qiymətli daşların
çıxdığı və/vəya çatacağı ölkənin gömrük orqanına və ya
digər səlahiyyətli orqanlarına verilməlidir və bunların
mənbəyi, çatdırılma yeri və daşınma məqsədinin aşkar
edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi
üçün dövlətlər arasında əməkdaşlıq edilməlidir.
IX.13. Təqdim edilən və ya saxlanılan məlumatların
səmərəli istifadəsi məqsədilə trans-sərhəd köçürmələr
üzrə məlumatların təqdim edilməsi sistemlərinin
mühafizəsi ciddi şəkildə təmin edilməlidir.
IX.14. Bütün dövlətlər təlim, məlumatların toplanması,
məcburetmə tədbirləri (17-ci Tövsiyə) və hədəf qruplarına
əsaslanan proqramlar hazırlamalı və tətbiq etməlidirlər.
Beynəlxalq yanaşmaya müvafiq olaraq, bu standartın
mütənasib şəkildə tətbiqinə nail olmaq üçün bütün üzv-
dövlətlər (1) təlim, (2) məlumatın toplanması, (3)
məcburetmə tədbirləri (17-ci Tövsiyə də daxil olmaqla) və
(4) hədəf qruplarına əsaslanan analoji proqramları
hazırlamalı və tətbiq etməlidirlər.
IX.15. Beynəlxalq yanaşmaya müvafiq olaraq, üzv-
dövlətlər
IX.1-ci
Xüsusi
Tövsiyənin
implementasiyasından əldə edilmiş beynəlxalq xarakterli
bütün məlumatlara hər bir üzv-dövlətin səlahiyyətli
orqanlarının çıxışının olmasını təmin etməlidirlər. Üzv-
dövlətlər
ən
azından
şübhəli
nağd
pul
bəyannamələri/açıqlamaları (həmin məlumatların doğru
olub-olmadığından asılı olmayaraq) və ya bəyan
etmək/açıqlamadan qəsdən yayınma kimi beynəlxalq
xarakterli bütün məlumatlara hər bir üzv-dövlətin
səlahiyyətli
orqanının
çıxışının
olmasını
təmin
etməlidirlər.
IX.1-ci
Xüsusi
Tövsiyənin
implementasiyasından əldə edilmiş beynəlxalq xarakterli
bütün məlumatlar sorğu əsasında əldə olunması mümkün
olmalıdır.
Əlavə elementlər
IX.16. Ölkə XT.IX üçün Ən Yaxşı Təcrübədə əks edilmiş
tədbirləri
implementasiya
etmişdirmi
və
ya
implementasiya etməyi nəzərdə tutmuşdurmu?
IX.17. Valyuta vəsaitlərinin trans-sərhəd köçürmələsi
hallarına dair hesabatı sistemlər hazırdırmı, hesabatlar
səlahiyyətli orqanların PL/TMM məqsədləri üçün çıxışı
olan
komputerləşmiş
məlumat
bazalarında
saxlanılmışdırmı?
Tövsiyə 30
30.1.
Pulların
leqallaşdırılması
və
terrorizmin
maliyyələşdirilməsinə cəlb edilmiş MMO-ları, hüquq
mühafizə orqanları və istintaq agentlikləri, nəzarət və
digər səlahiyyətli orqanlar öz funksiyalarını tam və
səmərəli
yerinə
yetirmək
üçün
kifayət
qədər
strukturlaşdırılmalı, maliyyələşdirilməli, tam peşəkar
heyətlə komplektləşdirilməli və kifayət qədər texniki və
digər resursları ilə təmin edilməlidirlər. Adekvat
strukturlaşdırma lüzumsuz təsir və müdaxilədən kənar
müstəqil fəaliyyəti təmin etmək üçün lazımi fəaliyyət
müstəqilliyi və muxtariyyəti tələbini nəzərdə tutur.
4
30.2.
Səlahiyyətli
orqanların
əməkdaşlarından
konfidensiallıqla əlaqəli normalar da daxil olmaqla,
yüksək peşəkar standartları qoruyub saxlamaq tələb
olunur və onlar müvafiq şəkildə təhsilli və yüksək
dürüstlüyə malik olmalıdırlar.
30.3. Səlahiyyətli orqanların əməkdaşları PL və TM ilə
mübarizə üçün müvafiq adekvat
Müvafiq adekvat təlimlə əhatə ediləcək sualların
nümunələri: predikativ cinayətlərin əhatə dairəsi, PL və
TM tipologiyaları, bu cinayətlərin istintaqı və ittihamı
üçün texnikalar, cinayətdən əldə edilmiş və ya
terrorçuluğun maliyyələşdirilməsində istifadə ediləcək
mülkiyyəti izləmək və belə bir əmlakın dondurulmuş,
üzərinə həbs qoyulmuş və müsadirə edilmiş əmlak
olduğuna əmin olmaq və nəzarət orqanları tərəfindən
4
Əgər hər hansı bir ölkənin MKO yetərli sərbəstlik və nüfuza (Meyar 26.6) malik olmaqla bağlı tələbə cavab vermirsə, o zaman ölkə
Tövsiyə 26-ya uyğun olaraq qiymətləndirilməlidir.
maliyyə təsisatlarını öz öhdəliklərinə əməl etdiyinə əmin
olması üçün istifadə ediləcək metodlar; öz vəzifələrinin
icrası üçün informasiya texnologiyasının və digər
mənbələrin istifadəsi. Ölkələr maliyyə istintaqı aparanlar
üçün, eyni zamanda, inter alia, PL, TM istintaqları və
predikativ cinayətlər üçün xüsusi təlim və /və ya
sertifikatlaşdırma təmin etməlidirlər.
Əlavə elementlər
30.4. PL və TM cinayətləri və cinayət yolu ilə əldə
edilmiş və ya terrorçuluğu maliyyələşdirmək üçün istifadə
edilmiş əmlakın üzərinə həbs qoyulması, dondurulması və
müsadirəsi mövzusunda hakim və məhkəmələr üçün
xüsusi təlim və ya təhsil proqramı təmin edilirmi?
Tövsiyə 31
31.1. PL/TMM üzrə ümumi siyasəti müəyyən edən
şəxslər, MMO, hüquq mühafizə və nəzarət orqanları və
digər səlahiyyətli orqanlar pulalrın leqallaşdırılması və
terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün tədbir
görülməsi və siyasətin həyata keçirilməsi və inkişağı ilə
əlaqəli olaraq onlara əməkdaşlıq etmək və lazım gəldiyi
halda ölkə daxilində bir-biri ilə əlaqələndirmək imkanını
verən effektiv mexanizmə malik olmalıdırlar.
Qeyd olunan mexanizmlər bir qayda olaraq əhatə
etməlidir:
(a)
Operativ əməkdaşlıq və zəruri halda, hüquq
mühafizə/ MKO səviyyəsində (zəruri halda, gömrük
orqanları da daxil olmaqla ); və MKO, hüquq mühafizə və
nəzarət orqanları.
Əməkdaşlıq siyasəti və lazım gəldikdə, bütün müvafiq
səlahiyyəli orqanlar arasında koordinasiya.
31.2. PL/TM qanunlarının, qaydalarının, metodiki tövsiyə
və digər tədbirlərin təsiri altına düşən səlahiyyətli
orqanlar,
maliyyə
təsisatları
və digər sektorlar
(Monitorinqdə iştirak edən digər şəxslər daxil olmaqla)
arasında məsləhətləşmələr aparılması üçün mexanizmlər
mövcuddurmu?
Tövsiyə 32
32.1. Ölkələr pulların leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı sistemlərinin effektivliyini
mütəmadi olaraq nəzərdən keçirməlidirlər.
32.2. Səlahiyyətli qurumlar pulların leqallaşdırılması və
terrorizmin maliyyələşdirməsi ilə bağlı sistemlərinin
effektivliyi və səmərəliliyi ilə bağlı məsələlərdə hərtərəfli
statistika
aparmalıdırlar.
Qeyd
olunan
statistika
aşağıdakıları əhatə etməlidir:
(a) yerli qanunlar çərçivəsində, alınmış və göndərilmiş
şübhəli əməliyyatlarla bağlı və digər hesabatlar
Hesabatlar :
(i) müəyyən edilmiş həddən yuxarı yerli və xarici
valyuta ilə aparılmış əməliyyatlar;
(ii) valyutanın və daşına bilən valyuta vasitələrinin
transsərhəd daşınması və ya
(iii)
beynəlxalq pul köçürmələri.
Əlavə elementlər
Səlahiyyətli
orqanlar aşağıdakılara dair statistika
saxlayırlarmı:
a)
PL, TM və ya əsas predikativ cinayətlər üçün
tədqiqat, istintaq və ya məhkumluqla nəticələnən
Şübhəli Əməliyyata dair Hesabatlar,
b)
PL və TM-i cinayətlərinə görə ittiham edilmiş
şəxslərə tətbiq ediləcək hər hansı cinayət
sanksiyaları varmı?
c)
Sorğunun icrasının təmin edilməsi və ya icrasından
imtina edilməsindən asılı olmayaraq, PL və ya TM
ilə əlaqəli hüquq mühafizə orqanları tərəfindən
hazırlanması və ya qəbul edilməsi üçün digər rəsmi
sorğular?
d)
müvafiq
hallarda
qeyd
edilən
predikativ
cinayətlərlə əlaqəli bir sıra işlər və dondurulmuş,
həbs qoyulmuş və müsadirə edilmiş əmlakın
məbləği?
Tövsiyə 40
40.1. ölkələr səlahiyyətli orqanlarının xarici tərəfdaşlarla
geniş şəkildə əməkdaşlıq etməsini təmin etməlidirlər.
40.1.1. ölkələr belə bir yardımın cəld, konstruktiv və
səmərəli
şəkildə
göstərilməsini
təmin
edə
bilməlidirlər.
40.2. əməkdaşlar arasında birbaşa olaraq məlumatın çevik
və
konstruktiv mübadiləsinə imkan verəcək və
asanlaşdıracaq aydın və səmərəli üsullar yollar,
mexanizmlər və ya kanallar olmalıdır
5
.
Məlumat mübadiləsində (PL və ya ektradisiyadan başqa)
və beynəlxalq əməkdaşlıqda istifadə edilən üsualyol,
mexanizm və ya kanallar özündə qarşılıqlı əsasda
məlumat mübadiləsinə imkan verən qanunları cəmləşdirir;
Qarşılıqlı Anlaşma Memorandumu (QAM), eləcə də,
müvafiq beynəlxalq və ya regional təşkilatlar və ya
İnterpol və Eqmont Qrupu kimi orqanlar vasitəsilə
ikitrərəfli və ya çoxtərəfli razılaşma və ya müqavilələr.
40.3. Belə məlumat mübadiləsi mümkün olmalıdır : (a)
sorğu əsasında və ya spontan olaraq ölkənin öz təşəbbüsü
ilə (b) həm pulların leqallaşdırılması və həm də müəyyən
predikativ cinayətləri əhatə etməklə.
40.4. Dövlətlər bütün səlahiyyətli orqanlarının xarici
tərəfdaşları
adından
sorğuları
icra
etməyə
səlahiyyətləndirilməsini təmin etməlidirlər.
40.4.1. Xüsusilə, ölkələr MKO-lara aşağıdakı sorğuları
xarici tərəfdaşları adından icra etmək hüququ təmin
etməlidirlər: (a) şübhəli əməliyyata dair məlumatlar ilə
əlaqəli informasiyaya münasibətdə axtarış da daxil
olmaqla öz məlumat bazalarında axtarış etmək; (b)
birbaşa və ya dolayı çıxışı ola biləcək digər məlumat
bazalarında, o cümlədən hüquq mühafizə, ictimai, inzibati
və məlumat bazalarında axtarış etmək.
40.5. Dövlətlər öz hüquq mühafizə orqanlarının əcnəbi
əməkdaşlarının
adından
təhqiqatları
icra
etmək
səlahiyyətini təmin etməlidir; digər səlahiyyətli orqanlar
milli qanunvericiliyin imkan verdiyi hallarda xarici əcnəbi
əməkdaşlarının adından təhqiqatları icra edə biləcək qədər
səlahiyyət verilməlidir.
40.6. Məlumat mübadiləsi qeyri-mütənasib və ya həddən
artıq məhdudlaşdırıcı şərtlərə məruz qoyulmamalıdır.
40.7. Əməkdaşlıq üçün sorğular sorğunun vergi
məsələləri ilə əlaqəli hesab edilməsi əsası ilə rədd
edilməməlidir.
40.8. Əməkdaşlıq üçün sorğuların icrasından maliyyə
təsisatların və monitorinqdə iştirak edən digər şəxslərin
fəaliyyətində gizlilik və ya konfidensiallığı nəzərdə tutan
qanunlara (sorğu edilən müvafiq informasiyanın hüquqi
5
Cəld və konstruktiv məlumat mübadiləsinə vaxtında cavab verməmək və ya müvafiq tədbirlər görməmək və cavab verməməklə bağlı
qeyri-məntiqi ləngimələr daxildir.
peşə imtiyaz və ya hüquqi peşə sirri təşkil etdiyi hallar
istisnadır
6
) əsaslanmaqla imtina edilməməlidir.
40.9. Dövlətlər səlahiyyətli orqanların qəbul etdikləri
məlumatı səlahiyyətli qaydada istifadə etdiklərinə əmin
olmaq üçün nəzarət və müdafiə mexanizmləri
yaratmalıdırlar. Bu nəzarət və müdafiə mexanizmləri milli
qanunvericilikdəki məxfilik və məlumatların qorunması
müddəalarına uyğun olmalıdır
7
.
Əlavə elementlər
40. Xarici ölkədə analoji səlahiyyətləri həyata keçirməyən
səlahiyyətli orqanlarla cəld və konstruktiv məlumat
mübadiləsinə imkan verən mexanizmlər varmı? Bu
birbaşa və ya dolayı yolla yer alır?
8
40.10.1. Sorğu edən orqan praktikaya uyğun olaraq
sorğu edilən orqana sorğunun məqsədini və kimin
barəsində açıqlayırmı?
40.11. MKO digər dövlətin tərəfdaş MKO-nı tərəfindən
sorğu edilən müvafiq informasiyanı digər səlahiyyətli
orqandan və ya digər şəxslərdən əldə edə bilərmi?
6
bax meyar 16.2
7
Bu o deməkdir ki, minimum olaraq, mübadilə olunan məlumat, səlahiyyətli qurumlardan alınmış digər ölkədaxili məlumat kimi eyni
məxfilik şərtləri ilə qorunmalıdır.
8
Xarici səlahiyyətli qurumlarla dolayı məlumat mübadiləsi, müraciətçi tərəfdən məlumatın alınmasından öncə bir və ya bir neçə yerli və
ya xarici səlahiyyətli qurumlar vasitəsilə tələb olunan məlumatın ötürülməsi vəziyyətini də ehtiva edir.
Dostları ilə paylaş: |