TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

 
 
 
 
ləvazimatlarını da, başqa hər nə vardısa hamısını qoyub, İrana tərəf qaçdılar. 
Aşağıda qeyd olunmuş beyti burada deyiblər: 
 
N e z m (sətri tərcümə): 
 
İnspektorun topunun bir nərəsindən
Nə çadır yerdə qaldı, nə də dirəkləri. 
 
Ruslar onların hədsiz-hesabsız  şeylərini və toplarını, qənimətlərini  ələ 
keçirtdilər. 
Abbas Mirzənin qoşunu qaçandan sonra sərdar oradan köçüb, İrəvan  şəhəri 
üzərinə yürüş etdi və oranın mühasirəsi ilə məşğul oldu. Bu zaman İran tərəfdən 
yenə  də  Fətəli  şah çoxlu qoşunla Abbas Mirzəyə kömək etmək üçün İrəvana 
gəldi... 
Ruslar qızılbaşlar üçün azuqə  və başqa  şeylər gətirilən yolların hamısını 
bağladüar. Knyaz Sisianov İrəvan  şəhərinin  ətrafmdakı bağları  və  məhəllələri 
zəbt etdi. Şəhərin dörd divarı qızılbaşların əlində idi. 
Rus qoşunları  İrəvan  şəhərini mühasirəyə alddar. Rusların qoşunu isə 
qızılbaşların mühasirəsində oldu və gediş-gəliş yolunu birdəfəlik kəsdilər. 
Ruslann dörd tərəfini elə tutmuşdular ki, bəzi knyazlar hərçənd səyahət 
məqsədilə Sisianovla buraya gəlmişdilər, amma qaçan vaxtda qızılbaş qoşununa 
düçar oldular. Fətəli şah oradan sərdari-milli olan Qacar Pirqulu xanı Gürcüstan 
valizadəsi Aleksandr Mirzə ilə bir yerdə Tiflis şəhərinə yola saldı. Bu zaman 
Qazax və Borçalı elləri rusların itaətindən çıxıb, onlardan üz çevirmişdilər, ancaq 
Nəsib bəy Gəncə davasında özünün sədaqətini və itaətini güclü Rus dövlətinə 
göstərmişdi. Mayor Lisaneviç də onun yanında idi. 
Tiflis,  Şəmsəddinli, eləcə  də digər böyük və kiçik kəndlərin bəzi valiləri 
Başıaçığa gəlib valizadə ilə birləşdilər. Tüğyan və üsyana başladüar. Qarakilsədə 
olan rus əsgərlərini və camaatı mühasirəyə aldüar. Lakin bu təşəbbüs heç bir 
nəticə vermədi. 
Knyaz Sisianov orduda ərzağın azaldığını görüb Qara mayor adı ilə məşhur 
olan mayor Qandaurovu yüz əlli əsgərlə və Məlik Abunun oğlu Rüstəm bəyi də 
öz adamlarıyla bunlara qoşub, tələsik Gürcüstandan azuqə  gətirməyə göndərdi. 
Qızılbaş qoşunu bu işdən xəbərdar olub, onların ardınca getdi. Üç gün vuruşma 
davam etdi. 
 
 57


Pənbəkə yetişən kimi valizadələr Qarakilsəni mühasirə edən Pirquluya dedilər: 
“Biz üç gündür ki, ruslarla vuruşuruq nəinki onlar, hətta biz də cana gəlmişik”. 
Pirqulu valizadələrlə onlarm köməyinə  gəlib səhər tezdən gün batana kimi 
vuruşdular, hər iki tərəfdən çoxlu adam tələf oldu. Mayor Qandaurov yaralandı, 
artıq şiddətli vuruşma öz gücünü göstərirdi. Nəticədə mayor üç yerdən yaralanıb 
oradaca öldü. Qoşunu da məğlub edib əsgərlərini dağıtdılar. Ermənilər də qaçıb o 
ətrafda olan bir mağarada səngər qazdılar. Nəhayət, hamısı tutulub əsir oldu. 
Sonra qızılbaşlar yenə  də qayıdıb Qarakilsənin mühasirəsinə başladılar. 
Qubernator Tiflisdən sərdarın qoşunu üçün bir qədər əsgərlə 200 arabaya yaxın 
ərzaq göndərdi. Onlar Ulu yaylağına yetişən kimi yerli əhali onların yolunu kəsib 
qarət etdi. Əsgərlər özlərini müdafıə etmək üçün arabaları səngər etməyə məcbur 
oldular. Yerlilər nə  qədər çalışdılarsa da onlann səngərlərini ala bilmədilər. Bu 
vəziyyətdən sonra Pirqulu xanı  xəbərdar etdilər. Pirqulu xan buraya özünü 
vaxtında yetirib çox səy etdisə  də amma səngərləri tuta bilmədi. Arzusuna 
çatmamış geri qayıtdı  və  Ağlağan dağının  ətəyində yerləşdi. Bu xəbər Tiflisə 
çatan kimi qubernator sərdarm qoşununa azuqə və başqa sursatlar yetirmək üçün 
bir nəfər generalı 4 top və 300 əsgərlə göndərdi. Bundan sonra artıq heç kəs 
onlarm qabağım almağa cürət etmədi. Pirqulu xan da geri qayıtmağa məcbur 
oldu. Ruslar da azuqəni salamat Qarakilsəyə gətirdilər. Ərzaq yetişdikdən sonra 
knyaz Sisianov ordu içərisində  qızdırma xəstəliyinin yayılmasını görüb qoşunu 
İrəvandan Qarakilsəyə çəkdi, azuqəni qoşun arasmda böldü. 
Sərdar Pirqulu və valizadələr çarəsiz qalıb məyus halda geri qayıtdılar. 
Rus dövlətindən üz çevirən Borçalı  və digər Gürcüstan elləri qorxularından 
öz vətənlərindən köçüb Qarabağa gəlmək istədilər. 
Mayor Lisaneviç bu işdən xəbərdar olub Nəsib bəylə bir yerdə onlara nəsihət 
və özlərinə cəlb etməyə səy etdilər. Onları sakitləşdirdikdən sonra bu vaxt sərdar 
da Gürcüstan torpağına daxil oldu. Sadaxlı kəndində ellərin böyüklərini çağırıb 
onları başa salaraq, qəflət yuxusundan ayıltdılar. Onlara bir çox suallar verdilər. 
Güclü bir dövlətə qarşı bu inadkarhğa, qulaq asmamağa və itaətdən boyun 
qaçırmağa səbəb nədir? Hamısı  sərdarın verdiyi sualların müqabilində bir söz 
deməyib, sakit durdu və xahiş etdi ki, sərdar 
 
  
 58


onları bağışlasın. Knyaz Sisianov mərhəmət edərək  əmr etdi və dedi: "Bu 
hərəkətlər ağılsızlıqdan baş vermişdir və bəzi hallarda sizin tərəfınizdən qüvvətli 
Rus dövlətinin ziddinə olmuşdur. Sizin xatirinizə təqsirinizdən keçirəm, amma o 
şeylər ki, Gürcüstandan qarət edib və ya götürüb aparıbsız, onlann hamısını 
sahiblərinə qaytarmalısız". Knyaz Sadaxlı  kəndindən Tiflisə  gəldi, dağda 
yaşayanların bir hissəsini öz yanına çağıraraq, xatircəm edib inandırdı ki, qış 
fəslini o burada qalıb, baharda Gəncə üzərinə yürüş üçün hazırlıq görəcəkdir. 
 
KNYAZ SİSİANOVUN GƏNCƏ TƏRƏFƏ GETMƏSİ, 
İBRAHİM XAN VƏ SƏLİM XANLA MÜQAVİLƏ 
BAĞLAMASI, QARABAĞ VƏ NUXANIN 
QÜDRƏTLİ RUS DÖVLƏTİNƏ TABE OLMASI 
 
1221 (1805)-ci ildə knyaz Sisianov İrəvandan qayıdıb Gəncəyə  gəldi. 
Qarabağlı  İbrahim xanın və Nuxa hakimi Səlim xanın yanına adam göndərib
onları qüdrətli Rus dövlətinə tabe olmağa çağırdı. Məzkur xanlar sərdarın 
təklifini qəbul etdilər. Qarabağdan  İbrahim xan, Şəkidən Səlim xan, Gəncədən 
knyaz Sisianov bir-birilə görüşmək üçün Kürək çayının kənarına gəldilər. 
Bir çox müzakirə və mübahisədən sonra şərti müqavilələr bağlandı, bir-birinə 
inandırıcı sözlər və  vədlər verdilər. Bundan sonra sərdar mayor Lisaneviçi 500 
əsgərlə Qarabağa göndərdi. O qədər də  əsgər Nuxaya yola saldı. Özü isə 
Başıaçıq və ona yaxın olan rayonların intizam işləri ilə məşğul oldu. 
 
İBRAHİM XANIN QƏTLİ 
 
Fətəli şah Qarabağı zəbt etmək ümidi ilə İbrahim xanla qohumluq və yaxınlıq 
etdi.  İbrahim xanın Rus dövlətinə tabe olduğunu eşitdikdən sonra Qarabağa 
qoşun göndərdi. 
Fətəli  şahın sərbazları Xudafərin körpüsünə  gəlib, Qarabağın  ətrafını 
soymağa başladılar və onlar ilə döyüşə girişdilər. İbrahim xanın oğlu Əbülfət xan 
çoxlu qoşunla Tuğ kəndinin üzərinə hücum etdi. Ətrafın əhalisi bu yerlərə pənah 
gətirib özlərini mühafizə etmək üçün səngərlər qazdılar. Burda böyük vuruşma 
və qırğın oldu. Əbülfət xan bu vuruşmadan heç bir fayda aparmadı. 
 
  
 59


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə