TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

və  iğtişaş üz verdiyindən Ağa Məhəmməd  şah o tərəflərə gedib işlərini 
islah və boyun qaçıranları itaətə gətirmək işi ilə məşğul idi. 
1210 (1795)-cu ildə  Ağa Məhəmməd  şah Tiflis, İrəvan, Talış  və 
Qarabağ vilayətlərini istila etmək məqsədilə Azərbaycan tərəfə  gəlib, 
sərkərdələrinin  ən böyüyü olan Şahsevən  Əliqulu xanı  bəzi xanlarla 
birlikdə  İrəvan qalasını almağa göndərdi, özü isə bütün İraq, Fars, 
Xorasan və Azərbaycan qoşunu ilə Şuşa qalasınm üstünə gəlib, onun bir 
ağaclığında Govaxan adlı yerdə ordu qurdu. 
Tiflis valisi şövkətli  İrakli xan, İrəvan hakimi Məhəmməd xan və 
Talış hakimi Mir Mustafa xan, mərhum  İbrahim xanla birlikdə  Ağa 
Məhəmməd  şaha itaət etməyəcəkləri və  həmişə müttəfiq olub bir-birinə 
kömək edəcəkləri haqqında and içmişdilər. Buna görə  İbrahim xan 
Qarabağ ellərinin bəzisini Tiflisə, bəzisini isə  Şirvan tərəfə, özünün 
Şirvana təyin etdiyi Mustafa xanın ixtiyarına göndərdi. Siyahıda və 
dəftərdə qeyd olunmuş qalan elləri və qoşunu Qarabağın dağlarında və 
qalanın içərisində yerləşdirdi. Qarabağın elləri və mahallarından çoxlu 
atlı  və piyada qoşun toplayaraq, qalanın mühafizəsinə lazım olan bütün 
vəsaiti tədarük edib böyük və kiçik toplarla şaha qarşı müharibəyə 
hazırlaşdı. Ağa Məhəmməd  şahın ordusu 33 gün qalanın  ətrafmda 
dayanıb, gücünün çoxluğuna baxmayaraq, qalanın beş verstliyində olan 
çaylardan keçə bilmədi. 
Qarabağın piyada və atlı qoşunu, kəndlərin və ellərin sərkərdələri 
Vərəndə, Dizaq və Talış mahallarının məlikləri Qızılbaş qoşununu 
meşələrdə, yollarda və keçidlərdə tutub qarət edirdilər. Onlar hər gün 
vilayətlərdən ordu göndərilən at, dəvə, qatır və başqa tədarükat və taxıl 
karvanlarını qarət edib, adamlarını  əsir rutub mərhum  İbrahim xanın 
yanına gətirirdilər.  İş bir yerə çatmışdı ki, o vaxtın pulu ilə bir qatır 4 
manata, bir dəvə 6 manata və yaxşı atın biri 10 manata satılırdı. Ağa 
Məhəmməd  şah, Qarabağ qoşunlarının gecələr basqın etməsindən 
qorxaraq, öz ordusunun ətrafında yaxşı və möhkəm bürclər düzəltdirdi. 
Vərəndə mahalının piyadaları da Məlik  Şahnəzər bəyin böyük oğlu 
Məlik Cəmşid bəyin sərkərdəliyi ilə böyük işlər gördülər. Məlik Şahnəzər 
bəyin ailəsi ata-babadan mərhum Pənah xana və  İbrahim xana sadiq və 
xeyirxah olub xidmət etmiş, mərhum Pənah xan və İbrahim xan da onlara 
olduqca hörmət və  mərhəmət göstərirdilər. Bunların məhəbbəti o 
dərəcəyə çatmışdı ki, Məlik Şahnəzər bəy 
 
 257


məzhəbinin yol vermədiyinə baxmayaraq, qızı Hurizad xanımı  İbrahim 
xana  ərə verdi. Bir gecə  mərhum  İbrahim xan tərəfindən Vərəndə 
mahalına məlik təyin edilmiş haman Məlik Cəmşid bəyin  əmri ilə 
Vərəndə yüzbaşıları  və piyada əhalisinin bir dəstəsi gedib Ağa 
Məhəmməd şahın xüsusi tüfəngçiləri tərəfindən qorunan böyük bir bürcü 
bir saatın içində rutdular. Onların tüfəngçilərindən 60 nəfərdən artığını 
öldürdülər və iki-üç nəfəri diri tutub səhər açılan zaman mərhum İbrahim 
xanın hüzuruna gətirdilər və  İbrahim xanın bəxşiş  və  nəvazişinə nail 
oldular. 
Qarabağ qoşunları Qızılbaş qoşununa istər gecə, istər gündüz rahatlıq 
vermirdilər. Şahın özü üç-dörd dəfə çoxlu qoşunla çaydan keçmək qəsdi 
ilə qala tərəfə gəldi. Bu tərəfdən cəld piyadalar, qoçaq atlılar və adlı-sanlı 
sərkərdələr qabağına çıxıb, mərdcəsinə dava etdilər və düşməni sındırıb 
geri qaytardılar. 
Bu zaman vaxtilə  İbrahim xandan üz döndərib, Gəncə vilayətinə 
gedərək oranın hakimi Cavad xanın yanında gün keçirən Çiləbörd 
mahalının məliki Məlik Məcnun Cavad xanla birlikdə  Ağa Məhəmməd 
şahın yanına gəldilər. Ağa Məhəmməd şah onların məsləhəti üzrə böyük 
bir məğlubiyyət və  pərişanlıqla qalanın yanından köçüb, Gürcüstanı 
tutmaq məqsədilə Tiflis tərəfə getdi. Mərhum  İbrahim xan, bu xəbəri 
şahın yola düşməsindən qabaq yuxarıda adı  çəkilən  şövkətli valiyə 
çatdınb bildirdi ki, Ağa Məhəmməd  şah qalanı almaqdan aciz qalıb 
qoşununa və ordusunun heyvanlarına çoxlu zərər dəymişdir. Bu zərərin 
əvəzini çıxmaq üçün Tiflisi tutmaq və Gürcüstan kəndlərini qarət etmək 
xəyalına düşmüşdür. Onun fəsadını və hücumunu dəf etmək tədarükündə 
olun. 
Ağa Məhəmməd şah həqiqi mühasirə dövrü keçirmiş, heyvanlarını və 
qoşununu rahat etmək üçün Ağdam yaxınlığında qərargah qurdurub bir 
ay, bəlkə daha artıq istirahət etdikdən sonra Gürcüstan vilayətində  və 
Tiflis şəhərinə tərəf yola düşdü. 
Cavad xanla Məlik Məcnunun hər yerdə qoşununun qabağmda gedib, 
şaha bələdçilik edirdilər. Ağa Məhəmməd şah Tiflisə yaxınlaşıb, onu qısa 
bir müddət ərzində tutdu. Şəhərin və ətraf kəndlərin əhalisini qarət və əsir 
etdikdən sonra Tiflisi yandırıb Azərbaycan tərəfə qayıtdı. Kür boyu ilə 
gedərək Cavad kəndi yaxınlığında, Muğanda qışlaq etdi. 
 
  
 258


Yaz vaxtı,  İrəvan qalası  hələ  işğal olunmadığı halda yenə  də Fars 
vilayətində inqilab, Kirman və sair vilayətlərdə böyük iğtişaşlar üz 
verdiyindən,  şah o yerləri islah etmək niyyətilə Fars vilayətinə  tərəf 
hərəkət etdi. 
Haman yaz fəslində,  şah Fars vilayətində olduğu zaman, mərhum 
İbrahim xan Gürcüstan valisinə də təklif edib, Dağıstandan qoşun gətirtdi. 
Tiflisin xarab olmasına (Cavad xan) bais olduğu üçün Gəncə  şəhərini 
mühasirə etdi. Çox çəkmədi ki, Cavad xan yenə İbrahim xana tabe olub
oğlunu və öz bacısını  mərhum  İbrahim xanın yanında  əmanət qoydu. 
Onun hökmündən və itaətindən boyun qaçırmayacağına söz verdi. Məlik 
Məcnun bu davada öldürüldü. 
 
RUSLARIN İLK GƏLİŞİ 
 
Ağa Məhəmməd şah, hələ Fars və Xorasan vilayətlərində ikən böyük 
sərdar general-anşef qraf Valerian Zubov əzəmətli imperat-riçə 
Yekaterinanın əmr və fərmanı üzrə güclü və tükənməz qoşunla Dərbəndə 
gəldi. Dərbənd qalasını rutduqdan sonra Şamaxıya gedib şəhərin 
yaxınlığında ordu qurdu. 
Mərhum  İbrahim xan, oğlu  Əbülfət xanı bir neçə  nəfər Qarabağ 
bəyzadələrinə qoşub peşkəş, sovqat və cins atlarla bərabər tam razılıq və 
hüsn-rəğbətlə böyük sərdar general Zubovun yanına göndərib, Rusiya 
dövlətinə ürəkdən itaət edəcəyini bildirdi. Eyni zamanda böyük 
imperatriçəyə sədaqətini andıran bir ərizə də yazdı. 
Böyük sərdar, Əbülfət xanın və sair Qarabağ bəyzadələrinin barəsində 
lazım olan hörmət və ehtiramı göstərib, mərhum İbrahim xanın ərizəsini, 
xanın etimadlı elçisi və özünün eşikağası ilə birlikdə Dərbənd və Qızlar 
yolu ilə imperatriçənin hüzuruna göndərdi. Eyni zamanda bir knyazla 
İbrahim xan üçün qiymətli sovqat və  hədiyyələr göndərib, onu əzəmətli 
padşahın əbədi mərhəmətinə ümidvar etdi. 
Ətraf xanları, mərhum İbrahim xanın öz oğlunu böyük sərdarın yanına 
göndərdiyi xəbərini eşitcək hamısı - Talış xanı Mir Mustafa xan, şirvanlı 
Mustafa xan, gəncəli Cavad xan, hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ 
xanları  mərhum  İbrahim xanın yanına elçilər göndərib dedilər ki: “Biz 
İbrahim xanın məsləhətindən çıxmırıq. Madam 
 
  
 259


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə