TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

xəlil ağa bir neçə müddətdən sonra atasının dalınca Qarabağa gəlib, həmişə onun 
yanında yaşayırdı. 2-3 il bu qayda üzrə dolandı. 
Hicri 1160 (1747)-cı ildə Nadir şah öldürüldükdən sonra Pənah xan 
Qarabağın yerdə qalmış  əhalisi içərisində meydana çıxdı. Bacarıqlı cavanları 
başına toplayıb, Gəncə  və Naxçıvan tərəflərini qarətə başladı. Yanında olan 
cavanların və yaxm adamlarının hamısınınvəziyyətini yaxşılaşdırdı. Onları at, 
paltar və mal sahibi etdi. 
Bu zaman şahın  əmri ilə köçürülüb, Xorasana aparılmış Cavanşir və sair 
ellərin adamları özbaşına köçüb, vətənləri olan Qarabağ vilayətinə  gəlmələri 
xəbəri Pənah xana yetişdi. Pənah xan yanında olan adamları götürüb, 
Azərbaycan və İraq sərhədlərinə kimi onları qarşılamağa getdi. Hamı bir-birləri 
ilə görüşdü. Cavanşirin və başqa yerlərin elləri, qohum və dostlar Pənah xanı 
səlamət görüb, xoşhal və şad oldular və Pənah xanla birlikdə Qarabağ torpağına 
daxil olub, hər kəs öz yurduna gedib rahatlandı. 
Ellərin  əhalisi bütünlüklə qarət olunub yoxsul vəziyyətə düşdüklərindən 
mərhum Pənah xan ellərin və qohum-qardaşlarının bacarıqlı cavanlarını öz 
başına toplayıb hamısınm vəziyyətini yaxşılaşdınb varlandırdı. Əhalinin bəzisinə 
mal, at və xalat bağışlamaqla, itaət etmək istəməyənləri isə tutmaq və öldürmək 
vasitəsilə özünə tabe etdi. Cavanşir, Otuziki başqa ellər və kəndlərin əhalisindən 
heç biri onun hökmündən çıxa bilməzdi. 
Şirvan və Şəki hakimləri Pənah xanın Qarabağda bu cür müstəqil olduğunu 
görərək, onu özlərinə  zərərli bildilər və  mərhum Pənah xanı  məhv etmək üçün 
aralarında ittifaq yaratdılar. Pənah xan hələ Qarabağın Xəmsə mahalları ona tabe 
olmadığı zaman, ətraf xanların ona hücum edəcəkləri ehtimalını nəzərdə tutaraq, 
evini,  əyalını, qohumlarını, qulluqçularını, yaxın adamlarını  və böyükləri 
qorumaq üçün münasib yerdə bir qala tikdirməyi zəruri hesab edirdi. Yaxın 
adamları ilə müşavirədən sonra indi Kəbirli mahalında olan Bayat qalasının 
binasını qoydu. Az müddət içərisində onun ətrafına möhkəm hasar və  xəndək 
çəkdirdi. Bu qalada bazar, hamam və  məscid tikdirdi. Bütün ailəsini, qohum-
qardaşını  və elin böyük adamlarını oraya yığdı.  Ətrafdan da, hətta Təbriz və 
Ərdəbil vilayətlərindən mərhum Pənah xanın tərəqqisini, onun rəftar və 
məhəbbətini eşidən, çoxlu sənət sahibləri öz ailələri ilə birlikdə  gəlib, Bayat 
qalasında yerləşdilər. Bayat qalası hicri 1161 (1748)-ci ildə tikildi. 
 245


Mərhum Pənah xan Bayat qalasını möhkəmləndirib, oraya çoxlu adam 
topladıqdan sonra onun adamlarından və qoşunundan çoxlu zərər görmüş, 
Şirvan və Şəki hakimləri öz aralarında Pənah xana qarşı birləşərək, Bayat 
qalası üstünə gəlib, oranı mühasirəyə aldılar. 
Mərhum Pənah xan adlı-sanlı atlıları, özünün igid qohum-qardaş  və 
bacarıqlı nökərləri ilə hər 2-3 gündən bir qaladan dışarı çıxaraq, qala ilə 
düşmən qoşunu arasında olan geniş meydanda dava edib, qəhrəmanlıqlar 
göstərir və döyüşdə Şirvan və Şəki qoşunlarına qalib gələrək yenə qalaya 
qayıdırdı. Şəki və Şirvan xanları heç bir iş görə bilmədilər. Mühasirənin 
müddəti bir aydan çox çəkdi. Hər gün qoşunlarının qırılmasını, atlarının 
və ulaqlarının qarət olunmasını görən xanlar peşman və  pərişan halda 
köçüb, hərə öz vilayətinə qayıtdı. Qayıdan zaman Şəki hakimi Hacı 
Çələbi bu sözləri dedi: “Pənah xan bir xan idi. Biz gəlib onunla dava 
etdik və heç bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq”. 
Bu hadisədən sonra mərhum Pənah xanın işi, istiqlalı, hökuməti 
yüksəlməyə üz qoydu. O, Xəmsə mahallarını özünə tabe etmək fikrinə 
düşdü. 
 
XƏMSƏ MAHALLARINI TABE ETMƏK 
MƏSƏLƏSİ HAQQINDA 
 
Əvvələn, Vərəndə mahalınm qədim məliki olan Məlik  Şahnəzər, 
Çiləbörd, Talış  və Dizaq mahallarınm məlikləri ilə  ədavəti və 
düşmənçiliyi olduğundan mərhum Pənah xana tabe olmaq təkliflni qəbul 
etdi və ona olduqca sədaqət və  səmimiyyət göstərdi. Pənah xan da belə 
böyük və hörmətli və dövlətli  şəxsin tabe olmasını özü üçün xoşbəxtlik 
sanıb, ona qarşı hörmət və ehtiramı gündən-günə artırırdı. 
Xaçın mahalının məliki bir neçə müddət düşmənçilik edib, tabe 
olmamağa cəhd etdisə  də, nəhayət, təslim olub, Pənah xana itaət etdi. 
Pənah xan onu ata-babasmdan qalmış, indi də mövcud olan əlahiddə 
mülkünə  məlik etdi. Xaçm mahalmm bütün əhalisi Pənah xana tabe 
oldular və tapşırılan xidmətləri düzgün yerinə yetirməyə başladılar. 
Dizaq, Çiləbörd və Talış mahallannın məlikləri bir neçə ili düşmənçiliklə 
başa verdilər. Nəhayət, (xan, onları da) öldürmək, qarət etmək və s. 
lazımi tədbirlərlə özünə tabe etdi. 
 
  
 246


Bayat qalasında beş il qaldıqdan sonra ətrafı düşmən bürüdüyündən, 
Bayat qalasında qalmaq həmişəlik  şəhər salmaq və qala tikdirmək 
məsləhət bilinmədi. Dava zamanı Qarabağ elləri mal və heyvanlarını 
düşmən ziyanından möhkəm, keçilməz dağlarda qoruya bilmələri üçün 
Qarabağ dağlanna bitişik bir yerdə qala tikilməsi lazım bilindi. 
Ən  əwəl  Şahbulaq üsründə olan, mərhum Pənah xanla daima 
düşmənçilik edən Xaçın mahalı  əhalisinin fəsadını aradan qaldırmaq 
məsələsi vacib olduğundan (xan) ath və piyada qoşunla onlann üstünə 
getdi. Xaçın mahalının iki min nəfər tüfənglidən ibarət olan əhalisi öz 
ailələri ilə birlikdə Balhqaya ətrafında keçilməsi çətin olan bir yerdə 
sığınacaq və  səngər qurub Pənah xana qarşı dava etməyə hazırlaşdılar. 
Mərhum Pənah xan onların səngərlərinə yürüş etdi. Hər iki tərəfin qoşunu 
üç gün ara vermədən vuruşdu, üçüncü gün Pənah xan onların səngərlərini 
tutdu. Onlann kişilərindənbir qədərini öldürdü... 
Belə bir keçilməz, möhkəm yerin və iki min nəfər tüfənglinin səngəri 
Pənah xanın əlinə keçdikdən sonra ətrafdakı əhalinin və Xəmsə mahalları 
camaatımn canına qorxu düşdü. Onlar Pənah xanla gah sülh, gah da 
düşmənçilik edirdilər. Çoxlu dövləti və camaatı olan Çiləbörd və Talış 
mahallarmm qədim məlikləri olan Məlik Hətəm və  Məlik Usub bəy 
birləşərək, möhkəm və keçilməsi çətin olan yerlərdə Pənah xanla bir neçə 
dəfə vuruşdular, gah qalib gəlib, gah da məğlub oldular. Bu surətlə, 
Çiləbörd və Talış mahallarının  əhalisi asudə dolanıb,  əkin  əkib, rahat 
yaşaya bilməyirdilər. Həmişə davada idilər. Pənah xanın atlı  və piyada 
əsgərlərinin  əlindən  əziyyət çəkirdilər. Nəhayət, çətin keçilən yerlərdə, 
dərin dərələrdə  və yüksək dağlarda yaşamaqdan təngə  gəlib, evlərini, 
bağlarını  və  əkinlərini buraxıb ailələri ilə birlikdə  cəlayi-vətən oldular. 
Onlar Gəncə  tərəfə qaçıb  Şamxor mahalında və  Gəncənin dağlıq 
kəndlərində  məskən saldılar. Bu yerlərdə onlar yeddi il qaldılar. Yeddi 
ildən sonra İbrahim xanın Qarabağda müstəqil hakim olduğu və Qarabağ 
vilayəti əhalisinin bürünlüklə ona tabe olduğu vaxtda Xaçın və Çiləbörd 
mahallarının əhalisi də Qarabağa qayıdıb, ürəkdən ona tabe oldular. Onlar 
xana qoşun və peşkəşdən başqa vergi vermirdilər. Xan dəxi onlara hörmət 
göstərib xələt və ənam verməkdən müzaiqə etməzdi. Hər iki məlikin var-
dövləti, camaatı çox və heç bir şeyə ehtiyacları yox idi. 
 
  
 247


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə