TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

Sadıq xanın getməsindən iki saat keçməmişdi ki, şahın öldürülməsi 
xəbəri qalanın içərisində yayıldı. Qızılbaş xanları özlərini itirərək, pərişan 
bir halda, toplaya bildikləri adamları ilə  dəstə-dəstə qaçmağa başladılar. 
Şəhər  əhalisi tökülüşərək,  əllərinə keçəni soyub qarət edə-edə imarətə 
girdilər.  İmarət müxalifatı xah-gəbəsi, qızıl-gümüş qab-qacaq və  şahın 
cavahiratı qarət edildiyi zaman, şücaəti və igidliyi ilə  məşhur olan 
mərhum  İbrahim xanın qardaşı  oğlu gənc Məhəmməd bəy hadisədən 
xəbər tutdu. Bir neçə nəfər qulluqçusu ilə imarətin qapısını kəsdi. Hər kəs 
əlinə keçəni aparmışdısa da, qalan malları evdən bayıra çıxan adamların 
əlindən aldı. Cavahirat, qızıl, qızıl və gümüş qablar, xalı və sair nağd pul 
və cinsdən nə qalmışdısa hamısına yiyələnərək, mərhum 
Məhəmmədhəsən ağanın evindən öz evinə daşıtdırdı. 
(Məhəmməd bəy) qalanın içərisində hökumət və divan işlərilə məşğul 
olaraq, Ağa Məhəmməd şahın kəsilmiş başını öz ərizəsilə birlikdə qədim 
qulluqçularından birinin vasitəsilə Balakənə, mərhum  İbrahim xanın 
qulluğuna göndərdi. 
Şahın başı Balakəndə  mərhum  İbrahim xana yetişdikdə  şahın 
öldürülməsi hamıya aydın oldu. Xan, nəcabət və ehtiramının tələbinə 
görə  şahın başını qüsl və  kəfən etdirib, vacib və lazım olan işləri yaxşı 
bilən mötəbər mollalarla Cara göndərərək böyük adamların basdırıldığı 
qəbiristanlıqların birində dəfn etdirdi. 
Bəzi maneələrə görə,  İbrahim xan Qarabağa qayıda bilməyib, üç ay 
Balakəndə qaldı. Bu müddətdə  hər tərəfdən, xüsusilə Gürcüstan 
valisindən, Gəncə hakimi Cavad xandan və  şirvanlı Mustafa xandan 
hədiyyələr gəlirdi. Onlar İbrahim xanla bir və müttəfiq olduqlarını 
bildirdilər. Çünki qüvvətli düşmən olan padşah öldürülmüşdü. 
Azərbaycanın başqa yerlərinin xanları da İbrahim xanın həmişə əzəmətli 
və  şövkətli və  əmirinin hökmünün nüfuzlu olmasını bilirdilər və uzun 
müddət görmüşdülər. Hamı istəyirdi ki, onun mübarək xatirini öz 
xeyrindən ötrü hər kəsdən  əvvəl  ələ  gətirsin və onunla möhkəm dost 
olsun. 
Məhəmməd bəy də,  İbrahim xan gəlib yetişənə kimi Qarabağda 
hökumət işi ilə  məşğul olurdu. İbrahim xan Balakəndə bir ay qaldıqdan 
sonra Avar hakimi Ümmə xan və Dağıstanın başqa sərkərdələri çoxlu 
yeməli və geyməli şeylər və böyük qoşunla onun yanına 
  
 263


gələrək belə bir böyük əmirə layiq olan qohumluq və mehribanlıq və 
qonaqpərvərlik şərtini yerinə yetirdilər. Onlar bu hörməti yalnız İbrahim 
xana, onun igid oğul-uşağına və Qarabağ  bəylərinə deyil, Şahsevən 
xanları, onların övladlarına və  bəylərinə  də etdilər. Onlara xərclik və 
ərzaq verməkdə heç bir qüsur qoymadılar. Ümmə xanın qoşun və 
Dağıstan sərkərdələri ilə gəlməsindən iki ay sonra İbrahim xan, Şahsevən 
və Qarabağ əhalisi ilə birlikdə Balakəndən Qarabağa yola düşdü. 
Mərhum İbrahim xan Qarabağa yola düşməzdən əvvəl, o zaman hələ 
Mehdiqulu ağa adlanan Mehdiqulu xanı bir neçə nəfər övladı və Qarabağ 
bəyzadələri ilə (zəminə hazırlamaq üçün) Qarabağa yola saldı ki, xan 
gəldikdə, Qarabağ  əhalisi bir para xilaf işlərə girişməyib, hökmə tabe 
olmamaq fikrinə düşməsinlər; habelə, Məhəmməd bəy, cavanlığının 
gücünə güvənməkdən başqa, belə bir şahanə dövlət və  vəsaitin  əlinə 
keçdiyindən  şeytana uymayıb müxalifət göstərməsin və özündən başqa 
kimsəni tanımıram deməsin. 
Mehdiqulu xan bəyzadələrlə birlikdə Qarabağa daxil olduqda 
Məhəmməd bəy zahirdə ona bəzi mehribanlıqlar göstərib, mərhum 
İbrahim xanın  əmrindən çıxmayacağına söz verdi. Səmimiyyət və 
doğruluqdan dəm vururdusa da batində hakimiyyət başına keçmək 
istəyirdi. Bir para oğru-əyrini və  bəzi xain və qorxaqları başına 
toplayaraq, hökuməti öz əlinə almaq fikrində idi. Mehdiqulu xan isə 
vaxtın tələbinə görə onunla müdarə edib, işin üzərindən pərdəni 
qaldırmağı, faydasız olduğu üçün hələlik məsləhət bilmirdi. Gah ətrafda, 
gah da qalanın içərisində dolanaraq işin həqiqətini mərhum xana yazaraq, 
gözləyirdi. Bu xəbər Kürün kənarında mərhum xana yetişəndə, ən böyük 
oğlu Məhəmmədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ 
sərkərdələri ilə birlikdə tam sürətlə qalaya göndərdi. Mərhum xanın 
gəlməsi xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini, Araz kənarına 
aparmaq və orada dayanıb müxalifət göstərmək fikrinə düşdü. 
Məhəmmədhəsən ağa, Məhəmməd bəyin qoşunu və  tərəfdarları 
toplandığı yerə, qalanın üç ağaclığında olan Kirs dağına gəlib çatdı. 
Bütün Qarabağ  əhalisi, qoşunu və  mərhum ağanı gördükdə  dəstə-dəstə 
onun qulluğuna gələrək  əlini öpdülər. Ellərdən topladığı adamları  təyin 
etdiyi meşələrdə və səhralarda yerləşdirdi. Adam göndərib 
 
  
 264


Məhəmməd bəyi öz yanına çağırtdı. Məhəmməd bəy, əvvəl qorxdusa 
da nəhayət, xatircəm olub, Məhəmmədhəsən ağanın yanına gəldi; əlindən 
öpüb, onun yanında qaldı. 
Məhəmməd bəyin müstəqil hakimiyyət dövründə qarışıqlığa bais olan 
bir neçə nəfəri Məhəmməd bəyin gözü qabağında cəzalandırıldı. 
Qalanın içində olan Mehdiqulu xan mərhum ağanın gəlməsini və 
qoşunun qalanın qabağından keçdiyini eşitcək,  əmisi oğlu Məhəmməd 
bəyin adamlarını tutub həbsə aldı. 
Mərhum Məhəmməd Həsən ağa Qarabağ ellərini xatircəm edib, 
rahatlaşdırdı. Mahallara hökmlər göndərib, hamını öz işilə  məşğul 
olmağa və kasıbçılığını etməyə  əmr etdi. Bir qədərdən sonra mərhum 
İbrahim xan qalan qoşun və adamları, Şahsevən Nəsir xan və Əta xanla 
birlikdə Qarabağa gəldi. 
 
AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ 
MƏRHUM İBRAHİM XAN BALAKƏNDƏN 
QARABAĞA QAYITDIQDAN SONRA 
BAŞ VERƏN BƏZİ HADİSƏLƏR HAQQINDA 
 
Mərhum xan Qarabağa qayıdıb hakimiyyət başına keçdiyi zaman 
Qarabağ vilayəti  əhalisinin vəziyyəti aclıqdan, qəhətlikdən, hədsiz-
hesabsız  əziyyətdən olduqca pərişan idi. Qarabağ elləri və  kəndlərinin 
çoxu dağılıb, Gürcüstana, Gəncəyə,  İrəvana,  Şirvana, hətta Rum 
vilayətlərinə getmiş və mal-dövlətləri tamamilə qarət olunmuşdu. Qonşu 
və  ətraf xanlar zahirdə itaətdən və dostluqdan dəm vururdularsa da, 
batində öz xeyirlərini güdürdülər. O cümlədən şirvanlı Mustafa xan hələ 
İbrahim xan Balakəndə olduğu xaman onun kürəkəni Səlim xan Şəkidə 
hakim olarsa, özünün hakimiyyətinə  zərər dəyə biləcəyindən qorxub, 
Səlim xanın böyük qardaşı kor Məhəmmədhəsən xanı çağırıb ona kömək 
etdi və Şəki vilayətinə hakim qoydu. 
Məhəmməd bəy mərhum Məhəmmədhəsən ağa tərəfindən xatircəm 
edildiyindən sonra özünü mərhum Pənah xan silsiləsi övladları və başqa 
xanlar kimi hiss edərək, heç bir şeydən qorxu çəkmirdi. O yalnız 
cavanlığının və dövlətinin qürurundan Kür qırağına gedib, 
 
  
 265


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə