TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

hökmü altında olan vilayətlərin çoxlu qoşunu ilə qarşıya çıxdı. Hər iki 
qoşun müharibəyə başlayıb, döyüşdü. Nəhayət, Fətəli xan basılaraq, 
Urmiya qalasına qaçdı və orada mühasirəyə düşdü. Bir neçə gündən sonra 
tabe olmaqdan başqa bir çarə görməyərək, Kərim xandan yaxşılıq 
görəcəyi ümidi ilə onun yanına gəldi. Beləliklə, Urmiya qalası  Kərim 
xanın  əlinə keçdi. Kərim xan, bütün İran vilayətlərində tam müstəqil 
hökmdar oldu. 
Kərim xan özünə  vəkil ləqəbi verib deyirdi: İranda müstəqil padşah 
olmağına görə, belə bir padşahın tapılıb taxta çıxan gününə qədər İranın 
vəkili mənəm. Ona görə də ona Kərim Zənd vəkil deyirdilər. 
Kərim xan Urmiyada məhbus olan İbrahimxəlil ağanı yanına çağırdı. 
At, qılınc, xələt bağışlayıb, Qarabağ hökumətinin fərmanını onun adına 
yazdırdı, onu ehtiramla Qarabağa yola saldı. Pənah xandan isə 
mehribanlıqla xahiş edib dedi: "Göstərdiyin yaxşılığın və etdiyin 
köməyin xəcalətindən çıxmaq üçün bir müddət mənim yanımda 
qalmalısan”. Bəlkə  də, Pənah xanın istedadlı  və  iş bilən adam 
olduğundan,  Şuşa qalasına və Qarabağa getdikdən sonra itaətdən çıxıb, 
düşmənçilik edə biləcəyindən  şübhələnərək onu öz yanında saxlamaq 
istəyirdi. Nə isə o, Pənah xanı özü ilə bərabər Fars və Şiraz vilayətlərinə 
apardı. 
Mərhum  İbrahim xan Qarabağa daxil olduqdan sonra Qarabağ 
əhalisinin hamısı ona tabe oldu. Sair vilayətlərin hakimləri də Pənah xan 
zamanında olduğu kimi İbrahim xanla da dost olaraq, onunla ittifaq 
bağladılar.  İbrahim xan heç kəsə itaət etmədən, müstəqil olaraq 
hökmranlıq edirdi. 
Mərhum Pənah xan Kərim xanın paytaxtı olan Şiraz şəhərində bir az 
qaldıqdan sonra öz əcəli ilə vəfat etdi. Kərim xan onun cənazəsini böyük 
ehtiramla Qarabağa göndərdi. Xanın cəsədini indi Ağdam adı ilə məşhur 
olan, özünün satın aldığı mülkündə basdırdılar. Allah ona rəhmət eləsin. 
Keçmiş hadisələrdən və üz vermiş vaqiələrdən məlumdur ki, mərhum 
Pənah xan, rəhmətlik Nadir şahın vəfatından sonra davam edən 
hakimiyyəti dövründə 12 il baxtı  və taleyi hər cəhətdən gündən-günə 
artmış, Azərbaycanın bir para vilayətləri - Ərdəbil, Qaradağ, Naxçıvan və 
Gəncə  Pənah xanın dediklərindən, yazdıqlarından və  məsləhətindən 
boyun qaçırmamışlar. Həmişə onun əmrinə tabe olmuşlar. 
 
  
 254


MƏRHUM İBRAHİM XANIN HÖKUMƏT VƏ 
İSTİQLALI HAQQINDA 
 
Hicri 1174 (1756)-cü ildən
1
 hicri 1221 (1806)-ci ilə qədər mərhum İbrahim 
xan  İran və Türkiyə padşahlarına tabe olmadan Qarabağ hökumətinin taxtında 
oturmuş  və onun hökmü və  əmri  Şəki,  Şirvan, Gəncə,  İrəvan, Xoy, Naxçıvan, 
Qaradağ, Təbriz və  Ərdəbil, hətta Marağa,  İraq və Azərbaycanın sərhədi olan 
Qaplanguhə qədər işləyirdi. Vilayətlərin xanlan onun əmri ilə təyin edilir və ya 
vəzifəsindən çıxarılırdı. Dağıstan vilayətinin valisi Nüsal xanın oğlu Ümmə 
xanın möhtərəm bacısını alaraq onunla qohum olmuşdur. Lazım olan zaman 
Dağıstan və  ləzgi vilayətindən qoşun istəyirdi.  İbrahim xan Ümmə xanın və 
başqa sərkərdələrin başçılığı ilə Qarabağa gələn qoşunu öz övladları və Qarabağ 
qoşunu ilə birlikdə lazım olan yerlərə göndərir, istədiyi adamı tənbeh edir və öz 
itaəti altına çəkirdi. Habelə  Şahsevən, Qaradağ, Xoy və  Gəncə vilayətlərinin 
xanları ilə qohum olmuşdu. Bunların hamısı istər zor və istərsə qohumluq 
vasitəsilə  mərhum  İbrahim xanın hakimiyyətini canbaşla qəbul etmişdilər. O 
hətta Təbriz və Qaradağ vilayətlərinin bəzi mahallarını özünün adlı-sanlı 
sərkərdələrinə bağışlamışdı ki, onların gəlirindən faydalansınlar. 
Mərhum  İbrahim xan padşah deyildisə  də, onun dövləti və calalı  İran 
padşahlarınkına çatmışdı. Yuxarıda adları  çəkilən vilayətlərdən xanların oğul-
uşaqlarını gətirdib, həmişə Şuşa qalasında girov saxlayırdı. 
Kərim xanın vəfatından sonra Məhəmmədhəsən xanın Şirazda girov saxlanan 
oğlu Ağa Məhəmməd xan oradan qaçıb hakimiyyət iddiasına düşdü. Bir neçə il 
çalışdıqdan sonra İraq və Fars vilayətlərini  əlinə keçirib Tehran şəhərini özünə 
paytaxt etdi. Hicri 1207 (1792-1793)-ci ildə Azərbaycan vilayətinə  gələrək 
İrəvan və Talış vilayətlərindən başqa Araz çayının cənubunda olan bütün 
vilayətləri zəbt etdi. Ağa Məhəmməd xan mərhum İbrahim xana əvvəlcə qılmc, 
xələt və  qızıl yəhərli at göndərib, onu özünə tabe olmağa çağırmışdı. Mərhum 
İbrahim xan da zahirdə ona itaət edəcəyinə söz vermişdi. Arada elçilər gedib-
gəlirdi. 
 
 
  
 
  
                                                 
1
 
Hicri 1174-cü il miladi 1760-1761-ci illəre düşür. Lakin müəllif səhv edir. 
İbrahimxəlil xan Qarabağda xanlığa 1759-cu ildən başlamışdır. 
 
 255


Mərhum  İbrahim xan özünün əmisi oğlu  Əbdüssəməd bəyi, bacarıqlı  və 
şirindilli Baharlı Mirzə  Vəli ilə birlikdə girov olaraq Ağa Məhəmməd xanın 
yanına göndərdi. Ağa Məhəmməd xan onları öz yanında artıq hörmət və ehtiram 
ilə saxlayırdı. 
Bu arada Ağa Məhəmməd şah Kirman vilayətində şahlıq iddiasına düşmüş öz 
düşməni olan igid və səxavətli Lütfəli xan Zəndə qalib gələrək Kirmanı tutdu və 
bürün əhalisini qırdı. 1209 (1794-1795) hicri ilində Ağa Məhəmməd şah mərhum 
İbrahim xana bir para çətin təkliflər etdi və  əlaqənin pozulmasma səbəb ola 
biləcək işlər üz verdi. Əbdüssəməd bəy və Baharlı Mirzə Vəli neçə nəfər nökərlə 
Ağa Məhəmməd xanın yanından qaçdılar. 20 gün yol getdikdən sonra Qızıl Özən 
çayına çatdılar.  Şahın göndərdiyi adamlar onlardan qabağa düşüb Sərcəm 
kəndinin  əhalisinə  xəbər vermişdilər. Yolları  kəsmiş piyada və atlılar 
Əbdüssəməd bəyə rast gələrək vuruşdular. Bu davada Əbdüssəməd bəyin dizinə 
güllə  dəyib yaralandı. Yaralı  Əbdüssəməd bəyi, yoldaşlarını  və Mirzə  Vəlini 
tutdular. Əbdüssəməd bəy, orada həmin güllə yarasından öldü. Başqa tutulanları 
şahın yanına apardıqdan sonra Tehran şəhərində həbs etdilər. 
Ağa Məhəmməd şah Şuşa qalasının ətrafında olan zaman onunla İbrahim xan 
arasında elçilər vasitəsilə danışıq gedirdi. Bir dəfə  mərhum  İbrahim xanın 
sifarişlərindən qəzəblənib, fərman yazdı. Ona əsasən Mirzə  Vəlini Tehranda 
topun ağzına bağlayıb atdılar. Yerdə qalan on nəfər dustağı da öldürüb, bir 
nəfərini belə salamat qoymadılar. Allah onlara rəhmət eləsin. 
Ağa Məhəmməd  şah  Şuşa qalası  ətrafında olan müddətdə davalarda və 
yollarda onun o qədər xanı  və  əmiri öldürülmüşdü ki, mərhum  Əbdüssəməd 
bəyin və Mirzə Vəlinin öldürülməsi, həqiqətən, onların mindən biri olmazdı. Elçi 
öldürmək heç bir padşahın qanunda olmadığına baxmayaraq, Ağa Məhəmməd 
şah, belə bir günahsız elçilərin öldürülməsinə  fərman verdi. Allah xeyir işə 
mükafat, şər işə isə cəza verər. 
Nəhayət, haman ildə  mərhum  İbrahim xanla Azərbaycandan qayıtdıqdan 
sonra özünə şah adı vermiş
1
 Ağa Məhəmməd şahın arasında küdurət və inciklik 
olduğuna baxmayaraq, zahirdə heç bir ədavət əlaməti görünmürdü. Fars və Şiraz 
tərəflərində bir para inqilab 
 
 
 
                                                 
1
 
 Ağa Məhəmməd xan 1796-cı ildə şah elan edilmişdi.  
 
 256


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə